Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə468/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   464   465   466   467   468   469   470   471   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1681

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Mingəçevirkabel, Azərelektoizolyasiya və s. yeni zavodların yaradılması və yenidən qurulması həyata 

keçirilən  enerji  proqramının  tərkib  hissəsi  idi.  Əlbəttə  ki,  bəhs  olunan  dövrdə DRES  kimi  bu  və  ya 

digər  enerji  obyektlərinin  istifadəyə  verilməsinin  əhəmiyyətini  və  mahiyyətini  sovet  planlı 

təsərrüfatının  məhdud  şəbəkəli  pəncərəsindən  baxmaqla  real  qiymətləndirmək  və  dəyərləndirmək 

əksəriyyət üçün mümkünsüz idi. Lakin H.Əliyev bu  layihənin reallaşmasını həyata keçirməklə  milli 

energetikamızın yaradılması və bü günki, inkişaf səviyyəsinə çatdırılması üçün böyük əməli işin siyasi 

müəllifi  oldu.  Təkcə  respublikamızın  deyil  bütün  Cənubi  Qafqazın  ən  böyük  istilik  stansiyası  olan 

Azərbaycan DRES-də hal-hazırda hər birinin gücü 300 MVt olan 8 blok fəaliyyət göstərir. Məhz bu 

stansiyanın fəaliyyəti bu gün müstəqil respublikamızın enerji təhlükəsizliyinə qarşı bir səddir. 

 

 



İSLAMIN AZƏRBAYCANA GƏLİŞ TARİXİ 

 

Elnur MUSTAFAYEV 

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 



elnur.mustafayev88@mail.ru 

AZƏRBAYCAN 



 

Qədim  dövrlərdən  bəri  müxtəlif  mədəniyyətlərin  və  dinlərin  beşiyi  olan  Azərbaycan  xüsusi  ilə 

səmavi  və  qeyri-səmavi  dinlərin  yayıldığı  bölgələrdən  biri  olmuşdur.  Qeyd  etmək  yerinə  düşər  ki, 

rəngarəng  mədəni  və  dini  inancları  ilə  zəngin  olan  Azərbaycan  yəhudilərin,  xristianların, 

müsəlmanların və zərdüştlərin yaşadığı və fəaliyyət göstərdiyi nadir ərazilərdən olması ilə seçilmişdir. 

Sübut  olaraq  Azərbaycanda  yerləşən  təxminən    1700  ilə  yaxın  tarixi  olan  Alban  Apostol  Avtokefal 

kilsəsini,  müxtəlif  ərazilərdə  yerləşən  yəhudilərə  məxsus  sinaqoqları,  müsəlmanlara  məxsus  ibadət 

mərkəzi olan məscidləri və zərdüştlərin tapındığı atəşgahları misal göstərmək olar.  

VII  əsrdə  Ərəbistan  yarmadasında  işıq  üzü  görən  İslam  dini  az  müddətdə  23  il  ərzində 

möhkəmlənərək  sürətlə  Ərəbistan  ərazilərinə  yayıldı.  İslamdan  əvvəl  mərkəzləşmiş  bir  dövlətin 

mövcud olmadığı Ərəbistan yarmadasında idarəçilik müxtəlif qəbilələrin və zəngin insanların əlində 

cəmləşmişdi. Məkkə şəhərində hakimiyyət Qureyş tayfasının müxtəlif qəbilələri arasında bölünmüşdü 

ki,  bir  çox  hallarda  hakimiyyətin  bölünməsi  məsələsində  narazıçılıqlar,  aralarında  əlaqələrin 

pozulmasına və münaqişələrə səbəb olurdu. Hicaz bölgəsinin ikinci ən böyük şəhəri olan Yəsribdə isə 

Ovs və Xəzrəc qəbilələri arasındakı düşmənçilik və mənfi münasibətlər vahid idarəçiliyin qurulmasına 

imkan  vermirdi.  İslamın  gəlişindən  sonra  Məhəmməd  peyğəmbərin  apardığı  təbliğatlar  nəticəsində 

qəbilələr  arası  düşmənçiliyə  və  müharibələrə  son  qoyularaq  tam  vahid  mərkəzləşdirilmiş  dövlətin 

qurulması mümkün oldu.  

Miladi  VI  əsrin  sonları  və  VII  əsrin  əvvəllərində  Bizanslılarla  Sasanilər  arasında  olan  uzun 

müddətli  müharibələr  hər  iki  dövlətin  zəifləməsinə  səbəb  olmuş  və  İslam  fəthləri  üçün  münbit  bir 

şərait yaranmışdı. Birinci xəlifə Əbu Bəkrin hakimiyyəti illərindən (632-634) başlayan islam fütuhatı 

Ömər  ibn  əl-Xəttab  (634-644)  və  Osman  ibn  Əffanın  (644-656)    hakimiyyəti  dövrünə  qədər  davam 

etmişdir. Ömər ibn əl-Xəttabın hakimiyyəti illərində İslam dövlətinin ərazisi 2251000 km²-ə çatırdı.  

Bizans və Sasani arasında gedən müharibələr Azərbaycanda vəziyyəti gərginləşdirmiş və bu iki 

dövlətdən  asılı  vəziyyətə  salaraq  sosial-iqtisadi  problemlərə  yol  açmışdı.  Sasani  imperatoru  II 

Xosrovun Bizanslılarla apardığı müharibələr nəticəsində I İrakli hərbi əməliyyatlarda uğur qazanaraq 

Azərbaycan  da  daxil  olmaq  şərti  ilə  Zaqafqaziyanın  böyük  bir  hissəsini  işğal  etmişdi.  Lakin  İslam 

fəthləri  ilə  Azərbaycanda  istiqrar  və  sosial  rahatlıq  bərpa  olmuş  və  uzun  müddət  gedən  dağıdıcı 

müharibələr sona çatmışdı. Müsəlmanların Azərbaycana ilk gəlişi ikinci xəlifə Ömər ibn əl-Xəttabın 

hakimiyyətdə  olduğu  illərdə  baş  vermişdi.  Azərbaycan  Ömər  ibn  əl-Xəttabın  fəth  siyasətində 

əhəmiyyətli yer tutan ərazilərdən biri idi. Həmin dövrdə müsəlmanların dəniz müharibələri sahəsində 

təcrübələri  olmadığı  üçün  Qara  və  Xəzər  dənizlərini  aşmaq  maneə  törətdiyindən,  şimala  doğru 

irəliləmək  üçün  Azərbaycan  ərazisi  strateji  mövqe  baxımından  əhəmiyyətli  rol  oynayırdı. 

Müsəlmanlarla Sasani imperiyası arasında baş verən Qadisiyyə və Nihavənd döyüşləri İslam dininin 

İran, Azərbaycan və Xəzəryanı ölkələrdə yayılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bir çox 

tarixçilər  müsəlmanların  Azərbaycana  gəlişini  hicri  18-22-ci,  miladi  639-643-cü  illər  arasında 

olduğunu qeyd etmişdirlər. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1682

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

  636-cı  ildə  baş  verən  Qadisiyyə  savaşında  müsəlmanlar  qalib  gələrək  İrana  doğru  olan  qapını 

aça bildilər. Qadisiyyə döyüşü nəticəsində müsəlmanlar Dəclə çayını keçərək Mədain şəhərinə daxil 

olmağı bacarmışdırlar. Müsəlmanların əlinə Sasani Kisrasına məxsus bir çox mal, xəzinə və qiymətli 

bəzək  əşyaları  keçmişdi.  Üç  gün  davam  edən  müharibədə  Sasanilər  tərəfindən  iştirak  edən  Alban 

hökmdarı  Varaz  Qriqorun  oğlu  Cavanşir  göstərdiyi  qəhrəmanlığa  görə  III  Yezdigərd  tərəfindən 

qiymətli hədiyyələrlə təltif olunmuşdur. Bir neçə il Cavanşirin başçılığı altında Sasaniləri dəstəkləyən 

Alban döyüşçüləri Sasani İmperiyasının məğlubiyyətinin qaçılmaz olduğunu gördükdə, daha sonralar 

öz ölkələrinə qayıtmışdırlar. 

Müsəlmanlar Mədain şəhərini ələ keçirtdikdən sonra bu ərazidə bir müddət qaldılar. Bu müddət 

ərzində  III  Yezdigərd  ordu  toplayaraq  Cəlula  şəhərinə  doğru  göndərir  və  bunun  müqabilində 

müsəlmanlar Haşim ibn Ütbə ibn Əbi Vəqqasın başçılığı altında həmin şəhərə doğru istiqamətlənirlər. 

638-ci ildə baş verən Cəlula döyüşündə müsəlmanlar qalib gələrək zəifləmiş Sasani İmperiyasına bir 

daha ağır zərbə vurdular.  

Cəlula müharibəsindən sonra III Yezdigərd Rey, İsfahan, Həmədan və sairə şəhərlərin əhalisi ilə 

məktublaşaraq yeni bir ordu yığmağa nail olur. Bu hadisədən xəbərdar olan müsəlmanlar Hüzeyfə ibn 

əl-Yəmaninin  başçılığı  altında  Nihavənd  şəhərinə  doğru  istiqamətlənirlər.  642-ci  ildə  baş  verən 

müharibədə müsəlmanlar bir daha qalib gələrək Sasani İmperiyasının toplaya biləcəyi son ordusunu 

məğlub  edirlər.  “Fəthlər  fəthi”  adı  verilən  Nihavənd  döyüşündən  sonra  İran,  Azərbaycan  və  Şimal 

ərazilərinə  doğru  yol  açılır.  Müsəlmanlar  daha  sonra  geostrateji  əhəmiyyətə  malik  “Babul-əbvab” 

adlanan Dərbənd şəhərinə irəliləmək üçün ilk olaraq Muğan ərazisini ələ keçirmək niyyətində idilər. 

643-cü ildə Bukeyr ibn Şəddad başçısı olduğu ordu ilə tam qələbə qazanaraq Muğan vilayətinə sahib 

olur  və  əhalini  cizyə  vergisinə  təhkim  edərək  şimala  doğru  hərəkət  edir.  Muğanın  fəthindən  sonra 

Bukeyr ibn Abdullah Xəzər sahili ilə hərəkət edərək 643-cü ilin sonlarında Dərbənd şəhərinə çatır.  

Ömər  ibn  əl-Xəttab  645-ci  ildə  vəfat  etdikdən  sonra  xilafətin  başına  keçən  Osman  ibn  Əffanın 

(645-656)  hakimiyyəti  illərində  də  fəth  siyasəti  davam  etdirilərək  Azərbaycan  ərazisində  yerləşən 

Bərdə, Naxçıvan, Beyləqan, Qəbələ, Şəki və başqa şəhərlər ələ keçirilir. 

Əli  ibn  Əbu  Talibin  (656-661)  hakimiyyəti  dövründə  xilafətdə  bəzi  daxili  narazıçılıqlar  və 

üsyançı  qüvvələrin  baş  qaldırması  fəth  hərəkatının  sona  çatmasına  səbəb  olmuşdur.  Əli  ibn  Əbi 

Talibin Osman ibn Əffanın bölgələrə təyin etdiyi valiləri dəyişməsi, Müaviyə tərəfdarlarını bir daha 

qızışdıraraq  açıq  müharibəyə  girməyə  sövq  etmişdir.  Əli  ibn  Əbi  Talibin  Azərbaycanla  bağlı  ilk 

münasibəti vali təyin etməklə başlayır. Bu ərazilərə vali olaraq Azərbaycanın idarəçiliyində əvvəllər 

əhəmiyyətli rol oynayan Əşəs ibn Qeys təyin olunur və o, əhalini xəlifəyə beyət etməyə dəvət etməklə 

işə başlayır. Bir çox danışıqlardan sonra Azərbaycanda yaşayan müsəlmanlar Əşəsin başçılığı ilə Əli 

ibn Əbi Talibə beyət edirlər. Beləliklə bu dövrdə Azərbaycan əhalisi Əli ibn Əbi Talibi xəlifə olaraq 

tanımış və onun tərəfində yer almışdır. Bu dövrdə fəthlər müşahidə olunmasa da Əli ibn Əbi Talibin 

əmri  ilə  Azərbaycanda  islami  elmlərin  tədris  olunması  və  islamın  yayılması  danılmaz  bir  faktdır. 

Azərbaycanın  daha  sonra  İslam  aləmində  elm  mərkəzinə  çevrilməsinin  əsasını  Əli  ibn  Əbi  Talibin 

apardığı siyasətin nəticəsində olmuşdur. 

VIII əsrdə Azərbaycan ərazilərində hakim dinə çevrilən İslam dini bu regionda yaşayan xalqların 

dini, mədəni, iqtisadi və siyasi həyatına müsbət təsir göstərərək xalqın formalaşmasına və dövlətçilik 

ənənələrinin  möhkəmlənməsinə  bir  başa  təsir  göstərmişdir.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 

intibah dövründə XI-XIII  əsrlərdə və daha sonralar İslam mədəniyyətinin formalaşmasına və inkişaf 

etməsinə  səbəb  olan  böyük  töhvələr  vermişdir.  Belə  ki,  müxtəlif  dini  və  rasional  elmlərin 

sistemləşdirilməsində  və  inkişaf  etdirilməsində  azərbaycanlı  alimlərin  əvəzsiz  rolu  olmuşdur. 

Azərbaycan  ərazilərində  Quran  təfsiri,  kəlam,  hədis,  fiqh,  əxlaq  dilçilik  sahəsi  ilə  bağlı  sərf,  nəhv, 

bəlağət  həmçinin  fəlsəfə  və  məntiq  kimi  rasional-əqli  elmlərdə  yüzlərlə  alimlər  yetişmiş  və  dəyərli 

əsərlər yazmışdırlar.  

 

 



 


Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   464   465   466   467   468   469   470   471   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə