Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə473/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   469   470   471   472   473   474   475   476   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1691

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ticarət  münasibətlərini  qurmaq  olmuşdu.  Eyni  zamanda  Avropa  dövlətlərinin  Səfəvi  dövləti  ilə 

əlaqələrinin qurulmasının öz səbəbləri var idi. Avropa ölkələri iki güclü müsəlman dövlətini bir-birinə 

qarşı qaldırmaqla, hər ikisini zəiflətmək niyyəti güdürdü. Digər səbəb isə Avropa dövlətlərinin Səfəvi 

dövləti  ilə  geniş  əlaqə  yaratmaqla  müstəmləkəçilik  siyasəti  ilə  bağlı  idi.  Beləliklə,  I  Şah  Abbasın 

uğurlu xarici siyasəti nəticəsində Səfəvilər dövləti Avropa dövlətləri ilə münasibətlərini genişləndirmiş 

və Səfəvi dövləti özünü inkişaf dövrünü keçmişdi.  

 

 

TÜRK TARİXÇİSİ CƏFƏR BARLASIN “HİCRƏTDƏKİ DAĞISTAN” 



ƏSƏRİNDƏ AZƏRBAYCANLI MÜHACİRLƏR 

 

Vidadi   UMUDLU 

Qafqaz Universiteti 



vumudlu@qu.edu.az

                                                                                                                    

AZƏRBAYCAN 

 

Azərbaycanlı  əhalinin müxtəlif  zamanlarda  Osmanlı torpaqlarına  köçü və  orada  yerləşdiril-



məsi  ilə    yanaşı,  mühacirlərimizin  sonrakı  fəaliyyətləti  də          bir  sıra  türk  tarixçilərinin  əsərlərində 

geniş  yer  almışdır.    Köçlər    müxtəlif  aspektlərdən    dəyərləndirilərək    araşdırılmış    və  dövriyyəyə  

çoxsaylı  tədqiqat işləri  cəlb olunmuşdur. Əlbəttə araşdırılan mövzu ilə bağlı əsas mənbə Başbakanlıq  

Osmanlı  Axivlərinin    sənədləri  hesab  edilir.  Burada  çoxçaylı  sənədlər  vasitəsi  ilə    köçlərin  geniş  

inkişaf dinamikasını izləmək mümkündür. Türk tarixçilərindən  Kadircan Kaflının “Türkiyəyə köçlər”, 

Abdullah Saydamın “Krım və  Qafqaz  köçləri”, Cəfər Barlasın “Hicrəttki Dağıstan” əsərlərində də  bu 

məsələlərdən bəhs olunmaqdadır. Əsas məqsədmizin  köçə məruz qalan  həmvətənlərimizin  sonrakı  

taleyinə  aydınlıq  gətirmək  və  onların  yeni  cəmiyyətə  uyğunlaşmasını    öyrənmək    olduğundan  türk 

tarixçisi  Cəfər Barlasın “Hicrəttki Dağıstan” adlı kitabı   mühacirlərimizin  Anadoludakı həyat tərzini  

izləmək  baxımından    xüsusilə  çox    dəyərli  tədqiqat  əsəridir.      Təqdim  olunan  məqalədə  də    Cəfər 

Barlasın adı çəkilən kitabında bır sıra  görkəmli şəxslərimizin Osmanlı cəmiyyətinə verdiyi   töhvələr  

və onların nümunə olacaq fəaliyyətləri  ətraflı şəkildə öz əksini tapmışdır. 

Bəhs etdiyimiz kitabın müəllifi  Cəfər Barlasın da  ailəsi  vaxtilə  Dağıstanın Çirkey   kəndindən  

Türkiyəyə köç etmək məcburiyyətində qalmış avar mühacirlərindəndir. Köçlərin səbəblərindən  bəhs 

edən müəllif  bunu əvvəlcə çarların sonra isə bolşeviklərin işğal və zülmlərində görür, eyni zamanda 

köç  etmək  məcburiyyətində  qalan  qafqazlıların  əksəriyyətinin  Anadoluya  hicrət  edərək  müxtəlif  

şəhərlərə    yayıldığını    qeyd  edir.  1950-ci  ildə  Muşda  doğulan  Cəfər  Barlas    daha  sonra  Yalovaya 

köçərək  həyatını  burada  davam  etdirmişdir.    Qafqaz  tarixi  ilə  bağlı,  xüsusilə  Qafqazın  Rusiya 

tərəfindən işğalı, Şeyx Şamilin azadlıq mübarizəsi  və  Dağıstan əhalisinin Anadoluya köçü ilə bağlı 

əsərlər  yazmışdır.  “Hicrəttki  Dağıstan”  əsərində    müllifin      Dağıstanlı  kimi  təqdim  etdiyi      

mühacirlərin  xeyli   hissəsi  Azərbaycanın şimal  bölgələrini təmsil edən insanların  payına düşür.  

Müəllif  köç edərək Anadoluya yerləşən minlərlə insana öz  vətən torpağında yer vermiş əsil  türk 

milləti  ilə    qısa  zamanda    mühacirlərin  qaynayıb-qarışdığını  və  bu  tarixdən  etibarən  də    mühacirlər 

həmin    torpaqları  özlərinə  vətən  seçdiklərini    qeyd  etmişdir.  Belə  isti  münasibətlər  mühacirlərin 

gələcək  taleyinə  müsbət  təsir  göstərmiş,    onların    Osmanlı  cəmiyyətinə  inteqrasiyasını  

sürətləndirmişdir.   Şəki,  Şirvan, Xudat  və digər bölgələrdən köç edərək Anadoluya pənah gətirən bir 

çox  həmvətənlərimizin  sonrakı  taleyi  ilə  bağlı  məlumatları      müəllifin  adı  çəkilən  kitabından  əldə 

etmək mümkündür.  Müəllifə görə bu insanlar vətən, müstəqillik, və imana olan sonsuz bağlılıkları ilə 

yanaşı  özlərinə xas  olan  dəyərləri də saxladıqları  kimi,  yeni  vətənlərinin  də  inkişaf  edib  yüksəlməsi 

üçün  var    gücləriylə  çalışmışlar.  Balkan    və  Birinci  Dünya  müharibələri    başlayınca  yeni  vətəni 

qorumaq  üçün  ölüm-dirim  savaşına atılmışlar.    Onlar bölücü  deyil  birləşdirici,  dağıdıcı  deyil qurucu 

olmuş,  yeni  vətənləri  üçün  heç  nədən  çəkinməyərək  bütün  fədakarlıqlara  sinə  gərərək  ölkənin 

müdafiəsində ən ön sıralarda yer tutmuşlar. 

Cəfər Barlasın  “Hicrəttki Dağıstan” əsərində bəhs olunan bəzi görkəmli şəxslərin adını çəkmək 

yerinə düşər. Məsələn burada XIX yüzilliyin əvvəllərində  Anadoluya gəlmiş olan  İsmayıl Şirvaninin 

geniş elmi  fəaliyyəti və dini görüşlərindən   bəhs olunur.  O, dövrünün görkəmli şəxsləri ilə görüşmək  




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1692

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və onlardan dərs almaq üçün Hicaz, Dehli və başqa yerlərdə səfərdə olmuşdur. Kürdəmirdə doğulan 

İsmayıl  əfəndinin    ailə  üzvləri  haqqında,  xüsusilə  Osmanlı  dövlətində  yüksək  məqama  yüksələn 

oğlanları  Əhməd    Hülusi  və  Mehmet  Rüştü  haqqında  dəyərli  məlumatlar    kitabda  yer  almaqdadır.   

Eləcə də  kitabda    atası    Nuxadan    olub,    özü  Bursada  doğulan    Məhəmməd  Zahid Kotku  əfəndinin  

elmi söhbətləri, yardım sevərliyi, ibrətamiz sözləri  və qiymətli nəsihətlərindən  ətraflı şəkildə  bəhs 

olunmaqdadır.    Müəllif  onu  görkəmli  alim    kimi  dəyərləndirməkdədir.  Şirvanda  doğulan  Əhməd 

Həmdi  əfəndinin    təhsilini  tamamlamaq    üçün  İstanbula  gəlməsindən  və  onun  çoxsaylı  elmi  əsərlər 

yazmasından  bəhs olunur.  1889-cu ildə  Türkiyədə vəfat edən Əhməd Həmdi Şirvaninin  Eyyupda 

dəfn olunmuşdur.  Xudatda  doğulmuş Ömər Xülusi təhsil və məhkəmə sistemində mühüm vəzifələr 

tutmuşdur. Müəllif həmçinin bir çox digər görkəmli şəxslər barədə də maraqlı məlumatlar vermişdir. 

Əlbəttə  bəhs etdiyimiz və etmədiyimiz   görkəmli şəxslər haqqında oxuculara təqdim olunmuş bu 

əsər          müəllifin  uzun  sürən  elmii  axtarışlarının    nəticəsində  mümkün  olmuşdur.    Mühacir  həyatı 

yaşayan  həmvətənlərimiz və onların nəsilləri haqqında  ətraflı  məlumatların  bu  kitabda  toplanması  

çox  təqdirəlayiqdir və onların  öz  doğma ata  yurdlarında  xalqa tanıdılmasında mühüm əhəmiyyət  

kəsb edir. Eyni zamanda əlaqələrizin yüksələn xətlə inkişaf etdiyi müasir dövrdə də  insanlarımızın bu 

şəxslərdən nümunə götürmələri  və onların yolunu davam etdirmələri baxımından  bu tədqiqat əsəri 

mühüm  əhəmiyyət kəsb edir.   

 

 



 

 

AZƏRBAYCANDA ARXEOLOGİYA ELMİNİN İLKİN SƏNƏD-

İNFORMASİYA MƏNBƏLƏRİ VƏ ONLARIN SƏCİYYƏVİ 

XÜSUSİYYƏTLƏRİ 

 

Yasəmən SADIQOVA 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar institutu 

AZƏRBAYCAN 

 

Ölkəmiz sivilizasiyanın ən qədim ocaqlarından biridir. Azərbaycan ərazisində aparılan arxeoloji 

və etnoqrafik tədqiqatlar və bu tədqiqatlar nəticəsində üzə çıxan zəngin maddi mədəniyyət nümunələri 

bunu  deməyə  əsas  verir.  Tədqiqatçılar  tərəfindən  erkən  əkinçilik  mədəniyyətinə  aid  yaşayış 

məskənləri, tünc dövrünün şəhərləri, antik və orta əsrlərə aid abidələr aşkar edilmişdir.  

Azərbaycanda  ilk  arxeoloji  qazıntılar  XIX  əsrin  ortalarından  aparılmağa  başlandı.  Qeyri 

arxeoloqlar  tərəfindən  aparılan  ilk  qazıntılar  zamanı  Azərbaycan  tarixinin  son  tunc  və  erkən  dəmir 

dövrünün  materialları  üzə  çıxmışdır.  Bu  dövrdə  arxeoloji  tədqiqatlar  sistemsiz  şəkildə  aparılmış, 

tapılan  nümunələr  avropa  muzeylərində  göndərilmiş  və  heç  bir  elmi  nəticə  əldə  edilməmişdir. 

Tədqiqatların  gedişi  və  onların  nəticələri  haqqında  məlumatlar,  siyahılar,  çöl  gündəlikləri,  fond 

materialları,  arxiv  sənədləri,  elmi  hesabatlar,  elmi  məqalələr  və  biblioqrafik  göstəricilərdəöz  əksini 

tapmışdır.  Bu  sənədlər  tarix  elminin  tərkib  hissəsi  olan  arxeologiyanın  sənəd  kütləsinin 

formalaşmasında  xüsusi  yer  tutur.  Azərbaycanda  arxeologiya  elmininnə  ilkin  sənəd-informasiya 

mənbələri, nə də ümumilikdəinformasiya təminatıheç bir tədqiqat işinin obyekti olmamışdır.  

Adları  sadalanan  mövcud  sənəd  növləri  Azərbaycanda  arxeologiya  elminin  ilkin  sənəd-

informasiya  mənbələridir.Azərbaycanda  arxeologiya  elminin  ilkin  sənəd  kütləsinin  formalaşmasında 

başqa millətlərdən olan səyyah və tədqiqatçıların əsərləri mühüm rol oynayır. İsveçrəli səyyah Dyubua 

de Monperenin “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik əsəri (Voyage autour du Caucase, chez les 

Tcherkesses et les Abkhases, en Colchide, en Géorgie, en Arménie et en Crimée.- Paris),Lerik rayonu 

ərazisində  qazıntı  işləri  aparan  həvəskarfransız  arxeoloqu  Jak  de  Morqanın  “İranda  elmi  ezamiyyə” 

(Mission 

scientifique 

en 

Perse),rus 



alimi 

K.Nikitinin 

"Qafqaz 

xalqlarınıntəsviri  üçün 

materiallarməcmuəsi"ndənəşr etdirdiyi “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı əsərində Naxçıvan, 

Bərdə,  Göygölm  (Xanlar),  Şəmkir  və  s.  bölgələrdə  apardıqları  qazıntılar  haqqında  məlumatlar  və 

memarlıq abidələrinin təsvirləriöz əksini tapməşdır. 

Avropa ölkələrindən, Rusiyadan Azərbaycana işləməyə gəlmiş digər müxtəlif peşə sahibləri ayrı-

ayrı  ərazilərdə  qazıntılar  aparmış,  görülən  işlər  və  əldə  etdikləri  nəticələr  haqqında  öz  dillərində 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   469   470   471   472   473   474   475   476   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə