Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
20 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
27.БАБАХАНОВ Н.А. 1990. Стихийные природ-
ные явления: сущность и классификация. Ленин-
град: Наука, вып. 2, с. 170-176
28.ДАЛЬ В.И. 1963-1866. Толковый словарь жи-
вого великорусского языка. 4 т.
29.ОЖЕГОВ С.И. 1983. Словарь русского языка.
Москва: Русский язык, 815 с.
30.НАЛИВКИН Д.А. 1969. Ураганы, бури, смер-
чи. Ленинград, 487 с.
31.АНАНЬЕВ Г.С. 1992. Динамическая геомор-
фология. Москва: МГУ, 448 с.
32.ЗВОНКОВА Т.В. 1970. Прикладная геомор-
фология. Москва, 273с.
33.ПЕТРОВ В.Ф. 1976. Стихийно-разрушитель-
ные процессы в горах (лавины и сели). Москва: Зна-
ние, 48 с.
34.КОТЛЯКОВ В.М. 1977. Главные задачи гео-
графического изучения стихийных природных про-
цессов. Известия. АН СССР, серия географ., № 5, с.
11-17
35.ПОРФИРЬЕВ Б.Н. 1988. Концепция риска,
новые подходы к экологической политике // США –
экономика, политика, идеология. № 11, с. 42-54
36.ЕМЕЛЬЯНОВ В.М., КОХАНОВ В.Н., НЕК-
РАСОВ П.А. 2003. Защита населения и территорий
в чрезвычайных ситуациях. Москва: Академический
проспект: Константа, 480 с.
37.СЕРГЕЕВ В.С. 2007. Защита населения и тер-
риторий в чрезвычайных ситуациях. Москва: Акаде-
мический проспект: Константа, 464 с.
38.ОСИПОВ В.И. 2007. Оценка и управление
природными рисками (состояние проблемы). Гео-
экология, №3, с. 201-211
39.Ember K.R. 1990. ERA urges to taskle solve
highest risk pollution problems // Chem. And Eng.
News. – Vol. 66, № 42
40.ГРИГОРЬЕВ А.А., КОНДРАТЬЕВ К.Я. 1998.
Природные и антропогенные экологические катас-
трофы: проблемы риска. Известия Русского Геогра-
фического Общества. Вып. 4, с. 1-9
SOME QUESTIONS TO THE DEFINITION
AND
CLASSIFICATION
OF
ECO
-
GEOMORPHOLOGICAL RISK
S.A. Tarikhazer, Ya.T. Jabrayilova
Increase of threats in the natural and technogenic
sphere is characteristic of the current state of Azerbaijan
and other industrialized countries of the world. Anthro-
pogenous and natural disasters become permanent fac-
tors not only economies, but also politicians. The largest
accidents and natural disasters taking place in the last
decades in Azerbaijan and abroad claimed thousands of
the human lives, caused big and often irreplaceable da-
mage to a surrounding medium. As a result, in the last
years of active development of environmental geomor-
phology many new terms have appeared in particular
"environmental risk", "natural disasters", "environmen-
tal hazard." Therefore, as far as they are correctly inter-
preted and understood, will depend on the actual picture
in their learning and achievement.
EKOGEOMORFOLOJİ RİSKLƏRİN
MÜƏYYƏN EDİLMƏSİ VƏ
KLASSİFİKASİYASININ BƏZİ MƏSƏLƏLƏRİ
S.Ə.Tarixazər, Y.T.Cəbrayılova
Azərbaycanın və digər sənaye cəhətdən inkiçşaf et-
miş dünya ölkələrinin müasir vəziyyətində təbii-texno-
gen sferalarda təhlükələrin artması səciyyəvidir. Antro-
pogen və təbii fəlakətlər nəinki iqtisadiyyatda, həm də
siyasətdə daimi fəalliyyət göstərən amillərə çevrilmiş-
dir. Azərbaycanda və xarici ölkələrdə son onilliklərdə
baş verən böyük qəzalar və təbii fəlakətlər minlərlə in-
san həyatına son qoymuş, ətraf mühitə çox və bərpası
mümkün olmayan ziyanlar vurmuşdur. Nəticədə, son
illər ekoloji geomorfoloqiyanın fəal inkişafı ilə əlaqədar
olaraq çoxlu yeni terminlər yaranmışdır. Bunlardan
“ekoloji risk”, “təbii fəlakət”, “ekoloji təhlükə” və s.
göstərmək olar. Onların nə qədər düzgün izah olunduğu
və başa düşüldüyü qarşiya qoyulan məqsədin öyrənil-
məsi və nailiyyətkərinin real vəziyyətindən asılı olacaq.
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
21
© S.O.Ələkbərova, S.Q.Məmmədov, Z.Ə.Həmidova, L.A.İsmayılova
SELLİ ÇAY HÖVZƏLƏRİNDƏ ƏHALİ MƏSKUNLAŞMASINA SEL TƏHLÜKƏSİ
TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ (Kişçay-Dəmiraparançay hövzələrinin timsalında)
S.O.Ələkbərova
1
, S.Q.Məmmədov
2
, Z.Ə.Həmidova
1
, L.A.İsmayılova
3
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
1
, ARDNŞ
2
, ARDNSU
3
Məqalədə Kişçay və Dəmiraparançay hövzələri arası ərazidə baş verən sel hadisələri ətraflı təd-
qiq edilmiş, statistik rəqəmlərin müqayisəli təhlili, xəritələşdirmə və digər metodlar ilə qeyd edilən
ərazidə sellərin təsərrüfata təsiri öyrənilmiş, çöl tədqiqatları əsasında məskunlaşma areallarında sel
təhlükəsi müəyyənləşdirilmişdir. Məsafədən zondlama və CİS texnologiyaları sellərin vurduğu zə-
rərlərin öyrənilməsinə tətbiq edilmiş, onun təsərrüfat sahələrinə təsiri, iqtisadi
gərginlik dərəcəsi və
s. meyarlar da nəzərə alınmaqla hövzə təhlili prinsipinə əsasən qiymətləndirilmə aparılmışdır.
Giriş. Sellərin təsərrüfat sahələrinə və əhali
məskunlaşmasına təsirinin tədqiq edilməsi müasir
dövrdə həlli çox vacib olan iqtisadi problemlərdən
biridir. Hövzədə sel hadisələrinin təsərrüfat sahələ-
rinə təsirinə dair tədqiqat işlərinin aparılmasına
baxmayaraq, bu sahədə müasir texnologiyalar tət-
biq edilməklə iqtisadi-coğrafi elmi tədqiqatlara hə-
lə də böyük ehtiyac duyulur.
Tədqiqat ərazisi. Kişçay və Dəmiraparançay
hövzələri arası ərazi Böyük Qafqazın cənub yama-
cının mərkəzi və şərq hissəsini və ona bitişik ərazi-
ləri əhatə edir (şək. 1). İnzibati baxımdan Şəki,
Oğuz və Qəbələ rayonlarının dağlıq və qismən də
düzənlik hissələrini əhatə edir. Tədqiqat ərazisinin
sahəsi 3220 km
2
-dir. Bu ərazi nəinki Azərbaycan-
da, demək olar ki, bütün Qafqazda güclü
sel təhlü-
kəli ərazilərdəndir. İl ərzində 2-3 dəfə güclü sellə-
rin keçməsi ehtimalı olduqca böyükdür. Buna mi-
sal olaraq 2016-cı ilin iyul ayı ərzində Kişçay höv-
zəsindən 2 dəfə dağıdıcı sel keçmişdir. Sellərin tə-
sərrüfat sahələrinə təsirinin öyrənilməsi, onlara
qarşı kompleks istiqamətli müdafiə qurğularının
hazırlanması elmi-praktiki mahiyyətə malikdir.
Tədqiqatın məqsəd və vəzifələri. Sellərin son
illərdə fəallaşması мэ tez-tez təkrarlanmasına təsir
göstərən amillərin öyrənilməsi, onların təsərrüfat
sahələrinə və əhali məskunlaşmasına təsirinin iqti-
sadi-coğrafi tədqiqi və s. kimi problemlərin araşdı-
rılması tədqiqatın əsas məqsədini təşkil edir.
Əsas hissə. Sellərin ziyan vurduğu sahələrdən
biri də əhalinin sıx məskunlaşdığı ərazilərdə olan
yaşayış evləri, təsərrüfat obyektləri və əkin sahələ-
ridir. Bu baxımdan tədqiqat ərazisində sellərə mə-
ruz qalan yaşayış məntəqələri, təsərrüfat odyekt-
ləri, avtomobil və dəmir yolları haqqında geniş mə-
lumatlar toplamış və dəqiq təhlil aparmışıq. Aparı-
lan təhlillərdə ilk növbədə diqqəti cəlb edən mə-
qam Dövlət proqramlarında (2004-2008 və 2009-
2013-cü illər) qəbul olunan qərarlar nəzərə alınma-
yaraq əhalinin yenə də selli çay hövzələrində məs-
kunlaşması prosesinin davam etməsidir. Buna mi-
sal olaraq, 2012-ci ildə sel təhlükəli Kişçay hövzə-
sində gətirmə konusunun üzərində qaçqınlar üçün
tikilmiş şəhərciyi qeyd etmək olar. Selli çay hövzə-
sindəki yaşayış məntəqələri arasında istehsal, iq-
tisadi və nəqliyyat əlaqələrinin inkişaf etməsi ilə
yanaşı, həmin ərazilərdə sellərə qarşı müdafiə təd-
birlərinin həyata keçirilməsi, antropogen faktorla-
rının ilbəil artması sellər arasında olan intervalın
azalmasına [13], sellərdən dəyən ziyanın miqdarı-
nın artmasına səbəb olur.
Şəkil 1. Tədqiqat ərazisinin yerləşmə sxemi