Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə108/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   104   105   106   107   108   109   110   111   ...   125

287
Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı tərəfindən, əlavə 
1-ə daxil edilmiş və bazar iqtisadiyyatına keçid prosesini həyata keçirən Tərəflərə 
müəyyən elastiklik imkanı verilir.
7.  2008-2012-ci illərdə tullantıların məhdudlaşdırılması və ixtisari üzrə müəyyən say 
öhdəliklərinin  ilk  fəaliyyət  dövrü  ərzində  əlavə  1-ə  daxil  edilmiş  hər  Tərəf  üçün 
müəyyən olunmuş miqdar, təkcə parnik qazlarının ümumi antropogen tullantıları B 
əlavəsində göstərilən faizlə paya bərabər olub, A əlavəsində sadalanmış və 1998-ci il 
və ya fəaliyyət ili, ya da mərhələsi üçün 5-ci maddəyə uyğun olaraq müəyyən edilmiş 
göstəricidən  karbon-dioksidlə  müqayisədə  5  dəfə  artıqdır.  Əlavə  1-ə  daxil  edilmiş 
Tərəflər 1990-cı ildən torpaq istifadəsi və meşə təsərrüfatında baş verən dəyişikliklər 
parnik qazlarının tullantısı üçün təmiz mənbə hesab edilən əlavə 1-ə daxil edilmiş 
Tərəflər,  müəyyən  edilmiş  miqdarın  hesablanması  məqsədilə  1990-cı  baza  ili  və 
mərhələsi üçün öz tullantılarına torpaqların istifadə olunmasından gedən dəyişikliklər 
nəticəsində  1990-cı  ildə  uducuların  absorbsiyasını  çıxmaq  şərtilə  karbon-dioksidlə 
müqayisədə mənbələrdən edilən ümumi antropogen tullantılarını da daxil edirlər.
8.  Əlavə 1-ə daxil edilmiş hər Tərəf, 7-ci bənddə qeyd olunduğu kimi, ödəniş məqsədi 
ilə 1995-ci il karbon hidroftor, karbon perftor və kükürd heksaftoridlər üçün fəaliyyət 
ili kimi istifadə edə bilər.
9.  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  üçün  sonrakı  mərhələlər  üzrə  öhdəliklər,  21-ci 
maddənin 7-ci bəndinin əsasnaməsinə uyğun olaraq qəbul edilən hazırkı Protokola 
B əlavəsinin düzəlişləri ilə müəyyənləşdirilir. Hazırki Protokolun Tərəflər müşavirəsi 
sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı yuxarıda göstərilən 1-ci bənddə qeyd 
olunduğu kimi öhdəliklərin birinci fəaliyyət dövrünün sonuna ən azı 7 il qalmış bu 
öhdəlikləri nəzərdən keçirməyə başlayacaq.
10.  Tullantı ixtisarının istənilən vahidi və ya hər hansı Tərəfin digər Tərəfdən əldə etdiyi 
müəyyən edilmiş miqdarın istənilən hissəsi 6-cı və ya 17-ci maddənin qərarına uyğun 
olaraq, qazanan Tərəfin müəyyən edilmiş miqdarına artırılır.
11.  6-cı və 17-ci maddələrin qərarlarına uyğun olaraq, hər hansı bir Tərəfin digər Tərəfə 
verdiyi tullantı ixtisarının istənilən vahidi və ya müəyyən edilmiş miqdarın istənilən 
hissəsi ötürən tərəfin müəyyən edilmiş miqdarından çıxarılır.
12.  12-ci  maddənin  qərarına  əsasən  hər  hansı  bir  Tərəfin  digər  Tərəfdən  qəbul  etdiyi 
tullantı ixtisarının istənilən sertifikatlı vahidləri qəbul edən Tərəfin müəyyən edilmiş 
miqdarına artırılır.
13.  Əgər əlavə 1-ə daxil edilmiş Tərəflərin tullantıları öhdəliklərin bu və ya digər fəaliyyət 
dövründə hazırki maddəyə uyğun olaraq onun üçün müəyyən edilmiş miqdardan az 
olarsa, bu fərq həmin Tərəfin xahişilə öhdəliklərin sonrakı fəaliyyət dövründə onun 
müəyyən edilmiş miqdarına artırılır.
14.  Əlavə 1-ə daxil edilmiş hər Tərəf, inkişaf etməkdə olan ölkələr hesab edilən Tərəflər, 
xüsusi ilə Konvensiyanın 4-cü maddəsinin 8 və 9-cu bəndlərində adı çəkilən Tərəflər 
üçün xoşagəlməz sosial, ekoloji və iqtisadi nəticələri minimuma endirmək üçün 1-ci 
bənddə qeyd olunan öhdəliklərin həyata keçirilməsinə çalışır. Bu bəndlərin həyata 
keçirilməsi haqqında Tərəflər Konfransının müvafiq qərarlarına uyğun olaraq, hazırki 
Protokolu  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Konvensiyanın  Tərəflər 
Konfransı  İqlim  dəyişmələrinin  xoşagəlməz  nəticələrinin  minimuma  endirilməsi 
üçün hansı zəruri tədbirlərin həyata keçirilməsi və ya yuxarıda göstərilən bəndlərdə 
Tərəflər üçün sadalanan cavab tədbirlərinin nəticələri üzrə məsələləri 1-ci sessiyasında 
nəzərdən keçirəcək.
Maddə 4 


288
1.  Maddə 3 üzrə öhdəliklərinin birgə yerinə yetirilməsi haqqında razılığa gəlmiş, əlavə 
1-ə daxil edilmiş istənilən Tərəflərə A-əlavəsində göstərildiyi kimi, parnik qazlarının 
ümumi antropogen tullantılarının karbon dioksidlə ekvivalentdə müəyyən olunmuş 
və 3-cü maddənin qərarlarına əsasən B-əlavəsində göstərildiyi kimi, tullantılarının 
məhdudlaşdırılması  və  ixtisari  üzrə  onların  müəyyən  say  öhdəliklərinin  yerinə 
yetirilməsini  nəzərdə  tutan  miqdarı  aşmayacağı  təqdirdə,  bu  öhdəlikləri  yerinə 
yetirmiş Tərəflər kimi baxılır. Bu cür razılaşma Tərəflərin hər biri üçün təyin edilmiş 
tullantıların müvafiq səviyyəsi bu razılaşmada müəyyən edilir.
2.  İstənilən bu cür razılaşma Tərəfləri hazırki Protokolun təsdiqi, qəbulu və bəyənilməsi 
haqqında  sənədlərin  mühafizə  edilməyə  təqdim  etdikləri  gün  razılaşmanın  şərtləri 
haqqında  katibliyə  bildiriş  göndərirlər.  Öz  növbəsində  katiblik  Konvensiyanın 
tərəfləri və imza edən iştirakçıları razılaşmanın şərtləri ilə məlumatlandırır.
3.  Hər hansı belə razılaşma 3-cü maddənin 7-ci bəndində göstərildiyi kimi, öhdəliklərin 
fəaliyyəti dövrü ərzində qüvvədə qalır.
4.  Əgər birgə fəaliyyət göstərən Tərəflər bunu iqtisadi inteqrasiya üzrə regional təşkilat 
çərçivəsində  və  ya  onunla  birgə  həyata  keçirirlərsə,  bu  zaman  hazırki  Protokolun 
qəbulundan sonra bu təşkilatın tərkibində baş verən hər hansı bir dəyişiklik hazırki 
Protokol  üzrə  mövcud  öhdəliklərə  təsir  göstərmir.  Təşkilatın  tərkibində  baş  verən 
istənilən  dəyişiklik  yalnız  bu  dəyişiklikdən  sonra  qəbul  edilmiş  3-cü  maddə  üzrə 
öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə istifadə edilə bilər.
5.  Bu cür razılaşma Tərəflərin tullantıların səviyyəsinin yekun ixtisarına nail olmadıqları 
təqdirdə, bu razılaşmanın Tərəfləri razılaşmada müəyyən edilmiş tullantı səviyyəsi 
üçün məsuliyyət daşıyır.
6.  Əgər birgə fəaliyyət göstərən Tərəflər bunu hazırki Protokolun Tərəfi hesab edilən 
iqtisadi inteqrasiya üzrə regional təşkilat çərçivəsində və yaxud onunla birgə həyata 
keçirilsə,  bu  zaman  iqtisadi  inteqrasiya  üzrə  bu  cür  regional  təşkilatın  üzvü  olan 
hər  bir  dövlət  ayrı-ayrılıqda  və  24-cü  maddəyə  uyğun  olaraq  fəaliyyət  göstərən 
iqtisadi inteqrasiya üzrə regional təşkilatla birgə tullantıların yekun ixtisarının yerinə 
yetirilmədiyi təqdirdə hazırki maddəyə əsasən haqqında bildiriş təqdim edilən tullantı 
səviyyəsi üçün məsuliyyət daşıyır.
Maddə 5 
1.  Əlavə 1-ə daxil edilmiş hər Tərəf öhdəliklərin birinci fəaliyyət dövrünün başlanmasına 
ən  azı  bir  il  qalmış  Monreal  Protokolu  ilə  nizamlanmayan  mənbələrdən  çıxan 
antropogen  tullantılarının  və  bütün  parnik  qazlarının  uducularla  absorbsiyasının 
qiymətləndirilməsi məqsədi ilə milli sistem yaradır. Aşağıdakı 2-ci bənddə göstərilən 
metodologiyaları  özündə  cəmləşdirən  bu  cür  milli  sistem  üçün  hazırki  Protokolun 
Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının 1-ci sessiyasında 
rəhbər prinsiplər Konfrans tərəfindən qəbul edilir.
2.  Monreal  Protokolu  ilə  nizamlanmayan  bütün  parnik  qazlarının  uducularla 
absorbsiyası və mənbələrdə çıxan antropogen tullantıların qiymətləndirilməsi üçün 
İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu tərəfindən qəbul edilən və 
Konvensiyanın Tərəflər Konfransının 3-cü sessiyasında bəyənilən metodologiyalar 
əsas  götürülməlidir.  Bu  cür  metodologiyalar  istifadə  olunmadığı  təqdirdə  hazırki 
Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransının 1-ci 
sessiyasında bəyənilən metodologiyalara müvafiq olaraq lazımi düzəlişlər edilir.
 
İqlim  dəyişmələri  üzrə  hökumətlərarası  ekspertlər  qrupunun  apardığı  iş  və  elmi-


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə