Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
24 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
ufantıların olması ilə səciyyələnir. Dəmiraparan-
çayda ufantı konusları sel aktivliyinə şərait yaradır
ki, buna səbəb ufantıların çayın yatağında toplan-
ması, bu hövzədə dik yamacların, dərin və dar də-
rələrin, tez aşına bilən süxurların mövcud olmasıdır
(şək. 3). Dəmiraparançayın gətirmə konusunda
yerləşən Tövlə, Çuxur Qəbələ, Nic, Mirzəbəyli,
Soltannuxa, Böyük Əmili, Kiçik Pirəli, Böyük Pi-
rəli, Zarağan və s. kimi kəndlər, demək olar ki, tez-
tez sellərin təsirinə məruz qalır [9; 11].
Dəmiraparançay Qəbələ inzibati rayonu ərazi-
sindən olan ən selli çaylardan biri olmaqla, çayda
baş verən sellərin qaşısının alınması və ya minimu-
ma endirilməsi məqsədilə (2004-2006-cı illərdə)
çay sahilində 600 metr məsafədə 1005 paqon metr
beton bənd tikilmişdir [2]. Burada Qəbələ inzibati
rayonunda 1999-cu ildə sel təhlükəli ərazilərdə
məskunlaşan 27003 nəfər kənd, 11262 nəfər şəhər
əhalisi olduğu halda, 2009-cu ildə həmin ərazi-
lərdəki əhalinin sayı artaraq 30410 nəfər kəndlərdə,
12415 nəfər isə şəhərdə məskunlaşmışdır [4; 6; 7].
Sel təhlükəli hövzələrdə məskunlaşmış əhalinin
sayının artması bilavasitə həmin ərazidə təsərrüfa-
tın inkişafına təkan verir ki, bu da birbaşa sellərin
zərər vurduğu arealın sahəsinin genişlənməsinə,
sellərin daha böyük zərərlərlə nəticələnməsinə sə-
bəb olur.
Dəmiraparançayın hövzəsində yerləşən kənd
yaşayış məntəqələrində 1999-cu il ilə müqayisədə
2009-cu ildə sel təhlükəli ərazilərdə olan əhalinin
sayı 3407 nəfər artmışdır. Dəmiraparançayda baş
verən sellər çay hövzəsində yerləşən kəndlərə bö-
yük iqtisadi ziyanlar vurur. Dəmiraparançayda gə-
tirmə konusuna kimi hövzənin sahəsi 152,4 km
2
,
aktiv aşınmaya məruz qalan sahə 44,9 km
2
-dir. Ça-
yın gətirmə konusunun müasir dövr sel çöküntüləri
ilə örtülmüş sahəsi 29,29 km
2
-dir.
Dəmiraparançayın hövzəsində baş verən sellər
ərazidə təsərrüfat obyektlərinə, fərdi yaşayış evlə-
rinə, əkin sahələrinə, yollara, kommunikasiya sis-
temlərinə, su təchizatına ziyan vurur, xüsusilə Qə-
bələ şəhəri, Laza, Xırxatala, Küsnət, Zarağan, Sol-
tannuxa, Kiçik Pirəli, Böyük Pirəli, Aydınqışlaq və
s. kəndlərə dəyən ziyan daha dağıdıcı xarakter da-
şıyır. Məsələn, Fövqəladə Hallar Nazirliyinin mə-
lumatlarına əsasən, 2007-ci ildə Dəmiraparançay-
da baş vermiş sel nəticəsində Qəbələ-Laza kəndini
birləşdirən yerli əhəmiyyətli yolun və Qəbələ-Vən-
dam rayon əhəmiyyətli avtomobil yolunun bir his-
səsi sel suları ilə yuyularaq istifadəyə yararsız və-
ziyyətə düşmüşdür.
Dəmiraparançayda 2007-ci ildə baş vermiş sel-
lər nəticəsində Qəbələ-Küsnət-Laza yolunun 4,2
km hissəsi dağılmış, həmin hissədə 2004-2008-ci
illər ərzində Dövlət Proqramına əsasən yenidən-
qurma işləri aparılmaqla, yolun 2,8 km uzunluğun-
da hissəsi təmir edilmiş, bu zaman 283,1 min ma-
nat vəsait sərf olunmuşdur [16].
1896-2010-cu illər ərzində [17; 20] üç selli çay
hövzəsində (Kişçayda 38, Şinçayda 17, Daşağıl-
çayda 12, Dəmiraparançayın hövzəsində 18 sel ha-
disəsi olmaqla) cəmi 67 dağıdıcı sel hadisəsi mü-
şahidə olunmuşdur.
Hövzə prinsipinə əsasən sellərin təsərrüfata tə-
sirinin iqtisadi-coğrafi qiymətləndirilməsi zamanı
bizim tərəfimizdən sellərə məruzqalma dərəcəsinə
görə yaşayış məntəqələri aşağıdakı kimi qruplaşdı-
rılmışdır (şək. 4):
1) sellərə az məruz qalan yaşayış məntəqələri –
sellər əsasən 5-10 ildən bir təkrarlanır, nəticədə
əraziyə 5 milyon
manata qədər zərər dəyir;
2) sellərə orta dərəcədə məruz qalan yaşayış
məntəqələri – sellər hər 3-5 ildən bir müşahidə
olunmaqla, iqtisadiyyata 5-10 milyon manata
qədər zərər vurur;
3) sellərə çox məruz qalan yaşayış məntəqələri
– hər 2-3 ildən bir güclü və dağıdıcı sellər təkrar-
lanmaqla, 10-15 milyon manata qədər zərərlərlə
nəticələnir.
Müasir dövrdə Azərbaycan Respublikasında
həlli vacib olan məsələlərdən biri də selli region-
larda baş verən sel hadisələrinin vurduğu zərərləri
kəskin surətdə azaltmaq məqsədi ilə ölkə iqtisadiy-
yatının tarazlı inkişafına nail olmaqla, əhalinin hə-
yat fəaliyyətinin yüksəldilməsini təmin etmək üçün
Azərbaycanda baş verən sel hadisələrinin vurduğu
zərərlərin və dağıntıların aradan qaldırmasında so-
sial sığortanın rolunun artırılması, sığorta işinin da-
ha səmərəli təşkili tələb olunur [16].
2015-ci ildə Azərbaycan Respublikasının şəhər
və rayonları üzrə əhalinin ortaillik sayı hesablan-
mış, statistik materiallarda öz əksini tapmışdır. Be-
lə ki, burada Azərbaycanın əhalisi bütün regionlar,
o cümlədən tərəfimizdən seçilmiş tədqiqat ərazisi
üzrə hesablanmışdır. Şəki rayonu üzrə cəmi 181,8
min
nəfər olmaqla, bunun 67,1
min nəfəri şəhər və
114,7 min nəfəri isə kənd əhalisidir. Oğuz rayonu
üzrə cəmi 42,8 min nəfər olmaqla, bunun 7,2 min
Şəkil 3. Dəmiraparançayın hövzəsində çay
terraslarında toplanan sel materialı
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
25
nəfəri şəhər və 35,6 min nəfəri isə kənd əhalisidir.
Qəbələ rayonu üzrə cəmi 102,3 min nəfər olmaqla,
bunun 34,8 min nəfəri şəhər və 67,5 min nəfəri isə
kənd əhalisidir [8].
2016-cı ilin əvvəlinə şəhər və rayonlar, eləcə də
şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgü-
sündə sayı hesablanmış, statistik materiallarda öz
əksini tapmışdır. Şəki rayonu üzrə cəmi 182,7 min
nəfər olmaqla, bunun 67,3 min nəfəri şəhər və
115,4 min nəfəri isə kənd əhalisinin payına düşür.
Oğuz rayonu üzrə cəmi 43,1 min nəfər olmaqla,
bunun 7,2 min nəfəri şəhər və 35,9 min nəfəri isə
kənd əhalisinin payına düşür. Qəbələ rayonu üzrə
cəmi 103,0 min nəfər olmaqla, bunun 35,1 min nə-
fəri şəhər və 67,9 min nəfəri isə kənd əhalisinin pa-
yına düşür [8].
Tərəfimizdən aparılan hesablamalara əsasən
məlum olur ki, selli çay hövzələrində məskunlaş-
mış əhalinin sayı ilbəil artmışdır. Bu da ərazidə tək-
rarlanan sel hadisələrinin daha da intensivləşməsi-
nə, eləcə də sel riskinin artmasına səbəb olmuşdur.
Sellərin yaranmasına təsir edən təbii (relyef, iq-
lim, geoloji, geomorfoloji, tektonik) və antopogen
amillər iqtisadiyyatın inkişafını ləngitməklə, təsər-
rüfat sahələrinə ziyan vurmaqla, insan ölümünə sə-
bəb olmaqla bərabər, cəmiyyət arasında psixoloji
pozğunluğun yaranmasına, ekoloji gərginliyin art-
masına da səbəb olur. Bu baxımdan Dövlət Proq-
ramlarında qəbul olunmuş qərarların vaxtında və
lazımi səviyyədə həyata keçirilməsi vacibdir. Sel-
lərlə mübarizədə konstruktiv tədbirlərin həyata ke-
çirilməsi çox əhəmiyyətli olmaqla yanaşı, onların
kompleks şəkildə yerinə yetirilməsi vacib şərtlər-
dən biridir.
Dövlət poqramlarında (2004-2008-ci və 2009-
2013-ci illər) qəbul olunmuş qərarlar sel problemi-
nin həllində xüsusi əhəmiyyət daşıyır. Birinci və
ikinci Dövlət proqramlarında Azərbaycanın bir çox
selli çay hövzələrində, xüsusilə də Böyük Qafqazın
cənub ətəklərində bu məsələnin həllinə diqqət
yetirilsə də (əsasən ikinci Dövlət Proqramında
qeyd olunmuş konkret çaylarda), qəbul olunmuş
qərarlar tam mənasında həyata keçirilməmişdir.
Yüksək və ortadağlıq ərazilərdə sellərə qarşı
mübarizə tədbirləri aparmaq
üçün meşəsalma, hid-
rotexniki tədbirlərin aparılması məqsədəuyğundur.
Sellərə qarşı mübarizənin elmi əsasını stasionar və
yarımstasionar xarakterli tədqiqatların nəticələri-
nin istifadə olunması təşkil edir. Buna görə Baş
Qafqazın cənub yamacında selli çay hövzələrində
və sel ocaqlarında qırıntı materiallarının toplanma-
sı və onların hərəkətinin öyrənilməsi üçün stasio-
nar müşahidələrin təşkil olunması vacib məsələlər-
dən biridir.
Şəkil 4. Tədqiqat ərazisində əhali məskunlaşmasına sel təhlükəsinin
təsirinin qiymətləndirilməsi