Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə476/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   472   473   474   475   476   477   478   479   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1697

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Qarabağ  və  Maku  xanlıqları  ilə  həmsərhəd  idi.  1763-cü  ildə  Heydərqulu  xanın  ölümündən  sonra 

hakimiyyətə Hacı xan Kəngərli gəldi. Onun hakimiyyət illərində Naxçıvan xanlığı xeyli zəiflədi.  

Xanlıqlar dövründə Kəngərlilərin bir hissəsi Naxçıvan ərazisindən Qarabağ ərazisinə köçürüldü. 

Ağdam, Tərtər rayonları ərazisində rast gəlinən Kəngərli toponimləri məhz Kəngərli tayfasının adı ilə 

bağlıdır. 

1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticəsində imzalanmış Türkmənçay  müqaviləsinə 

əsasən Naxçıvan xanlığı Rusiyanın tabeliyinə keçdi. Beləliklə, Kəngərlilər də Rusiyanın hakimiyyəti 

altına  düşdülər.  Lakin  onlar  1840-ci  ilə  qədər  “Naib”  titulunda  öz  vəzifələrində  qalmışlar.  Çar 

imperiyası zamanı onların bir hissəsinə Naxçıvanski soyadı verilmişdi. Bəzi kəngərlilər də məcburən 

baba adlarını soyad kimi qəbul etmişdilər. 

Çar  Rusiyası  zamanı  yerli  administrasiyanı  kəngərlilər  qədər  məşğul  edən  başqa  bir  tayfa 

olmamışdır. XIX  əsrin rəsmi  sənədlərində  “kenqerli”nin  digər  yazılış  formasına  –  “Kyanqerlı”ya  da 

rast  gəlinir  ki,  bu  da  Rusiya  Ordusunun  Əlahiddə  Qafqaz  Korpusu  sıralarında  1829-1856-cı  illərdə 

fəaliyyət göstərmiş və dəfələrlə döyüş meydanlarında şöhrət qazanmış “Kəngərli süvarisi” (“Konniça 

Kenqerli”)  adlanan  hərbi  birləşmə  ilə  əlaqədardır.  Bu  hərbi  birləşmə  eyni  adlı  tayfanın 

nümayəndələrindən  komplektləşdirilmişdir.  Tarixçi  alim  Kuznetsov  O.  Kəngərliləri  belə  təsvir  edir: 

”Kəngərlilər  XIX  əsrin  ikinci  rübü  ərzində  hərbi-idarə  və  tarixi-hüquqi  cəhətdən  elə  parlaq  və 

özünəməxsus  nadir  sosial  hadisədir  ki, onların  statusunun  müəyyənləşdirilməsi  və  sonrakı 

nizamlanması  məsələlərinə  imperator  I  Nikolay  da  daxil  olmaqla  o  zamankı  Rusiya  hakimiyyətinin 

aşağıdan yuxarıya bütün pillələri dəfələrlə müdaxilə etməli olmuşlar”. 

Qafqaz  Arxeoqrafiya  Komissiyasının  topladığı  Aktlarda  Kəngərlilər  ilk  dəfə  piyada  qoşunları 

generalı  İ.F.Paskeviçin  imperator  I  Nikolayın  adına  göndərdiyi  İxlaskar  raportunda  “Kəngərlilərin 

Naxçıvan  süvarisi”  (“Naxiçevanskaya  konniça  Kenqerli”)  kimi  xatırlanır.  Bu  raportda  Rusiya 

Ordusunun Əlahiddə Qafqaz Korpusunun türk qoşunlarına qarşı Saqanlıq dağ silsiləsində 15-17 iyun 

tarixlərindəki 3 günlük döyüşləri əksini tapıb. 

1829-cu  ildə  ümumkazak  alayı  tərkibində  Osmanlılara  qarşı  hərbi  əməliyyatlarda  Kəngərlilərin 

Qara  dəniz  kazakları  ilə  çiyin-çiyinə  iştirakı  sübut  edir  ki,  bu  tayfa  öz  sosial  mükəlləfiyyətinə  və 

vəziyyətinə  görə    Azərbaycanın  digər  əhalisi  arasında  xüsusi  yer  tutmuş,  həyat  tərzinə  və  hüquqi 

statusuna  görə  onlardan  fərqlənmişdi. Kəngərlilər  Azərbaycan  torpaqlarının Rusiya  imperiyasına 

birləşdirilməsindən  sonra  öz  hərbi  birləşmələri  ilə  Əlahiddə  Qafqaz  Korpusu  qoşunları  tərkibində 

daimi  əsaslarla  hərbi  qulluq  keçən  yeganə  icma  idilər. Tez-tez  Rusiya  əsgərlərinin  və  yaxud  Qafqaz 

kazaklarının  öhdəsindən  gələ  bilmədikləri  məsuliyyətli  və  xüsusi  tapşırıqları  məhz  onlar  yerinə 

yetirirdilər. 

Viktor  Qriqoryev  Naxçıvan  əyalətinin  statistik  təsviri”  kitabında  Kəngərliləri  belə  təsvir  edir: 

“Kəngərlilər  döyüşkən,  işgüzar,  uzun  müddət  aclığa  dözən  adamlardılar,  hərbçidirlər.  Qonaqpərvər, 

dostluqda möhkəmdirlər. Lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar. Çox 

məğrur və qürurludurlar”.  

1913-cü ildə “Qafqaz hərbi-tarix muzeyinin sorğu kitabı”nda Kəngərli süvariləri belə xarakterizə 

olunur  : “Kəngərli  süvariləri  bütün  Şərqdə  cəsurluğu ilə şöhrət  qazanmışdılar.  Onlar  döyüşə  girərək 

ölümə  nifrət  əlaməti  olaraq  atlarının  boynuna  qırmızı  kaporlar  taxardılar  ki,  düşmən  tərəfindən  tez 

gözə çarpsınlar”.  

Kəngərli  nəsli  generalları  ilə  tanınır.  General  mayor  Ehsan  xan  Kəngərli  Kəngərli  tayfasının 

nümayəndələrindəndir. O, Naxçıvan xanı Kəlbalı xan Kəngərlinin oğludur. Ehsan xan Kəngərli 1826–

1828-ci  illər  Rusiya–İran  müharibəsi  zamanı  Abbasabad  qalası  qarnizonunun  hərbi  rəislərindən  biri 

olmuşdur.  Sonra  o,  rusların  tərəfinə  keçmiş  və  qalanın  alınmasında  onlara  kömək  etmişdir.  Tarixi 

mənbələrə əsasən,, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq 

etmişdir. O, Krım müharibəsində (1853–1956)  şücaətlə vuruşmuş, "Müqəddəs Georgi" ordeni ilə təltif 

edilmişdir.  Ehsan xan Kəngərlinin adı Kremlin Georgi salonunda qızılı hərflərlə yazılmışdır.  Ehsan 

xan  Kəngərlinin  oğlu  Kəlbali  xan  Kəngərli  də  ordudakı  nümunəvi  xidmətinə  və  əla  komandirlik 

fəaliyyətinə  görə  1874-cü  ildə  general-mayor  kimi  yüksək  rütbəyə  layiq  görülmüşdür.  1877-78-ci 

illərdə  rus-türk  müharibəsinın  döyüşlərində  azərbaycanlılardan  ibarət  İrəvan  süvari  briqadasının 

komandiri  Kəlbalı  xan  böyük  şücaət  göstərmişdir.  Bu  müharibədə  qəhrəmanlığına  görə  brilyantla 

bəzədilmiş qılıncla və müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur.      



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1698

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

   Kəngərli  tayfasından  olan  generallardan  biri  də    İsmayıl  xan  Naxçıvanskidir.  O,1839-cu  ildə 

Tiflis  hərbi  gimnaziyasını  bitirmiş,  bir  il  sonra  poruçik  rütbəsi  almışdır.  Uzun  müddət  Qafqaz 

Əlahiddə Ordusunda xidmət etmişdir. O, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində göstərdiyi 

sərkərdəlik  fəaliyyətinə  görə    süvari  qoşunu  general-mayoru  rütbəsinə  layiq  görülmüşdür.    Ordudan 

General-leytenant rütbəsində tərxis olunmuş İsmayıl xan Naxçıvanski Naxçıvana qayıtmış, vətənində 

abadlıq işləri ilə məşğul olmuş, 1908-ci ildə orada da vəfat etmişdir. 

İsmayıl xanın qardaşı oğlu Hüseyn xan Naxçıvanski Peterburqda Paj korpus məktəbini bitirmiş, 

Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olmuş, nümunəvi zabit kimi ali orden və 

medallara  layiq  görülmüşdür.  O,  Rus-yapon  müharibəsi  başlayana  qədər    İranın  “Şire-Xorşid” 

ordeninin  ikinci  və  dördüncü  dərəcəsi  ilə  (bahalı  almazla  bəzədilmiş),  zabitlərə  məxsus  “Rumın 

ulduzu”  ilə,  Avstriyanın  “Dəmir  xaç”,  ikinci  dərəcəli  “Stanislav”,  dördüncü  dərəcəli  “Muqəddəs 

Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın “Döyüş xidmətlərinə görə” ordenləri ilə təltif olunmuş, 

1903-cü ildə polkovnik rütbəsi almışdır.   Yaponlara qarşı döyüşlərdəki məharətinə görə, İsmayıl xan 

Naxçıvanski  qızıl  silah,  dördüncü  dərəcəli  “Müqəddəs  Georgi”,  bantlı  “Müqəddəs  Vladimir”  və 

“İgidliyə görə” ordenləri ilə təltif olunmuş, ona 1907-ci ildə general-mayor rütbəsi  verilmişdir. 

 Birinci dünya müharibəsi cəbhələrindəki fəaliyyətinə görə Hüseyn xan Naxçıvanskiyə 1916-cı il 

yanvarın iyirmi üçündə tam süvari qoşun generalı rütbəsi verilmişdi.      

Kəngərli  soyundan  olan  sonuncu  general  Cəmşid  xan  Naxçıvanskidir.    O,  1914-cü  ildə 

Ukraynadakı Yelizavetqrad qvardiya məktəbini bitirmiş, I dünya müharibəsi başlananda imperiyanın 

müsəlman  əhalisindən  təşkil  olunmuş  tatar  süvari  eskadronunun  komandiri  təyin  olunmuşdur.  O, 

“Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə 

təltif olunmuşdu.  Rumıniya və Avstriya cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igidliyinə görə 

gümüş silahla, ikinci, üçüncü, dördüncü dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə 

mükafatlandırılmışdır. 

Cəmşid xan Naxçıvanski 1938-ci ildə, Moskvada M.Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın 

ikinci kurs rəisi  vəzifəsində işləyərkən həbs olunmuş və güllələnmişdır.   

1956-cı ildə Cəmşid xan Naxçıvanski tam bəraət aldı. Hal-hazırda Bakıda hərbi lisey və paytaxt 

küçələrindən  biri  Cəmşid  Naxçıvanskinin  adını  daşıyır,  onun  vətəni  Naxçıvanda  xatirə  muzeyi 

fəaliyyət göstərir.   

Filologiya elmlər doktoru, professor Əliyeva-Kəngərli G. bildirir ki, böyük şair Səməd Vurğunun 

mənsub olduğu Vəkilovlar nəsli də Qazaxda məskunlaşmış kəngərlilərdəndir. 

Azərbaycan  Respublikasının  Prezidentinin  qərarı  ilə  19  mart  2004-cü  il  tarixdə  «Naxçıvan 

Muxtar  Respublikasında  Kəngərli  rayonunun  yaradılması  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edildi.  Qədim  tarixə  malik  Kəngərli  tayfasının  adı  ilə  adlandırılan  Kəngərli  rayonu 

cənub və cənub-qərbdə İran, şimal-şərqdə Ermənistanla həmsərhəddir. Sahəsi 704,89 km

2

 əh. 29,9 min 



nəfərdir (01.01.2013). Mərkəzi Qıvraq qəsəbədir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Rayona Qıvraq 

qəsəbəsi  və  Qarabağlar,  Qabıllı,  Yurdçu,  Şahtaxtı,  Çalxanqala,  Xok,  Yeni  Kərki,  Böyükdüz, 

Təzəkənd, Xincab kəndləri daxildir. 

Beləliklə,  sonda  belə  nəticəyə  gəlinir  ki,    Kəngərlilər  qədim  türk  tayfası  olub,  Azərbaycan 

xalqının formalaşmasında, onun hərbi, siyasi, ictimai, mədəni həyatında mühüm rol oynamışlar. 

 

 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə