Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015


Heydor Əliyev sivosoli: TOLERANTLIQ



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə10/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

Heydor Əliyev sivosoli: TOLERANTLIQ
Biitün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin  fa­
ciəli günü  hər il  yada salmaqla  Vətənə,  torpağa,  dinimizə,  məslə­
kimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra 
da Qurani-Şərifin, Həzrət Məhəmməd peyğəmbərin qoyduğu yol 
ilə  gedəcək  və  haqq-ədalət,  torpaq,  Vətən  yolunda  şəhid  olmuş 
Həzrət imam  Hüseynin və onun bütün silahdaşlarının qəhrəman­
lığım, şahidliyini heç vaxt unutmayacağıq.
İndi Vətənimiz faciəli bir dövr keçirir.  Yağı düşmən torpaqları­
mıza hücum edir. Azərbaycanın cəsarətli oğulları Vətənimizi mü­
dafiə edir  və  bu  yolda  Həzrət  imam  Hüseyn  kimi  şəhid  olurlar. 
Biz Vətən,  torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin 
şücaəti qarşısında Kərbəla  müsibətilə əlaqədar keçirilən bu məra­
simdə bir daha baş əyir, onların xatirəsini qəlbimizdə daim yaşat­
mağa söz veririk.
Allah  dünyasını  dəyişmişlərin  hamısına  rəhmət  eləsin.  Biz 
qətlə yetirilmiş imam  Hüseynin  və onun silahdaşlarının  xatirəsi 
önündə  baş  əyirik.  Əmin  olduğumu  bildirirəm  ki,  xalqımız  öz 
milli  ənənələrinə,  adətlərinə,  dininə,  məsləkinə  həmişə  sadiq 
qalacaqdır.  Allah  bu  ağır günlərdə xalqımıza  səbir  versin.  Allah 
doğma Azərbaycanımızı xoşbəxt etsin!
42
Heydor Əliyev siyasəti: TOLERANTLIQ
SƏUDİYYƏ ƏRƏBİSTANINA RƏSMİ  SƏFƏRƏ 
YOLA DÜŞƏRKƏN  BİNƏ  HAVA LİMANINDA 
MÜXBİRİN  SUALINA CAVABI
9 iyul 1994-cii il
Dünya  dövlətləri  birliyində  Səudiyyə  Ərəbistanının  özünə  la­
yiq yeri var. O, ərəb dünyasının inkişaf etmiş zəngin bir ölkəsidir. 
Eyni zamanda, bu dövlət dünya müsəlmanlarının müqəddəs yer­
lərinin mühafizidir. Ona görə də bu ölkə ilə Azərbaycan arasında 
əlaqələr yaradılmalıdır.  İndiyədək  Səudiyyə  Ərəbistanı  ilə Azər­
baycan arasında,  demək olar, heç bir əlaqə olmamışdır. Azərbay­
can  müstəqillik  qazandıqdan  sonra  bu  sahədə  müəyyən  cəhdlər 
olsa  da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya  bir­
liyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi 
ənənələrimizin oxşarlığını nəzərə alaraq,  mən Səudiyyə Ərəbista­
nı malikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm. 
Güman  edirəm  ki,  bu  səfər yaxşı  nəticələr  verəcəkdir.  Ən  böyük 
nəticə kimi  onu  gözləyirəm ki,  bizim  müntəzəm əməkdaşlığımız 
üçün imkanlar yaranacaqdır. Səudiyyə Ərəbistanında bizim səfir­
liyimiz fəaliyyət göstərir. Bu günlərdə Səudiyyə Ərəbistanının sə­
firi də Azərbaycana gələrək öz etimadnaməsini təqdim edəcəkdir. 
Ölkələrimiz  arasında  iqtisadi-ticarət  əlaqələri,  turist  mübadiləsi, 
mənəvi əlaqələr genişlənəcəkdir.
Hər  il  müsəlmanlar Səudiyyə  Ərəbistanına  ziyarətə  gedirlər. 
Onlann  arasında Azərbaycandan  gələnlər də olur.  Ola  bilər,  bu 
barədə  də  danışıqlarımız  olsun  ki,  Azərbaycandan  ziyarətə  ge­
dənlərə orada  necə kömək göstərə bilərlər.
Mən bu səfərə böyük məmnuniyyətlə gedirəm. Səudiyyə Ərə­
bistanı  məni  həm  bir  ölkə  kimi  maraqlandırır,  həm  də  müsəl­
manların  müqəddəs  yeri  kimi  oraya  ziyarət  edəcəyimi  çox  bö­
yük həyəcanla gözləyirəm.
43


Hovdur Əliyev sivüsoti: TOLERANTLIQ
MƏDİNƏ ŞƏHƏRİNDƏKİ  PEYĞƏMBƏR 
MƏSCİDİNİN  ŞƏRƏF KİTABINA 
YAZILMIŞ  ÜRƏK SÖZLƏRİ
Bismillahir-rəhmanir-rəhim!
Müqəddəs  Mədinə  şəhərini,  İslamın  müqəddəs  abidələrini, 
Həzrət Məhəmməd peyğəmbərin məqbərəsini, məscidini ziyarət 
etdiyim üçün bir müsəlman kimi özümü xoşbəxt hesab edirəm.
Allaha  şükür  olsun  ki,  uzun  illər  qəlbimdə  yaşayan  arzuma, 
niyyətimə  nail  oldum.  Bu  tarixi  hadisə  qəlbimdə  böyük  həyə­
can və rahatlıq hissi yaratdı. Bir daha İslam mənbəyinin nə qədər 
ümumbəşəri,  fəlsəfi,  elmi  əsaslara  malik  olduğunu  dərk  etdim. 
Böyük Allahın böyüklüyünü  dərk etdim.
İslamın  dünyada  yayılması  üçün,  İslam  abidələrinin  bütün 
ziyarət  edənlərdən  ötrü  paklıq  şəraitində  olması  üçün  Həzrət 
Məhəmməd  peyğəmbərin  məqbərəsinin  ətrafında  yaradılmış 
məscid  kompleksləri  məni  heyran  etdi.  Xüsusən  son  illərdə  gö­
rülən  işlər,  yaradılmış  möhtəşəm,  əzəmətli  məscid  binaları  bö­
yük  heyrət  və  ehtiram  hissi  doğurur.  İki  müqəddəs  şəhərin  xa­
dimi  cənab  Fəhd  ibn  Əbdül  Əziz əl-Səudun  gördüyü  işlər əvəz­
sizdir,  böyük  minnətdarlıq  hissi  doğurur.  Bu  müqəddəs  şəhəri 
yaşadanlara,  əsrlərdən-əsrlərə  abadlaşdıranlara,  xüsusən  əziz 
dostum,  qardaşım,  İki  müqəddəs  şəhərin  xadiminə  hörmət  və 
ehtiramımı bildirirəm.
Heydər Əliyev,
Azərbaycan  R espublikasının  Prezidenti
12  iyul  1994-cii il
44
HeydAr Əliyev siyasdti: TOLERANTLIQ
45


НоуЈлг Əliyev siy.ısoti: TOLERANTLIQ
46
) IvvJor Əliyev  siyos.Mi: TOLERANTLIQ

 
'
f
l
k
l
i
O
? / . ч
v
 
V
1
U
  /
'•Л/  ‘ 
v  /  '
ırl l l ^ H  
i
f . M
  I 
/
 
1
f ' 
Ј
_;Ч"-': 4;'H r
47


Hevdor Əliyev siyasati: TOLERANTLIQ
MƏSCİDLƏ TANIŞLIQDAN  SONRA 
JURNALİSTLƏRLƏ GÖRÜŞDƏ  BƏYANAT
32 iyul 1994-cü  il
Müqəddəs  İslam  abidələrini  ziyarət  edərkən  dinimizin  elmi, 
fəlsəfi  dərinliyini  hiss  edirsən  və  bu  dini  yaradanlara,  əsrlər 
boyu  belə  abidələr  yaradıb  bugünkü  nəsillərə  çatdıranlara  səc­
də  edirsən.  Çox  əzəmətlidir,  hər  bir  müsəlmanda,  o  cümlədən 
inəndə  də böyük  iftixar  hissi  oyadır.  Demək,  bizim  mənsub  ol­
duğumuz  din  qüdrətlidir,  böyükdür,  dünyada  öz  yerini  tutub. 
Burada  yaradılmış  abidələr  İslam  dininin  bütün  digər  vəsaitlə­
ri,  yəni  müqəddəs  kitabımız  Qurani-Şərif,  Həzrət  Məhəmməd 
peyğəmbərin  qoyduğu  yol  ilə  bərabər  dinimizi  yaşadacaqdır. 
Bu  müqəddəs  yerləri  -   Məkkəni,  Mədinəni,  Kəbəni  və  Həzrət 
Məhəmməd  peyğəmbərin  məqbərəsini  ziyarət  edərkən  indiki 
nəslin  və peyğəmbərin qoyduğu  yolla  gedən  şəxslərin  fəaliyyə­
tinə yüksək qiymət verirəm.
Bu gün məscidə tanışlıqdan sonra İki  müqəddəs şəhərin xadi­
minin,  Səudiyyə  Ərəbistanının  bugünkü  rəhbərinin,  bizim  əziz 
dostumuz və qardaşımızın nə qədər böyük xidmətləri olduğunu 
bir  daha  görürəm,  hiss  edirəm  və  bir  müsəlman  kimi  bunlara 
görə  qəlbimdən  gələn  təşəkkürümü  və  minnətdarlığımı  bildi­
rirəm.
48
Heydar Əliyev siyasati: TOLERANTLIQ
SƏUDİYYƏ ƏRƏBİSTANINDAN  VƏTƏNƏ YOLA 
DÜŞƏRKƏN  MƏDİNƏ  HAVA  LİMANINDA ÇIXIŞ
13  iyııl  1994-cii  il
Mən  beşinci  gündür,  Səudiyyə  Ərəbistanındayam.  Buraya  İki 
müqəddəs  şəhərin  xadimi,  Səudiyyə  Ərəbistanının  məliki  Fəlıd 
ibn Əbdül  Əziz əl-Səud cənablarının dəvəti ilə gəlmişəm. Bir neçə 
dəqiqədən sonra ölkənizi tərk edəcəyəm. Mən bu səfəri, bu ziyarəti 
çox  uğurlu  hesab  edirəm  və  burada  keçirdiyim  bütün  günlərdən 
çox  razıyam.  Səfər günlərində mən  iki müqəddəs şəhərin  xadimi­
nin qayğı və diqqətini hər dəqiqə hiss etmişəm. Bunun nəticəsüıdə 
bir  müsəlman  kimi  mənə  İslam  aləminin  ən  müqəddəs  yerlərini 
ziyarət etmək imkanı yaradılıbdır. Buna görə özümü xoşbəxt hesab 
edirəm.
49


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə