Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
22 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
Cədvəl 1
2000-2016-cı illər ərzində Azərbaycan Respublikasında sellərin yaşayış məntəqələrinə vurduğu
ziyanlar
Tarix
Baş verdiyi
ərazi
Çayın
adı
Yaranma
səbəbi
Vurduğu ziyanlar
1
2
3
4
5
27.08.2002
Şəki
Kişçay
Leysan
yağış
Ərazidə su təchizatı pozulmuş, təsərrü-
fat obyektlərinə ziyan dəymiş, 4 yaşayış
evi yararsız hala düşmüşdür.
10.07.2004
Şəki
Kişçay
Leysan
yağışlar
Şəhərə ziyan dəymiş, su təchizatı pozul-
muş, 5 yaşayış evi yararsız hala düşmüş-
dür.
2005
Şəki
Şinçay
Yağış
2 körpü uçmuş, 3 fərdi yaşayış evi yarar-
sız hala düşmüşdür.
06.06.2005
Şəki
Şinçay
Leysan
yağışlar
Şəhər iqtisadiyyatına ziyan dəymiş, 5
yaşayış məntəqəsi sel suları altında qal-
mışdır.
2005
Şəki
Şinçay
Leysan
yağışlar
2 körpü uçmuş, 3 fərdi yaşayış evi yarar-
sız hala düşmüşdür
2007
Qəbələ
Dəmiraparançay
Leysan
yağışlar
Qəbələ-Laza kəndini birləşdirən 4200 m
uzunluğundakı yolun çox hissəsi yuyu-
laraq istifadəyə yararsız hala düşmüş-
dür.
21.07.2008
Şəki
Kişçay
Yağış
15 baş mal-qara məhv olmuş, 34 yaşayış
evi yararsız hala düşmüşdür.
21.08.2009
Şəki
Kişçay
Leysan
yağış
Yaşayış məntəqələrinə ziyan dəymiş, 1
körpünün uçması ilə nəticələnmişdir.
18.05.2010
Şəki
Qarasuçay,
Böyükqobu
Leysan
yağışlar
Baş Zəyzid, Vərəzət kəndləri tamamilə
sel sularının altında qalmış, 40 metr
uzunluğunda körpünü sel aparmışdır.
23.07.2015
Qəbələ
Bumçay və
Tikanlıçay
Leysan
yağışlar
Qəmərvan kəndində bəzi evlər və ma-
şınlar sel suları altında qalmışdır. Dağ-
lardan gələn sel suları Tikanlı və Abrıx
kəndinə gedən yolu sıradan çıxarmışdır.
Hadisə nəticəsində bəzi yaşayış evləri-
nə, avtomobillərə, fərdi təsərrüfatlara
ciddi ziyan dəymişdir.
03.07.2016
Şəki
Kişçay
Leysan
yağış
Kiş kəndini rayon mərkəzi ilə birləşdi-
riən beton körpü dağılmış, istirahət mər-
kəzlərinə xeyli ziyan dəymişdir. Sel ha-
disəsi ilə əlaqədar olaraq 35 nəfər eva-
kuasiya olmuşdur.
01.09.2016
Qəbələ
Dəmiraparançay
Leysan
yağış
Laza kəndinə yağan yağış nəticəsində
Dəmiraparan çayının suyu çoxalaraq sel
əmələ gətirmişdir. Nəticədə bəndlərdə
sızma əmələ gəlmişdir. Sel suları şəhə-
rin mərkəzi küçələrini keçilməz etmiş-
dir. Selin gətiridiyi gil və çınqıl yolları
tanınmaz hala salmışdır, hasarlar dağıl-
mışdır. Sel nəticəsində otellərdən birinin
həyatyanı sahəsinə də ciddi ziyan dəy-
miş və 5 kotec yararsız hala düşmüşdür.
Bir ədəd avtomobili sel suları aparmış-
dır.
Cədvəl Azərbaycan Respublikası Dövlət Milli Hidrometeorologiya Departamentinin, Fövqəladə Hallar Nazirliyinin
və müəlliflərin şəxsi çöl məlumatları əsasında hazırlanmışdır.
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
23
Fiziki-coğrafi istiqamətdə Azərbaycanın dağlıq
ərazilərinin morfodinamiki proseslərinin tədqiqi
selli çay hövzələrinin öyrənilməsində kosmik şə-
killərin deşifrlənməsi metodundan E.K.Əlizadə
(1984, 2004, 2005, 2008), E.K.Əlizadə, S.Ə.Tari-
xazər (2010), Z.Ə.Həmidova (2011) və b. istifadə
etmişlər.
Selli çay hövzələrində baş verən sel prosesləri-
nin daimi müşahidələrini, kompleks tədqiqini apar-
maq məqsədi ilə sellərin təsərrüfat sahələrinə
təsirinin iqtisadi-coğrafi tədqiqi, həmin hövzələrdə
yerləşən yaşayış məntəqələrinin sayının son illərdə
artması, sellərə məruz qalan yolların müəyyənləş-
dirilməsi üçün bizim tərəfimizdən ilk dəfə olaraq
tədqiqat ərazisində informasiya texnologiyalarının
əsasında aerokosmik monitorinq işlənilmişdir. Bu
metodun əsasını müxtəlif vaxtlarda çəkilmiş kos-
mik şəkillər, müxtəlif vaxtları əhatə edən statistik
və elmi mənbələr, həmçinin rəqəmsal topoqrafik
xəritələr, FHN-nin illik hesabatları, müxtəlif illərdə
nəşr olunmuş sel kataloqları və şəxsi çöl tədqiqat-
ları təşkil edir.
2000-2016-cı illər ərzində tədqiqat ərazisində
baş vermiş sellər yaşayış
məntəqələrinə, insanların
fərdi təsərrüfat sahələrinə müxtəlif dərəcəli ziyan
vurmuşdur. Əgər keçmiş dövrlə müasir dövrü mü-
qayisə etsək, görərik ki, sellər hal-hazırda fəallaş-
mış və intensivləşmişdir (cədvəl 1).
Kiş və Şin çaylarının gətirmə konusları dinamik
inkişaf etdikcə qrunt sularının səthə çıxması, bataq-
lıqların əmələgəlməsi ilə diqqəti cəlb edən konus-
lararası çökəklikdə yerləşən Baltalı, Qoxmuq,
Oxud və s. kimi kəndlərdə təsərrüfat sahələrinə,
meyvə bağlarına, əkin sahələrinə, həyətyanı sahə-
lərə, avtomobil yollarına sellərdən dəyən iqtisadi
ziyanlar ilbəil artır.
Şinçayın gətirmə konusunun sahəsi 176 km
2
,
Kişçayın gətirmə konusunun sahəsi 119 km
2
ol-
maqla, bunların müəyyən hissəsi müasir dövrdə sel
çöküntülərindın təşkil olunur. Belə ki, Şinçayın ko-
nusunun müasir sel çöküntüləri ilə örtülmüş hissə-
sinin sahəsi 67,6 km
2
, Kişçayda isə 31,4 km
2
-dir
[18].
Kiş və Şin çaylarının hövzələrində məskunlaşan
əhali mütəmadi olaraq sellərin təsirindən bu və ya
digər şəkildə ziyan çəkir. Şinçayda baş verən sellər
hövzədə məskunlaşmış 20730 nəfər insana, Kiş-
çayda müşahidə olunan sellər isə orada məskunlaş-
mış 30903 nəfər insana mütəmadi olaraq zərər vur-
maqla bərabər, ərazidə təsərrüfat sahələrinin inki-
şafına və ərazi təşkilinə mənfi təsir göstərir [4; 6;
7].
Xüsusilə Şinçay və onun qollarında (Qara, Ça-
xıl, Qozludərə) baş verən sellər Baş Göynük, Şin,
Baş Layıski, Aşağı Şabalıd və digər kəndlərə; Kiş-
çay və onun qollarında (Damarçın, Donuzca, Qay-
nar, Sarıgüney, Çuxadurmaz və b.) baş verən sellər
Şəki şəhərinə, Şəki, Kiş, Oxud, Baltalı, Qoxmuq,
İncə və digər kəndlərə ziyan vurur [9; 11].
2009-cu ildə (1999-cu ilə nəzərən) Kiş və Şin
çaylarının hövzələrində məskunlaşan kənd əhalisi-
nin sayı cəmi 5059 nəfər artmışdır (şək. 2). Əhali-
nin sayı artdıqca təbiətin formalaşmasında antropo-
gen amilin rolu çoxalır [1], nəticədə sellər intensiv-
ləşir, onların ətraf mühitə təsiri böyüyür, sellərdən
dəyən iqtisadi ziyanın miqdarı artır.
Böyük Qafqazın cənub yamacının selli çayla-
rından biri olan Daşağılçay hövzəsindəki əhali
1999-2009-cu illər ərzində 835 nəfər artmışdır [4;
6; 7]. Bu hövzəyə daxil olan Aşağı Daşağıl və Aşa-
ğı Küngüt kimi kəndlər Şəki inzibati rayonu ərazi-
sində yerləşməklə yanaşı, Daşağılçayda baş verən
sellərin təsirinə məruz qalır. Hövzənin geniş əra-
zini əhatə etməsi, böyük meyilliyə malik olması sel
riskini artırır. Daşağılçayın müasir sel çöküntüləri
ilə örtülmüş gətirmə konusunun sahəsi 52,9 km
2
-ə
bərabərdir [16].
Daşağılçay və onun Əyriçay qolunda baş verən
sellər Oğuz inzibati rayonu ərazisinə daxil olan
Muxas, Baş Daşağıl, Bucaq, Calut və s. kimi kənd-
lərə böyük iqtisadi ziyanlar vurur.
Daşağılçay hövzəsində sel riskli ərazilərdə məs-
kunlaşan əhalinin sayı 1999-cu ildə 4237 nəfər idi-
sə, 2009-cu ildə artaraq 4768 nəfər olmuşdur [4; 6;
7]. Məsələn, 2009-cu ildə bu çayda baş verən sellər
nəticəsində rayon ərazisində kommunikasiya şəbə-
kəsinə, avtomobil yollarına ziyan dəymişdir [16].
Belə ərazilərdə əvvəl əkinəyararlı olan torpaq sa-
hələri hal-hazırda sel materialları altında qalaraq
yararsız hala düşür. Dünya təcrübəsinə istinadən
belə əraziləri asılı materiallardan təmizləyərək on-
ları yenidən əkinə yararlı vəziyyətə gətirə bilərik.
Böyük Qafqazın cənub yamacının selli çayla-
rından olan Dəmiraparançayın hövzəsində baş ve-
rən sellərin daşlı-palçıqlı olması əsasən ərazidə iri
Şəkil 2. Tədqiq olunan ərazinin selli çay
hövzələrində əhali sayının inkişaf dinamikası