Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə479/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   475   476   477   478   479   480   481   482   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1702

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

hövzəsindəki  xristian  əhaliyə  dəstək  ifadə  edilirdi.  Missionerlər  sonrakı    dövrlərdə  də  öz  

fəaliyyətlərini  davam  etdirir,  Şah  Hüseyn,  Şah  Süleymanın  da  dövründə  İran  sarayına  daxil  olmağa 

imperiya ərazisindəki  xristianlara  imtiyaz  qopartmaq  siyasətlərini davam etdirmişlər. 

Qərb  missionerləri  istədiklərinə  nail  ola  bilməsələr  də,  həmin  əsərlər  Səfəvi  tarixinin  siyasi, 

iqtisadi və sosial vəziyyətini öyrənmək üçün qiymətli tarixi mənbədir. 

 

 



 

 

XVIII-XIX ƏSRLƏRDƏ RUSİYA İMPERİYASININ İŞĞALÇILIQ 



PLANLARINDA DƏRBƏND XANLIĞI 

 

Mahirə ƏZİZOVA 

Bakı Slavyan Universiteti 



mahiraaziz@mail.ru 

AZƏRBAYCAN 

 

Beş minillik tarixi olan Dərbənd dünyanın ən qədim şəhər mədəniyyəti mərkəzi olmaqla yanaşı, 



Cənubi  Qafqazın  Rusiya  tərəfindən  işğalınadək  Azərbaycanın  hərbi-siyasi,  iqtisadi,  sosial  və  mədəni 

həyatında aparıcı rol oynamış şəhərlərdən biri olmuşdur. Azərbaycanın ən qədim  məscidlərindən biri 

Dərbənd Cümə məscididir. Süni şəkildə Azərbaycandan qoparılmış ərazilərin tarixi uzun müddət milli 

tarixşünaslığımızda  tədqiqat  predmetinə  çevrilməmişdir.  Azərbaycan  sovet  tarixşünaslığında 

“diqqətdən kənarda qalmış” Dərbənd və ətraf ərazilərin tarixi, yalnız onunla sıx bağlı olan məsələlərin 

araşdırılması  zamanı  fraqmental  şəkildə  tədqiqatlara  cəlb  olunmuşdur.  Mövcud  boşluqdan  istifadə 

etməyə  çalışan  qonşu  ölkə  tədqiqatçıları  isə  Dərbənd  və  ətraf  ərazilərin  tarixini  Ümumazərbaycan 

kontekstindən  deyil,  mənsub  olduqları  dövlətin  tarixi  aspektindən  araşdırmışdılar.  Dərbəndlə  bağlı 

imperiya  dövründə  rus  şovinizminə,  SSRİ  dövründə  isə  sovet  ideologiyasına  əsaslanan  tədqiqatlara 

yenidən  nəzər  salmaq,  obyektiv  gerçəkliyi  aşkara  çıxarmaq  müasir  dövr  milli  tarixşünaslığımız 

qarşısında duran həllivacib məsələlərdən biridir.  

Dərbəndin  tarixinin  araşdırılmasını  aktual  edən  daha  bir  məqam  –  onun  Qafqaz  tarixi  üçün 

əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Bu gün Qafqaz bölgəsində hərbi və etnik qarşıdurmalar yaratmaq 

cəhdlərinin ara vermədiyi bir dövrdə bölgənin tarixinin obyektiv şəkildə araşdırılmasına böyük ehtiyac 

vardır.  Təqdirəlayiq  haldır  ki,  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  “İtirilmiş 

torpaqlar”ın,  eləcə  də  Dərbənd  və  ətraf  ərazilərin  tarixinin  öyrənilməsi  istiqamətində  məqsədyönlü 

tədqiqatların  aparılmasına  başlanılmışdır.  Bu  tədqiqatlar  obyektiv  zərurətdən  irəli  gəlmişdir.  Ötən 

əsrin  90-cı  illərindən  etibarən  postsovet  məkanında,  eləcə  də  Şimali  Qafqaz  və  Dağıstanda  baş 

qaldıran  milli  hərəkatlardan  faydalanmağa  çalışan  millətçi-şovinistlər  Dərbənd  və  ətraf  ərazilərin 

tarixini  kobud  şəkildə  təhrif  edən  əsərlər  nəşr  etdirməyə,  əzəli  Azərbaycan  torpaqlarını 

“özününküləşdirmək”  istiqamətində  məkrli  niyyətlərini  həyata  keçirtməyə  başlamışdılar.  Əvvəlki 

dövrlərdən  ibrət  alıb,  müasir  dövrdə  Azərbaycan  tarixinə  hədyanlar  yağdıranlara  vaxtında,  elmi 

faktlara  əsaslanan  tutarlı  cavab  verilməsi  tarixşünaslığımız  qarşısında  duran  mühüm  vəzifələrdən 

biridir. Bu baxımdan XVIII əsrdə Rusiya İmperiyasının işğalçılıq planlarında Dərbənd xanlığı ilə bağlı 

yeni araşdırmaların aparılmasına ciddi ehtiyac duyulur.        

Əfşarlar  dövlətinin  süqutu  nəticəsində  yaranmış  Şimali  Azərbaycan  xanlıqlarından  biri  də  iki 

mahaldan  ibarət  olan  Dərbənd  xanlığı olmuşdur.  Xanlığın  banisi  Məhəmmədhəsən  xanın  atası 

İbrahimqulu  bəy  Dərbənddəki  şah  qarnizonunun  rəisi  olmuş  və  1722-ci  ildə  ruslar  Dərbəndi  zəbt 

edərkən  I  Pyotr  tərəfindən  Dərbənd  hakimi  təyin  olunmuşdu.  1735-ci  ildə  Gəncə  müqaviləsinin 

imzalanmasından sonra Rusiya qoşunları tamamilə Azərbaycanı tərk edir və Dərbənd şəhəri də Nadir 

şah  Əfşarın  imperiyasının  tərkibinə  qaytarılır.  1747-ci  ildə  Nadir  şahın  ölümündən  sonra  müstəqil 

Dərbənd xanlığı yaransa da, bir müddət sonra daha qüdrətli Quba xanlığının tabeliyinə keçir. 1759-cu 

ildə  Dərbəndi  tutan  Qubalı  Fətəli  xan  Məhəmmədhəsən  xanı  həbs  edərək  Bakıya  göndərir.  Tezliklə 

Dərbənd  Quba  xanlığının  paytaxtına  çevrilir.  1796-cı  ildə  V.Zubovun  başçılığı  ilə  rus  qoşunları 

Dərbəndi  tutmaq  istəyərkən,  Quba  xanı  Şeyxəli  xanın  başçılıq  etdiyi  ciddi  müqavimətlə  üzləşir. 

Şəhərin  ələ  keçirilməsindən  sonra rus  komandanlığı  Şeyxəli  xanın  hakimiyyətdən  uzaqlaşdırıb  ögey 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1703

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

qardaşı  Həsənağanı  Dərbəndin  hakimi  təyin  etdi.  Lakin  1797-ci  ilin  martında  rus  qoşunları 

Azərbaycan  ərazisini  tərk  edən  kimi  Şeyxəli  xan  yenidən  bütün  Quba  xanlığında,  o  cümlədən 

Dərbənddə hakimiyyəti ələ keçirdi. Əslində bu Dərbəndin Azərbaycan tərkibində qalması üçün atılmış 

son  cəhd  idi.  Qafqazla  bağlı  işğalçılıq  planlarından  əl  çəkməyən  Rusiya  XIX  əsrin  əvvəllərində 

yenidən hərbi əməliyyatlara başladı. 1806-cı il iyunun 21-də Dərbənd təkrar işğal olundu və imperiya 

tərkibinə daxil edildi. 1829-cu ildən şəhər Rusiyanın tərkibində əyalətə çevrilir. Daha sonra Rusiyada 

tətbiq  edilən  yeni  inzibati-ərazi  bölgüsünə  əsasən  isə  1840-cı  ildə  Dərbənd  qəzası  yaradıldı  və 

Dərbənd şəhəri qəza mərkəzi oldu. 1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd 

quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası 

Bakı  quberniyasına  verildi,  qalan  ərazidə  Dağıstan  dairəsi  yaradıldı.  1918-ci  il  mayın  28-də 

Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  edildikdən  sonra  Dərbənd  şəhəri  Dağlılar  Respublikasının 

tərkibində  qaldı.  1920-ci  il  martın  25-də  11-ci  Qırmızı  ordunun  köməyi  ilə  Dərbənddə  sovet 

hakimiyyəti  elan  olundu.  Dərbənd  şəhəri  1921-ci  ildə  yaradılmış  Dağıstan  Muxtar  Sovet  Sosialist 

Respublikasının  tərkibinə  daxil  edildi.  Bununla,  Azərbaycanın  tarixi  şəhəri  Dərbənd  Rusiya  Sovet 

Federativ  Sosialist  Respublikasının  tərkibinə  qatıldı.  1991-ci  ildə  Sovet  Sosialist  Respublikaları 

İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı. 

Dərbəndin özgəninkiləşdirilməsi prosesi məhz XIX əsrin əvvəllərində şəhərin Rusiya tərəfindən 

ışğalından  sonra  başladı.  Beləki,  bu  vaxtdan  etibarən  rusların,  dağ  yəhudilərinin  və  digər  xalqların 

buraya köçürülməsi nəticəsində azərbaycanlı əhalinin xüsusi çəkisi azalmağa başladı. Hələ XIX əsrin 

əvvəllərində, yəni 1810-cu ildə Dərbəndin şəhər əhalisinin (4169 nəfər) 95 faizini -3947 nəfərini) şiə 

məhzəbinə məxsus olan müsəlmanlar, əsasən - Azərbaycan türkləri təşkil edirdi. 1824-cü ildə şəhərdə 

müsəlmanların sayı 10377 nəfərə çatmışdı (əhalinin 93,8%). 1851-ci ildə onların xüsusi çəkisi 90%-ə 

bərabər idi. 1859-cu ildə Dərbənd şəhərində 13470 nəfər, 1893-cü ildə 15265 nəfər, 1897-ci ildə isə 

14649  nəfər  əhali  yaşayırdı.  1897-ci  ildə  Azərbaycan  türklərinin  xüsusi  çəkisi  66,7%  (cəmi  9767 

nəfər) təşkil edirdi. 

Hal  hazırda  Dərbənd  Dağıstanın  ikinci  ən  böyük  şəhəri  hesab  olunur.  2002-ci  ildə  aparılan 

siyahıyaalınmaya görə bu respublikada 36 millət yaşayır və onlar içərisində azərbaycanlılar 117 min 

nəfər təşkil edir. 

 

 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA ERMƏNİ  



DİASPORU VƏ LOBBİSİ 

 

İlkin HƏSƏNOV  

AMEA  Tarix İnstitutu 

AZƏRBAYCAN

 

 

Dünya ermənilərinin ən güclü dayaqları və fəaliyyətinə görə aktiv hesab olunan diasporu ABŞ-da 



yerləşir. Hərtərəfli fəaliyyətlərinə görə Amerikada 10 əsas etnik qrupdan biri və lobbiçiliyə görə 5 əsas 

lobbi qrupuna malik olan erməni diasporunun keçdiyi yol çox maraqlıdır. 

Ermənilərin  Amerika  ilə  tanışlığı  1810-cu  ildən  başlayır.  Amerika  ilə  Türkiyə  əlaqələri  inkişaf 

etdikcə  zəngin  erməni  tacirləri  hissə-hissə  Amerikaya  köçməyə  başladılar.  Ermənilərin  Amerikaya 

köçməsini  isə  missioner  təşkilatlar  təşkil  edirdi.  İlk  əvvəllər  ziyalı  və  varlı  təbəqədən  sonra  erməni 

gəncləri və uşaqları bu ölkədə yaşamaq, təhsil almaq üçün mühacirət edirlər. 

Ermənilərin  Amerika  vətəndaşlıq  alması  digər  etnik  qruplardan  daha  asan  olurdu.  1840-cı  ildə 

Amerikanın  nüfuzlu  universitetlərində  erməni  gənclər  təhsil  alırdılar.  Onlar  xüsusi  olaraq  Nay  Tah-

ümumerməni  məsələsi  üçün  hazırlanırdılar.  Məhz  bu  ermənilər  gələcəkdə  Türkiyədə  və  Qafqazdakı 

qırğınların təşkilatçıları idilər. 

1840-1910-cu ildə tərkibi ziyalı, tacir, həkimlərdən ibarət 10 min erməni Amerikada qeydiyyatda 

idi. 1915-ci ildən sonra Amerikaya axını güclənən ermənilər onlara yaradılan şəraitdən istifadə edərək 

diasporların formalaşdıra bildilər. (1,s. 29-33) 

Bu  tarixdə  25  min  erməni  Amerikanın  Qərb  sahillərində  məskunlaşdı.  Ölkə  prezidenti  Vudra 

Vilsonun ermənliərə xüsusi rəğbəti var idi və bu rəğbət onun anti-türk baxışlarından yaranmışdır. 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə