Qeyri-verbal kommunikasiya
vasitələrinin müxtəlif tipləri var. Bu baxımdan
aşağıdakılar xüsusi olaraq qeyd olunur:
1.
Mimika
sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz,
yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəjədə lokal mimika sahələridir.
Son zamanlar vizual ünsiyyət- «gözlərin təması» problemi diqqəti daha çox jəlb
edir. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsa da, onların kodları, başqa
sözlə, psixosemantikası baxışların, nejə deyərlər, rəqsində açıqlanır.
2. İntonasiya
ünsiyyətin başlıja akustik vasitəsidir. Ünsiyyət pro-sesində
kommunikatorun resipientə münasibəti bilavasitə onun into-nasiyasında əks olunur.
Onun ekspressiv- emosional funksiyası önəm-lidir. İntonasiyanın bu funksiyası xüsusi
məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.
3. Kinesika
«bədən hərəkətlərinin dili» kimi meydana çıxır. İn-fomasiya
mübadiləsində onun kodları cestlər vasitəsilə açıqlanır.
Dostları ilə paylaş: |