Cover press ucun



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/62
tarix21.06.2018
ölçüsü4,8 Kb.
#50741
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

195

“Azərbaycan Respublikasının fəxri adları haqqında” 
Azərbaycan Respublikası Prezidentinin 
1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanına 
əlavə və dəyişiklik barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında böyük nailiyyətlər qazan-
mış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə 
qərara alıram:
1. “Azərbaycan Respublikasının fəxri adları haqqında” Azərbaycan Respublikası 
Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanının (Azərbaycan Res-
publikasının Qanunvericilik Toplusu, 1998-ci il, N 5, maddə 312; 2000-ci il, N 4, II 
kitab, maddə 268) 1-ci bəndində “təhsil və səhiyyə” sözləri “təhsil, səhiyyə, bədən 
tərbiyəsi və idman” sözləri ilə əvəz edilsin, “Əməkdar memar” sözlərindən sonra 
“Əməkdar bədən tərbiyəsi və idman xadimi” sözləri əlavə edilsin.
2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2005-ci il

Azərbaycan Respublikasında 2005-2015-ci illərdə
 futbolun inkişafına dair Dövlət Proqramının 
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında dövlət qayğısı nəticəsində bir sıra idman növləri 
üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq futbola da dövlət qayğısını ar-
tırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə 
maraqlarını yüksəltmək, futbolun elmi-metodiki və normativ-hüquqi bazasının ya-
radılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədi ilə 
qərara alıram:
1. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair 
Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan 
Respublikasının Gənclər, İdman  və Turizm Nazirliyi və Azərbaycan Futbol Federa-
siyaları Assosiasiyası müəyyən edilsin.
3.  Azərbaycan  Respublıkasının  Nazirlər  Kabineti  müvafiq  icra  orqanları  ilə 
birlikdə bu sərəncamla təsdiq olunmuş (2005-2015-ci illər) futbolun inkişafına dair 
Dövlət Proqramından irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2005-ci il

İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


196
10 il öncə başlanan yol
Azərbaycan Respublikasının idman mütəxəssislərinə
“Əməkdar bədən tərbiyəsi və idman xadimi” 
fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  idmanının  inkişafındakı  xidmətlərini  nəzərə  alaraq  aşağıdakı 
şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:
Əliyev Vaqif Cəfər oğlu
Hüseynov Əşrəf Rza oğlu
Quliyev Dilqəm Qasım oğlu
Mirməmmədov Arif Bəxtiyar oğlu
Rəhimov Mirkamil Pirəli oğlu 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 yanvar 2006-cı il

Azərbaycan Respublikasının bəzi nazirliklərinin 
yenidən təşkil edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan  Respublikasının  dövlət  idarəetmə  sistemində  aparılan  islahat-
ların davamı olaraq mədəniyyət, gənclərlə iş, idman və turizm sahələrinin idarə 
edilməsinin  təkmilləşdirilməsinin  və  onun  müasir  tələblərə  uyğun  qurulmasının, 
bu sahələrdə idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyini nəzərə 
alaraq və onların struktur optimallığını təmin etmək məqsədi ilə Azərbaycan Res-
publikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq 
qərara 
alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublika-
sının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilsin.
2.  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyinin  əsasında  Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılsın.
3. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılsın.
4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  bir  ay 
müddətində:
4.1.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyinin  və 
Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinin  əsasnamələrinin 
layihələrini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim 
etsin;
4.2.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Nazirliyinin  və 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturları və aparatları-
nın işçilərinin say həddi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə 
təqdim etsin;
4.3.  qüvvədə  olan  qanunvericilik  aktlarının  bu  fərmana  uyğunlaşdırılması 
barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,


197
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 yanvar 2006-cı il

Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, 
Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının 
işçilərinin say həddinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinin  fəaliyyətini  təmin 
etmək məqsədi ilə 
qərara alıram:
1.  “Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyi  haqqında 
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu” təsdiq 
edilsin (əlavə olunur).
3.  Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinin  aparatının 
işçilərinin say həddi 110 ştat vahidi müəyyən edilsin.
4.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  bir  ay  müd-
dətində:
4.1.  qüvvədə  olan  normativ  hüquqi  aktların  bu  fərmana  uyğunlaşdırılması 
barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim et-
sin;
4.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2006-cı il

Olimpiya çempionu İ.V.Rıskala 
Azərbaycan Respublikası Prezidentinin 
xüsusi Olimpiya təqaüdünün verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycanın  olimpiya  çempionları 
üçün  Azərbaycan  Respublikası  Prezidentinin  xüsusi  olimpiya  təqaüdlərinin  təsis 
edilməsi haqqında” 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il N 10, maddə 594; Azərbaycan 
Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 405 nömrəli Fərmanı) uyğun 
olaraq 
qərara alıram:
1. Olimpiya çempionu Rıskal İnna Valeriyevnaya Azərbaycan Respublikası Pre-
zidentinin xüsusi olimpiya təqaüdü verilsin.
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin.
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə