Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə478/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   474   475   476   477   478   479   480   481   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1701

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

dövlətlərinə vəd edirdi ki, xristianlara öz dinlərini  təbliğ edəcəklər və kilsə tikmək və yaşamaq üçün 

Səfəvi  dövlətinin  istədikləri  yerinə  yetirməyə  icazə  veriləcəkdir;    ölkənin    ərazisində  yaşayan 

xristianlara  –ermənilərə    və  gürcülərə  hökm  edəcəkdi  ki,  Roma  papasının  göstərişlərini  yerinə 

yetirsinlər. Lakin Şah Abbasın dövründə Qərb  missionerləri istədiklərinə tam nail ola bilmədilər.  

Missionerlər  öz  fəaliyyətlərini  Şah Səfinin (1629-1642) hakimiyyəti  illərində  davam etdirdilər.   

Səfəvi      dövləti    ərazisində    itirilmiş    imtiyazlarını      bərpa      etməyə  çalışan  katolik    missionerləri  

müsəlmanları  xristianlaşdıra bilməsələr də, bütün diqqəti  imperiyanın xristian məzhəbləri,  xüsusilə, 

qriqoryan  ermənilərinin    üzərinə  yönəltmişdilər.  “Karmelit    xronikasında”  Şah  Səfinin  xristianlara 

münasibəti haqqında yazır ki, İran Şahı sələflərindən fərqli olaraq  dini ayrı-seçkilik  aparmır. Hətta  

İranda  təxminən  20  il  yaşamış  keşiş  Dimas  onu  himayədarımız  adlanırırdı.    Avqustinlərin    sonrakı 

məlumatlarında da biz Səfəvi sarayında missionerlərin yaxşı qarşılanmasının şahidi oluruq.  Məsələn, 

iyirmi üç yanvar 1637-ci il tarixli digər bir məlumatda deyilir: “Geniş  dinləyici auditoriyamız olmasa 

da,  İsfahanda  Şah  bizi  yaxşı  qarşılayır.  Biz,    həqiqətən  də,  Sarayın  yüksək  mənsəbli  şəxsləri  ilə 

dəfələrlə görüşmüşük və burada franklara qarşı münasibət çox yaxşıdır. Biz şahı, eləcə də, o bizi bir 

neçə dəfə görüb. 

”Karmelit  xronikası”ndan  o  da  məlum  olur  ki,  katolik  missionerlər  Səfəvi  imperiyasında   

xristianların  müsəlmanlaşmasından  dərin  narahatlıq  keçirir  və  bunu  öz  məktublarında    dəfələrlə  

qabardırdılar. 1636-cı ildə Romaya göndərilmiş məktubda deyilirdi: “1633-cü ildə İmam Qulu xanın 

ölümündən    sonra  Şirazda  Karmelitlərin  nüfuzu  zəifləyib.    Bu  şəhər  yarı  dağılmış  vəziyyətdədir.  

1631-ci ilin sonlarından faktiki  olaraq orada  Karmelit Ordeninin  heç bir rahibi  yoxdur. Yalnız 1632-

ci ildə Baş Yepiskopun cəhdlərindən sonra yenidən dini mərkəzlərin açılmasına cəhd edilmişdir”. Dini 

mərkəzlərin açılmasından sonra yeni rahib İqnatius on doqquz dekabr 1634 –cü il tarixli məktubunda 

yazırdı: “Şəhərdə çox az xristian var, lakin onların bəziləri burada kəndlərdədir. Ola bilsin ki, burada  

xristian  çərkəzlər  də  var,  lakin  mənim  məlumatım  yoxdur.  Tezliklə  mən  onları  görmək  və  bilmək 

istəyirəm”.  

Karmelitlər Səfəvi imperiyasının  ayrı-ayrı vilayətlərində xristian kənd və qəsəbələrinin tarixi ilə 

yaxından  maraqlanır,  xristianların    vəziyyəti  ilə  bağlı  məlumatlar  toplayaraq  mütəmadi  şəkildə 

bunların  siyahısını  da  hazırlayırdılar.  Məlumatlar  xristian  missioner    təşkilatları  və  onların 

nümayəndələrinin Şah Abbasın hakimiyyətindən sonra sanki bir müstəqillik əldə etdiyini deməyə əsas 

verir.Karmelitlər Papanın göstərişinə uyğun olaraq Fars körfəzi bölgəsini xüsusi nəzarətə götürmüşlər. 

Bu  baxımdan  1628-ci  ildə  Kardinal  Ludovisiyə  göndərilmiş  məktub  diqqəti  cəlb  edir.    Məktubda 

deyilirdi:  “Bəsrə  bölgəsində  baptistlərin    bir  qolu  hesab  olunan  mandaenlərlə  ərəblər  çox  kobud  

davranır.  Bu  insanlar  ərəb  asılılığındadır”.    İyirmi  altı  fevral  1628-ci  ildə  Kardinal  Ludovisiyə 

göndərilmiş  məktubda  isə    onların  dini  inancları  ilə  bağlı  öz  arzularına  uyğun  olaraq  bir  ərazi 

verilməsini  özündə ehtiva edən layihə əksini tapmışdı. Məktubda deyilirdi: “Möhtərəm zati-həzrətləri, 

iyirmi  altı  fevral  1627-ci  ildə  Romadan  Papanın  adından  göndərilmiş  məktubunuz  və  bu  məktubda 

kasıb  xristianlardan,  eləcə  də,  onların  dövlət  məsələlərindən  bəhs  edilməsi  bu  kimsəsiz  xristianların 

qəlblərində böyük ümidlərə səbəb oldu. Bu kimsəsizlərə Allahın hədiyyəsi kimi görünür. Bu, onlarda 

böyük  ruh  yüksəkliyinə,  böyük  ümidlərin  gerçəkləşməsinə  bir  töhfədir.  Papanın  İspaniya  kralına 

verdiyi təlimatnamələrin onlara çatdırılması Farsk örfəzi ərazisində onların azad şəkildə yaşamasına, 

müsəlman ərəblərin asılılığından xilas olmasına-ətraflı nəticələrini gözlədiyim üçün indiyə qədər sizə 

məlumat  vermədiyim  işlərin    canlanmasına  şərait  yaradacaq.    Bu    və  ya  digər  məsələləri  sizin 

diqqətinizə  dəqiqliyi  ilə  çatdırıram  və  bunu  etməmişdən  əvvəl  məlumatların  tamamlanmasına  vacib 

olduğu əraziyə-Havaziehə getmək arzusundayam. Zati–müqəddəsləri, sizin mənə Xristianları Katolik 

kilsəsinə  itaət  etmək  istiqamətində    verdiyiniz  təlimatlara  uyğun  olaraq  üç  il  əvvəl  mən  yalnız 

ermənilər, suriyalılar və digər xristianlar  üzərində uğur qazana bildim,  Müqəddəs Coun xristianları 

üçün əlavə imkanlar tələb olunurdu...” 

Göründüyü  kimi,  Səfəvi  dövləti  ərazisində  itirilmiş  imtiyazlarını  bərpa  etməyə  çalışan  katolik 

missionerləri    öz  məramlarını  zaman-zaman  davam  etdirmişlər.  Katolik  missionerləri  müsəlmanı 

xristianlaşdırmaq  sahəsində  heç  bir  əhəmiyyətli iş  apara  bilmədikləri  halda isə vaxt  və  qüvvələrinin 

əsas hissəsini imperiyanın  xristian məzhəbləri, xüsusilə qriqoryan erməniləri üzərinə yönəldirdilər. Bu 

məqsədlə  karmelitlər  Səfəvi  imperiyasının    ayrı-ayrı  vilayətlərində  xristian  kənd  və  qəsəbələrinin 

tarixi ilə yaxından maraqlanır, xristianların vəziyyəti ilə bağlı məlumatlar toplayaraq mütəmadi şəkildə 

bunların  siyahısını  da  hazırlayırdılar.  Papa  tərəfindən    göndərilən  məktublarda  Fars  körfəzi 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə