Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə112/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   108   109   110   111   112   113   114   115   ...   125

295
1.  Konvensiyanın  ali  orqanı  olan  tərəflər  Konfransı  hazırkı  Protokolun  Tərəflər 
müşavirəsi sifəti ilə fəaliyyət göstərir.
2.  Hazırkı  Protokolun  Tərəfləri  olmayan  Konvensiyanın  Tərəfləri  hazırkı  Protokolun 
Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının  istənilən 
sessiyanın  işində  müşahidəçi  sifəti  ilə  iştirak  edə  bilər.  Tərəflər  Konfransı  hazırkı 
Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərdiyi təqdirdə hazırkı Protokol 
haqqında qərarlar yalnız hazırkı Protokolun Tərəfləri tərəfindən qəbul edilir.
3.  Tərəflər Konfransı hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərdiyi 
təqdirdə hal-hazırkı Protokolun Tərəfi olmayan və Konvensiya Tərəfini təmsil edən 
Tərəflər Konfransı Rəyasət heyətinin istənilən üzvü hazırkı Protokol Tərəflərinin öz 
aralarından seçdiyi əlavə üzvlə əvəz olunur.
4.  Hazırki  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 
Konfransı hazırkı Protokolun həyata keçirilməsini mütəmadi olaraq nəzərdən keçirir 
və  Protokolun  səmərəli  iştirakının  yerinə  yetirilməsi  üçün  zəruri  olan  qərarları  öz 
mandatı çərçivəsində verir. Hazırkı Protokola müvafiq olaraq Konfrans öz üzərinə 
düşən funksiyaları yerinə yetirir; və 
a)  Hazırkı  Protokolun  qərarlarına  müvafiq  olaraq  ona  təqdim  edilən  bütün 
informasiyanı,  Tərəflər  tərəfindən  hazırkı  Protokolun  həyata  keçirilməsi 
prosesini, hazırkı Protokolun yerinə yetirilməsi üçün keçirilən tədbirlərin ümumi 
və xüsusən də ekoloji iqtisadi və sosial səmərəliliyi, o cümlədən Konvensiyanın 
məqsədlərinə  nail  olunmasına  onların  kumulyativ  təsiri  və  inkişaf  səviyyəsini 
qiymətləndirir;
b)  Konvensiyanın  7-ci  maddəsinin  2-ci  bəndi  və  4-cü  maddəsinin  2  (d)  bəndinə 
uyğun  olaraq  nəzərdə  tutulan  istənilən  məsələləri  Konvensiyanın  məqsədi  və 
yerinə yetirilməsi müddətində əldə olunan təcrübə, elmi-texniki biliklərin inkişafı 
baxımından  lazımi  səviyyədə  hazırkı  Protokol  üzrə  Tərəflərin  öhdəliklərini 
mütəmadi olaraq nəzərdən keçirir və bununla əlaqədar olaraq hazırkı Protokolun 
yerinə yetirilməsi haqqında daimi məruzələr qəbul edir və onları araşdırır.
c)  Tərəflərin mövcud şərait, məsuliyyət və imkanlarında meydana çıxan mövcud 
fərqli və hazırkı Protokol üzrə onların müvafiq öhdəliklərini nəzərə alaraq İqlim 
dəyişmələri və onun nəticələri probleminin həlli üçün Tərəflərin həyata keçirdiyi 
tədbirlər haqqında informasiya mübadiləsinə şərait yaradır və onu genişləndirir;
d)  İki və daha artıq Tərəfin xahişi ilə Tərəflərin mövcud imkan, şərait və məsuliyyət 
sahəsində  meydana  çıxan  fərqləri  hazırki  Protokol  üzrə  onların  müvafiq 
öhdəliklərini nəzərə alaraq İqlim dəyişmələri və onun nəticələri problemin həll 
olunması üçün Tərəflərin həyata keçirdiyi tədbirlərin koordinasiyası köməklik 
göstərir;
e)  Konvensiyanın  məqsədləri  və  hazırkı  Protokolun  qərarlarına  uyğun  olaraq, 
Konvensiyanın  Tərəflər  Konfransının  müvafiq  qərarlarının,  hazırkı  Protoklun 
Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəf  Konfransı  tərəfindən 
bəyəniləcək  hazırkı  Protokolun  səmərəli  həyata  keçirilməsi  üçün  müqayisəli 
metodologiyaların  işlənməsi  və  mütəmadi  olaraq  dəqiqləşdirilməsini  tam 
dolğunluğu ilə nəzərə alaraq fəaliyyəti genişləndirir və istiqamətləndirir;
f)  Hazırkı protokolun yerinə yetirilməsi üçün zəruri olan istənilən məsələlər üzrə 
tövsiyyələr verir;
g)  11-ci maddənin 2-ci bəndinə uyğun olaraq əlavə maliyyə vəsaitinin səfərbərliyə 
alınması üçün tədbirlər həyata keçirir;
h)  Hazırkı Protokolun yerinə yetirilməsi üçün tələb olunan köməkçi orqanları təsis 
edir.


296
i)  Lazım  gəldikdə  səlahiyyətli  beynəlxalq  təşkilatlar  hökumətlərarası  və  qeyri-
hökumət  orqanlarının  xidmət  və  əməkdaşlığını  və  onların  təqdim  etdiyi 
informasiyanı sorğu və istifadə edir;
j)  Hazırkı Protokolun yerinə yetirilməsi üçün tələb olunan digər funksiyaları yerinə 
yetirir  və  Tərəflər  Konfransının  qərarlarının  nəticəsi  olan  istənilən  məsələni 
nəzərdən keçirir.
5.  Konvensiyaya  uyğun  olaraq,  həyata  keçirilən  Tərəflər  Konfransının  prosedur 
qaydaları və maliyyə prosedurları mutatis mutandis Protokoluna tətbiq edilir. Hazırkı 
Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 
konsensus əsasında digər bir qərara gəldiyi hallar istisna olmaqla;
6.  Katiblik hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər 
Konfransının birinci sessiyasını hazırkı Protokolun qüvvəyə mindiyi vaxtdan etibarən 
başlanılması  nəzərdə  tutulan  Tərəflər  Konfransının  1-ci  sessiyası  ilə  eyni  vaxtda 
çağırılır. Hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti ilə fəaliyyət göstərən Tərəflər 
Konfransının növbəti sessiyaları hər il və hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti 
ilə  fəaliyyət  göstərən Tərəflər  Konfransı  digər  qərar  çıxarmadığı  təqdirdə Tərəflər 
Konfransının növbəti sessiyaları ilə eyni vaxtda keçirilir.
7.  Hazırkı  Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər 
Konfransının növbədənkənar sessiyaları hazırkı Protokolun Tərəflər müşavirəsi sifəti 
ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının  bunu  zəruri  hesab  etdiyi  təqdirdə  və 
yaxud katibliyin bu tələbnaməni Tərəflərə göndərdiyi vaxtdan keçən altı ay ərzində 
əgər bu tələb Tərəflərin ən azı 1/3-i tərəfindən dəstəklənərsə, bu zaman Tərəflərdən 
1-in yazılı tələbnaməsi əsasında çağırılır.
8.  Birləşmiş  Millətlər  Təşkilatı,  Atom  Enerjisi  üzrə  beynəlxalq  agentlik,  BMT-in 
ixtisaslaşmış müəssisələri və o cümlədən Konvensiyanın Tərəflərin hesab olunmayan 
belə  təşkilatların  üzvü  olan  və  yaxud  onlarda  müşahidəçi  sifəti  ilə  iştirak  edən 
istənilən  dövlət  hazırkı  Protokolun Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən 
Tərəflər Konfransının sessiyalarında müşahidəçi sifəti ilə təmsil oluna bilər. Hazırkı 
Protoklun fəaliyyət dairəsinə aid olan məsələlər üzrə səlahiyyət daşıyan və hazırkı 
Protokolun  Tərəflər  müşavirəsi  sifəti  ilə  fəaliyyət  göstərən  Tərəflər  Konfransının 
sessiyalarında müşahidəçi sifəti ilə təmsil olunmaları haqqında öz arzularını katibliyə 
bildirmiş,  milli  və  yaxud  beynəlxalq  hökumət  və  yaxud  qeyri-hökumət  olmaqla 
istənilən orqan və yaxud təşkilatlar yalnız iştirakçı Tərəflərin ən azı 1/3-nin narazılığı 
istisna  olunmaqla  Konfransın  bütün  sessiyalarında  iştirak  etməyə  icazə  verilir. 
Müşahidəçilərin  buraxılması  və  iştirakı  yuxarıda  göstərilən  5-ci  bənddə  nəzərdə 
tutulduğu kimi prosedur qaydaları ilə nizamlanır.
Maddə 14 
1.  Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq təsir edilmiş katiblik hazırkı Protokolun 
katibliyi sifəti ilə fəaliyyət göstərir.
2.  Konvensiyanın  katibliyinin  funksiyaları  haqqında  8-ci  maddəsinin  2-ci  bəndi  və 
katibliyin fəaliyyətinin təşkili haqqında Konvensiyanın 8-ci maddəsinin 3-cü bəndi 
mutatis mutandis Protokoluna tətbiq edilib. Bununla yanaşı katiblik hazırkı Protokola 
uyğun olaraq, üzərinə qoyulan funksiyaları da yerinə yetirir.
Maddə 15 
1.  Konvensiyanın 9 və 10-cu maddələri əsasında təsis olunmuş elmi-texniki aspektlər 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə