Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
29
Ləngəbiz antiklinal zonasının şərq davamının bra-
xiantiklinal qırışıqlar silsiləsi üzrə formalaşmışdır.
O, qərbdə Girdiman çayının sol sahilində Daşmər-
dan palçıq vulkanından başlayaraq, Durandağ zir-
vəsinədək enlik istiqamətində, Mirzəli palçıq vul-
kanınadək meridional istiqamətində, buradan Qo-
turdağ zirvəsinədək isə yenidən enlik istiqamətin-
də uzanır və qabarıq tərəfi şimal-şərqə yönəlmiş
qövs əmələ gətirir. Qoturdağ zirvəsindən etibarən
törəmə sinklinal vasitəsilə bifurkasiyaya uğrayan
silsilənin şimal və cənub qolları Xəzər dənizinin,
müvafiq olaraq, Pirsaat və Ələt burunlarınadək
uzanır. Silsilə, onu mürəkkəbləşdirən ümumqafqaz
istiqamətli tektonik pozulma ilə əlaqədar olaraq, şi-
mal-şərq yamacı maili, cənub-qərb isə dik olmaqla,
asimmetrik quruluşa malikdir. Antiklinal silsilə
kimi araşdırılan Ələt morfostrukturunun səciyyəvi
xüsusiyyətlərindən də biri burada çoxlu sayda pal-
çıq vulkanlarının (Daşmərdan, Durandağ, Oyux,
Mirzəli, Qoturdağ, Ayrantökən və s.) inkişaf et-
məsidir.
Ələt silsiləsindən cənubda, onunla Qalamadın-
Hərami silsiləsi və Mişovdağ tirəsi arasında yerlə-
şən Səbadüzü (şimal-qərbdə) və Nəvahi (cənub-
şərqdə) çökəklikləri eyniadlı sinklinallar üzrə for-
malaşaraq relyefdə düzünə (konform) morfostruk-
turlar əmələ gətirir. Pirsaat çayının dərəsi boyu
uzanan Səbadüzü çökəkliyi onu təşkil edən sinkli-
nal qırışığın asimmetrikliyi ilə əlaqədar olaraq
adekvat (müvafiq, uyğun) quruluşa malikdir: çayın
sağ sahilboyu hissəsi meyilli, sol sahilboyu isə ma-
illidir. Dördüncü dövrün allüvial-prolüvial və pro-
lüvialdelüvial çöküntülərindən təşkil olunmuş çö-
kəkliyin dibi terraslaşmış və yarğanlarla parçalan-
mışdır.
Səbadüzü çökəkliyindən Böyük Hərami və Ələt
silsilələrinin bir-birinə yaxınlaşması ilə ayrılan Nə-
vahi çökəkliyi Üst Pliosen və Dördüncü dövr çö-
küntülərindən təşkil olunmuş eyniadlı geniş törəmə
sinklinal üzrə formalaşmışdır. Pirsaat çayı boyu in-
kişaf etmiş çökəklik allüvial çöküntülər ilə doldu-
rulmuşdur. Çökəkliyin dibi Pirsaat çayı və onun
qolları ilə parçalanmış, yataqyanı yallar və onların
arasındakı alçalmalarla mürəkkəbləşmiş və şərqə
doğru terraslaşmış abrazion-akkumulyativ düzənli-
yə keçir.
Səbadüzü çökəkliyini cənub-qərbdən əhatə
edən Ləngəbiz-Ələt (Hərami) geomorfoloji rayo-
nunun Ləngəbiz silsiləsindən Girda platosunu əmə-
ləgətirən törəmə sinklinal mulda ilə ayrılan Qala-
madın-Hərami silsiləsi tektonik baxımdan eyniadlı
antiklinal zonaya uyğun gəldiyinindən düzünə
(konform) morfostruktur kimi səciyyələndirilir.
Asimmetrik quruluşlu silsilənin qərb (Qalamadın)
hissəsində uçqun və sürüşmələrlə mürəkkəbləşmiş
şimal-şərq yamac dik olmaqla pillələrlə Pirsaat ça-
yının dərəsinə (Səbadüzü çökəkliyinə) düşür. Sil-
silənin cənub yamacı nisbətən az meyillidir. Bu-
nunla yanaşı, onun tektonik aktivliyi, təşkil olun-
duğu çöküntülərin struktur-litoloji xüsusiyyətləri
və eləcə də iqlim şəraiti onun həm şimal, həm də
cənub yamaclarının bedlend, gil karstı kimi arid-
denudasion morfostrukturlarla güclü parçalanma-
sına səbəb olmuşdur. Silsilənin morfoloji qurulu-
şunda palçıq vulkanları (Kolanı, Udulu, Paşalı, Ax-
tarma-Paşalı) mühüm rol oynayır.
Axtarma-Paşalı palçıq vulkanının yaxınlığında
silsiləni təşkil edən antiklinal zonanın bifurkasiya-
ya uğraması nəticəsində o, Nəvahi sinklinal çökək-
liyi ilə oroqrafik və struktur baxımdan Böyük və
Kiçik Hərami qollarına ayrılır. Cənubdan Səbadü-
zü çökəkliyini əhatəedən simmetrik quruluşlu Bö-
yük Hərami silsiləsi şərqdə Ələt silsiləsindən Pir-
saat çayının dərəsi ilə ayrılır. Uzununa tektonik
çatla mürəkkəbləşən suayırıcısı boyu palçıq vul-
kanları inkişaf etmiş silsilənin yamacları yarğan və
qobularla parçalanmışdır. Kiçik Hərami silsiləsi,
əksinə, asimmetrik quruluşlu olub, cənub-qərb sıl-
dırımlı yamacı tektonik çatlarla mürəkkəbləşmiş və
gilli psevdokarst formaları ilə müşayiət olunan
yarğan-qobu şəbəkəsi ilə parçalanmışdır.
Kiçik Hərami silsiləsindən cənub-şərqdə yer-
ləşən və Üst Dördüncü dövrün kontinental çökün-
tüləri ilə örtülmüş geniş sinklinal quruluşlu yəhər-
varı çökəkliklə ondan ayrılan, əvvəlcə Hacıqabul
gölünədək meridionala yaxın, sonra isə enliyə ya-
xın istiqamətdə uzanan Mişovdağ silsiləsi yerləşir.
Nəvahi çökəkliyini cənub-qərbdən haşiyələndirən,
tektonik cəhətdən zəncirvarı yerləşən üç braxian-
tiklinal qırışıqdan təşkil olunmuş həmin silsilənin
cənub yamacı ensiz və dik, şimal yamacı isə maili
olmaqla asimmetrik quruluşa malikdir. Silsilənin
cənub yamacının uyğun gəldiyi strukturların cənub
qanadları palçıq vulkanlarının (Qızdağ, Kiçik Mi-
şovdağ, Böyük Mişovdağ, Qalmas) inkişafına sə-
bəb olmuş tektonik çat boyu onların şimal qanada
nisbətən xeyli gömülmüşdür. Tektonik baxımdan
həmin yamacın neotektonik mərhələdə şimal ya-
maca nisbətən xeyli aktivliyi ilə əlaqədar olaraq o
daha çox parçalanmış və dəniz terrasları ilə mürək-
kəbləşmişdir.
Mişovdağ braxiantiklinal tirəsinin şərq davamı-
nı təmsil edən və ondan yəhərvarı çökəkliklə ayrı-
lan və Orta Pliosen-Dördüncü dövr çoküntülərin-
dən təşkil olunmuş Qalmas braxiantiklinal qalxma-
sı yerləşir. Onun səciyyəvi xüsusiyyətlərindən də
biri uzununa və çəpinə tektonik çatlarla bloklara
ayrılması və eyniadlı palçıq vulkanı ilə mürəkkəb-
ləşməsidir. Mişovdağ tirəsindən şərqdə və ondan