Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
30 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
Kiçik Hərami-Mişovdağ-Qalmas-Xıdırlı-Bəndo-
van antiklinal zonasının gömülmə sahəsində əmə-
ləgəlmiş düzənliklə ayrılan Bozdağ-Xıdırlı tirəsi
tektonik cəhətdən Xıdırlı antiklinalı əsasında for-
malaşmışdır. Orta və Üst Pliosenin gil, qum və
qumdaşılarından təşkil olunmuş həmin antiklinal
şərqdə Xəzər dənizinin Bəndovan palçıq vulkanı-
nın əmələ gətirdiyi eyniadlı burnunadək uzanma-
sına baxmayaraq, o, tirə ilə vulkan arasında denu-
dasiyaya uğramış və yerində abrazion-akkumulya-
tiv düzənlik əmələ gəlmişdir. Bununla yanaşı,
strukturun gömülmüş tağı boyu bir neçə kiçik brek-
çiya sahələri əmələgətirən palçıq vulkanlarının fə-
aliyyəti izlənilir.
Tədqiq olunan ərazinin qeyd olunan morfo-
strukturlar sistemindən cənub-qərbdə onunla Gü-
rovdağ-Babazənan morfostrukturlar sistemi arasın-
da məxsusi Cənub-Şərqi Şirvan düzü yerləşir. Ge-
niş ərazini əhatə edən bu düzənlik struktur baxım-
dan M.H. Ağabəyov və Ə.V. Məmmədova görə
[2], Aşağı Kür çökəkliyinin əsas tektonik vahidlə-
rindən olan Hərami-Salyan antiklinoriumunun Qa-
lamadın-Bəndovan şimal-şərq antiklinal zonası ilə
onun cənub-qərb Gürovdağ-Neftçala
antiklinal zo-
nasl arasında yerləşən Kürsəngi və ya Qarqalı (Şiri-
nova görə, 13) sinklinalı üzrə formalaşması ilə əla-
qədar olaraq mürəkkəb sinklinal quruluşlu morfo-
struktur kimi səciyyələndirilir. Dördüncü dövr çö-
küntülərindən təşkil olunmuş sinklinal şimal-qərb-
də Mişovdağ və Gürovdağ morfostrukturları ara-
sında, demək olar ki, qapanır və cənub-şərqə doğru
kəskin genişlənərək Cənubi Xəzər çökəkliyinə açı-
lır. Morfostruktur mərkəzi hissədə səthdə palçıq
vulkanları (Kürsəngi və s.) ilə əksolunmuş basdı-
rılmış antiklinallarla mürəkkəbləşmişdir. Morfo-
strukturun litoloj-struktur özülünün
və inkişaf tari-
xinin mürəkkəbliyi ilə əlaqədar olaraq onun dibini
təşkil edən düzənliklər də mənşə müxtəliflikliyinə
görə fərqlənir. Burada antiklinal silsilə-tirə və yük-
səkliklərin ətəkləri boyu terraslaşmış abrazion-ak-
kumulyativ dəniz, onları əhatə edən ensiz prolüvi-
al-delüvial, mərkəzə doğru delüvial-şoran, şoranlı
təpəli-çalalı, laqunlu-şoranlı, dənizsahili zonada tə-
pəli-qumlu və s. akkumulyativ allüvial, allüvial-
prolüvial və akkumulyativ-dəniz kimi müxtəlif
mənşəli düzənliklər kompleksi inkişaf etmişdir.
Kürsəngi və ya Qaraçala mürəkkəb qraben-
sinklinal düzənliyi morfostrukturunu cənub-qərb-
dən əhatə edən morfotstrukturlar sistemin əsas
oroqrafik vahidlərindən olan Gürovdağ tirəsi
struktur baxımdan eyniadlı braxiantiklinal qırışıq
üzrə formalaşmışdır. Əsasən, Pleystosenin Abşe-
ron və Bakı əsrlərinin qumlu-gilli çöküntülərindən
təşkil olunmuş tirə şimal-şərq yamacı nisbətən ma-
ili, cənub-qərb yamacı isə meyilli olmaqla asim-
metrik quruluşludur. Bununla əlaqədar olaraq onun
maili yamacı qobularla zəif, meyilli yamacı isə
yarğanlar şəbəkəsi ilə intensiv parçalanmışdır. Ti-
rəni əmələgətirən antiklinalın meyilli qanadını
mürəkkəbləşdirən tektonik çat boyu yüksək dərə-
cədə minerallaşmış su çıxışları və palçıq vulkanları
müşahidə edilir.
Gürovdağ tirəsinin cənub-şərq davamında yer-
ləşən və ondan Gürovdağ-Neftçala antiklinal zona-
sının Xələc və Qarabağlar antiklinal qırışıqlarının
gömülməsi nəticəsində əmələgəlmiş düzənliklə
ayrılan Babazənan uvalı (tirəsi) Dördüncü dövrün
qumlu-gilli çöküntülərindən təşkil olunmuş eyni-
adlı asimmetrik quruluşlu antiklinal üzrə formalaş-
mışdır. Uvalın meyilli cənub-qərb qanadı boyu ke-
çən tektonik çat boyu minerallaşmış
su və eləcə də
neft və qaz çıxışları müşahidə edilir, maili şimal-
şərq yamacı isə geniş terras pillələrinin mövcud-
luğu ilə səciyyələnir. Babazənan uvalı cənub-şərq-
də onun davamını təşkil edən, relyefdə palçıq vul-
kanları brekçiyaları və düzənliyin səthində yastı
qabarma ilə aşkar olunan Dürovdağ və Neftçala an-
tiklinallarının gömülmə sahəsinə keçir.
Tədqiq olunan ərazinin şimal-qərb, qərb və cə-
nub hissələrini Aşağı Kür meqasinklinoriumunun
ayrı-ayrı strukturları üzrə inkişaf etmiş
düzənliklər
əhatə edir. Onun şimal-qərbində yerləşən Qalama-
dın-Hərami silsiləsi ilə Kür çayının dərəsi arasında
inkişaf edən Şirvan akkumulyativ allüvial-prolü-
vial düzənliyinin cənub-şərq kənarının prolüvial-
delüvial və dəniz akkumulyativ düzənliyinin mü-
asir relyefi onu mürəkkəbləşdirən yataq akkumul-
yasiyası, yataqyanı yalların və gətirmə konusları-
nın inkişafı ilə əlaqədar olaraq formalaşır. Burada
dərinlik eroziyası başlıca olaraq gətirmə konusla-
rının zirvəyə yaxın və orta akkumulyasiya isə on-
ların kənar hissələrində baş verir. Konuslararası sa-
hələr yastı, az şoranlaşmış və ya demək olar ki, şo-
ranlaşmamış düzənliklər əmələ gətirir.
Ərazinin qərb ətrafını təşkil edən və Kür çayı ilə
Araz çayı arasında yerləşən Muğan düzünün şimal-
şərq hissəsi allüvial-delta, yastı və zəif parçalanmış
relyeflə səciyyələnir. Əsasən Kür və Araz çayları-
nın akkumulyativ fəaliyyəti nəticəsində formalaş-
mış düzənlikdə meandrlı qədim dərələr, axmazlar,
yataqyanı yallar, yallararası yastı çökəklər və s. ge-
niş inkişaf etmişdir. Düzənliyin cənub-şərq kənarı-
nı çalalarla mürəkkəbləşmiş yastı, parçalanmış ak-
kumulyativ dəniz düzənliyi əhatə edir.
Cənub-Şərqi Şirvan morfostrukturlar sisteminin
qərb və cənubunda yerləşən akkumulyativ allüvial-
dəniz mənşəli Salyan ovalığı səthinin xeyli yastılı-
ğı və dənizə doğru zəif meyilliyi (1-2° və az) ilə