101
İdmanda uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli
getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq
toxumu gizlədir. Rəqiblərin daha ciddi yanaşması, “ulduzluq xəstəliyinə” tutulmaq,
zədə problemi və s. obyektiv-subyektiv səbəblərdən zirvədə qərar tuta bilməmək
də insan təbiətinə xasdır. Min bir zəhmətlə qazanılan başgicəlləndirici nailiyyətlərin
tənəzzülün başlanğıcına çevrilməməsi, əməyə verilən yüksək qiymətin kimisə yol-
dan azdırmaması və çaşdırmaması da düşündürücü şərtlərdəndir. Milli Olimpiya
Komitəsi artıq özünü təsdiqləmiş və cəmiyyətdə layiqli yer tutmuş, beynəlxalq
arenada özünəməxsus imic qazanmış təşkilat kimi yeni mərhələdə əvvəlkindən
fərqli yükü öz üzərinə götürməli idi. Bu dövrdə keçmiş dövrün təcrübəsinə də
söykənən genişmiqyaslı addımlar atılmalı, idmanımızın təməlinə uğurlu yeniliklər
əlavə olunmalı idi.
Ölkədə çoxşaxəli idman quruculuğu işlərinə start verən və bununla qarşıdakı
dövrdə əsas məqsədlərə yeni cizgilər əlavə edən MOK prezidenti İlham Əliyevin
qarşıya qoyduğu vəzifələrin daha bir mərhələsi belə başladı: “Məqsədimiz odur ki,
Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait olsun.
Siz, əziz idmançılar, çempionlar, hesab edirəm ki, gənc nəsil üçün, uşaqlar üçün
örnək olmalısınız. Onlar sizin qələbələrinizə baxıb idman bölmələrinə gəlməlidirlər.
Mən Sidneydə yaşadığım o qələbəni, xoşbəxt anları bir daha yaşamaq istəyirəm.
Hesab edirəm ki, siz də bunu istəyirsiniz. Mən əminəm ki, belə də olacaq. 2004-
cü ildə Afina olimpiadasında da Azərbaycan uğurlar əldə edəcək. Azərbaycanın
bayrağı qaldırılacaq, dövlət himni səsləndiriləcək və biz yenə Vətənə qələbə ilə
dönəcəyik”.
XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq marafonuna 2001-ci il martın 24-
də Milli Olimpiya Komitəsinin 3-cü Baş Assambleyasında start verildi. İkinci dəfə
təşkilata prezident seçilən İlham Əliyev “Afina Olimpiadasına 3 il deyil, cəmi 3
il qalıb” deməklə Oyunların vətənində keçiriləcək yarışlara hazırlıq vəzifəsini
konkretləşdirdi.
Sidney qaliblərinin şərəfinə təşkil edilmiş ziyafətdə bu sözlər yeni simalı
qəhrəmanları olan idmanımızda olimpiyaçıların rolu və yerini göstərməklə yana-
şı, Afinaya hazırlığın da təməli idi. Həmişəki kimi Olimpiya hərəkatımızın liderinin
Prezident İlham Əliyev həm də
əsl idman həvəskarıdır
Afina: Çətin sınağın uğurları
102
10 il öncə başlanan yol
sözləri bir tərəfdən ciddi çalışmaq lazım olduğunu, digər tərəfdən bunun bəhrəsini
görəcəyimizə əminliyi ifadə edirdi. Sidney sevincinin eyforiyaya çevrilməməsi üçün
bu məramnanə sanki bir çağırış idi. Elə bir çağırış ki, sanki sərkərdə ordusunu
döyüşə hazır olmağa çağıran kimi.
Geri qalmamaq, vahid ailə kimi birləşib fəaliyyəti davam etdirmək, verilən
qərarların obyektiv reallığını qiymətləndirib çalışmaq lazım idi.
Odur ki, Azərbaycanda Olimpiya hərəkatının inkişafının ikinci mərhələsi
çərçivəsində mütəşəkkil tədbirlər planı həyata keçirilməyə başladı. Azərbaycanda,
demək olar ki, məhvə sürüklənmiş komanda idman növlərinə həyat verilməsi
prosesinə keçildi. Voleybol, basketbol, həndbol, otüstü hokkeydə kompleks işlər
görüldü. Ölkəmiz beynəlxalq yarışların,
tədbirlərin, görüşlərin vətəninə çevrildi.
Məqsədyönlü hazırlıq Sidney Oyunlarından sonra start götürsə də, hələ
ötən əsrin son illərində də bir sıra işlər görülmüş, özülü qoyulmuşdu. Əvvəlcə
yeniyetmələr, sonra gənclər və nəhayət, ustalar arasında ənənəvi Çoudri
turnirlərinin nübarını Sidneydə daddıqsa, tezliklə dünya çempionatı tacı, mükafat-
ları da uğurlar silsiləsinə çevrildi.
Beynəlxalq yarışların təşkilatçısına çevrilməklə, əlbəttə, irəliləyişlərə nail olmaq
mümkündür. Ancaq MOK prezidenti İlham Əliyev bu məsələyə fərqli yanaşma
vəzifəsini qarşıya qoydu. “Turnir xatirinə turnir” prinsipi olmamalı, ya da bu tədbirlər
tək həmin növün ölkədə populyarlaşmasına köməkçi rolu oynamamalıydı. Bunlar
həm də idmanın kompleks təbliğinə, olimpiya hərəkatının genişlənməsinə, ya-
yılmasına xidmət göstərməli və ənənə halına çevrilməli idi. Belədə bunun daha
Prezident İlham Əliyev
Afinada idmançılarla birlikdə