11
Azərbaycan ən yaxın qonşusu olan Gürcüstanla iqtisadi əməkdaşlıq sahəsində münasibətlərin qurmağa
başlayır. Yeri gəlmişkən bir şeyi qeyd edək ki, 1918-20-ci illərdə Ermənistanla iqtisadi əməkdaşlıq barədə heç
bir sənəd yoxdur. Ancaq Azərbaycanın Ermənistana humanitar yardımı haqqında bir arxiv materialı vardır ki,
bu barədə sonra məlumat verəcəyik.
1919-cu il martın 2-də Tiflis şəhərində Azərbaycan və Gürcüstan hökumətlərinin birgə yığıncağı
keçirilir. Yığıncağın protokolunda göstərilir ki, əsas məsələ “Azərbaycanla Gürcüstan arasında ticarət-gömrük
sazişi”dir. İclasa rəhbərliyi Gürcüstanın Maliyyə naziri edir.
Yığıncaqda Gürcüstan tərəfdən hal mübadiləsi üzrə komitənin sədri, Gürcüstan Baş Gömrükçüsünün
köməkçisi, Azərbaycan tərəfdən Maliyyə Nazirliyinin Gömrük şöbəsinin rəis əvəzi (A.P, Lebedev), Gömrük
bölməsinin müdir əvəzi (A.A.Molçanov) və Bakı Gömrük İdarəsinin rəisi (L.İ,Budanski) iştirak etmişdir.
Gürcüstanın Maliyyə Naziri Sazişin layihəsini təqdim etdikdən sonra, müzakirələr zamanı razılaşdırılır ki,
ölkələrin iqtisadi inkişafına 2 hal mənfi təsir göstərir: 1) malların ixracının qadağan olunması; 2) gömrük
ödənişlərinə cəlb olunmanın müxtəlif xarakterli olması.
Qarşılıqlı razılaşma əsasında tərəflər razılığa gəlir və saziş imzalanır.
Gördüyünüz kimi, kifayət qədər problemləri olan Azərbaycan Respublikası iqtisadi əməkdaşlığa və
iqtisadi inkişafa xüsusi önəm vermişdir. Hakimiyyətə gəldikdən qısa bir müddət sonra, yəni 1918-ci ilin oktyabr
ayında gömrük işçilərinin aylıq əmək haqqı, tutduqları müvafiq vəzifələrə uyğun olaraq 1,5-2 dəfə artırılmışdır.
Bəzən bu artım daha böyük olmuşdur. Məsələn, əgər Bakı Gömrük İdarəsinin rəisi 1918-ci ilin mart ayında
3900 rubl alırdısa, bu rəqəm həmin ilin oktyabrında 6600 rubl, 1919-cu ildə isə daha iki dəfədən çox artırılaraq
14100 rubla çatdırılmışdır. Gömrük nəzarətçiləri dərəcəsindən asılı olaraq, 1918-ci ilin oktyabr ayında 5400-
6000 rubl alırdısa, 1919-cu ildə məvacib 10466-12125 rubl arasında dəyişirdi. Tərcüməçilər isə müvafiq olaraq
1918-ci ildə 4800 rubl. 1919-cu ildə isə 9432 rubl əmək haqqı alırdı. Baş mühasibin əmək haqqı 5-ci dərəcəli
gömrük nəzarətçisinin məvacibi ilə eyni idi (10466 rubl). 1919-cu ildə Bakı gömrükxanasında 9 nəfər nəzarətçi,
4 nəfər mühasibat işçisi, bir tərcüməçi, bir gəmi yoxlayıcısı, bir pakarauz yoxlayıcısı, 15 nəfər pakqauz və gəmi
yoxlayıcılarının köməkçiləri, 25 nəfər dəftərxana məmuru, 90 nəfər isə gömrük yoxlayıcısı var idi.
Ümumiyyətlə, Bakı gömrükxanasının şəxsi heyəti 155 nəfərdən ibarət idi.
1919-cu ildə Azərbaycan Respublikasının Gürcüstanla sərhədində aşağıdakı gömrük təşkilatları
fəaliyyət göstərirdi:
1) Poylu Gömrükxanası - II dərəcəli Azərbaycan dəmir yolunun Poylu stansiyasında 24 avqust 1918-ci
ildən fəaliyyət göstərirdi. Rəisi Q.N.Popov idi;
2) Saloğlu Gömrük postu - Elisavetpol quberniyası Qazax uyezdinin Saloğlu kəndində 1 dekabr 1918-
ci ildən fəaliyyətdə olub. Rəisi İ.İ.Qoliuski idi;
3) Şıxlı Gömrük postu - Elisavetpol (Gəncə) quberniyasının Qazax yezdinin Şıxlı kəndində 1
dekabr1918-ci ildən fəaliyyətdə idi. Rəisi V.Q.Xersonski olmuşdur;
4) Balaxanı Gömrükxanası - II dərəcəli, Zaqatala quberniyasının Balakən kəndində 1.12.1918-ci ildən
fəaliyyətdə olmuşdur. Rəisi Y.F.Kuppe idi;
5) Maqalo Gömrükxanası - III dərəcəli, Zaqatala quberniyasının Maqalo kəndində 01.12.1918-ct ildə
açılmışdır. Rəisi S.M.Voronin idi;
6) Qabaqçöl Gömrük postu - Zaqatala quberniyasının Qalaqçöl (sənəddə Kovaxçöl kimi qeyd olunub -
müəllif) kəndində 01.12.1918-ci ildə açılmışdır. Rəisi Q.İ.Fedrov idi;
7) Marınçay Gömrük postu - Zaqatala quberniyasının Marınçay kəndində 01.12.1918-ci ildə
açılmışdır. Rəisi M.A.Qadomski olmuşdur.
Bu siyahını verməkdə iki məqsədimiz var. Birincisi, gördüyümüz kimi müstəqilliyini qazanan ADR
qısa bir zaman ərzində, təxminən 4 aydan sonra Rusiya, Gürcüstan və Ermənistanla sərhəd bölgəsində 50-dən
çox Gömrükxana, gömrük postu və karantin-nəzarət postu açmışdır. Bunlardan 18-i Gürcüstanla sərhəddə, 20-si
Ermənistanla sərhəddə, qalanı isə Rusiya ilə sərhəddə açılmışdır. Eyni zamanda 10-dək gömrük orqanı İranla
sərhəddə açılmışdır. Bunlar barədə daha ətraflı məlumatlarla sonra tanış olacaqsınız.
İkincisi, 100 ildən çox Rus İmperiyasının tərkibində olan Azərbaycanda qəsdən bir dənə də olsun milli
gömrük işçisi yetişdirilməmişdir. Məhz ona görə də Azərbaycan Cümhuriyyəti dövründə bütün gömrük
təşkilatlarına qeyri-türklər rəhbərlik edirdi. Bu isə həm gömrük işinin təşkilində ciddi problemlər yaradırdı, həm
gömrük işinin türkcə aparılmasını istisna edirdi, həm də hakimiyyətdə olan Müsavat Partiyasının imicinə ciddi
ziyan vururdu. Daha doğrusu, İmperiya həm ölkə daxilində, həm də ölkədən kənarda hakimiyyətdəkilər
haqqında bacarıqsız təcrübəsizlər kimi bir fikir formalaşdırırdı. M.Ə.Rəsulzadənin devrilməsinin əsas
səbəblərindən biri də, rus təfəkkürlü və rus dilli dövlət məmurlarının hakimiyyətdə həddən çox təmsil olunması
olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq, gömrük işinin təşkili sahəsində bir çox işlər görülürdü.
Azərbaycandan aparılan mallar üçün müvəqqəti tarif qüvvəyə minmiş, xaricdən gətirilən əsas əmtəələr isə
gömrük rüsumlarından azad edilmişdir.
12
21 oktyabr 1918-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq olunan
“Müvəqqəti Tarif” cədvəlinə görə ölkədən çıxarılan aşağıdakı mallar ixrac gömrük rüsumuna cəlb olunurdu.
1. Düyüdən başqa digər taxıl
məhuslları, o cümlədən kartof,
noxud və paxlalılar
-
hər
puda görə
20
rub.
2. Düyü
30 rub.
3. Un və hər
cür
yarmalar
30
rub.
4. Çörək, bişirilmiş
40 rub.
5. Mal,
qoyun və digər piylər
20 rub.
6. Pendir, hər cürəsi
20 rub.
7. Yumurta hər 100 ədədinə görə
10 rub.
8. İnək və qoyun yağı, hər puda görə
20 rub.
9.
Kürü 100
rub.
11. Balıq, qurudulmuş, duzlu və s.
15 rub.
12. Ev heyvanları:
At
- hər başa görə
20
rub.
İri
buynuzlu
mal-qara
25
rub.
Xırda
buynuzlular
15
rub.
13. Tərəvəz, hər
cürü
-
hər puda görə
2
rub.
14. Meyvə və giləmeyvə, təzəsi
2 rub
qurudulmuşu
5 rub.
15. Qoz, şabalıd
3 rub.
16.
Çay 200
rub.
17. Tütün
40 rub.
18.
Papiros
-
hər ədədə görə
2 qəpik.
19. Qənd,
bal
-
hər puda görə
100
rub.
20. Araq, konyak
- hər butulkaya görə
2
rub.
21. Çaxır
50 qəp.
Çəlləklə olduqda
- hər vedrəyə görə
1
rub.
22. Sirkə
3 rub.
23. Duz
- hər puda görə
1
rub.
24. Balıq yağı
100
rub.
25. Buynuz və dırnaqlar
1 rub.
26. Tüklər,
-
hər cürəsi
10 rub.
27. Lələk və digər tüklər
- hər puda görə
10
rub.
28. Yastıq və tük balışlar
5 rub.
29.
Piy
(vosk)
20
rub.
30. Şomular
-
hər cürəsi
80 rub.
31. Dərilər: aşılanmamış
10 rub.
aşılanmış
40 rub.
32. Dəri məmulatları
120
rub.
33. Gön çarıqlar
40 rub.
34. Rezin məmulatları
100
rub.
Siyahıdan göründüyü kimi, Azərbaycandan xaricə təxminən 40-dan çox adda mal çıxarılmış. Bu həm
ötən əsrin əvvəllərində ölkədən ixrac olunan malların çeşidləri haqqında təsəvvür yaradır, həm də dövlətin
iqtisadi ticarət siyasətindən milli maraqları qoruması barədə kifayət qədər məlumat verir.
Ölkəyə rüsumsuz gətirilən malların çeşidləri də çox müxtəlifdir:
1. Taxıl və taxıl məhsulları, kartof, noxud, düyü
2. Un, vermişel və makaronlar
3. Hər cürə meyvə və tərəvəzlər
4. Şirniyyat
5. Çay, qənd, bal
6. Yağ, pendir
7. Tütün
8. Duz, sabun - hər cürəsi
9. Heyvan və heyvan məhsulları
10. Şam, dəri və hər cür dəri məmulatları
11. Meşə materialları və onlardan hazırlanmış məhsullar