Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə111/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   107   108   109   110   111   112   113   114   ...   125

293
sahəsində  yeri  gəldikdə  mövcud  orqanların  qüvvəsindən  istifadə  edərək 
beynəlxalq səviyyədə əməkdaşlıq üzrə tədbirlər həyata keçirir, xüsusi ilə inkişaf 
etməkdə olan ölkələrin bu sahə üzrə ekspertlərin hazırlanması üçün əməkdaşların 
mübadiləsi  və  yaxud  onların  ezamiyyətə  göndərilməsi  həyata  keçirilir  və  o 
cümlədən İqlim dəyişmələri haqqında informasiyanın ictimaiyyətə çatdırılması 
və  ictimaiyyətin  milli  səviyyədə  məlumatlandırılmasına  şərait  yaradır. 
Konvensiyanın müvafiq orqanları çərçivəsində həyata keçiriləcək bu fəaliyyəti 
uyğun şərtlərə Konvensiyanın 6-cı maddəsini nəzərə almaqla araşdırılmalıdır.
f)  Tərəflər Konvensiyasının müvafiq qərarlarına uyğun olaraq, hazırki maddənin 
həyata keçirilməsi üçün proqram və fəaliyyət haqqında informasiyanı öz milli 
məruzələrinə daxil edirlər; və 
g)  hazırkı maddə üzrə öhdəliklər yerinə yetirilərkən Konvensiyanın 4-cü maddəsinin 
8-ci bəndi tam dolğunluğu ilə nəzərə alınır.
Maddə 11 
1.  10-cu maddəni həyata keçirərkən Tərəflər Konvensiyanın 4-cü maddəsinin 4, 5, 7, 8 
və 9-cu bəndlərinin qərarlarını nəzərə alırlar.
2.  Konvensiyanın  4-cü  maddəsinin  1-ci  bəndinin  həyata  keçirilməsi  kontekstində 
Konvensiyanın 11-ci maddəsi və 4-cü maddəsinin 3-cü bəndinin qərarlarına uyğun 
olaraq və Konvensiyanın maliyyə mexanizminin idarəçiliyi ilə məşğul olan bir orqan 
və ya orqanlar vasitəsi ilə, inkişaf etmiş ölkələr olan Tərəflər və Konvensiyanın 2-ci 
əlavəsinə daxil edilmiş digər inkişaf etmiş Tərəflər:
a)  10-cu maddənin (a) bəndində göstərilən Konvensiyanın 4-cü maddəsinin 1 (a) 
bəndi üzrə öhdəliklərin yerinə yetirilməsində inkişaf etməkdə olan ölkələri təmsil 
edən Tərəflər tərəfindən sərf olunan bütün razılaşdırılmış xərclərin ödənilməsi 
üçün yeni və əlavə maliyyə ehtiyatları təqdim edir; və 
b)  inkişaf etməkdə olan ölkəni təmsil edən Tərəf və Konvensiyanın göstərilən 11-ci 
maddəsinə uyğun olaraq qeyd olunan beynəlxalq orqan və ya orqanlar arasında 
razılaşdırılmış və 10-cu maddə ilə haşiyələnən Konvensiyanın 4-cü maddəsinin 
1-ci  bəndi  üzrə  öhdəliklərin  yerinə  yetirilməsi  ilə  bağlı  olan  razılaşdırılmış 
bütün əlavə xərclərin ödənilməsi üçün inkişaf etməkdə olan ölkələri təmsil edən 
Tərəflər üçün zəruri hesab edilən texnologiyaların təqdim olunması üçün belə 
maliyyə vəsaitini həmçinin təqdim edir.
 
Mövcud öhdəlikləri yerinə yetirərkən müvafiq və proqnozlaşdırılan və sair axınına 
yaranan  tələbat  və  inkişaf  etmiş  ölkələr  hesab  olunan  Tərəflər  arasında  bu  yükün 
müvafiq şəkildə bölüşdürülməsinin mühümlüyü nəzərə alınır. Konvensiyanın maliyyə 
mexanizmi və idarə olunması ilə məşğul olan bir orqan və orqanlar üçün Tərəflər 
Konvensiyasının müvafiq qərarlarında göstərilən və o cümlədən hazırkı Protokolun 
qəbuluna  qərar  razılaşdırılan  rəhbər  göstərişlər  hazırkı  bəndin  qərarlarına  tətbiq 
olunur.
3.  İnkişaf etmiş ölkələr sayılan Tərəflər və Konvensiyanın 2-ci əlavəsinə daxil edilmiş 
digər inkişaf etmiş Tərəflər 10-cu maddənin həyata keçirilməsi üçün ikitərəfli regional 
və digər çoxşaxəli kanallar üzrə maliyyə vəsaiti verə, inkişaf etməkdə olan ölkələr 
hesab edilən Tərəflər isə maliyyə vəsaiti ala bilər.
Maddə 12 
1.  Hazırki maddə ilə təmiz inkişaf mexanizmi müəyyənləşdirilir.


294
2.  Təmiz inkişaf mexanizminin məqsədi stabil inkişafın təmin olunması və Konvensiyanın 
son məqsədinə nail olmaq üçün köməklik göstərilməsində əlavə 1-ə daxil edilməmiş 
Tərəflərə yardım etmək, 3-cü maddəyə uyğun olaraq tullantıların məhdudlaşdırılması 
və ixtisarı üzrə müəyyən say öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasında 
Əlavə 1-ə daxil edilməmiş Tərəflərə köməklik göstərilməsindən ibarətdir.
3.  Təmiz inkişaf mexanizmi çərçivəsində:
a)  Əlavə  1-ə  daxil  edilməmiş  Tərəflər  tullantıların  sertifikatlaşdırılmış  ixtisarına 
gətirib  çıxaran  layihələr  üzrə  fəaliyyətin  həyata  keçirilməsi  nəticəsində  alınan 
gəlirdən istifadə edirlər; və 
b)  Əlavə  1-ə  daxil  edilmiş  Tərəflər  hazırki  Protokolun  Tərəflər  müşavirəsi  sifəti 
ilə fəaliyyət göstərən Tərəflər Konfransının müəyyən etdiyi kimi 3-cü maddəyə 
uyğun  olaraq  tullantıların  məhdudlaşdırılması  və  ixtisari  üzrə  müəyyən  say 
öhdəliklərinin bir qisminin yerinə yetirilməsinə köməklik məqsədi ilə layihələr 
üzrə  bu  cür  fəaliyyət  nəticəsində  tullantıların  sertifikatlaşdırılmış  ixtisarını 
istifadə edə bilərlər.
4.  Təmiz inkişaf mexanizmi hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət 
göstərən  Tərəflər  Konfransı  tərəfindən  təyin  ediləcək  operativ  orqanlar  vasitəsilə 
sertifikatlaşdırılır.
5.  Layihələr  üzrə  hər  bir  fəaliyyət  növü  nəticəsində  tullantıların  ixtisarını  hazırki 
Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransı 
tərəfindən təyin ediləcək operativ orqanlar vasitəsi ilə sertifikatlaşdırılır:
a)  hər bir iştirakçı Tərəf tərəfindən bəyənilən könüllü iştirak əsasında;
b)  İqlim  dəyişmələri  nəticələrinin  yüngülləşdirilməsi  ilə  bağlı  olan  real  ölçülə 
biləcək və uzun müddətli üstünlüklər; və 
c)  Layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət növü mövcud olmadığı təqdirdə, ola 
biləcək istənilən ixtisarlara əlavə edilən tullantı ixtisarları əsasında.
6.  Təmiz inkişaf mexanizmi lazım gəldikdə, layihələr üzrə sertifikatlaşdırılmış fəaliyyət 
növlərinin maliyyələşdirilməsi üçün təşkilat daxili köməklik göstərir.
7.  Hazırki Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 
layihələr üzrə fəaliyyətin yoxlanılması və azad təftiş vasitəsi ilə şəffaflıq, səmərəlilik 
və  hesabatların  verilməsi  məqsədi  ilə  1-ci  sessiyasında  müvafiq  üsul  və  şərtləri 
hazırlayır.
8.  Hazırki Protokolun tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər Konfransı 
layihələr  üzrə  sertifikatlaşdırılmış  fəaliyyət  növlərində  alınan  gəlirin  bir  hissəsinin 
inzibati  xərclərin  ödənilməsi  üçün,  o  cümlədən  adaptasiya  ilə  bağlı  xərclərin 
ödənilməsində və İqlim dəyişmələri xoşagəlməz təsirlərinə qarşı xüsusən həssas olan 
inkişaf etməkdə olan ölkələrlə təmsil olunan Tərəflər köməklik göstərilməsi məqsədi 
ilə istifadə edilməsini təmin edir.
9.  Təmiz  inkişaf  mexanizmində,  o  cümlədən  yuxarıda  qeyd  olunan  3  (a)  bəndində 
göstərilən fəaliyyətdə və tullantıların sertifikatlaşdırılmış ixtisarının alınmasında özəl 
və/ və ya dövlət subyektləri iştirak edə bilər, bu iştirak təmiz inkişaf mexanizminin 
icra şurasının verəcəyi istənilən göstərişə müvafiq olaraq həyata keçirilir.
10.  2000-ci ildən öhdəliklərin 1-ci fəaliyyət dövrünün başlanmasınadək olan mərhələdə 
tullantıların sertifikatlaşdırılmış ixtisarı öhdəliklərin 1-ci fəaliyyət dövründə yerinə 
yetirilməsinin  təmin  olunması  məqsədi  ilə  köməklik  göstərilməsində  istifadə  edilə 
bilər.
Maddə 13 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə