Compiliation of legal acts and regulations for the forest sector specialists



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə105/125
tarix18.04.2018
ölçüsü3,58 Kb.
#39370
1   ...   101   102   103   104   105   106   107   108   ...   125

278
imzalamamış hər hansı hökumətin qoşulması üçün açıq olacaqdır. Qoşulma bu barədə 
sənədin saxlanmaq üçün FAO-nun Baş Direktoruna verilməsi yolu ilə həyata keçirilir 
və Baş Direktor bu Konvensiyanı imzalamış və ona qoşulmuş bütün hökumətlərə bu 
barədə xəbər verir.
Maddə 13. Dəyişikliklər 
1.  Razılığa  gələn  Hökumətin  bu  Konvensiyaya  dəyişikliklər  barədə  hər  hansı  təklifi 
FAO-nun Baş Direktoruna göndərilir.
2.  FAO-nun  Baş  Direktorunun  Razılığa  gələn  Hökumətdən  bu  Konvensiyaya 
dəyişikliklər barədə aldığı hər hansı təklif FAO-nun növbəti konfransında və ya xüsusi 
sessiyasında təsdiq edilir və əgər təklif mühüm texniki dəyişikliklərə səbəb olursa, 
yaxud Razılığa gələn Hökumətlərin üzərinə əlavə öhdəliklər qoyursa, ona konfrans 
keçirilənədək  FAO-nun  çağırdığı  mütəxəssislərin  Məsləhət  Komitəsi  tərəfindən 
baxılır.
3.  Dəyişikliklər  barədə  hər  hansı  təklifi  FAO-nun  Baş  Direktoru  Razılığa  gələn 
Hökumətlərə  həmin  məsələnin  baxılacağı  sessiyanın  və  Konfransın  gündəliyindən 
gec olmayaraq bildirir.
4.  Konvensiyaya dəyişikliklər barədə hər hansı belə təklif FAO-nun Konfransı tərəfindən 
bəyənilməlidir və Razılığa gələn Hökumətlərin üzvlərinin üçdə ikisi tərəfindən qəbul 
edildikdən sonra otuzuncu gündən qüvvəyə minir.
 
Lakin  Razılığa  gələn  Hökumətlər  üçün  yeni  öhdəliklərə  səbəb  olan  dəyişikliklər 
Razılığa gələn hər bir Hökumət üçün yalnız onun tərəfindən bəyənildikdən sonra və 
belə bəyənilmədən sonra otuzuncu gündən başlayaraq qüvvəyə minir.
5.  Yeni öhdəliklərə səbəb olan dəyişikliklərin təsdiqi barədə sənədlər saxlanmaq üçün 
FAO-nun  Baş  Direktoruna  verilir  və  o,  həmin  sənədlərin  alındığı  və  düzəlişlərin 
qüvvəyə mindiyini Razılığa gələn bütün Hökumətlərə xəbər verir.
Maddə 14. Qüvvəyə minmə 
Bu  Konvensiya  onu  imzalayan  üç  Hökumət  tərəfindən  imzalandığı  andan  onlar  üçün 
qüvvəyə minəcəkdir. Konvensiya bundan sonra onu təsdiq etmiş və ona qoşulmuş hər bir 
Hökumət üçün təsdiq və ya qoşulma haqqında sənədlər depozitə qoyulduğu gündən qüvvəyə 
minir.
Maddə 15. Etibarsız elan etmə 
1.  Razılığa gələn hər hansı Hökumət FAO-nun Baş Direktoruna xəbər vermək yolu ilə bu 
Konvensiyanı hər vaxt etibarsız elan edə bilər. FAO-nun Baş Direktoru Konvensiyanı 
imzalamış və ona qoşulmuş bütün Hökumətlərə dərhal bu barədə xəbər verir.
2.  Etibarsız elan etmə FAO-nun Baş Direktoru tərəfindən bu barədə məlumat alındıqdan 
bir il sonra qüvvəyə minir.
 
1951-ci  il  dekabrın  6-da  Romada  (İtaliya)  ingilis,  fransız  və  ispan  dillərində  bir 
nüsxədə tərtib edilmişdir, mətnlərdən hər biri tam eynidir.
 
Bu sənəd Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının arxivlərində 
saxlanılacaqdır.
 
Təsdiqlənmiş surətlər bu Konvensiyanı imzalamış və ona qoşulmuş hər bir Hökumətə 
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş Direktoru tərəfindən göndəriləcəkdir.
 
Bunun  təsdiqi  olaraq  aşağıda  imza  edənlər  lazımi  qaydada  vəkil  edilərək,  bu 


279
Konvensiyanı müvafiq Hökumətləri adından imzalarının qabağında göstərildiyi gün 
imzalamışlar.
__________________________________________________________________________
(imzalar)
Sovet İttifaqı bu Konvensiyaya 1956-cı il aprelin 24-də qoşulmuşdur.


280
ƏLAVƏ
Fitosanitar vəsiqənin nümunəsi
_________________________ bitki mühafizəsi xidməti   
№ ________________________
 
(ölkə)
Bununla təsdiq edilir ki, aşağıda göstərilən bitkilər, bitki hissələri və ya bitkiçilik məhsulu
habelə onların seçmə nümunələri _______________________________________________
__________________________________________________________________________
(xidmətin adı)
səlahiyyətli əməkdaşı_________________________________________________tərəfindən
(adı, atasının adı, soyadı)
___________________________ əsaslı surətdə müayinə edilərək, onlarda heç bir zərər vuran
 
(tarix)
xəstəlik  və  ziyanvericinin  olmadığı  hesab  edilmişdir.  Həmin  yük  idxalçı  ölkənin  cari 
fitosanitar qaydalarına, habelə əlavə deklarasiyanın tələblərinə uyğundur.
Fumiqasiya və ya dezinfeksiya (idxalçı ölkə tərəfindən tələb edilərsə):
Tarix _________________________ 
İşləmə üsulu ____________________________ 
Saxlama müddəti ______________ Kimyəvi preparat və onun qatılığı ___________________
Əlavə deklarasiya
_____________________________ 19____ il
_____________________________________
(imza)
_____________________________________
(vəzifə)
(xidmətin möhürü)
Yükün təsviri
İxracatçı və onun ünvanı: _____________________________________________________
Yükü alan və onun ünvanı: ____________________________________________________
Bağlamanın nömrəsi və təsviri: _________________________________________________
Markalama (fərq. nişanları): ___________________________________________________
Mənşəyi (idxalçı ölkə tərəfindən tələb edilərsə): ____________________________________
Daşınma vasitəsi: ___________________________________________________________
İdxal məntəqəsi: ____________________________________________________________
Məhsulun adı və miqdarı: _____________________________________________________
Botaniki adı (idxalçı ölkə tərəfindən tələb edilərsə): _________________________________


281
«Birləşmiş Millətlər Təşkilatının «İqlim dəyişmələri haqqında» 
Çərçivə Konvensiyasına dair» Kioto Protokoluna qoşulmaq 
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I.  Azərbaycan  Respublikası  «Birləşmiş  Millətlər  Təşkilatının  «İqlim  dəyişmələri 
haqqında» Çərçivə Konvensiyasına dair» 1997-ci il dekabrın 11-də Kioto şəhərində 
qəbul olunmuş Protokoluna qoşulsun.
II.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV 
Bakı şəhəri, 18 iyul 2000-ci il. № 912-IQ 
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 avqust 2000-ci il, № 186) 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə