Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə472/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   468   469   470   471   472   473   474   475   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1689

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kompilyasiya  xarakteri  daşıyan  bu  əsər  Teymurilər  dövrü  və  Səfəvilərin  ilkin  dövrü  üçün  mühüm 

mənbədir).  



2) Xüsusi tarixçilik: Nəsəvi kimi tanınan Məhəmməd bin Əhməd bin Əli bin Məhəmmədin “Si-

rəti Cəlaləddin Mənkberni” (Sultan Məhəmməd Xarəzmşahın oğlunun 11 illik sərgüzəşti, onun Çingizlə 

döyüşləri əks olunub) və “Nəfsə tul-məsdur” (Monqol istilasından şikayət) əsərləri, Molana Kəmaləd-

din Əbdürrizaq Səmərqəndinin 2 cildlik “Mətlə əs-səədeyn va məcməə bəhreyn” əsəri (Sultan Əbu Səid 

Qorqaninin həyat döövrünün hadisələrini, Sultan Hüseyn Bayqaranın 2 illik hakimiyyət tarixini verir). 

3) Nəsil ya tayfaya həsr olunan tarixi əsərlər: Kərim Aqsarayi kimi məşhur olan Mahmud bin 

Məhəmmədin    “Tarixi  Səlaceqe  və  ya  məsameratol  əxbar  və  masayeratol  əxyar”  əsəri  (əsər  Səlcuq 

sultanları  haqqında  faydalı  məlumat  versə  də,  müəyyən  qismləri  Monqollar  və  Xarəzmşahlar  haqda 

məlumat  verir),  Mahmud  Kutbinin  “Tarixi  Al-i  Müzəffər”  əsəri  (Al-i  Müzəffər  sultanlarının  şərhi 

halı),  Nasirəddin  Monşi  Kirmaninin  “Səmtul  ala  hadratal  ulya”  əsəri  (Kirman  Qaraxitaylarının 

padşahlığı  (619-703  q.)  tarixini),  Əlaəddin  Ata  Məlik  bin  Məhəmməd  Cüveyninin  “Cəhanqoşayi 

Cüveyni” (Monqollar, Xarəzmşahlar, İsmaililər tarixi) əsəri, Vəssaf əl-Həzrətin “Tarixi Vəssaf və ya 

təcziyət  əl-əmsar  təzhiyət  ol-əsar”  əsəri  (Elxanilər  tarixindən  bəhs  edir)  əsəri,  Muinəddin  bin 

Cəmaləddin  Məhəmməd  Moəllem  Yəzdinin  “Məvahib  ol-elahi  dər  tarixi  ali  müzəffər”  əsəri  (Əmir 

Mübarizəddin  Məhəmməd  Müzəffərin  həyatından  başlayaraq  Şah  Şücanın  hakimiyyətinin 

ortalarınadək olan dövrü əhatə edir).  

Məhəmməd  Əli  bin  Məhəmməd  Şəbankareinin  “Məcmə  ol-ənsab”  əsəri (Elxani  hakimiyyətinin 

son dövrü  720-740 h.q. mühüm məlumat verir). 

4)  Vəzirlik  və  idarəçilik  tarixçiliyi:  Məhəmməd  bin  Hinduşah  bin  Səncər  Naxçivaninin  2 

hisssəli “Dəstur əl-katib fi təyin əl-məratib” əsəri, Nəsirəddin Monşi Kirmaninin “Nəsaim əl-əshar min 

lətayem  ol-əxbar”  əsəri  (əsərdə  Elxani  vəzirlərinin  əksəriyyətinin  adı  zikr  olunduğundan 

əhəmiyyətlidir), Xandəmirin “Dəstur əl-vuzəra” əsəri, Monşi ləqəbi ilə tanınmış Məhəmməd bin Əli 

bin Cəmal əs-Səlamın “Homayunnamə” əsəri (Monqollar dövrü idari quruluşu haqda məlumat verir). 

Həmdulllah  Mustovfinin  “Nuhzətəl  qolub”  əsəri  (Elxanilər  dövründə  İranın  iqtisadi  coğrafiyasından 

bəhs edir), Xacə Nəsirəddin Tusinin “Tarixi Fəthi Bağdad” əsəri (Bağdadın fəthindən bəhs edir). 

5)  Lokal  (yerli)  tarixçilik:  Abdullah  bin  Ömər  Səfiəddin  Bəlxinin  yazdığı  və  Abdullah 

Məhəmməd  bin  Hüseyn  Bəlxinin  tərcümə  etdiyi  “Fəzayele  Bəlx”  əsəri  (Monqol  hücumundan  10  il 

əvvəlki  hadisələrə  dair  məlumat  verən  mühüm  mənbə),  Əhməd  bin  Əbülxeyr  Zərkub  Şirazinin 

“Şiraznamə”  əsəri  (Şirazın  alimləri,  məşhur  şəxsiyyətləri  haqda,  eləcə  də  Al-i  Buyedən  Al-i 

Müzəffərədək  olan  hadisələri  ehtiva  edib),  Molana  Oliyallah  Amelinin  “Tarixi  Ruyan”  əsəri  (qədim 

dövrdən 764-cü h.q. ilədək hadisələrdən bəhs edir). 



6)  Mənzum  tarixçilik:  Şəmsəddin  Kaşaninin  “Tarixi  Qazan  xan”  əsəri  (Monqolların  mənzum 

tarixini Qazan xanın əmri ilə yazıb), Xacə Nurəddinin “Qazannamə” əsəri (Qazan xanın hakimiyyəti 

dövründən  798-ci  ilin  h.q.  hadisələrinədək),  Əhməd  Təbrizinin  “Şahənşahnamə”  əsəri,  Həmdullah 

Mustovfinin  “Zəfərnamə”  əsəri  (Müəllif  Firdovsinin  ”Şahnaməsi”nin  yolunu  davam  etdirmək 

niyyətində olmuşdur).  

 

 



I ŞAH ABBASIN DÖVRÜNDƏ SƏFƏVİ DÖVLƏTİNİN AVROPA 

DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏRİ

 

 

Sevinc İSMAYILOVA  

Azərbaycan Dillər Universiteti 



seva_adu@yahoo.com 

AZƏRBAYCAN 

 

Dövrünün  ən  güclü  dövlətlərindən  olan  Səfəvi  dövlətinin  tarixində  özünəməxsus  yer  tutan 



görkəmli  şəxsiyyətlərdən  biri  dövlət  xadimi  I  Şah  Abbas  olmuşdur.  Şah  Abbasın  həyata  keçirdiyi 

islahatlar  nəticəsində  Səfəvi  dövləti  yenidən  dirçəlmiş  və  özünün  inkişaf  dövrünü  yaşamışdı.  Onun 

nəticəsində  səfəvilərin  hərbi  qüvvələri  dünyanın  ən  qüdrətli  ordularından  birinə  çevrilmişdi.  Şah 

Abbas Səfəvi dövlətində mərkəzi hakimiyyəti möhkənləndirmişdi. O, ölkədaxili keçirdiyi islahatlarla 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1690

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

yanaşı, ölkənin xarici siyasətinə də xüsusi önəm vermiş və xarici siyasətdə uğurları sayəsində Səfəvi 

dövlətinin inkişafına müsbət təsir etmişdi.  

Şah Abbas hakimiyyətə gəldikdə Səfəvilər dövlətinin daxili və xarici vəziyyəti ağır idi. Ölkənin 

xarici  və  daxili  ticarəti  azalmışdır.  Bu  və  digər  səbəblərə  görə  dövlət  iqtisadiyyatı  böhran  keçirirdi. 

Onun  hakimiyyəti  dövründə  Səfəvi  dövləti  digər  dövlətlərlə,  xüsusilə  bir  sıra  Avropa  dövlətləri  ilə 

diplomatik  münasibətlər qurmuşdur. O, Venesiya, İtaliya, Almaniya, İspaniya,  İngiltərə, Hollandiya, 

İsveç, Rusiya və digər Avropa dövlətləri ilə əlaqə qurmuş və elçilər mübadiləsi etmişdi.  

Şah Abbasın Avropa dövlətləri ilə münasibətlər qurmasının bir sıra səbəbləri var idi. O dövrdə 

Səfəvi  dövləti  ilə  Osmanlı  dövləti  arasında  münasibətlər  gərgin  idi.  Osmanlı  dövləti  ilə  müharibəyə 

hazırlaşan  Şah  Abbas  ilk  öncə  Avropa  ölkələri  ilə  əlaqələrin  qurulmasına  çalışırdı  və  onların 

timsalında  özünə  mütəffiq  qazanmaq  istəyirdi.  Bu  İtaliya  dövlətlərinin,  Venesiya  və  Papalığın  da 

mənafeyinə uyğun idi. Şah Abbas 1602-1612-ci illər müharibəsi dövründə Osmanlı imperiyasına qarşı 

vahid  hərbi  ittifaq  yaratmaq  məqsədilə  Avropa  dövlətlərinə  müraciət  etmişdi.  O,  1599-cu  ildə 

Hüseynəli  bəyin  timsalında  nümayəndə  heyətini  Avropaya  göndərir.  Hüseynəli  bəyi  bu  səyahətdə 

Səfəvi  sarayında  İngiltərə  elçilərindən  biri  Antoni  Şerli  müşayiət  etmişdi.  Səfər  yoluna  və  apardığı 

danışıqların miqyasına və əhəmiyyətinə görə tarixə “Böyük elçilik” kimi düşən bu səfər Səfəvi dövləti 

tarixində  böyük  önəm  kəsb  edir.  Səfəvi  dövləti  ilk  növbədə  İtaliya  ilə  əlaqələrini  genişləndirməyə 

başladı.  1600-1601-ci  illərdə  Almaniya  imperatoru  və  Roma  papası  tərəfindən  Səfəvi  elçiləri  qəbul 

edilmişdi.  1600-1603-cü  illər  ərzində  Şah  Abbas  nümayəndə  heyətini  Venesiyaya  da  göndərimişdi. 

Şah  Abbas  İffət  bəylə  Venesiya  hökumətinə  göndərmiş  məktubunda  bildirirdi  ki,  onun  ən  böyük 

arzusu və məqsədi xristian ölkələri ilə dostluq və ittifaqı əbədi olaraq qoruyub saxlamaqdır.  

Şah  Abbasın  Avropa  dövlətləri  ilə  əlaqə  yaratmasının  digər  bir  səbəbi  ölkənin  iqtisadiyyatını 

dirçəltmək üçün ticarət münasibətlərinin qurulması idi. Şah Abbas Suriya vasitəsilə Venesiya və digər 

Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. Venesiya hökuməti 

də  öz  növbəsində  Şah  Abbasa  cavab  məktublarından  birində  iki  ölkə  arasında  davam  edən  ticarət 

əlaqələrini  daha  da  genişləndirmək  niyyətinin  olduğunu  bildirirdi.  Qarşılıqlı  olaraq,  Alman 

imperatoru, İspaniya və Portuqaliya səfirləri də Səfəvi dövlətinə səfirlər göndərmişlər. Səfəvi dövləti 

ilə  ticarət  əlaqə  qurmağa  həmçinin  İngiltərənin  də  maraq  göstərirdi.  1610-cu  ildə  şahzadə  Yakov  I 

Stüart  Robert  Şerlini  qəbul  etmiş  və  onun  gətirdiyi  Şah  Abbasın  məktubu  ilə  tanış  olduqdan  sonra 

Səfəvi dövləti ilə ticarət münasibətlərinin imkanlarını genişləndirməyi Ost-Hind şirkətinə tapşırmışdı. 

Şah  Abbas  1616-cı  ildə  xüsusi  fərmanla  ingilis  tacirlərinə  ölkənin  ərazisində  sərbəst  ticarət  etmək 

hüququ vermişdi. 1625-ci ildə Şah Abbasın İngiltərəyə göndərdiyi nümayəndələri iki dövlət arasında 

ticarət  münasibətlərini  genişləndirmək  üçün  yenidən  danışıqlar  aparmışlar.  Bununla,  hər  iki  ölkə 

arasında münasibətlər Şah Abbasın səyi nəticəsində genişlənmişdi.  

Səfəvi dövləti və Portuqaliya arasında əsas mübahisə məsələsi Hörmüz idi. Portuqaliya Hörmüzə 

sahib olduqdan sonra Səfəvi dövlətinin Hind okeanına çıxış yolu bağlanmışdı. Digər tərəfdən, Osmanlı 

imperiyası  Səfəvi  tacirlərinin  Aralıq  dənizinə  girməsinə  mane  olurdu.  Ona  görə  Şah  Abbasın  xarici 

siyasətinin  əsas  istiqamətlərindən  biri  portuqaliyaları  körfəzdən  çıxarmaq  idi.  Səfəvi  dövləti  üçün 

Hörmüz çox böyük əhəmiyyət daşıyırdı, bu liman vasitəsilə Qərbi Avropaya Azərbaycan ipəyini ixrac 

edirdi.  Səfəvi  dövlətinə  Portuqaliyadan  Hörmüzü  almaqda  ingilis  Ost-hind  şirkəti  köməklik 

göstərmişdi.  Uzun  sürən  mübarizədən  sonra  Hörmüzün  zəbt  olunması  ilə  portuqaliyalılar  oradan 

sıxışdırılır.  Bununla  da,  I  Şah  Abbasın  hakimiyyəti  dövründə  Səfəvi  dövləti  daha  da  güclənmişdi. 

Səfəvilər  dövlətinə  öz  elçisini  göndərmiş  Avropa  dövlətlərindən  biri  Fransa  olmuşdu.  1628-ci  ildə 

elçilərini  Səfəvi  dövlətinə  göndərmiş  Fransanın  məqsədi  Körfəz  bölgəsində  imtiyazlar  əldə  etmək 

niyyəti idi.  

XVI əsrin sonu – XVII əsrin əvvəllərində Səfəvi-Avropa əlaqələrinin daha da genişlənməsi qərb 

dövlətlərinin də marağı ilə üst-üstə düşürdü. Bundan əlavə, Avropa dövlətlərinin hər birinin Şərqdə öz 

marağı  var  idi.  Avropa  ölkələrinin  İngiltərə  və  Hollandiya  İran  körfəzi  vasitəsilə  Səfəvi  dövləti  ilə 

əlaqələrini genişləndirməyə çalışırdı. Qərb dövlətləri arasında İran körfəzində möhkəmlənmək üstündə 

rəqabət  kəskinləşmişdi.  Portuqaliyaların  Hörmüzdən  sıxışdırılması  ilə  İngiltərə  burada  xüsusi 

imtiyazlar əldə etməyi nəzərdə tuturdu.  

Beləliklə,  Səfəvi  dövlətinin  Avropa  dövlətləri  ilə  əlaqələri  Şah  Abbasın  hakimiyyəti  dövründə 

daha  da  genişləndi.  Bu  dövlətləri  yaxınlaşdıran  başlıca  səbəb  Osmanlı  imperiyasına  qarşı  birgə 

mübarizə  aparmaq  zərurəti  idi.  Digər  vacib  səbəb  isə  Səfəvi  dövlətini  iqtisadi  cəhətdən  gücləndirən 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə