Cover press ucun



Yüklə 168 Kb.
Pdf görüntüsü
səhifə53/62
tarix02.01.2018
ölçüsü168 Kb.
#19279
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

203
Azərbaycanda tarixən şahmat geniş yayılmış ənənəvi oyunlardan biri olmuş və 
xalqımızın mədəniyyətində özünəməxsus yer tutmuşdur. İntellektual idman növü 
kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük 
diqqət göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər 
və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Görülən tədbirlər nəticəsində 
şahmat oyununa maraq kütləvi xarakter almış və Azərbaycanın şahmat məktəbi 
formalaşmağa  başlamışdır.  Dünya  çempionatlarında,  beynəlxalq  turnirlərdə  şah-
matçılarımızın qələbələri respublika şahmatsevərlərinin sayının artmasına, müvafiq 
məşqçi kadrların yetişməsinə təkan vermişdir. Bu inkişafın bəhrələri özünü xüsusilə 
müstəqillik dövründə göstərmişdir.
İndi Azərbaycan öz şahmatçılarının uğurları ilə haqlı olaraq fəxr edə bilər. Hazırda 
respublikada fəaliyyət göstərən 62 uşaq-gənclər şahmat məktəbində və həmçinin 
ümumtəhsil  məktəblərində  40  minə  yaxın  uşaq  və  yeniyetmə  şahmatla  məşğul 
olur.  Müstəqilliyini  bərpa  edənədək  Azərbaycanda  beynəlxalq  ada  sahib  cəmi  5 
şahmatçı olduğu halda, hazırda 15 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 
9 FİDE ustası və 6 beynəlxalq dərəcəli hakim vardır. Son 15 il ərzində şahmatçıları-
mız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında vətənimizi 
layiqincə təmsil edərək yüksək nəticələrə nail olmuş, 72 medal, o cümlədən 24 qızıl 
medal qazanmışlar.
“Azərbaycanın  uşaq  şahmatçılarına  dövlət  qayğısının  artırılması  haqqında” 
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 dekabr tarixli sərəncamı şah-
mata göstərilən yüksək diqqətin təzahürü olmuş və şahmatçılarımızın beynəlxalq 
yarışlarda  yeni  qələbələr  qazanmalarına  zəmin  yaratmışdır.  2002-ci  ildə  Avropa 
çempionatının  Bakıda,  2003-cü  ildə  gənclər  arasında  dünya  çempionatının  Nax-
çıvanda  keçirilməsi  isə  Azərbaycanda  şahmatın  beynəlxalq  miqyasda  etirafı  kimi 
qiymətləndirilmişdir.
Azərbaycan Respublikasında şahmat sahəsində mövcud potensialı və şahmatçı-
larımızın beynəlxalq yarışlarda uğurlarını nəzərə alaraq, respublikada şahmatın daha 
da inkişaf etdirilməsini təmin etmək məqsədi ilə 
qərara alıram: 
1.  Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyi  və  Azərbaycan 
Respublikasının Təhsil Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə, Azərbaycan 
Respublikasının  Milli  Olimpiya  Komitəsi  və  Azərbaycan  Şahmat  Federasiyasının 
təklifləri nəzərə alınmaqla, “2008-2013-cü illərdə Azərbaycanda şahmatın inkişaf 
etdirilməsi” Dövlət Proqramının layihəsini üç ay müddətində Azərbaycan Respubli-
kasının Prezidentinə təqdim etsin. 
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  sərəncamdan  irəli  gələn 
məsələləri həll etsin. 
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 27 aprel 2007-ci il

Yuxarıda göstərilənlərdən əlavə Azərbaycan Respublikası Prezidentinin bir sıra 
digər  sahələrlə  bağlı  imzaladığı  sərəncamlarda  da  idman  xadimlərinə  fəxri  adlar 
verilib.  Həmin  sənədlərə  əsasən  aşağıdakı  şəxslərə  Azərbaycan  Respublikasının 
“Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:
- Məsimov Qiyas Məmmədrza oğlu (3 avqust 2006-cı il)
- Hümbətov Cəfər İslam oğlu (3 oktyabr 2006-cı il)
- Quliyev Niftəli Tanverdi oğlu (3 oktyabr 2006-cı il)
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar


204
10 il öncə başlanan yol


205
- Süleymanov Süleyman Mehdi oğlu (3 oktyabr 2006-cı il)
- Əliyev Nadir Lətif oğlu (18 aprel 2007-ci il)
- Əliyev Vaqif Məmməd oğlu (18 aprel 2007-ci il)
- Hadıbəyov Fazil Məmmədəli oğlu (18 aprel 2007-ci il)
- İskəndərov Ağakişi Baxşi oğlu (18 aprel 2007-ci il)
Bundan başqa, bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Hacı-
yev Yavər Hacı oğlu, Hüseynov Tahir Hüseyn oğlu və Mirzəyev Ələddin Sədrəddin 
oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
İdmana dövlət qayğısının bariz nümunəsi 
olan fərman və sərəncamlar



1997-2007-ci 
illərin əsas idman 
hadisələrinin 
xronologiyası
Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, 
genişləndirib, idmançıları, gəncləri daha da səfərbər 
edib, həvəsləndirib, onlara yardım göstəribdir. Ona 
görə də qələbələri qeyd edərkən Milli Olimpiya 
Komitəsinin üzvlərinin və onun 
prezidenti İlham Əliyevin xüsusi xidmətlərini 
vurğulamaq lazımdır.
Heydər Əliyev


208
10 il öncə başlanan yol
31 iyul 1997-ci il 
15 avqust 1997-ci il 
26 avqust 1997-ci il 
25 sentyabr 1997-ci il 
14-15 noyabr 1997-ci il 
25 dekabr 1997-ci il 
7-22 fevral 1998-ci il 
19-20 mart 1998-ci il
14 aprel 1998-ci il 
13-22 may 1998-ci il 
9 iyun 1998-ci il 
1 iyul 1998-ci il 
19 sentyabr 1998-ci il 
24-29 noyabr 1998-ci il 
18 dekabr 1998-ci il 
26 dekabr 1998-ci il 
Milli Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirilib və İlham Əliyev yekdilliklə 
MOK-un prezidenti seçilib.
Beynəlxalq Olimpiya Komitəsi İlham Əliyevi Azərbaycan Milli Olimpiya Komitəsinin 
prezidenti kimi tanıyıb.
Gənclər və İdman Nazirliyində Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 
sədrliyi ilə MOK İcraiyyə Komitəsinin ilk iclası keçirilib.
MOK prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyində ölkəmizin tanınmış 
idmançıları ilə görüşüb.
İsveçin paytaxtı Stokholm şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 26-cı 
Baş Assambleyasında Azərbaycanı MOK prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 
nümayəndə heyəti təmsil edib. İlham Əliyev BOK prezidenti X.A.Samarançla və 
AOK-un yeni seçilmiş prezidenti Jak Roqqla görüşüb.
“Hyatt  Regency”  otelində  MOK  İcraiyyə  Komitəsinin  iclası  keçirilib.  Toplantı-
da komitənin strukturu və 12 komissiyası təsdiq olunub. İlham Əliyev il ərzində 
fərqlənən idmançıları mənzillər və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Azərbaycan idmançıları Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpi-
ya Oyunlarında iştirak ediblər.
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev İsveçrənin Lozanna şəhərində 
MDB  ölkələri  MOK  başçılarının  toplantısında  iştirak  edib  və  BOK  prezidenti 
X.A.Samarançla görüşüb.
Azərbaycan Milli Olimpiya Akademiyası yaradılıb.
Bakıda Yeniyetmələrin I Respublika Oyunlarının final yarışları keçirilib. Mayın 16-
da keçirilən təntənəli açılış mərasimində dövlətimizin başçısı Heydər Əliyev iştirak 
edib, MOK prezidenti İlham Əliyev nitq söyləyib.
MOK  prezidenti  İlham  Əliyev  Beynəlxalq  Bodibildinq  Federasiyasının  I  vitse-
prezidenti Rafael Santoxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Milli Olimpiya Komitəsinin yeni nəşrə başlayan “Olimpiya” jurnalının 
təqdimat mərasimi keçirilib, tədbirdə MOK prezidenti İlham Əliyev nitq söyləyib.
Zemfira Meftəhəddinova stend atıcılığı üzrə dünya kubokunu qazanıb.
MOK  rəhbəri  İlham  Əliyev  Braziliyanın  Rio-de-Janeyro  şəhərində  keçirilən  IV 
Ümumdünya Olimpiya Yarmarkasında iştirak edib.
Prezident  Heydər  Əliyev  istedadlı  şahmatçılardan  Teymur  Rəcəbovu,  Vüqar 
Həşimovu, Qədir Hüseynovu və Rauf Məmmədovu qəbul edib.
MOK-un Baş Məclisi keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən MOK prezi-
denti İlham Əliyev il ərzində beynəlxalq yarışlarda fərqlənən idmançılara və onların 
məşqçilərinə mükafatlar təqdim edib.
Beynəlxalq alpinist komandasının tərkibində Everest zirvəsini fəth edən Azərbaycan 


Yüklə 168 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə