Coğrafiya
və təbii resurslar, №1, 2017 (5)
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
31
səciyyələnir. Onun ən alçaq sahil zolağında mürək-
kəb akkumulyasiya ilə səciyyələnən səthi delta və
dayaz dəniz çöküntülərindən
növbələşdiyi son Ye-
ni Kaspi əsrinin qumlu-gilli-balıqqulaqlı çöküntü-
lərindən təşkil olunmuşdur. Ovalığın ümumi dü-
zənlik halı Bala Kür (Akkuşa) axarının yataqyanı
valı (səddi) və Kürün deltaları ilə pozulur.
Beləliklə, qeyd etmək lazımdır ki, tədqiq olunan
ərazinin geoloji-geomorfoloji quruluşunun müxtə-
lifliyi onun relyefini mürəkkəbləşdirən morfo-
strukturların ekogeomorfoloji funksiyasının fərqli
səciyyə daşımasına dəlalət edir. Bu baxımdan əra-
zinin relyefinin inkişafı və simasının əsas əlamət-
lərini şərtləndirən litoloji-struktur, morfoloji, mor-
fometrik kimi statik və müasir tektonik hərəkətlər,
palçıq vulkanizmi və arid denudasion, talassogen
və s. kimi dinamik proses və hadisələrin ətraflı
tədqiqi onun ekogeomorfoloji şəraitinin öyrənil-
məsində mühüm əhəmiyyətə malikdir.
ƏDƏBIYYAT
1.
Əlizadə E.K., Tanrıverdiyev X.K., Xəlilov
H.A. və b. Geomorfoloji rayonlaşdırma. Azərbaycan
Respublikasının coğrafiyası. I cild. Fiziki coğrafiya. Ba-
kı, 2014, s. 127-132.
2.
Агабеков М.Г., Мамедов А.В. Куринская
межгорная впадина. В кн.: Геология СССР. Том 47.
Азербайджанская ССР. Геологическое описание. М.
1972, с. 316-330.
3.
Волобуев В.Р. Устройство поверхности
Юго-Восточной Ширвани. ДАН. Азерб. ССР, 1947,
Т. III, № 8, с. 360-365.
4.
Волобуев В.Р. О геоморфологии Кура-
Араксинской низменности. Тр. Конф. по геоморфо-
логии Закавказья. Баку, 1953, с. 76-81.
5.
Волобуев В.Р., Ширинов Н.Ш. Краткая гео-
морфологическая характеристика Кура-Араксин-
ской низменности. В кн.: Природные условия и ес-
тественные ресурсы Кура-Араксинской низменнос-
ти. Баку; 1965, с. 29-51.
6.
Кенгерли Т.Н. Тектоническое районирова-
ние. В кн.: Геология Азербайджана, том IV, Текто-
ника, Баку, 2005, с. 32-34.
7.
Мамедов А.В., Гасанов И.С., А.Д. Исмаил-
заде. Нижне-Куринская мегазона. В кн. Геология
Азербайджана, том IV, Тектоника, Баку, 2005, с.231-
233.
8.
Мамедов А.В., Мусеибов М.А., Ширинов
Н.Ш. Новейшие тектонические движения и их роль
в формировании современного структурного плана
и рельефа Куринской впадины. В сб.: Вопросы гео-
морфологии и ландшафтоведения. Баку. 1966, с. 96-
139.
9.
Сафаров А.С. Морские террасы Юго-Вос-
точной Ширвани и прилегающих низкогорий, Мат.
научн. конфер. аспирантов АН Азерб. ССР. Баку,
1980, с. 211-216.
10. Сафаров А.С. Основные черты рельефа
Юго-Восточной Ширвани и прилегающих низкого-
рий. Изв. АН. Азерб. ССР, Сер. Наук о Земле, 1983,
№6, с. 58-64.
11. Сафаров А.С. Палеогеоморфология и мор-
фоструктурный анализ Юго-Восточной Ширвани и
смежной территории. Автореф. на соиск. уч. степ.
канд. геогр. наук. Баку, 1986, 23 с.
12. Танрывердиев Х.К., Сафаров А.С Некото-
рые вопросы изучения палеорельефа депрессион-
ных зон (на примере Куринской впадины). Изв. АН.
Азерб. ССР, Сер. Наук о Земле, 1985, №3, с. 84-90.
13. Ширинов Н.Ш. Геоморфологическое стро-
ение Кура-Араксинской депрессии. Баку, 1973, 216
с.
14. Ширинов Н.Ш. Новейшая тектоника и раз-
витие рельефа Кура-Араксинской депрессии. Баку,
1975, 191 с.
15. Ширинов Н.Ш., Танрывердиев Х.К., Сафа-
ров А.С. Юго-восточная Ширвань. В кн.: Рельеф
Азербайджана. Баку, 1993, с. 186-188.
OCНОВНЫЕ ОСОБЕННОСТИ
МОРФОСТРУКТУР ЮГО-ВОСТОЧНОЙ
ШИРВАНСКОЙ РАВНИНЫ И
ПРИЛЕГАЮЩИХ ТЕРРИТОРИЙ
А.С.Сафаров, Т.А.Мамедова
Средообразующая функция и основополагаю-
щая роль рельефа в пространственном распределе-
нии природных компонентов предопределяют зна-
чимость его в формировании экогеоморфологичес-
ких условий территорий. Исходя из сущности дан-
ного положения в статье рассматриваются основные
особенности строения рельефа и осложняющих его
морфоструктур Юго-Восточной Ширвани и приле-
гающих территорий: Ширванской, Муганской и
Сальянской равнин Нижне-Куринской низменнос-
ти.
MAIN FEATURES OF MORPHOSTRUCTURES
OF THE SOUTH-EASTERN SHIRVAN PLAIN
AND ADJOİNİNG TERRİTORİES
A.S.Safarov, T.A.Mammadova
The environment forming functions and basic role of
the relief in spacial distribution of natural components
predetermine its importance in formation of ecogeomor-
phological conditions of territories. Proceedings from
the main point of given position in the article is conside-
red main features the construction of relief and compli-
cated its morphostructures of the South-Eastern Shirvan
and adjoining territories as Shirvan, Mughan and Salyan
plains of the Lower Kur lowland.
Coğrafiya və təbii resurslar, №1, 2017 (5)
32 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
© R.Ə.Fətəliyev, Y.N.Tağıyeva, A.İ.Əliyev
GEOLOJİ VƏ ARXEOLOJİ XRONOLOGİYALARIN MÜQAYİSƏLİ TƏHLİLİ
HAQQINDA
R.Ə.Fətəliyev, Y.N.Tağıyeva, A.İ.Əliyev
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
r.fataliyev@mail.ru, tagelena@rambler.ru, aliyevalyar@rambler.ru
Məqalədə geoloji və arxeoloji xronologiyaların müqayisəli təhlili və korrelyasiyasından, bu
xronologiyaların tərtibi üçün əsas olan nisbi və mütləq yaşın təyin edilməsi üsullarından bəhs edilir
və arxeoloji mədəniyyətlərin yaşının müvafiq geoloji dövrlərlə bilavasitə tutuşdurulmasına imkan
verən müqayisəli geoloji və arxeoloji xronologiya cədvəli təqdim edilir. Eyni zamanda, geoloji,
geomorfoloji, paleocoğrafi və arxeoloji tədqiqatlar apararkən süxur və mədəni təbəqələrin geoloji
və arxeoloji yaşlarının sinxronlaşdırılmasında bu müqayisəli cədvəlin əhəmiyyəti vurğulanır.
Xronologiya – tarixi hadisələrin, sənədlərin ya-
şının və zaman daxilində ardıcıllığının müəyyən
edilməsidir. Bu baxımdan arxeologiyada çeşidli
mədəniyyətlər, tarixi hadisə, maddi-mədəniyyət
nümunələri tarixi sənəd rolunu oynayırsa,
geologi-
yada bu funksiyanı, müvafiq olaraq, Yer kürəsində
baş vermis müxtəlif geoloji proseslər və onu təşkil
edən
süxurlar, çöküntülər yerinə yetirir.
Geoloji, paleocoğrafi və s. tədqiqatlar zamanı
yerin formalaşmasında iştirak edən həmin süxurla-
rın və çöküntü laylarının müxtəlif üsullarla nisbi və
mütləq yaşı təyin edilir. Stratiqrafiya, paleontolo-
giya, litologiya və tarixi geologiya kimi geoloji
fənlərin metod və üsulları nisbi yaşın müəyyən
edilməsində mühüm rol oynayır və bu zaman sü-
xurların laylanma ardıcıllığı prinsipi (N.Steno qa-
nunu) əsas götürülür, yəni yatımı pozulmamış hər
bir üstdəki lay altdakından cavandır. Əmələgəlmə
vaxtlarının eyniliyi isə həmin süxurlarda oxşar fa-
una və flora qalıqlarının olması ilə müəyyən olu-
nur. Mütləq yaşın təyini üçün isə bir çox fiziki-
kimyəvi üsullar, o cümlədən kalium-arqon (K-Ar),
termo-lüminissent, radio-karbon, uran-ion, paleo-
maqnit, trek və s. üsullar tətbiq edilir.
Yuxarıda adları çəkilən üsulların köməyilə sü-
xurlar və onların əmələ gətirdiyi layların nisbi və
mütləq yaşları müəyyən edilərək, ayrı-ayrı region-
lar və daha kiçik mərhələlər üzrə müəyyən fərqlər
olsa da, dünya geoloqları tərəfindən qəbul edilən
vahid bir xronoloji cədvəl tərtib edilmişdir. Geo-
xronoloji şkala adlandırılan ümumiləşdirilmiş hə-
min cədvəl müxtəlif regional və regionlararası şka-
laların sintezi olub, eraların, dövrlərin və s. davam-
lılığını və onların sərhədlərini əks etdirir.
Arxeologiya təkcə qədim tarixi prosesləri, mad-
di və ictimai həyatda baş vermiş konkret hadisələri
qeyd etməklə kifayətlənmir, onun vəzifəsi həm də
həmin tarixi hadisələrin vaxtını və xronologiyasını
müəyyən etməkdir (Мартынов, 2005). Arxeoloq-
lar da, geoloqlar kimi, tədqiq etdikləri təbəqənin və
aşkar edilən maddi-mədəniyyət abidəsinin nisbi və
mütləq yaşını təyin edir, onun hansı mədəniyyətə
mənsub olduğunu müəyyənləşdirir və bu zaman
bəzi regional fərqlər olsa da, vahid arxeoloji xrono-
logiyaya əsaslanırlar. Fərq ondan ibarətdir ki, geo-
loqlar əmələgəlmə vaxtına görə süxur təbəqələrini,
arxeoloqlar isə təbəqələrdəki qədim insan fəaliyyə-
ti ilə bağlı mədəniyyətləri ayırırlar.
Arxeologiyada istifadə olunan dövrləşmə sis-
teminin əsasını hər bir tarixi mərhələni xarakterizə
edən əmək aləti və onun hazırlanması üsulları təş-
kil edir (Мартынов, 2005). Bu sistemə görə, bütün
insanlıq tarixi üç böyük mərhələyə - Daş, Tunc və
Dəmir dövrlərinə, onlar da
öz növbəsində daha ki-
çik dövrlərə və mədəniyyətlərə bölünmüşdür. Bu
sistemdə dövrlərin sürəkliliyi müxtəlifdir: belə ki,
Daş dövrü tarixi inkişafın ən uzun sürən dövrü olub
və onun, demək olar ki, 99 faizini əhatə edir. Arxe-
oloqlar üçün həmin dövrə aid əşyaların yaşını və
ibtidai insanların yaşadığı paleocoğrafi şəraiti ay-
dınlaşdırmaq həmişə çətinlik törədir və bu zaman
geoloji, fiziki-kimyəvi, paleocoğrafi və paleobota-
niki metodlar, xüsusilə süxurlarda mikroskopik bit-
ki qalıqlarının (spor, tozcuqlar) öyrənilməsinə
əsaslanan palinoloji analiz üsulu köməyə gəlir. Pa-
leolit dövrü üçün dünya üzrə ümumi bir fikir for-
malaşsa da, Mezolit dövründən başlayaraq, sonrakı
dövrlərdəki bu və digər mədəniyyətlərin yaranma-
sı, sürəkliliyi və məhv olması zamanları arasında
əhəmiyyətli regional fərqlər mövcuddur (Альма-
рик, 1959).
Göründüyü kimi, hər iki elm sahəsinin öyrənmə
obyekti yerlə, xüsusilə yer qabığı ilə əlaqədar olsa
da, arxeologiya onun lap üst hissəsini - insan yaşa-
yışı ilə əlaqədar olan hissəsini, daha doğrusu, orada
mövcud olan maddi-mədəniyyət nümunələrini və
onlarla bağlı tarixi və ictimai-siyasi prosesləri öy-
rənir. Geologiyada, paleocoğrafiyada yer qabığının
bu təbəqəsini təşkil edən çöküntülər "Dördüncü