Compiliation of legal acts and regulations for the forest sector specialists


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə106/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   102   103   104   105   106   107   108   109   ...   125

282
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası
Kioto Protokolu
Müqəddimə 
1992-ci  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  dəyişmələri  haqqında  Çərçivə 
Konvensiyasını  qəbul  edərək  hökumətlər  gələcəkdə  onun  daha  fəal  tədbirlərin  həyata 
keçirilməsi üçün əsas olacağını təsdiq etdilər. Daimi informasiya mübadiləsi, araşdırmalar 
və müzakirələr nəzərdə tutan bu Konvensiya siyasi idarə və elmi biliklərin inkişafı nəzərə 
alınmaqla əlavə öhdəliklər götürməyə imkan verir.
İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu, ilk dəfə 1995-ci ildə Berlində 
keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilmişdir. Tərəflər, 
inkişaf  etmiş  ölkələrin  2000-ci  il  üçün  tullantı  səviyyələrinin  1990-cı  il  səviyyəsinə 
endirilməsinə yönəlmiş öhdəliklərinin Konvensiyanın «İqlim sisteminə təhlükəli antropogen 
təsirə»  yol  verməməkdən  ibarət  olan  uzunmüddətli  məqsədlərə  nail  olmaq  üçün  müvafiq 
olması qərarına gəlmişlər.
Bunu nəzərə alaraq nazirlər və digər yüksək vəzifəli şəxslər Berlin mandatının qəbul etmiş 
və inkişaf etmiş ölkələrin öhdəliklərini gücləndirmək məqsədi ilə yeni danışıqlar mərhələsinə 
başlamışlar. Razılaşmanın işlənməsi üçün Berlin mandatı üzrə xüsusi qrup təsis edilmiş, hansı 
ki, özünün 8 sessiyasını keçirərək Tərəflər Konfransının 3-cü sessiyasına yekun danışıqları 
üçün mətn təqdim etmişdir.
1997-ci  ilin  dekabrında Yaponiyanın  Kioto  şəhərində  keçirilən  bu  mühüm  müşavirədə 
təqribən  10000  nümayəndə,  müşahidəçi  və  jurnalist  iştirak  etmişdir.  Konsensus  əsasında 
qəbul olunmuş qərarda /I/T.KZ/ Konfrans inkişaf etmiş sənaye ölkələrinin 2008-2012-ci illər 
üçün parnik qazlarının ümumi tullantısını 1990-cı il səviyyəsi ilə müqayisədə ən azı 5% ixtisar 
edəcəkləri haqqında Protokol qəbul etmək qararına gəlmişdi. Bu hüquqi öhdəlik təxminən 
150 il əvvəl başlamış tullantıların artırılması istiqamətində tarixi dönüş olacağına ümid verir.
Kioto  Protokolu  16  mart  1998-ci  ildə  imzalanmaq  üçün  açılmışdır.  O,  Konvensiya 
Tərəflərinin  ən  azı  55  tərəfi,  hansı  ki,  payına  ümumi  karbon  dioksidi  tullantılarının 
minimum 55%-i düşən inkişaf etmiş sənaye ölkələri qrupuna daxil olan ölkələr tərəfindən 
təsdiq edildikdən 90 gün sonra qüvvəyə minir. Buna baxmayaraq, Konvensiya Tərəfləri öz 
öhdəliklərini yerinə yetirməkdə və gələcəkdə Protokolun həyata keçirilməsinə hazırlaşacaqlar.
Mündəricat 
İqlim  dəyişmələri  haqqında  Birləşmiş  Millətlər  Təşkilatının  Çərçivə  Konvensiyasının 
Kioto Protokolunun maddələri sərlövhəsizdir, aşağıda göstərilən ümumi xarakterli sərlövhələr 
yalnız mətnlə işi yüngülləşdirmək üçün nəzərdə tutulmuş və 3-cü səhifədə başlanan rəsmi 
mətnin bir hissəsi hesab olunmur.
Preambula:
1.  Qərarlar.
2.  Siyasət və tədbirlər.
3.  Tullantıların  məhdudlaşdırılması  və  ixtisara  salınması  üzrə  müəyyən  kəmiyyət 
öhdəlikləri.
4.  Öhdəliklərin birgə yerinə yetirilməsi.


283
5.  Metodoloji məsələlər.
6.  Tullantıların azaldılması, vahidlərinin təhvili və əldə edilməsi /birgə həyata keçirmə.
7.  İnformasiyanın ötürülməsi.
8.  İnformasiyanın nəzərdən keçirilməsi.
9.  Protokolun nəzərdən keçirilməsi.
10.  Mövcud öhdəliklərin yerinə yetirilməsinə sonrakı yardım.
11.  Maliyyə mexanizmi.
12.  Təmiz inkişaf mexanizmi.
13.  Tərəflər Konfransı kimi fəaliyyət göstərən Tərəflər müşavirəsi.
14.  Katiblik.
15.  Köməkçi orqanlar.
16.  Çoxtərəfli məşvərət prosesi.
17.  Tullantılar ticarəti.
18.  Riayətsizlik.
19.  Mübahisələrin nizama salınması.
20.  Düzəlişlər.
21.  Onlara əlavə və düzəlişlərin qəbul edilməsi.
22.  Səs hüququ.
23.  Depozit.
24.  İmzalanma, təsdiqləmə, qəbul etmə, bəyənmə və ya qoşulma.
25.  Qüvvəyə minmə.
26.  Təshihlər.
27.  Çıxış.
28.  Əslinə uyğun mətnlər.
Əlavə A: Parnik qazları və sahə/mənbə kateqoriyaları
Əlavə B: Tullantılar üzrə Tərəflərin öhdəlikləri
Aşağıda  göstərilən  cədvəl  və  Tərəflər  Konvensiyasının  üç  qərarı  Kioto  Protokolunun 
tərkib hissəsi deyildir və Protokolun qəbulu və həyata keçirilməsi ilə bağlı informasiya 
mənbəyi kimi buraya daxil edilmişdir.
Qərar  1/T.K.3:  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  dəyişmələri  üzrə  Çərçivə 
Konvensiyasına Kioto Protokolunun qəbul edilməsi.
Qərar 2/T.K.3: Kioto Protokolu ilə bağlı olan metodoloji məsələlər.
Qərar 3/T.K.3: Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərinin yerinə yetirilməsi.
Cədvəl: Kioto Protokolunun 25-ci maddəsinin məqsədlərinə uyğun olaraq 1990-cı ildə 
1-ci əlavəyə daxil edilmiş Tərəflərin ümumi karbon dioksid tullantıları.


284
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Haqqında 
Çərçivə Konvensiyasının Kioto Protokolu
Hazırki  Protokolun  Tərəfləri,  Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  Dəyişmələri  üzrə 
Çərçivə Konvensiyasının Tərəfləridirlər.
2-ci  maddədə  göstərildiyi  kimi,  Konvensiyanın  son  məqsədinə  nail  olmaq  məramı  ilə 
Konvensiya  nizamnaməsinə  istinad  edərək,  Konvensiyanın  3-cü  maddəsini  əldə  rəhbər 
tutaraq, Tərəflər Konvensiya Konfransının 1-ci sessiyası qərarı ilə 1/T.K.1, qəbul olunmuş 
Berlin mandatının yerinə yetirilməsi üçün, aşağıdakılar haqqında razılığa gəlmişlər:
Maddə 1 
Hazırki Protokolun məqsədləri üçün Konvensiyanın 1-ci maddəsində rast gəlinən Tərəflər 
istifadə olunur. Bundan başqa:
1.  «Tərəflər Konfransı» dedikdə Konvensiyanın Tərəflər Konfransı nəzərdə tutulur.
2.  «Konvensiya» Birləşmiş Millətlər Təşkilatının 9 may 1992-ci ildə Nyu-Yorkda qəbul 
edilmiş İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası deməkdir.
3.  «İqlim  dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər  qrupu»  Ümumdünya 
meteorologiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin mühafizəsi 
üzrə  1988-ci  il  Proqramı  tərəfindən  birgə  təsis  olunmuş  İqlim  dəyişmələri  üzrə 
hökumətlərarası ekspertlər qrupu deməkdir.
4.  «Monreal Protokolu» sonralar edilmiş dəyişiklik və güzəştlərlə 16 sentyabr 1987-ci 
ildə Monrealda qəbul edilmiş, ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu 
deməkdir.
5.  «Səsverməyə gələn və iştirak edən Tərəflər» lehinə və ya əleyhinə səs verən və iştirak 
edən Tərəflər deməkdir.
6.  Əgər  ümumi  mətndən  başqa  məna  alınmırsa,  «Tərəf»  hazırkı  Protokolun  Tərəfi 
deməkdir.
7.  1-ci əlavəyə daxil edilmiş Tərəf, düzəlişlər edilə biləcək Konvensiyaya olan birinci 
əlavəyə daxil edilmiş Tərəf, ya da Konvensiyanın 4-cü maddəsinin 2/q bəndinə uyğun 
olaraq bildiriş təqdim edən Tərəf deməkdir.
Maddə 2 
1.  Əlavə  1-ə  daxil  edilmiş  hər  bir  Tərəf,  maddə  3-ə  müvafiq  olaraq  tullantıların 
məhdudlaşdırılması  və  ixtisar  edilməsi  üzrə  müəyyən  say  öhdəliklərini  yerinə 
yetirdiyi müddətdə stabil inkişafa nail olmaq məqsədi ilə:
a)  öz milli xüsusiyyətlərinə uyğun olaraq bu cür siyasət və tədbirlər planı həyata 
keçirir və yaxud sonralar işləyib hazırlayır:
1)  Milli  İqtisadiyyatının  müvafiq  bölmələrində  enerjinin  istifadəsində  effektivliyin 
artırılması;
2)  Təbiətin mühafizəsi üzrə müvafiq beynəlxalq razılaşmalara əsasən öhdəliklərini nəzərə 
alaraq Monreal Protokolu ilə nizama salınmayan uducu və yığıcıların mühafizəsi və 
keyfiyyətinin yüksədilməsi; meşə təsərrüfatı idarəçiliyi, meşələrin qırılması və stabil 
zəmində meşələrin bərpası üzrə səmərəli metodların rəğbətləndirilməsi;
3)  İqlim dəyişmələri ilə bağlı fikir və mülahizələr baxımından kənd təsərrüfatının sabit 
formalarının genişləndirilməsi;
4)  Tədqiqat işlərinin aparılması, onların tətbiqinə köməklik göstərilməsi, yeni və yenidən 
bərpa olunan enerji növləri, karbon dioksidinin udulması texnologiyaları və ekoloji 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə