Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə469/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   465   466   467   468   469   470   471   472   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1683

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



ERMƏNİ DAŞNAKLARIN 1918-1920-Cİ İLLƏRDƏ                  

NAXÇIVANDA TÖRƏTDİKLƏRİ SOYQIRIMLAR 

 

Mehman ŞABANOV 

Naxçıvan  Universiteti 

serxanoqlu@mail.ru 



 

Ermənilərin  xalqımıza  qarşı  həyata  keçirdikləri  soyqırım  siyasətinin  dərin  sosial-siyasi  kökləri 

vardır. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsi ilə indiki Ermənistan ərazisində 

min  illər  boyu  yaşayan  türk  boylarının  ağrılı-acılı  günləri  başlamışdır.  İmperiya  siyasətinin  nəticəsi 

kimi türklərə qarşı törədilən qırğınlar, soyqırımlar, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən 

sonuncu nəfərinədək qovulmuş, kütləvi və son dərəcə dəhşətli surətdə qırğınlara məruz qalmışlar. 

Tarix  boyu  türkdilli  xalqların  torpaqlarında  gözü  olan  ermənilərin  “Böyük  Ermənistan”  dövləti 

yaratmaq    kimi  sərsəm    xülyası  müstəmləkəçilik  siyasəti  yeridən  Rusiyanın  şərqdəki  mənafeyinə 

uyğun gəlirdi. Türkiyə torpaqlarında, boğazlarda, İstanbulda gözü olan Rusiya imperiyasına Türkiyə, 

İran və Azərbaycan sərhədləri yaxınlığında etibarlı dayaq lazım idi ki, həmin etibarlı ərazidən lazım 

gəldiyi zaman plasdarm kimi istifadə olunsun.  

Rusiyadan dəstək alan ermənilər öz qəyyumlarına və onların silahlarına arxalanmaqla, onlardan 

istifadə etməklə xalqımızın başına olmazın bəlalar gətirmiş, soyqırımlar törədmişlər. Xalqımıza qarşı 

aparılan soyqrım siyasətinın nəticəsi olaraq ermənilər Azərbaycanın əksər bölgələrində: Bakı, Şamaxı, 

Quba  bölgələrində,  Gəncə  quberniyası,  İrəvan  quberniyası  ərazisində,  cənubi  Azərbaycanda,  şərqi 

Anadoluda  və  başqa  ərazilərdə  etnik  təmizləmə  apararaq  on  minlərlə  insanı  amansızcasına  məhv 

etmişlər.  Bu  soyqırıma  məruz  qalan  ərazilərdən  biri  də  Naxçıvan  bölgəsidir.  Bu  bölgə  strateji 

baxımdan çox əhəmiyyətli bir yerdə yerləşdiyi üçün bütün dövrlərdə böyük güclərin maraq dairəsində 

olmuşdur. İstər Rusiya, istər İngiltərə, istərsə də ABŞ ermənilərə maddi və silahla dəstək verməklə bu 

ərazidə soyqırımların törədilməsində əhəmiyyətli rol oynamışlar. 

 Beləliklə  1918-ci  ilin  yayında  ingilislərdən  yardım  alan  Andranik  Culfanı  ələ  keçirərək 

Naxçıvanın içərilərinə  doğru  hərəkət  etdi.  İngilis-Fransız  müstəmləkəçilərinin  əlaltısı  olan  Andranik 

Naxçıvanın şəhər və kəndlərini talan edir, adamları kütləvi surətdə qırırdı. Süst, Çeşməbasar, Tumbul 

və digər kəndlər Andranikin basqınları nəticəsində tamamı ilə dağıdılmışdı

1918-ci ilin aprel ayının 13-də ermənilər Əlincəçay vadisində yerləşən Bənənyar, Qızılca, Saltaq, 

Noraşen, Xoşkeşin və s. kəndlərə hücum edərək dağıtdılar. Bu kəndlərin əhalisi qırıldı, sağ qalanları 

isə müxtəlif ərazilərə səpələndi. Nehrəm kəndi ilə Qaraxanbəyli erməniləri arasında döyüş başlandı. 

Bu hadisədən əvvəl isə ermənilər bu regionda 400-dən çox müsəlman kəndini dağıdaraq əhalisini 

qırmışdılar.  Dağıntı  və  qırğınların  mənzərəsi  insanı  dəhşətə  gətirirdi.  Evlər  yandırılır,  əhali  talan 

olunur, uşaqları, qocaları, qadınları doğrayırdılar.  

Bu  qəzaların  əhalisini  tamamı  ilə  qırılmaqdan  qurtara  biləcək  yeganə  qüvvə  ,  şübhəsiz  ki,  türk 

qoşunları idi. Hələ 1918-ci ilin mayın sonunda Şərur-Dərələyəz və Naxçıvan qəzalarının əhalisi Kərim 

xan  İrəvanlının  başçılığı  ilə  Mehmet  Vahib  paşanın  yanına  xüsusi  nümayəndə  heyəti  göndərərək,  

Andranikin quldur dəstələrini dağıtmağı və Naxçıvan diyarına qoşun yeritməyi xahiş etdi. 1918-ci ilin 

iyunun əvvəllərində 9 və 11-ci türk diviziyaları Uluxanlıdan Naxçıvana hərəkət etdilər və iyunun 4-də 

türk  qoşunları  Naxçıvana  daxil  oldular.    Şəhər  əhalisi  türk  qoşunlarını  toy-bayramla  qarşıladılar. 

Naxçıvan  üzərində  Türkiyə  himayəsi  bərqərar  oldu.  Türk  qoşunlar  və  Naxçıvan  könüllü  qoşunları 

daşnak quldur dəstələri darmadağın edib bölgədən qovdular. Naxçıvanda Milli Şura sədri Çəfərqulu 

xan,  onun  oğlu  Kalbalı  xan,  Rəhim  xan,  Kamran  xan,  Cabarağa  Bağırov  və  başqalarının  səyləri  ilə 

inzibati komitə bərpa olundu.  

Gənc  Azərbaycan  hökuməti  hələ  Azərbaycanın  bütün  ərazilərinə  hakim  deyildi.  Bakı  və  ətrafı 

bolşevik rus, erməni komissarlarından ibarət Bakı komunnasının əlində idi. Həm daşnaklara, həm də 

bolşeviklərə  qarşı  mübarizə  aparan  ADR  hökuməti  Naxçıvanın,  Zəngəzurun  müdafiəsində  ciddi 

çətinliklərlə  qarşılaşmışdı.  Dəmir  yolunun  İrəvandan,  avtomobil  yolunun  isə  Zəngəzurdan  keçməsi 

Naxçıvana  yardım  göstərməyə  çətinlik  yaradırdı.  Yaranmış  şərait  elə  idi  ki,  Naxçıvan  bölgəsi 

təkbaşına erməni daşnaklarına davam gətirə bilməzdi. Türkiyədə işğalçılıq planları boşa çıxan və türk 

qoşunları tərəfdən sıxışdırılan erməni daşnakları Naxçıvan ərazisinə həmlələr edirdilər. Avqustun 7-də 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1684

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

1-ci  Qafqaz  ordusuna  başçılıq  edən K.  Qarabəkir  paşanın  qərargahı Təbrizdən Naxçıvana  köçürməsi 

ilə Qafan tərəfdən Naxçıvana hücuma hazırlaşan ermənilərin planları pozulmuş oldu. 30 oktyabr 1918-

ci  ildə  ayında  bağlanmış  Mudros  müqaviləsinin  şərtlərinə  görə  Türkiyə  məğlub  dövlət  kimi  bir  sıra 

sərt  tələblər  qarşısında  qaldı.  Bu  şərtlərdən  biri  də  türk  qoşunlarının  Qafqazı  tərk  etməsi  idi.  Türk 

qoşunları Qafqazı  tərk edərkən ərazisi Naxçıvan və Şərur-Dərələyəz qəzalarından ibarət olan Araz-

türk  Respublikasını  yaratdılar  ki,  bu  bölgənin  əhalisi  erməni  hücumlarında  müdafiə  oluna  bilsinlər

Mudros  müqaviləsinin  Azərbaycan  üçün  də  ağır  nəticələri  oldu.  Gənc  ADR  hökuməti  türk 

köməyindən məhrum oldu. Bundan sonra daşnaklar bölgədə fəallaşdılar. Osmanlı ordusunun getməsi 

bölgə əhalisinin yenidən silahsız halda düşmənlə üz-qzə qalması demək idi.  

1919-cu ildə daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutaraq Araz-Türk Respublikasını süquta 

uğratdılar.  Naxçıvanda  təşkil  edilmiş  general-qubernatorluğuna  əvvəllər  keçmiş  çar  generalı 

Şelkovnikov,  sonra  isə  qəddar  daşnak  Varsamyan  rəhbərlik  etmişdi.    Bundan  sonra  daşnak  quldur 

dəstələri Naxçıvanı, Şərur-Dərələyəzi, Culfa- İrəvan dəmir yol xətti boyu əraziləri çapıb talayır, dinc 

müsəlman  əhalini  kütləvi  şəkildə  qırırdılar.  Bu  dövrdə  Naxçıvana  faktiki  olaraq  Cəfərqulu  xan 

rəhbərlik  edirdi.  Kalbalı  xan  isə  respublikanın  silahlı  qüvvələrinə  başçılıq  edirdi.  Bölgənin 

müdafiəsində  türklərin  burda  qoyub  getdiyi  300  əsgər  və  5  zabit  yaxından  iştirak  edirdilər.  Qeyd 

etmək lazımdır ki, 1919-cu ilin yayında ingilislər və daşnaklar yalnız Naxçıvan şəhərinə və Naxçıvan-

İrəvan  dəmir  yolu  xəttinin  ətrafına  hakim  idilər.  Bu  dövrdə  erməni  daşnaklarına  və  ingilislərə  qarşı 

xalqın  mübarizəsini təşkil edən Kəlbalı  xan,  Cəfərqulu  xan  və  Xəlil  bəy  düşmənin  planlarını  alt-üst 

edir, bütün əli silah tutan kişiləri öz ətrafına toplayırdılar. 

Ermənilərin  Naxçıvanı  müvəqqəti  də  olsa,  işğal  etmələrinin  qarşısını  almaq  mümkün  olmadı. 

1919-cu  ilin  may  ayının  ortalarından  iyulun  sonlarınadək  –  təxminən  iki  ay  müddətində  Naxçıvan 

bölgəsində  erməni  idarəçiliyi  mövcud  oldu.  Bu  müddətdə  işğalçılar  nəinki  bölgəni  tam  nəzarətə  ala 

bildilər,  əksinə,  qəhrəman  naxçıvanlılar  onları  ermənilərə  tabe  olmağa  dəvət  edən  şəxsləri  nifrətlə 

qarşılayıb silaha sarıldılar. Bunu bəhanə edən daşnaklar silahları yığmaq bəhanəsi ilə kəndlərə hücuma 

keçir,  qarətlə  məşğul  olur  və  qırğın  törədirdilər.  Naxçıvan  və  Şərur  ətrafındakı  45  kənd  erməni 

əsgərlərinin təcavüzünə məruz qalmış dəmiryoluna yaxın bölgələr zirehli vaqonlardan atəşə tutulmuş, 

əhali  məhv  edilmişdi.  Daşnaklar  Naxçıvan  və  Şərurda  bir  nəfər  müsəlman  qalmayanadək    əhalini 

qıracaqlarını  və ya Araz çayına tökəcəkləri barədə qərar qəbul etmiş, hətta Şərur əhalisini Araz çayına 

tökmək daşnakların üçüncü alay komandanlığına tapşırılmışdı

İyulun  25-i  ermənilərin  Naxçıvan  şəhərindən  qovulub  çıxardılmasında  mühüm  tarixi  gün  oldu. 

İrəvan-Culfa dəmiryol xətti boyu gərgin döyüşlər getdi. Şahtaxtı stansiyasındakı erməni qarnizonu və 

daşnak  dəstə  komandiri  Yaponun  silahlı  qüvvələri  də  dağıdıldı.  Naxçıvanlılar  42  pulemyot,  4  top, 

zirehli  qatar  və  xeyli  silah-sursat  ələ  keçirdilər.  8  erməni  zabiti  və  800  erməni  əsgəri  əsir  alındı. 

Beləliklə, Naxçıvan əhalisinin iyulun18-dən25-dək ermənilərə qarşı apardıqları inadlı silahlı mübarizə 

işğalçıların bölgədən qovulması ilə nəticələndi. 



 

 

ДЕПОРТАЦИИ НАРОДОВ В СССР 

 

Günel TAĞIZADƏ 

AMEA, Tarix institutu 

AZƏRBAYCAN 

 

Накануне  Великой  Отечественной  Войны  в  СССР  складывалась  непростая  политическая 



ситуация.  В  частности  30-е  гг.  знаменуются  резкой  активизацией  миграционных  потоков, 

которые  не  просто  стимулируются  тоталитарным  государством,  но  и  организуются  и 

направляются  им  вплоть  до  депортации  целых  народов  на  территорию  Казахстана. 

Ужесточались меры, применяемые к отдельным народам и группам населения, выступавшим в 

открытой  или  скрытой  форме  против  режима.  Среди  мер  наказания  неблагонадежных  

использовалась и депортация. Как правило, все меры по переселению того или иного народа, 

групп  населения  имели  юридическую  базу:  постановления  ГКО,  Президиума  Верховного 

Совета  Союза  ССР,  решение  ЦК  партии,  указы  Совнаркома  или  другой  государственной 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   465   466   467   468   469   470   471   472   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə