Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə107/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   103   104   105   106   107   108   109   110   ...   125

285
baxımdan  təmiz  innovasiya  texnologiyalarının  hazırlanması  və  daha  geniş  istifadə 
olunması;
5)  Bazar uyğunsuzluqları, fiskal stimulları, vergi və rüsumlardan azad edilmə halları, 
Konvensiyanın  məramına  zidd  olan  subsidiyalar  və  bütün  tullantı  mənbələri  olan 
bölmələrdə parnik qazlarının tədricən ixtisar edilməsi və ya aradan qaldırılması və 
bazar əməliyyatlarının tətbiqi;
6)  Monreal Protokolu ilə nizama salınmayan parnik qazı tullantılarını məhdudlaşdıran 
və ya ixtisara salan siyasət və tədbirlərin həyata keçirilməsinə kömək məqsədi ilə 
müvafiq bölmələrdə lazımi müvafiq islahatların geniş tətbiqi;
7)  Monreal  Protokolu  ilə  nizama  salınmayan  nəqliyyatda  daşınan  parnik  qazı 
tullantılarının məhdudlaşdırılması və yaxud ixtisar edilməsi üzrə tədbirlər;
8)  Tullantıların  ayrılması,  həmçinin  enerjinin  istehsalı,  daşınması  və  paylaşdırılması 
zamanı rekuperasiya yolu ilə metan qazı tullantılarının məhdudlaşdırılması və/yaxud 
ixtisarı;
b)  Konvensiyanın  4-cü  maddəsinin  2/c/1/  bəndinə  uyğun  olaraq  hazırki  maddə 
əsasında həyata keçirilən siyasət və tədbirlərin şəxsi və ümumi səmərəliliyinin 
artırılması  məqsədi  ilə  digər  bu  cür  Tərəflərlə  əməkdaşlıq  edir.  Bu  məqsədlə 
Tərəflər  müqayisə  olunma  dərəcəsi,  şəffaflıq  və  səmərəliliyi  nəzərə  alınmaqla 
bu tədbirlər haqqında informasiya mübadiləsi və təcrübələrinin yayılması üçün 
addımlar  atırlar.  Hazırki  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət 
göstərən tərəflər Konfransı bütün müvafiq informasiya nəzərə alınmaqla (birinci 
sessiyasında və yaxud sonralar, praktiki cəhətdən mümkün ola biləcək vaxtda) 
belə bir əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçirəcək.
2.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər,  müvafiq  surətdə  Beynəlxalq  Mülki  Aviasiya  və 
Beynəlxalq Dəniz təşkilatları ilə fəaliyyət göstərərək, hava və dəniz yolu ilə daşınma 
zamanı  bunker  yanacağının  istifadə  olunması  nəticəsində  Monreal  Protokolu  ilə 
nizama  salınmayan  parnik  qazı  tullantılarının  məhdudlaşdırılması  və  ya  ixtisarına 
çalışırlar.
3.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər,  digər  Tərəflər  xüsusi  ilə  inkişaf  etməkdə  olan 
ölkələr  hesab  edilən  Tərəflər  və  o  cümlədən  Konvensiyanın  3-cü  maddəsi  nəzərə 
alınmaqla, Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində sadalanan Tərəflər 
üçün  xoşagəlməz  nəticələri,  həmçinin  İqlim  dəyişmələrinin  xoşagəlməz  nəticələri, 
beynəlxalq  ticarətə  təsir  edən  sosial,  ekoloji  və  iqtisadi  nəticələrin  minimuma 
endirilməsi  üçün  hazırki  maddəyə  uyğun  siyasət  və  tədbirlər  həyata  keçirməyə 
çalışırlar. Hazırki Protokolun Tərəfləri müşavirəçi sifəti ilə fəaliyyət göstərən Tərəflər 
Konfransı, hazırki bəndin əsasnaməsini həyata keçirməyə şərait yaradılması məqsədi 
ilə zəruri vaxtlarda müvafiq addımlar ata bilər.
4.  Hazırki Protokolun Tərəfləri müşavirəçi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 
müxtəlif  milli  xüsusiyyət  və  potensial  nəticələri  nəzərə  alaraq:  1  a)  bəndində 
göstərilən  istənilən  icra  və  tədbirlərin  əlaqələndirilməsinin  səmərəliliyi  haqqında 
qərar çıxararsa, bu zaman o, bu cür icra və tədbirlərin koordinasiyasını nizamlama 
yollarını və vasitələrini nəzərdən keçirir.
Maddə 3 
1.  Əlavə 1-ə daxil edilmiş Tərəflər, A əlavəsində adı çəkilən parnik qazlarının ümumi 
antropogen tullantılarının karbon dioksidlə ekvivalentdə Q əlavəsində qeydə alınmış 
tullantıların məhdudlaşdırılması və ixtisar edilməsi üzrə müəyyən say öhdəliklərinin 
yerinə  yetirilməsini  nəzərdə  tutaraq  onlar  üçün  təyin  olunmuş  miqdarı  müəyyən 


286
etməməsi  və  hazırki  maddənin  əsasnaməsinə  uyğun  olaraq,  öhdəliklərin  qüvvədə 
qaldığı 2008-2012-ci illərdə 1990-cı il səviyyəsi ilə müqayisədə belə qazların ümumi 
tullantılarının ən azı 5% azadılmasına ayrı-ayrılıqda və ya birgə təminat verirlər.
2.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf,  hazırki  Protokol  üzrə  öhdəliklərinin  yerinə 
yetirilməsində 2005-ci il üçün əhəmiyyətli uğurlar qazanmağa çalışır.
3.  Əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəfin  hazırki  maddə  üzrə  öz  öhdəliklərini  yerinə 
yetirməsi  üçün  1990-cı  ildən  başlayaraq  meşəsalma,  meşələrin  yenidən  bərpası 
və  meşələrin  qırılması  ilə  məhdudlaşan  meşə  təsərrüfatı  və  torpaqdan  istifadədə 
baş  verən  dəyişikliklər  sahəsində  insan  fəaliyyətinin  birbaşa  nəticəsi  olan  parnik 
qazlarının uducularla absorbsiyası və mənbələrdən atılan tullantılar həcmində təmiz 
dəyişdiricilərdən istifadə edilir. Bunlar öhdəliklərin qüvvədə qaldığı hər bir dövrdə 
karbon tullantılarında baş verən dəyişikliklərin yoxlanılması ilə ölçülür. Fəaliyyətin 
bu növləri ilə bağlı olan mənbələrdən edilən tullantılar və parnik qazlarının uducularla 
absorbsiyası  haqqında  məruzələr  diqqətlə  yoxlanılaraq  təqdim  edilir,  7  və  8-ci 
maddələr əsasında nəzərdən keçirilir.
4.  Hazırki  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 
Konfransının  birinci  sessiyasına  qədər,  əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  1990-cı 
ildə karbon tullantıları səviyyəsinin müəyyənləşdirilməsi və sonrakı illərdə karbon 
tullantı  ehtiyatlarında  gedən  dəyişikliklərin  qiymətləndirilməsi  üçün  Köməkçi 
orqana elmi və texniki aspektlə məşvərətlər aparmaq məqsədi ilə göstəricilər təqdim 
edir.  Hazırki  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 
Konfransı,  ilk  sessiyasında  və  yaxud  sonralar  mümkün  olduqda  kənd  təsərrüfatı 
torpaqlarının istifadəsi, torpaqdan istifadə və meşə təsərrüfatında baş verən dəyişiklik 
kateqoriyalarında  parnik  qazlarının  uducularla  absorbsiyası  və  mənbələrdən  axan 
tullantılardakı dəyişmələrlə bağlı insanın hansı əlavə fəaliyyət sahəsinin, əlavə 1-ə 
daxil edilərək Tərəflər üçün müəyyən edilmiş kəmiyyət göstəricilərinin üstünə gəlməsi 
və yaxud məruzələrin təqdimatı zamanı qeyri-müəyyənlilik, şəffaflıq, yoxlamaların 
aparılmasının  mümkünlüyü,  İqlim  dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər 
qrupunun  metodoloji  işi, Tərəflər  Konfransının  5-ci  maddəsi  və  qərarlarına  uyğun 
olaraq elmi-texniki aspektdə məsləhətləşmələr aparmaq məqsədi ilə köməkçi orqan 
tərəfindən təqdim edilən və keçirilən konsultasiyalar amilini nəzərə alaraq onlardan 
çıxılması ilə bağlı rəhbər prinsiplər, şərtlər və qaydalar haqqında qərar çıxaracaq. Bu 
cür qərar öhdəliklərin ikinci və sonrakı fəaliyyət dövrlərində həyata keçirilir. Tərəf, 
öhdəliklərinin ilk fəaliyyət dövrü ərzində, fəaliyyət növlərinin 1990-cı ildən mövcud 
olması  şərti  ilə  insan  fəaliyyətinin  bu  əlavə  növləri  haqqında  əsasnaməni  həyata 
keçirmək qərarına gələ bilər.
5.  Əlavə  1-ə  daxil  edilmiş  və  bazar  iqtisadiyyatına  keçid  prossesini  həyata  keçirən 
Tərəflər  Konvensiyanın  Tərəflər  Konfransının  2-ci  sessiyasının  9/T.K.  2-li  qərarı 
ilə  əsas  fəaliyyətlərini  və  ya  mərhələlərini  müəyyən  edən,  bu  fəaliyyətləri  və  ya 
mərhələsini hazırki maddə üzrə öhdəliklərinin yerinə yetirilməsinə həsr edirlər. Bazar 
iqtisadiyyatına keçid prossesini həyata keçirən və Konvensiyanın 12-ci maddəsinə 
uyğun olaraq hələ özünün birinci milli məruzəsini təqdim etməyən, əlavə 1-ə daxil 
edilmiş, istənilən başqa Tərəf, hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət 
göstərən Tərəflər Konfransını hazırki maddə üzrə öhdəliklərini yerinə yetirmək üçün 
o, 1990-cı ildəkindən fərqli fəaliyyət ili və ya mərhələsi istifadə etmək niyyətində 
olduğu barədə məlumatlandıra bilər. Hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə 
fəaliyyət göstərən Tərəflər Konfransı bu bildirişin qəbulu haqqında məsələni həll edir.
6.  Öhdəliklərin yerinə yetirilməsi zamanı Konvensiyanın 4-cü maddəsinin 6-cı bəndi 
nəzərə alınmaqla, hazırki maddədə göstərilən öhdəliklərlə yanaşı, hazırki Protokolun 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə