1
Ünsiyyət psixologiyası
1.
Ünsiyyətin psixoloci xarakteristikası.
2.
Ünsiyyətin növləri və funksiyaları.
3.
Ünsiyyət informasiya mübadiləsi kimi.
4.
Ünsiyyət qarşılıqlı təsir kimi.
5.
Ünsiyyət insanın bir-birini qavraması və anlaması kimi.
6.
Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması.
1-ci sual.
Ünsiyyət dedikdə biz nitq və nitqdən kənar təsirin köməyi ilə həyata
keçirilən qarşılıqlı münasibəti nəzərdə tuturuq. Ünsiyyət insanlar arasında təmasın
yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar
arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirdə bilməz və qarşılıqlı anlaşma
baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoxplanlı
inkişaf prosesidir. Başqa sözlə ünsiyyət iki və daha çox insanın münasibətləri
aydınlaşdırmaq və ümumi nətijə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və
birləşdirməyə yönəlmiş qarşılıqlı təsirinə deyilir.
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onların içərisində nitq xüsusi yer tutur.
Ünsiyyətin ekspressiv mimik vasitələri də mühümdür: təbəssüm, tərs baxış, mimika, əl və
bədənin ifadəli hərəkətləri, vokal mimikası – bunlardan hər birinin ünsiyyət prosesində öz
yeri vardır.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda
müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi
istiqamət verir. Deməli ünsiyyət hər şeydən əvvəl obyektiv varlığın dərk edilməsini təmin
edən əsas şərtdir. Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin
təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına,
təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Ünsiyyət eyni zamanda
şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin
təşəkkülü ünsiyyət prosesinin məhsuludur. Belə ki, ünsiyyət sayəsində insan keyfiyyətcə
dəyişir, onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə
yetirir, sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət
vərdişlərinə yiyələnir, ətraf aləmə fəal surətdə təsir göstərməyə can atır. Bu haqda aydın
təsəvvür əldə etmək üçün tənhalığın bəzi xüsusiyyətləri ilə tanış olmaq kifayətdir.
Tənhalığın iki növünü – fiziki və psixoloji tənhalığı fərqləndirirlər.
2
Tənhalığın ən ağır forması psixoloji tənhalıqdı, yəni insanın insanlar mühitində,
əhatəsində olmasına baxmayaraq tək, kimsəsiz qalması, özünə həmrəy, həmfikir,
həmsöhbət tapa bilməməsi, kimsənin onunla ünsiyyətə girmək istəməməsi psixoloji
tənhalıq kimi nəzərdən keçirilməlidir. Məsələn, insanın kollektivdə olması onun hələ başqa
insanla ünsiyyətdə olması demək deyil. Kollektivdə şəxsiyyət öz tənhalığından can qurtara
bilmir. Kollektivdə insanın tənhalığı aradan götürülmür, yalnız müəyyən mənada
doldurulur, tənhalıq haqqında biliklər sıxışdırılır.
C.İ.Yanq tənhalığın üç tipini fərqləndirməyi lazım bilir: xroniki, situativ və keçici
tənhalıq.
Xroniki tənhalıq insanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsinin
nəticəsi kimi özünü göstərir. Situativ tənhalıq insanın artıq bərqərar olmuş sosial ünsiyyət
modelinin dağılmasının nəticəsidir. Keçici tənhalıq isə vaxtaşırı əksəriyyət insanlarda
təsadüfi özünü göstərən ötəri bir haldır.
Ünsiyyət situasiyasının iki tipini fərqləndirirlər: şəxsi ünsiyyət və birgə fəaliyyətdə
ünsiyyət.
Şəxsi ünsiyyətin adətən iki səviyyəsini fərqləndirirlər. Birinji səviyyədə ünsiyyət iki
(və ya üç) adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır. İkinji
səviyyədə isə tədrijən emosional ünsiyyət şəraitində adamlar öz nöqteyi- nəzərlərini izah
etməyə, müdafiə etməyə, bir-birilərinin fikirlərini, əməllərini və s. müəyyən mövqedən
qiymətləndirməyə başlayırlar.
Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu
birgə fəaliyyətin obyekti ilə müəyyən olunur.
2- ci sual.
Psixologiyada ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyası var. Bunlar
aşağıdakılardan ibarətdir:
-işgüzar ünsiyyət
- diaqnostik ünsiyyət
- tərbiyəvi ünsiyyət
- intim- şəxsi ünsiyyət.
Bununla bərabər həm də aşağıdakı ünsiyyət növlərini də qeyd etmək olar:
- şəxsiyyətlərarası, qrup və qruplararası;
- məxfi və münaqişəli;
- birbaşa və vasitəli.