Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə109/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   105   106   107   108   109   110   111   112   ...   125

289
texniki  aspektlər  üzrə  konsultasiyaların  aparılması  üçün  köməkçi  orqan  tərəfindən 
təşkil olunan məsləhətləşmələr əsasında hazırki Protokolun Tərəflər müşavirəsi sifəti 
ilə fəaliyyət göstərən Tərəflər Konfransı mütamadi olaraq bü cür metodologiya və 
düzəlişlərin şərhini verir və lazım olduqda onları yenidən nəzərdən keçirir və Tərəflər 
Konfransının istənilən müvafiq qərarını tam dolğunluğu ilə nəzərə alır. Metodologiya 
və  düzəlişlərin  istənilən  nəzərdən  keçirilmə  prosesi  yalnız  öhdəliklərin  istənilən 
fəaliyyət  dövrü  baxımından  3-cü  maddə  üzrə  öhdəliklərin  yerinə  yetirilməsinin 
nizamlanması məqsədi ilə tətbiq olunur.
3.  Mənbələrdən çıxan antropogen tullantıları və A əlavəsində göstərilən parnik qazlarının 
uducularla absorbsiyasının karbon dioksidlə ekvivalentdə hesablanması üçün istifadə 
olunan qlobal istiləşmə potensialı İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər 
qrupu  tərəfindən  qəbul  edilən  və  Konvensiyanın  Tərəflər  Konfransının  3-cü 
sessiyasında bəyənilən potensial hesab olunur. İqlim dəyişmələri üzrə hökumətlərarası 
ekspertlər qrupunun əməli işi və elmi texniki aspektdə konsultasiyaların aparılması 
üçün  köməkçi  orqan  tərəfindən  təşkil  olunan  məsləhətləşmələr  əsasında  hazırki 
Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konvensiyası 
bu  cür  parnik  qazlarının  hər  birinin  potensial  qlobal  istiləşmə  həcmini  mütamadi 
olaraq  nəzərdən  keçirir  və  zərurət  yarandıqda  onları  nəzərdən  keçirir  və  Tərəflər 
Konfransının istənilən müvafiq qərarını tam dolğunluğu ilə nəzərə alır. Bu və ya digər 
qlobal istiləşmə potensialı həcminin hər bir halda nəzərdən keçirilməsi öhdəliklərin 
istənilən fəaliyyət dövrü baxımından yalnız 3-cü maddə üzrə öhdəliklərə tətbiq edilir.
Maddə 6 
1.  Əlavə  1-ə  daxil  edilmiş  istənilən  Tərəf  3-cü  maddə  üzrə  öz  öhdəliklərini  yerinə 
yetirmək məqsədi ilə mənbələrdən çıxan antropogen tullantılarının ixtisarına və ya 
iqtisadiyyatın  istənilən  bölməsində  parnik  qazlarının  uducularla  absorbsiyasının 
artırılmasına yönələn layihələr nəticəsində əldə olunan tullantıların ixtisar vahidlərini 
istənilən bu cür Tərəfə ya verə, ya da qəbul edə bilər, bir şərtlə ki: 
a)  istənilən bu cür layihə iştirakçı Tərəflər tərəfindən təsdiq edilsin;
b)  digər  halda  ola  biləcəklərə  əlavə  olaraq,  istənilən  bu  cür  liyihə  mənbələrdən 
çıxan tullantıların ixtisarını və ya uducularla absorbsiyanın artırılmasını nəzərdə 
tutur;
c)  5  və  7-ci  maddələr  üzrə  öhdəliklərini  yerinə  yetirmədiyi  təqdirdə  o,  heç  bir 
tullantı ixtisarı vahidi əldə etmir;
d)  3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə tullantıların ixtisar 
vahidinin əldə olunması daxili fəaliyyəti nizamlayır.
2.  Hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 
əməli cəhətdən mümkün olduqda özünün 1-ci sessiyasında və yaxud sonralar hazırkı 
maddənin  həyata  keçirilməsi,  o  cümlədən  məruzələrin  yoxlanılması  və  təqdim 
edilməsi üçün sonrakı rəhbər prinsipləri hazırlaya bilər.
3.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəf  hazırki  maddəyə  uyğun  olaraq  tullantıların  ixtisar 
vahidlərinin  əldə  olunması,  təqdim  olunması  və  ya  qəbuluna  gətirib  çıxaran 
fəaliyyətlərdə hüququ şəxsləri öz nəzarəti altında səlahiyyətləndirə bilər.
4.  Əlavə 1-ə daxil edilmiş bu və ya digər Tərəf tərəfindən hazırkı maddədən göstərilən 
tələblərin  yerinə  yetirilməsinə  aid  olan,  8-ci  maddənin  qərarlarına  müvafiq  olaraq 
məsələ  meydana  çıxarsa,  öhdəliklərə  riayət  etmək  haqqında  məsələ  həll  olunana 
qədər heç bir Tərəfin 3-cü maddə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün bu cür 
vahidlərdən  istifadə  etməməsi  şərti  ilə,  tullantıların  ixtisar  vahidinin  qəbulu,  əldə 


290
olunması  və  ötürülməsi  prosesi  bu  məsələ  aşkar  olunduqdan  sonra  da  davam  edə 
bilər.
Maddə 7 
1.  Əlavə 1-ə daxil edilmiş hər Tərəf aşağıda göstərilən 4-cü bəndə əsasən müəyyən edilən 
Konvensiyanın Tərəflər Konfransının müvafiq qərarlarına uyğun olaraq, təqdim edilən 
Monreal Protokolu ilə nizama salınmayan mənbələrdən çıxan antropogen tullantıları 
və  parnik  qazlarının  uducularla  absorbsiyasının  illik  kadastrına  3-cü  maddənin 
qərarlarına əməl olunması məqsədi ilə zəruri əlavə informasiyanı daxil edir.
2.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  aşağıda  göstərilən  4-cü  bəndə  müvafiq  olaraq 
müəyyən  edilən  Konvensiyanın  12-ci  maddəsinə  müvafiq  olaraq  təqdim  edilən  öz 
milli məruzəsinə hazırki Protokol üzrə öhdəlikləri yerinə yetirdiyini nümayiş etdirmək 
məqsədi ilə zəruri olan əlavə informasiyanı daxil edir.
3.  Əlavə 1-ə daxil edilmiş hər Tərəf öhdəliklərin fəaliyyət dövrü ərzində həmin Tərəf 
üçün  hazırkı  Protokolun  qüvvəyə  minməsindən  sonra  Konvensiyaya  uyğun  olaraq 
təqdim edilməsi nəzərdə tutulan ilk kadastrdan başlayaraq, hər il yuxarıda göstərilən 
1-ci bəndə uyğun olaraq tələb olunan informasiyanı təqdim edir. Aşağıda göstərilən 
4-cü bənddə nəzərdə tutulduğu kimi, hazırkı Protokolun mövcud Tərəf üçün qüvvəyə 
minməsi və rəhbər prinsiplərin qəbul edilməsindən sonra hər bir belə Tərəf yuxarıda 
göstərilən 2-ci bəndə uyğun olaraq tələb olunan informasiyanı təqdim edir. Tərəflər 
Konfransı tərəfindən milli məruzələrin təqdim olunması üçün qəbul edilmiş istənilən 
cədvəli nəzərə almaqla hazırki maddəyə uyğun olaraq tələb olunan informasiyanın 
dövriolaraq  sonrakı  təqdimatı  hazırkı  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə 
fəaliyyət göstərən Tərəflər Konfransı müəyyənləşdirir.
4.  Hazırkı  Protokolun  Tərəflər  Konfransı  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən 
Tərəflər Konfransı 1-ci sessiyasından və mütamadi olaraq əlavə 1-ə daxil edilmiş, 
Tərəflərin  milli  məruzələrinin  hazırlanması  üçün  Tərəflər  Konfransı  tərəfindən 
qəbul edilmiş rəhbər prinsipləri nəzərə alaraq, hazırki maddəyə uyğun olaraq tələb 
olunan informasiyanın hazırlanması üçün aparıcı prinsipləri nəzərdən keçirir. Hazırki 
Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 
müəyyən olunmuş miqdarın nəzərə alınması qaydası haqqında öhdəliklərin birinci 
fəaliyyət dövrünün başlanmasınadək də qərar qəbul edir.
Maddə 8 
1.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  tərəfindən  7-ci  maddəyə  uyğun  olaraq,  təqdim 
olunan  informasiya  Tərəflər  Konfransının  müvafiq  qərarlarının  həyata  keçirilməsi 
üzrə  ekspertlər  qrupu  tərəfindən  və  aşağıda  göstərilən  4-cü  bəndə  uyğun  olaraq 
hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 
tərəfindən bu məqsədlə qəbul edilən rəhbər prinsiplərə uyğun olaraq nəzərdən keçirilir. 
Əlavə 1-ə daxil edilmiş Tərəflərin 7-ci maddənin 1-ci bəndinə uyğun olaraq təqdim 
etdiyi informasiya tullantılar və müəyyən edilmiş miqdarın illik kompilyasiyası və 
kadastr  hesabının  bir  hissəsi  kimi  nəzərdən  keçirilir.  Buna  əlavə  olaraq  Əlavə  1-ə 
daxil  edilmiş Tərəflər  tərəfindən  7-ci  maddənin  2-ci  bəndinə  uyğun  olaraq  təqdim 
edilən informasiya nəzərdən keçirilən məlumatların bir hissəsi kimi qəbul edilir.
2.  Araşdırma üzrə ekspertlər qrupu katiblik tərəfindən koordinasiya olunur və Tərəflər 
Konvensiyası  tərəfindən  nümayəndələr  irəli  sürülən  nümayəndələrdən  seçilən 
ekspertlərdən  ibarət  olur  və  lazım  olduqda  Tərəflər  Konvensiyası  tərəfindən  bu 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə