Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə474/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   470   471   472   473   474   475   476   477   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1693

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hesabat  təqdim  etmişlər.  Arxeoloji  ədəbiyyat  kütləsinin  ilkin  mənbələri  hesab  edilən,  xarici  dildə 

yazılan  bu  hesabatları  Qafqaz  xalqlarının  tədqiq  edən  arxeoloq  və  etnoqraflardan  T.S.  Passek  və 

B.A.Latınin  tərcümə  edərək    ümumiləşdirib  “Очерки  до-истории  Северного  Азербайджана”  adlı 

altına  nəşr  etdirmişdilər.  Adı  çəlilən  əsərdə  V.Belk,  A.Bayern,  A.Berje,  E.Resler,  Q.O.  Rozendolf, 

A.A.İvanovski və s. tədqiqatları haqqında məlumat verilir. Alman, fransız, rus mənşəli bu tədqiqatçılar 

ilk  tunc  və  erkən  dəmir  dövrünə  aid  qəbir  abidələrində  arxeoloji  tədqiqat  işləri  aparmış  və  tapılan 

maddi mədəniyyət nümunələrini öz ölkələrindəki muzeylərə göndərmişlər. Arxeoloji araşdırma aparan 

tədqiqatçılar  öz  yekun  hesabatlarını  1859-cu  ildə  təsis  edilmiş  “İmperator  Arxeologiya  Komitəsinin 

hesabatları”nda nəşr etdirirdilər.  

XX  əsrin  20-ci  illərindən  sonra  elmin  digər  sahələrində  olduğu  kimi  arxeologiya  elmində  də 

canlanma müşahidə olundu. Yeni yerli ixtisaslı kadrların hazırlanması və elmi mərkəzlərin yaradılması 

arxeoloji tədqiqatların elmi əsaslarla sistemli şəkildə aparılmasına şərait yaratdı. Ölkəmizdə Rusiyadan 

dəvət  olunmuş  alimlər  də  çalışırdılar.  Akademik  İ.İ.Meşşaninov  Azərbaycan  arxeologiyasının 

inkişafında  rolu  olmuşdur.  Onun  rəhbərliyi  altında  İ.M.Cəfərzadə,  Ə.K.Ələkbərov  və  başqalarının 

iştirakı  ilə  Qarabağ,  Naxçıvan  və  digər  bölgələrə  təşkil  olunan  ekspedisiyalarda  arxeoloji  abidələri 

tədqiq edərək bir sıra yeni nəticələr əldə edildi. 

Arxeoloqlar  Ə.Ələkbərovun,  İ.Cəfərzadənin,  D.Şərifovun,  S.Qazıyevin,  Y.İ.Hummelin  əsərləri 

arxeoloji  ədəbiyyat  kütləsinin  formalaşmasında xüsusi  rol  oynayır.  Bu  alimlərin  iştirakı  iləXX  əsrin 

30-cu  illərində  Mil  düzünə,  Kiçik  Qafqazın  cənub-şərq  ətəklərinə,  Naxçıvan  ərazisinə  və 

Azərbaycanın qərb rayonlarına ekspedisiyalar təşkil olunurdu. 

1969-cu  ildə  hakimiyyətə  gələn  Ulu  öndər  Heydər  Əliyev  Azərbaycan  tarixinin  öyrənib 

araşdırılmasına  xüsusi  diqqət  ayırmağa  başladı.  Heydər  Əliyevin  imzaladığı  qərara  əsasən  1974-cü 

ildə  yerli  kadr  potensialını  nəzərə  alaraq  elmi  tədqiqatların  səmərəliliyini  yüksəltmək  məqsədi  ilə 

Azərbaycan  Elmlər  Akademiyası  Tarix  İnstitutunun  tərkibində  Arxeologiya  və  Etnoqrafiya  Sektoru 

yaradıldı. Naxçıvan, Qəbələ, Şamaxı, Gəncə və digər bölgələrdə arxeoloji bazaların əsası qoyuldu. 70-

80-ci  illərdə  çoxtəbəqəli  arxeoloji  qazıntılar  aparılmağa  başlanıldı.  Artıq  arxeologiya  və  etnoqrafiya 

sahəsi üzrə bir sıra mətbu orqanları yaradıldı və nəşr yeni edilən monoqrafiyaların ədəbiyyat kütləsinin 

nəzərəçarpacaq dərəcədə  artması  müşahidə  olundu. Həmin  dövrdə  Kitab  Palatasının təsis  etdiyi  cari 

biblioqrafik  göstəricilərdə  arxeologiya  elminə  dair  nəşrlər  ayrıca  bölmə  altında  qruplaşdırılmağa 

başlandı. 

Ölkəmiz müstəqillik əldə etdikdən sonar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü 

il 8 iyul tarixli qərarı ilə Arxeologiya və Etnoqrafiya Sektorunun bazasında müstəqil Arxeologiya və 

Etnoqrafiya  İnstitutunun  təsis  edilməsi  Azərbaycan  arxeologiya  və  etnoqrafiya  elminin  daha  geniş 

inkişafına  zəmin  yaratdı.  Cənab  İlham  Əliyevin  “Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

Arxeologiya  və  Etnoqrafiya  İnstitutu  tərəfindən  2008-2009-cu  illərdə  aparılması  nəzərdə  tutulan 

arxeoloji  ekspedisiyaların  maliyyələşdirilməsi  ilə  bağlı  əlavə  tədbirlər  haqqında”  5  fevral  2008-ci  il 

tarixli Sərəncamı ölkəmizin bütün bölgələrində arxeoloji tədqiqatların aparılmasına təkan verdi.  

 

 



MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ 

MƏNƏVİ MƏDƏNİYYƏT (XALQ TƏBABƏTİ, MUSİQİ, XALQ 

TƏQVİMİ VƏ XALQ BAYAMLARI)  

 

Sadıqlı PƏRİNAZ 

AMEA Arxeolgiya və Etnoqrafiya İnstitutu 

AZƏRBAYCAN

                         

 

XI  yüzillikdə  yaşamış  böyük  türk  alimi  Mahmud  Kaşğarinin  “Divanü  Lüğat-it-Türk”  əsəri türk 



xalqlarının  mənəvi  mədəniyyətini  öyrənmək  baxımından  əvəzsiz  qaynaqdır.  “Divan”da  türk 

xalqlarının qədim və orta əsrlər mənəvi mədəniyyətinin bir çox sahələrinə aid ətraflı məlumatlara rast 

gəlinir.  Mənəvi  mədəniyyətin  mühüm  sahələrindən  biri  olan  xalq  təqvimi  və  xalq  bayramlarıdır. 

“Divan”dakı izahlardan aydın olur ki, türk xalq təqviminin yaranma tarixi daha qədim dövrlərə gedib 

çıxır.  Türk  təqvimində  bir  il  on  iki  aydan  ibarət  olmuşdur.  Türklər  on  iki  heyvanın  adını  on  iki  ilə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1694

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qoymuşlar.  Uşaqların  yaşlarını,  savaş  tarixlərini  və  s.  bu  illərin  dönməsi  ilə  hesablayırmışlar. 

“Divan”da  türk  təqviminin  ardıcıllığı  belə  verilmişdir:  ud  yılı-  sığır  (inək)  ili,  pars  yılı-qaplan  ili, 

tavışğan yılı-dovşan ili, nək yılı- tımsah ili, yılan yılı-ilan ili, yund yılı-at ili, koy yılı-qoyun ili, biçin 

yılı-meymun ili, takağu-toyuq ili, it yılı-it ili, tonquz yılı-donuz ili. 

Eyni  zamanda  “Divan”da  vaxt,  zaman  anlayışı  “çər”  və  “türk”  sözləri  ilə  ifadə  olunmuşdur. 

“Ödhlək ərtti-zaman ötdü” cümləsində “ödhlək” sözü zaman anlamında işlənmişdir. “Divan”da “türk” 

sözünün  eyni  zamanda  “vaxt”  mənasında  işlənməyi  böyük  maraq  doğurur.  Bu,  bütün  meyvələrin 

yetişdiyi  zamanın  ortasını  bildirmişdir.  “Türk  üzüm  ödi-üzümün  dəydiyi  vaxt”,  “türk  kuyaş  ödi-

günorta” ifadələrində türk sözünün vaxtın ən yaxşı çağını ifadə etdiyini görürük. 

“Divan”da  ilin  fəsilləri  haqqında  da  müəyyən  məlumatlara  rast  gəlirik.  Payız  fəsli,  sonbahar  “kuz”, 

“yıl yazıktı-yaz fəsli girdi”, “ya bağrı-yayın ortası”, “kadır kış-zəmhərir, qaraqış” ifadələrində payızın 

güz/küz, qışın qış, yayın yay, yazın yaz adlandığını görürük. 

İllərin  ardıcıllığı  “Divan”da  bu  cür  izah  olunmuşdur:  “izi-o  biri  il,  gələn  ildən  sonrakı  il”,  “bıldır-

bildir/bıldır/, keçən il, bir ildir”.   

“Divan”da novruz sözünə rast gəlinməsi bu bayramın türk xalqlarına məxsus olduğunu bir daha sübut edir. 

Mənəvi mədəniyyətin mühüm sahələrindən biri də musiqidir. “Divan”da türk xalqlarına məxsus 

bir neçə musiqi alətinin həm adları, həm də onların formalarının izahı verilmişdir. Qopuz, çənq,  ud, 

dəf,  köz,  davul  və  s.  kimi  musiqi  alətlərinə  rast  gəlinir.  “Divan”da  “yır-mahnı,  məqam  (musiqidə)” 

kimi  izah  olunmuşdur.  Eyni  zamanda  “ol  yır  yırladı-o,  şərqi  söylədi.  Bu  söz  çox  zaman  şeir,  qəzəl 

mənasında işlənir”, “yırağu-çalğıçı, müğənni, şərqiçi”, “ər yırladı-adam melodiya qoşdu, şərqi oxudu” 

ifadələri “Divan”da yırla bağlı rast gəlinən ifadlərdir. 

“Divan”da “kupzadı-ud çaldı”, “kubuz-qopuz, uda bənzər bir çalğı aləti”, “kubuzluğ kişi-qopuzlu 

adam”,  “kızlar  kubzaşdı-qızlar  qopuz  çalmaqda  yarışdılar”,  “kobuz  kubzaldı-qopuz  çalındı”  kimi 

ifadələrdən aydın olur ki, qopuz türk xalqlarının həyatında önəmli yer tutmuşdur. 

“Divan”da  “buçi  kubuz”  simli  udlardan  biri  kimi  izah  olunmuşdur.  Bu  qaz  köksü  (bərbət)  adı 

verilən  çalğı  alətlərindən  biridir.  “Divan”da  eyni  zamanda  “buçi-çox  inləyən  ud”  ifadəsi  də  var. 

“Divan”da “tümrük-Oğuzca dəf, dümrük” kimi izah olunmuşdur.  

“Divan”da “sıbızgu-düdək, tütək, ney”, “ol subuzğu ötürdi-o, tütək öttürdü, çaldı”, “küvrüg-köz, 

davul”, “tuğ-xaqanın yanında çalınan nağara (kös) və davul. Xan tuğ urdu-xan növbə davulun vurdu”, 

“tovıl-davul, nağara”, “borguy-nəfəslə çalınan boru” kimi musiqi alətlərinin adlarına rast gəlinməsi bu 

musiqi alətlərinin qədimliyini göstərir.   

“Divan”da  “kög-oxunanda  səsin  yüksəlib-alçalması,  zil-bəm”,  “ər  köglədi-adam  çalıb-oxudu” 

ifadələrinin də izahı verilmişdir. 

“Divan”da  xalq  təbabətinə  aid  məlumatlara  rast  gəlinməsi  böyük  maraq  doğurur.  “Divan”da 

“həkim-otaçi”, “əm-dərman”, “əmçi-dərman düzəldən”  və s. terminlərə rast gəlinir. 

 “Divan”da  eyni  zamanda  bədən  üzvlərinin  adlarına  rast  gəlinməsi  maraq  doğurur:  “ümgük-

əmgək.  Körpə  uşaqların  təpəsində  olan  yumşaq  yer”,  “öpkə-ağciyər”.  “bağır-qaraciyər”,  “kulak-

qulaq”, “bilək-bilək”, “burun-burun”, “talak-dalaq, qaraciyər”, “baş-baş”, “kaş-gözün üstündəki qaş”, 

“sağ əlig-sağ əl”, “bögür-böyrək”, “kapak-göz qapağı”, “karın-qarın” terminlərinin hamısı oğuzcadır.   

 “Divan”da  bir  çox  xəstəliklərin  və  onların  müalicə  üsullarının  izahı  da  verilmişdir.  Sarısu 

xəstəliyi, ziyil, göz iltihabı, soyuqdəymə və s. belə xəstəliklərdəndir.  

Sarısu xəstəliyi “Divan”da belə izah olunmuşdur: “atğak-qarında yığılan sarısu xəstəliyi. Sarı bir 

bitkinin adı da “atğak”dır. Sarı su xəstəliyi eyni zamanda “sarığ suv” da adlanır. 

“Divan”da dəri xəstəliklərindən biri olan ziyil “sigil” adlanmışdır. “Divan”da “kamçığu” adlanan 

dolama, uçuq ağızda və barmaqlarda əmələ gələrək şiddətli ağrı və hərarətə səbəb olurdu. 

“Divan”da  göz  iltihabı,  göz  irini  “çəlpək”  adlanmışdır.  Geniş  yayılmış  xəstəliklərdən  biri  olan 

itdirsəyi “Divan”da “tirsgək” kimi verilmişdir. 

“Divan”da  eyni  zamanda  yel  adamın  dodaqlarını  çatladan  zaman  əmələ  gələn  çat  və  yarıqlara 

yapışdırılan məlhəm “yakrıkan” adlanır. Bu fındıq boyda qırmızı meyvəsi olan bitkidir. 

Soyuqdəymə və sətəlcəm zamanı qan almaq, müxtəlif isti vannalarda tərlətmək və s. üsullardan 

istifadə olunurdu. Bu üsullardan biri “Divan”da belə izah olunmuşdur: “ilrük-səfra və bəlğəm gətirici 

bir ot toxumu, üzərlik toxumudur”. 

“Divan”da həmçinin xalq təbabətində istifadə olnunan bir neçə tibbi ləvazımatların adları da qeyd 

olunmuşdur:  “arkaçak-ağıza  dərman  tökmək  üçün  işlənən  içi  deşik  bir  alət,  pipetka”,  “bəlik-yara 

yoxlamaq üçün işlənən mil, tibbi zond”, “sorğu-qan alan alət, neştər, lanset”.   



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   470   471   472   473   474   475   476   477   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə