Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə21/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
38                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
Cr II dərəcəli; Ba, V, M, Sr  III dərəcəli toksiki ele-
mentlərdir. 
Metallar,  adətən,  torpaqda  asan  toplanır,  lakin 
torpaqdakı ağır metallar uzun müddətdə öz təsirini 
saxlayır. Məsələn torpaqda Zn-in yarımparçalanma 
dövrü 500 il, Cd-un 1100, Cu-un 1500 il, Pb-unku 
isə  bir  neçə  min  ilə  bərabərdir.  Ağır  metalların 
təhlükəsi ondan irəli gəlir ki, onlar toplanaraq canlı 
orqanizmlərdə  yüksək  toksikli  metal  tərkibli  üzvi 
maddələr  törədirlər.  Bir  təbii  mühitdən  digərinə 
keçdikdə  onlar  öz  kimyəvi  qurluşunu,  formasını 
dəyişərək öz aralarında və qeyri-metallarla kimyə-
vi reaksiyalar yaradırlar. Bundan başqa, ağır metal-
lar torpaqda bir sıra kimyəvi reaksiyaların kataliza-
toru rolunu oynayır. Torpaq hissəcikləri ilə sıx bağ-
lı olan müddətdə ağır metallar çətin mənimsənilir 
və  onların  torpağa,  ətraf  mühitə  mənfi  təsiri  cüzi 
olur. Lakin əgər torpaq şəraiti ağır metalların tor-
paq  məhluluna  keçməsinə  imkan  yaradırsa,  onda 
torpaqların  birbaşa  çirklənməsinin  təhlükəsi  arta-
raq onların bitkilərə, eləcə də insan və heyvan orqa-
nizmlərinə daxil olmalarının ehtimalı artır [7]. 
Torpaqların və bitkilərin çirklənməsinin təhlü-
kəsi bitkinin və torpaqdakı kimyəvi maddələrin nö-
vündən, ağır metalların və onlar ilə kompleks mad-
dələr əmələgətirən maddələrə əks-təsir göstərə bi-
lən elementlərin olmasından, torpaqda bu metalla-
rın mənimsənilən formalarının miqdarından və tor-
paq-iqlim şəraitindən asılıdır. Deməli, ağır metalla-
rın  mənfi  təsiri  əsas  etibarilə  onların  mütəhərrik-
liyindən asılıdır. Mədəni bitkilərin, kənd təsərrüfatı 
məhsullarının,  heyvanların  və  insanların  orqaniz-
minə ağır metallar yalnız mütəhərrik formada daxil 
olur. Ağır metalların torpağın üst qatında paylan-
ması bir sıra amillərdən-çirklənmə mənbəyinin xü-
susiyyətindən, regionun meteoroloji xüsusiyyətlə-
rindən, geokimyəvi amillərdən və ümumi landşaft 
mühitindən asılıdır.  
Ağır metallar trofık zəncirlərin vasitəsilə bitki-
lərə daxil olaraq sonradan heyvan və insanlar tərə-
findən mənimsənilir. Bu metalların mübadiləsində 
bir sıra bioloji maneələr iştirak edir ki, buna görə 
canlı  orqanizmləri bu  elementlərin artığından  qo-
ruyan müəyyən seçilmiş bioloji toplanılma baş ve-
rir. Buna baxmayaraq, bioloji maneələrin fəaliyyəti 
müəyyən qədər məhdud olduğu üçün ağır metallar 
torpaqda daha tez toplanır. Torpaqların ağır metal-
larla  çirklənməyə  qarşı  davamlılığı  onun  buferli-
liyindən  asılı  olaraq  müxtəlifdir.  Ən  böyük  bufer 
tutumu  və  çirkləndirici  maddələrin  bitki  və  canlı 
orqanizmlərə  mənfi  təsirini  aşağı  salmaq  qabiliy-
yəti  yüksək  humuslu,  ağır  qranulometrik  tərkibli, 
yüksək udma tutumlu, əhəngli karbonatlarla zəngin 
olan torpaqlardadır. Bu torpaqlar kimyəvi çirklən-
dirici maddələrin mənfi təsirinə təbii sabitlik verir. 
Torpağın çirklənməyə qarşı müqaviməti, eyni za-
manda, su rejimindən, su keçiriciliyindən, suaxarın 
aşağı düşən, ya da qalxan cərəyanlarının üstünlü-
yündən və s. asılıdır. Torpağın sorbsiya qabiliyyəti 
ilə yanaşı, bu göstəricilər torpağın hidrosferə və at-
mosferə  qarşı  qoruyucu  funksiyasında  özünü  bi-
ruzə verərək torpaqda çirkləndirici maddələrin top-
lanmasına təsir göstərir [7]. 
 
 
Şəkil 1. Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xəritəsi  


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 39 
 
Cədvəl 1 
Şirvan düzü aqrolandşaftlarından götürülmüş torpaq nümunələrinin mikroelement tərkibi.  
Kəsim-1, Ağdaş rayonu, Qaradeyin kəndi (Yonca sahəsi) 
 
Sira 
№-si 
Mendeleyev 
cədvəlindəki sıra 
№-si 
Element 
Orta miqdar, %-lə 
Konsentra-
siya klarkı 
(KK) 
Torpağın  
tərkibində 
Yer qabığındakı 
klark (YQK) 

0-20 sm 


0,0014 
0,0012 
1,116 
23 

0,0280 
0,009 
3,111 
26 
Fe 
0,3729 
4,65 
0,080 
28 
Ni 
0,1242 
0,058 
2,143 
37 
Rb 
0,0016 
0,015 
0,107 
38 
Sr 
0,0415 
0,034 
1,221 
39 

0,0005 
0,0029 
0,172 
40 
Zr 
0,0020 
0,017 
0,118 
20-50 sm 

 


0,0041 
0,0012 
3,416 
23 

0,0280 
0,009 
3,111 
26 
Fe 
0,3729 
4,65 
0,080 
28 
Ni 
0,1242 
0,058 
2,143 
37 
Rb 
0,0016 
0,015 
0,107 
38 
Sr 
0,0415 
0,034 
1,221 
39 

0,0005 
0,0029 
0,172 
40 
Zr 
0,0020 
0,017 
0,118 
 

50-80 sm 
26 
Fe 
0,3729 
4,65 
0,080 
37 
Rb 
0,0016 
0,015 
0,107 
38 
Sr 
0,0041 
0,034 
1,221 
39 

0,0005 
0,0029 
0,172 
40 
Zr 
0,0020 
0,017 
0,118 
 
 

50-80 sm 
26 
Fe 
0,3729 
4,65 
0,080 
37 
Rb 
0,0016 
0,015 
0,107 
38 
Sr 
0,0041 
0,034 
1,221 
39 

0,0005 
0,0029 
0,172 
40 
Zr 
0,0020 
0,017 
0,118 
 
Mikroelementlərin  qida  zəncirinə  daxil  olması 
və  eyni  zamanda,  landşaft  komponentlərində,  xü-
susən  torpaqda  çatışmayan  mikroelementlərin 
mövcudluğu  insanlarda  muxtəlif  xəstəliklərin  ya-
ranmasına  səbəb  olur.  1-ci  cədvəldə  Şirvan  duzu 
aqrolandşaftlarındakı  mikroelementlərin  konsen-
trasiya klarkları (KK) verilmişdir.  
Kadmium  (Cd)  elementinin  torpaqda,  suda  və 
bitkilərin  tərkibində  çoxluğu  bu  mikroelementin 
qida zəncirinə daxil olmasına gətirib çıxarır ki, bu 
da insanlarda  ağciyər və qaraciyərin davamlı funk-
siyasının pozulmasına, böyrək xəstəliklərinə, pros-
tat vəzinin xərçənginə, sümüklərin ovulmasına, bo-
yun qısalmasına səbəb olur.  Bu ərazilərdə Cd-un 
miqdarını azaltmaq üçün 4-5 ildən bir çəltik sahə-
lərini kartof və yonca aqrolandşaftları ilə əvəz et-
mək lazımdır. Qeyd edək ki, quş peyini və müxtəlif 
qatışıqlardan hazırlanmış üzvi gübrə olan kompos-
tun  torpağa  verilməsi  də  kadmiumun  miqdarını 
azaldır [5]. 
Aqrolandşaftlar  daxilində  toksiki  elementlərin 
yüksək konsentrasiya klarkı tədqiqat ərazisinin şi-
mal-şərqində,  Kürdəmirin  Muğanlı,  Qarasaqallı, 
Böyük  Kəngərli  kəndləri  yaxınlığında,  Ağsuyun  
Göydələhli kəndi yaxınlığında buğda və yonca sa-
hələrində də müşahidə edilmişdir. Eynilə civə, qur-
ğuşun mərkəzi sinir sistemini zədələyir, irsi xəstə-
liklərin (eybəcərlik, psixoz), mutasiyanın yaranma-
sına gətirib çıxarır. Qurğuşunun yüksək konsentra-
siyası  əsəb,  ürək-damar,  immunitet  və  endokrin 
sistemlərinin  pisliyə  doğru  dəyişməsinə,  böyrək-
lərin funksional pozğunluğuna gətirib çıxarır. 
Ağır mexaniki tərkibli torpaqlarda toksikantla-
rın  hərəkətliyi  azalır.  Torpağın  kipliyinin  artması 
çirkləndirici  maddələrin  hərəkətliyini  artırır.  As-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə