ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə11/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

Balta – yuxuda balta görən – çox çabalayır, lakin istəyinə çatmır. Balta ilə ağac kəsmək – bir eşq macərasına tuş gəlmək; balta ilə vəhşi heyvan öldürmək – düşmənlərə üstün çıxmaq; baltanı sapsız görmək – evləndigindən məmnun qalmamaq deməkdir.
Bayram – yuxuda bayram görmək – ya bayram məra­simində iştirak etmək, ya da yaşayışda şadlıq, bolluq və qəm-qüssənin məhvi kimi yozulur.
Beşik – yuxuda əyal və övlad kimi yozulur. Beşik qayır­maq, ya beşik almaq – subay üçün evlənmək, evli üçün uşağı olmaq nişanəsidi. Uşağı beşikdə yatızdırmaq – ailəsinin xidmə­tində olmaq deməkdi.
Bənövşə – yuxuda kökü üstə bənövşə görmək xeyrə yo­zulur. Kökündən qoparılmış bənövşə ayrılıq, kədər və ziyana işarədi.

Biz – yuxuda biz görmək ağıl və tədbirin nişanəsidir. Əlində biz heyvanları sürdüyünü görən dəyərli bir işi nəticəyə çatdıracaqdır.
Bilərzik – yuxuda bilərzik izzət, hörmət nişanəsidi. Bilərziyi qoldan çıxarmaq dostlar arasında soyuqluq, ayrılıq, birinə bilərzik vermək ona yaxşılıq etmək nişanəsidi.
Boğulmaq – yuxuda boğulduğunu görən şəxs fırıldağa və kələyə uğrayır. Suda boğulduğunu görən təlaş və qeyrət nəticəsində boğulan yerdən yardım görür, bir möhtərəm adamın himayəsindən faydalanır.
Bomba – yuxuda bomba görmək ağır xərcə düşmək; bombanın partlayışını görmək yoxsulluq və səfalət; bombadan yaralanmaq işdə yarımaq və məhəbbətin artması; bomba qumbaraları vermək kədər və qorxulu səfər; bomba ilə oynama gözlənilməz qəza deməkdir.
Boxça – boxça yuxuda bir çox hallarda səfər kimi yozulur. Yuxuda boxça görənin səfərə gedəni gəlir, boxça dolusu parça görən pul qazanır. Bir yerdə çoxlu boxça görənin çoxlu qonağı gəlir və xərci qat-qat çoxalır; boxçanı səfər vaxtı unudanın ev işlərində qarışıqlıq üz verir və rahatlığı pozulur.
Boyunbağı – yuxuda boyunbağı görmək – kişi üçün sıxıntı, kədər, xəstəlik; qadın üçün evlənmək – övlad, var-dövlət kimi yozulur.
Böcək – yuxuda böcək görmək – əlindən iş gəlməz düşmən və ya qovğaçı bir kişi, ya alaşa bir arvadla üzbəüz olmaq de­məkdir. Böcəyi öldürmək, kədər və sıxıntıdan, düşmən şərin­dən qurtulmaq kimi yozulur.

Buğa – yuxusunda buğa görən, ya buğa ilə dögüşən itir­digini tapır. Buğanı yaralayan, ya öldürən özgələrdə qısqanclıq doğurur. Buğanı evində görmək məqam və rütbəyə çatmaq deməkdir.
Buğda – yuxuda buğda görən bütün arzularına çatar. Buğda görmək xeyirli bir işə əl qoymaq, buğda sünbülü – bir itki tapmaq; buğda satmaq – ər-arvad arasında dalaşma və ayrılıq; buğdanı yandırmaq – zərər, ziyana uğramaq deməkdir.
Bulanmaq – yuxuda istər suyun, ya havanın bulanmasını görmək kədər, darlıq və öz əlilə özünə zərər toxundurmaq kimi yozulur.
Buzov – yuxuda buzov görən səfərə çıxar; buzovu boğaz­layan görən səfərdən yarımçıq qayıdır. Buzovu tutmaq ümid­varlıq və təsəlli; buzov əti yemək varlanmaq deməkdir.
Buz – yuxuda buz yemək keçici bir xoşluq; buz satın almaq, buzu əriməkdə görmək – dostlarını itirmək deməkdir.
Bulud – bulud yuxuda bolluq və bərəkət nişanəsi olduğu halda, işlərin qatma-qarışıqlığına da nişanə ola bilir.
Bülbül – yuxuda bülbül görmək dalaşma və qovğaya düşmək deməkdir. Yuxuda bülbül tutmaq – eşq və məhəbbət ilqarı bağlamaq; bülbül nəğməsini dinləmək – sevincək xəbər eşitməyə işarədir.
Cam (pəncərə şüşəsi) – yuxuda pəncərəyə cam saldırmaq subay üçün nişanlanmaq, evli üçün övlad, işçi camaat üçün bəhrəli iş deməkdir. Pəncərə camının sınması yuxarıdakının əksi kimi yozulur. Camın silinib təmizlənməsi məhəbbətin daha da artması, gəlirin çoxalması, şırtanaqlı cam bunun əksi kimi yozulur.

Canavar (qurd) – yuxuda canavar görmək sevinc və şad xəbər kimi yozulur. Canavarı yaralamaq, ya öldürmək karlı bir işə əl qoyub, ad-san qazanmaq; canavarın həmləsinə tuş olmaq– zərər və ziyana düşmək; canavar balası səmərəsiz evlilik demək­dir.
Ceyran – yuxuda ceyran ovlamaq ixtiyarı olmadan bir qadının toruna düşmək, ceyranın qaçmasını görmək çox ağır bir eşq macərası keçirmək (sevdiyi halda sevilməmək), ceyranın buynuzlarını görmək, ummadığı yerdən mirasa çatmaq və düşmənlərə qələbə çalmaq kimi yozulur.
Cənazə – yuxuda cənazə görmək həm xeyrə, həm də şərə yozula bilər. Cənazədə izdiham, cənazə sahibinin böyük məqama çatmasına, cənazənin havada uçması o yerlərdə dəyərli bir adamın dünyadan getməsi, cənazənin özü-özünə yeriməsini görən qız, ya ərsiz qadının evlənməsinə, cənazəni yalqız görmək cənazə sahibinin etibardan düşməsinə işarədir.
Cənnət (behişt) – yuxuda özünü cənnətdə görən, ya onun meyvələrindən dadan, ömrü şən və şadman yaşar. Cənnətdən qovulmaq naxoşluq və səfalət, cənnətdə mələklərin ortasında olmaq bir gözəl ilə evlənmək və böyük bir mirasa, ya sərvətə malik olmaq deməkdir.
Cəhənnəm – cəhənnəm yuxuda yoxsulluq, fəlakət, kədər və cəfa kimi yozulur. Cəhənnəmə getmək həbsə alınmaq, fəlakətə uğramaq, cəhənnəm odunda yanmaq oğru, yolkəsən və qanlı qatil bir uşağın olacağına işarədir. Cəhənnəmdən çıxmaq işlərin yaxşılığa yönəldiyinə işarədir.
Cəvahir – yuxuda cəvahir görən dövlətlənmək arzusunda olduğu halda səfalət və yoxsulluğa düşür. Cəvahir toplamaq bir şeyi itirmək və ondan kədərlənmək deməkdir. Cəvahir satmaq həmişəlik kədərdən qurtarmaqdır.

Cəşn (şadyanalıq, qonaqlıq) – yuxusunda cəşn görən ağır bir sıxıntı keçirir, ancaq bunun sonu salamatlıqdır. Cəşnə də­vət olmaq – düşmənlər sənə tələ qururlar, sayıq ol, alda­n­mayasan. Cəşndən qayıtmaq sıxıntıdan qurtarmaq deməkdir.
Cigər (ağ) – cigər yuxuda şadlıq və sevinc nişanəsidir. Birindən cigər almaq sevincli bir hal duymaq, birinə ağ cigər vermək ona xeyir vermək deməkdi.
Cigər (qara) – qara cigər yuxuda varlanma, övlad, bilik, bol­luq nişanəsidir. Qara cigər yemək çox pula çatmaqdır. Bi­rindən qara cigər almaq onun varından və biliyindən fayda­lan­maqdır. Qara cigər tapmaq ummadığı bir adamdan yaxşılıq görəcəyini göstərir.
Corab – yuxuda corab alanın çıxarı gəlirini üstələyəcək. Rəngli corab ötəri bəzək-düzək, iplik corab asudə yaşayış, yamaxlı corab işdə bacarıq və cəsarət, corabı soyunmaq qüssə və iftiraya uğramaq kimi yozulur.
Cövüz (girdəkan) – yuxuda cövüz vuruşma və vuruşdurma deməkdir. Cövüz yığmaq yersiz bir hərəkətlə başqalarını bir-birinin canına salmaq, cövüz yemək işləri düzəlmək, çürük cövüz pis halda aldanmaq, cövüzü qabıqdan arıtmaq düşmənlərə qalib gəlmək, cövüz ağacına çıxmaq nüfuzlu bir adama söy­kənib, ondan faydalanmaq deməkdir.
Çadır – yuxuda çadır qurmaq xeyrli işə əl qoymaq, çadır içində oturmaq şan-şöhrətə çatmaq, çadır yığmaq işlərin alt-üst olması və ziyana uğramaq nişanəsidir.
Çalı tikanı – yuxuda çalı tikanı görmək işlərin qatma-qarışıqlığı və kədər nişanəsidi. Çalı tikanını söküb atmaq ağırlıqlar və kədərlərdən qurtuluşa işarədir.

Çamur (palçıq) – yaş palçıq yuxuda xeyrə yozulur. Quru palçıq onun əksinə yozulur. Çamurlu yol nəticəsiz səfər, çamurlu düzənlik bir düşmənin səni izlədiyinə işarədir.
Çaqqı – yuxuda çaqqı görmək ailədə dedi-qodu kimi yozulur. Açıq çaqqı düşmənlərin sıxıntısına düşmək, böyük çaqqı bir təhlükəyə uğramaq, sınıq çaqqı əldən getmiş yaşayışı yenidən aramaq, ağ sinli çaqqı nemət və izzət, qara saplı çaqqı kədərə və böyüklərdən danlaq eşitmək, çaqqı tapmaq işlərin qatma-qarışıqlığı, çaqqı satmaq qüssə və ağrılardan qurtarmaq deməkdir.
Çaqqal – çaqqal yuxuda nankor, rəhmsiz və zalım bir mövcudu bildirir. Çaqqal ilə döyüşmək bir yaradılışa ilişmək, çaqqal tutmaq düşmənə əl qatmaq deməkdir.
Çeşmə – çeşmə yuxuda məşğələ, qazanc və bolluq demək­dir. Çeşmədən su içmək işdə özgələrə şərik olmaq, çeşmədə yuyunmaq qüssədən və naxoşluqdan qurtulmaq nişanəsidir.
Çınqıl (xırda daş) – çınqıl yuxuda gahdan pul, gahdan bəla nişanəsidir. Birinə çınqıl vermək ona mənfəət yetirmək, birindən çınqıl almaq qazanca əl tapmaq, çoxlu çınqıl bir yerdə – var­lanmaq, göydən çınqıl yağmaq, bir rəvayətə görə, ölkədə bolluq, əksi rəvayətə görə afət kimi yozulur.
Çırpıntı – yuxuda özünü çırpıntıda görən adam yaşayışda sıxıntı çəkəcəkdir.
Çinar – çinar yuxuda zənginlik və var-dövlətin artması deməkdir. Uca çinar iqbal və sağlamlıq, sınmış çinar bir günahsızın cəzalanması, qurumuş çinar qorxulu bir qovuş, çinara çıxmaq məqamın artması, çinara su vermək fikir və ürək rahatlığı, çinardan düşmək iflasa uğramaq kimi yozulur.

Çiçək – çiçək (gül) yuxuda sağlamlıq və səadət nişanəsidir. Çiçək alıb-vermək sevindirici xəbər eşitmək, gül-çiçək ilə örtülü bir bağça ümidlərin güllənməsi və parlaq bir gələcəyin qarşıda olması deməkdir.
Çörək – çörək yuxuda xeyrə yozulur. Çörək yemək uzaq­dakı istəkliyə çatmaq, süfrədə çörək çox qazanclı bir işə, çörək bolluğu var-dövlət, çörəkçi ilə dalaşmaq şərəf deməkdir.
Daban – yuxuda başmaq dabanı görmək övladla bağlı olur. Sağ daban oğlan uşağı, sol daban qız uşağına yozulur. Yuxuda dabansız başmaq görənin uşağı olmayacaq, olsa da qalmayacaq.
Daş – yuxuda yerdə daş yığını görən səfərə çıxır, çöldən (ya dağdan) daş daşıdığınıı görən kələk ilə pul qazanır, xırda daşları gizlicə cibinə qoyan özgələrin malını çalar, daşı ayrı daş üstə qoyan malını istəmədən özgəsinə verər. Özgəsinin özünə daş atdığını görən iftiraya düşər, birinə daş atmaq ona iftira atmaqdır, daşla quş vurduğunu görən istəyinə müvəffəq olur. Göydən yağan daş ölkəni fəlakətə salar.
Daşınma – yuxuda daşınma (bir yerdən başqa yerə, kü­çəyə) görmək əcəli bir səfərə, ya səyahətə çıxmağa işarədir.
Dağ – yuxuda dağa çıxmaq və özünü dağın zirvəsinə çəkmək işdə və ya yaşayışda uca yerlərə çatmaq nişanəsidir. Dağdan aşağı enmə işi əldən çıxmaq, dağdan yuvarlanıb düşmək yorğunluq və pərişanlıq deməkdir. Dağın hər tərəfini yaşıl görmək rahatlıq və rifaha yozulur.
Dalğa – dalğa yuxuda kələkbaz bir adamla üzbəüz gəlmək, dəryada dalğaların köpürdüyünü görmək bir qız uşağı olacağına, dalğalar arasında boğulduğunu görmək xeyirli bir görüşə çatmaq, dalğaları kükrəmiş görmək bir həsrətin sona çatması, dalğaların qayalara çarpması ağır bir işə əl atmaq və çətinliklə bir arzuya çatmaq kimi yozulur.

Dana – yuxuda dana, öküz və inək kimi yozulur. Dana almaq qazanc, şərəf, etibar, dana satmaq öz əlilə pərgarını pozmaq deməkdir.
Dar ağacı – dar ağacı yuxuda xeyrə yozulur. Yuxuda özü­nü dar ağacından asılı görmək qazanc, rahatlıq və xoşluq sanılır. Dar ağacında ipin boynuna keçirildiyini görmək çalışqanlıq, dar ağacından ipin qırıldığını görmək faydalı bir işə əl qatmaq deməkdir.
Daraq – yuxuda daraq yaxşı bir adamla dostlaşmaqdır. Daraq ilə darandığını görən muradına çatar.
Darı – yuxuda darı əkmək, almaq, darı çörəyi yemək uzun-uzadı sıxıntıdan qurtulub, rahatlığa çatmaqla yozulur.
Davat – yuxuda davat görənin qazandığını özgələr yeyər. Dolu davat çalışqan olsa, xeyrizə, tənbəl olsa zərərizə qurta­ra­caq. Boş davat sağlamlığızın ziyan görməsi, davat almaq qəmin şadlığa çevrilməsi, sınıq davat haram mal əldə edəcək kimi yozulur.
Dəgirman – dəgirman yuxuda görmək gizli bir işin aşkara çıxması, dəgirmanda dən dartmaq bolluq və rifah, dəgirmançıya un vermək bezikmə və məyusluq, dəgirmançıdan un almaq yersiz fikirlərə dalmaq deməkdir.
Dəli – yuxuda dəli görmək boşuna çalışma və nəticəsiz işlə yozulur. Dəli ilə qonuşmaq, ya oturub-durmaq şübhəli adamlarla əl-ələ sürtmək deməkdir. Dəli ilə dalaşmaq ailədə bir təhlükənin yaranacağına işarədir. Dəlinin həmləsinə tuş olmaq gözlənilməz bir şadlığa çatmaq deməkdir.
Dəliqanlı – yuxuda sevimli və üzügülər bir dəliqanlı görmək sevinc və iqbal, xəşm və qaraqabaqlı dəliqanlı kin-küdurətə işarədir.

Dəllal – yuxuda dəllal görmək, ya dəllala iş tapşırmaq çoxlu dedi-qodu və yalan-palana şahid olmaq və yaxasını yaltaq adamların əlinə vermək kimi yozulur.
Dəmir – yuxuda dəmir tapdamaq birinin sizlə pis dav­ranacağı deməkdir. Əyri-üyrü dəmir görmək yaxınlarınızdan birinin sizdən incimək nişanəsidir. Dəmirdən qayrılmış alətlər əmin-amanlığa çatmaq deməkdir.
Dərviş – yuxuda dərviş görmək xeyrə yozulur, dərvişlə qonuşmaq bir zəngin, ya ariflə dost olmaq və ondan fayda­lanmaq deməkdir. Özünü dərviş biçimində görmək qəni, ya arif olacağınıza işarədir.
Dərya (dəniz) – yuxuda dəryanı sakit və durğun görmək bolluq və rahatlıq anlamındadır. Dəryanı dalğalı və köpürmüş görmək bir təhlükəyə uğramaq, saf və mavi dərya işlərdə uğur qazanmaq, tutqun və bulanıq dəniz işlərin tərsə gedişi kimi yozulur.
Dərs – yuxuda özünü dərs oxumaqda görənin qabağına canlara dəyən dost çıxar. Dərs oxumaqdan boyun qaçırmaq tənbəlliyə, dərsini oxuyub bitirmək az zamanda ad və etibar sahibi olmağa yozulur.
Dəri – yuxuda dəri xoş bir xəbərdən sevinməkdir. Dəridən paltar geymək ihanətə uğramaq, yalançı və fırıldaqçı adamlarla əl-ələ sürtmək deməkdir.
Dilənçi – yuxuda dilənçilikdə özünü görmək varlanmaq nişanəsidir. Dilənçini evində görənin iqbalı üzünə güləcək, dilənçini döyüb-söymək özgənin yardımına möhtac olmaq deməkdir.
Dirək – yuxuda dirək işlərində bacarıqlı olmaq, dirəyin sınması ümidsizliyə uğramaq, dirək qoymaq (salmaq) işlərin düzəlişi, dirək çıxarmaq aclıq, kədər və öz əli ilə işini korlamaq, dirəyə minmək görəcəyi işdə bacarıqlı olmaq deməkdir.
Diş – diş yuxuda övlad və qohum-qardaş deməkdir. Dişi laxlamaq ata-ana, övlad, ya qohum-əqrəbalardan birinin naxoşluğu, onlardan birinin zərər-ziyana düşməsi, dişin yerindən çıxması onlardan birinin fənası deməkdir.
Divar – yuxuda divar görən işlərində ehtiyatlı olmalıdır. Divar düzəltmək xoş xəbər eşitmək, divar yıxmaq səadətə uğramaq, yıxıq divar üstünə çıxmaq işdə məvəffəq olmaq, divar altında qalmaq bir iftiraya hədəf deməkdir.
Doğmaq – yuxuda uşaq doğulduğunu görən xoş xəbər eşidir. Yuxuda arvadının qız uşağı doğduğunu görən kişinin oğlu, əksinə oğlan uşağı görənin qızı olur.
Dost – yuxuda dost görmək xeyrə yozulur. Yuxuda dost tapmaq ayıqlıqda dost qazanmaq deməkdir. Yuxuda dosta yaxşılıq, ya dostun yaxşılığı iki başlı yardım kimi yozulur.
Dovşan – yuxuda dovşan tutan evlənir. Dovşanın başını kəsdiyini görən kişi, ya arvad bir-birindən ayrılır. Dovşanın ölüsünü görmək xeyrə yozulmaz.
Durna – yuxuda durna görən uzaq bir səfərə çıxar, qürbətdə durna görən yurd-yuvasına qayıdar. Durnanın yuxuda hər şəkildə görüşü xeyrə yozulur.
Duz – yuxuda zəhmətsiz ələ gələn vara işarədir. Duzun satın alındığını görən, ya onun birisi tərəfindən verildiyini görən rahat pul qazanar, naxoş olsa sağalar. Birinə duz vermək ona maya verməkdir.

Düşmən – yuxuda düşmənini görən evində və işində özünü bir xətər və qovğadan qorumalıdır. Düşmən ilə yola çıxmaq işdə müvəffəq olmaq, düşmən ilə bir süfrədə oturmaq sevgidə mü­vəf­fəq olmaq, düşmənlə qonuşmaq bir xətəri başdan sovurmaq, düşmənlə əylənmək özünü qorumaq üçün ehtiyatlı davranmaq kimi yozulur.
Dükan – yuxuda dükan – arzulara çatmaq, alver bolluğu, ailə xoşbəxtliyi kimi yozulur. Dükanda müştəri qalabalığı işlərin pozğunluğu və kasadlıq, dükanın yandığını görmək ailə rahat­sızlığına işarədir.
Elçi – yuxuda elçi görənin işi hiyləbazların əlinə keçər. Elçi qadın görən davranışlarını dəyişdirməzsə hamıya gülünc olar.
Ev – yuxuda şadlıq və sevincə işarədir. Olduğu evdən daha yaxşı bir evə köçmək qazanc və rütbənin artması, uca ev tikmək – aydın gələcək, alçaq ev – ümidsizlik, umduğundan fayda gör­məmək, ev yıxmaq – uğursuzluqla üzbəüz gəlmək deməkdir.
Evlənmək – yuxuda istər qız olsun, istər oğlan – evlən­di­yini görsə varlanır. Qız ya oğlan üzdən öpürsə, arzusuna çatır.
Əcnəbi – yuxuda əcnəbi görmək qorxu və həyəcan de­məkdir. Əcnəbi ilə yola çıxmaq – ölüm qorxusu, əcnəbi ilə bir süfrədə oturmaq – uzun sürən qazanc, əcnəbi ilə evlənmək – asudə yaşayışa işarədir.
Əl – yuxuda incə və yaraşıqlı əllər görmək – əl işlərində uğur qazanmaq, davamlı və qüdrətli əllər görmək – dünya işlərində (siyasətdə, sənətdə, vərdişdə) gözə çarpan müvəffə- qiyyətlərə çatmaq, əllərini kirli görmək – gələcəkdə ağır işlərlə uğraşmaq, əllərini yumaq – özünü bəyənən bir adam olmaq, əllərini və barmaqlarını itirmək – işlərin tərsə gedişinə yozulur.
Əlcək – təzə əlcək sevinc və şadlığa, yırtıq əlcək üzüntüyə, əlcək almaq – bir dost tərəfindən qonaqlığa çağrılmaq, bir yerdə çoxlu əlcəkli adam görmək – bir yaramaz işin cəzasını çəkmək deməkdir.
Əncir – yuxuda təzə ənciri fəslində yemək – evlənmək, şad­lıq, var-dövlətə, fəslindən qıraq yaş əncir yemək – qəm və yox­sulluğa işarədir. Quru əncir – var-dövlətin üstələnməsi deməkdir.
Ərzaq – yuxuda çoxlu ərzaq aldığını və topladığını görənin qarınqululuqdan və boğaz otarmaqdan çəkinməsi gərəkdir.
Ətir – yuxuda ətir görmək evlilər üçün uğur və xoşbəxtlik, subaylar üçün evlənmək kimi yozulur. Özünə ətir səpmək (vurmaq) yaxında bir aydınlığa çatmaq deməkdir.
Ərə – yuxuda əlində ərə olduğunu, ya birindən ərə aldığını görmək – varın və övladın artması deməkdir. Ərə ilə bir şeyi kəsən – muradına çatır. Ərə ilə odun kəsən düşməninə üstün gəlir.
Əriştə – yuxuda əriştə kəsmək acgözlülük və qarınqululuğa işarədir. Əriştə şorbası, ya əriştə aşı içmək – mədənin sağlam­lığına dəlalət edir.
Ət – yuxuda ət bişirdiyini görən – məqsədə çatmaqda çox çalışmalıdır, ət satdığını görən – çalışmayınca qazana bilmə­yəcək. Ət kəsdiyini və doğradığını görən – ağır və kədərli işlərə uğrar. Quzu əti görən – fikirlərini dəyişdirməli, keçi əti görən – düşməndən çəkinməməli, quş əti – uzun ömür, donuz əti – gizli bir işin üzə çıxması, balıq əti – şadlıq və səadətdir.
Falçı – yuxuda falçı – yalançı, hiyləgər bir adamla yozulur. Falçıya getmək, kitaba baxdırmaq, dua yazdırmaq bir kələkbazın yalanlarına aldanmaq, fal açdırmaq, fala baxmaq – xəyal və uydurmaya qatılmaq deməkdi.

Fanus (fanar) – yuxuda gündüz və aydınlıqda fanus gör­mək – puç və faydasız işlərlə uğraşmağa işarədir. Gecə qaran­lıqda görülən fanus – qazanc və fayda deməkdi. Fanus yandır­maq – xeyirli bir işə başlamaq, fanusu söndürmək – yaxşı bir işi öz əlilə dağıtmaqdır. Gecə zamanı çoxlu fanusların küçə-bazarda yandığını, hər tərəfi işıqlandırdığını görmək ölkənin abadlaşma və rifaha çatmasına işarədi. Yanan fanusların birdən-birə sön­mə­si – o ölkənin səfalətinə, orada böyük bir adamın aradan getmə­sinə işarədir.
Fəqir – yuxuda özünü fəqir (yoxsul) görmək – varlanmaq nişanəsidi. Fəqirə yardım etmək – bir fəlakətdən qurtarmaq, fə­qirdən bir şeyi almaq – varlı bir adamdan xeyir görmək, fəqi­rin səndən bir zad dilədiyini görmək – şad bir xəbər almaq deməkdi.
Fəvvarə – yuxuda fəvvarə – yaşayışda bolluq və rifaha yozulur. Evində fəvvarə saldırdığını görən – evli olsa varlanır, subay olsa evlənir.
Firuzə – adaxlılar üçün bu bahalı daşı yuxuda görmək gələcək xoşbəxt həyatdan xəbər verir. Cavan qızın yuxuda firuzə görməsi – ərinin onu çox istədiyinə yozulur.
Fışqırıq – fışqırıq (fit) səsi yuxuda cürbəcür yozulur. Ucadan verilən fışqırıq pul itkisinə, alçaqdan verilən fışqırıq yaxınları ilə daha nəzakətli olmağa yozulur.
Fırtına (tufan) – yuxuda fırtına görən yaxın günlərdə bir şaşdırıcı xəbər, ya gözlənilməz bir hadisə ilə qarşılaşacaq. Fırtı­na yağış, göy gurultusu, şimşək çaxma ilə görünərsə, o yerdə istər quruda, ya dəryada olsun fəsad və pozğunluq üz verəcəkdir.
Fil – yuxuda fil görmək – əyri gövdəli və heybətli bir adam­la üzbəüz gəlmək deməkdir. Filə mindiyini görmək – yük­sək məqama çatır, fildən düşdüyünü görənin işi kasada uğrar.

Gecə – yuxuda qaranlıq gecə görmək – qəm və kədər, aylı-ulduzlu, aydınlı gecə-sevinc, evini qaranlıqda görmək uzun və zəhmətli səfər, tutqun gecənin birindən aydınlığını görmək – sıxıntıdan qurtarmaq, aydınlığın birdən-birə qaranlığa çevrilməsi işlərin gözlənilmədən pozulması və sıxıntı çox düşməsi deməkdir.
Gəlin – yuxuda dünya ilə yozulur. Cavan və gözəl gəlin halal mal və məşru (qanuni) qazanc, yaşlı və çirkin gəlin – haram mal və naməşru qazancdır. Bakirə qız gəlin olduğunu görsə – muradına çatar.
Girdab (burğuc) – girdab yuxuda – təhlükə, zərər və kədər kimi yozulur. Girdaba düşdüyünü görən – fəlakətə uğrar. Düşdüyü girdabdan qurtulduğunu görən təhlükə və fəlakətdən qurtarar.
Göz – yuxuda qara göz görmək – etiqad, bilik, şadlıq və sevincə, abi göz – xəyalpərvərliyə, yaşıl göz – etiqadsızlığa, ala göz – xoş fikirliliyə işarədi. Gözdə hər cür zəiflik və çatış­mazlıq – kədər və sıxıntı, hər cür qüdrət və xeyrə yozulur.
Gözlük – yuxuda gözlük almaq, tapmaq, taxmaq – subay üçün evlənmək, yoxsul üçün varlanmaq, alverçi üçün qazanc, məhbus üçün azadlıq, xəstə üçün şəfa və hər halda xeyrə yozulur.
Gözətçi – yuxuda gözətçi görmək, ya gözətçi olmaq bacarıq və qüdrətin çoxalmasına işarədir.
Göyərçin – yuxuda bir göyərçinin uzaqdan uçub gəldi­yini, ya birinin sənə göyərçin verdiyini görmək uzaq yerdə xoş xəbərlər almaq və əlinə mal toplamaq kimi yozulur. Yu­xuda başına, ya çiyninə göyərçin qonduğunu görən səadətə uğrar. Göyərçini qaçırmaq, satmaq, öldürmək fənadır.
Göy qurşağı – yuxuda göy qurşağı görən adam, görəcəyi işlərdə müvəffəqiyyət qazanır, bütün istəkləri yerinə yetirilir.
Gül – yuxuda adamın sevdiyi və xoşladığı gülü görməsi – xoş günlərə çatmasına, gül toplaması – xoş xəbərlər eşidəcəyinə və arzularına çatmasına, topladığı gülün rəngi qırmızı olursa sevinc və sözünün ötgünlüyünə, ağ olursa-dövlət və iqbala, sarı olursa – xəstəliyə yozulur.
Halva – yuxuda halva dadlı söz və qiymətli öyüd kimi yozulur. Halvaçı kəramətli bir kimsə anlamındadır. Yuxuda birinin sənə halva verməsi ondan maddi və mənəvi faydalan­dığına, sənin birinə halva verdiyin onun haqqında yaxşılıq edəcəyinə işarədir.
Hamam – yuxuda hamama girmək – sıxıntı və kədər, ha­mamdan çıxmaq şadlıqdı. Hamamda yuyunub arınmaq – borcdan qurtarmaq, suyun dağ olduğu – həyatda xəstəlik və taqətsizlik, ilıq olduğu sağlamlıq və işlərin qərarında olduğunu göstərir.
Haca getmək – yuxuda Məkkəyə getmək, ya özünü Mək­kədə ziyarətdə görmək, istək və arzuların yerinə yetiril­məsinə işarədir. Yuxuda Məkkəyə getmək istədiyi halda gedə bilməzsə – muradına çatmayacaq.
Həb – yuxuda həb görmək – hər şəkildə olursa-olsun, yalan, fırıldaq, aldanmaq, aldatmaq kimi yozulur.
Həcamət (Qanalma) – yuxuda həcamət etdiyini görən naxoş olsa toxtar, sıxıntıda olsa – rahatlığa çıxar, həbsdə olsa – qurtulur, işdən çıxarılıbsa – işə çağırılar.
Həsir – yuxuda həsir üstə oturduğunu görən peşimanlıq doğuran bir işə əl atar, həsirə büründüyünü görən – təkcə özünü düşünər. Təzə həsir aldığını görən evlənir, həsirin oğurlandığını görən işini əldən verir.
Həvəngdəstə – yuxuda biri-birindən ayrılmaz iki şərik de­məkdir. Həvəngdəstəni birlikdə görən – qazanca çatacaq, onları tək-tək görən – gözlənilən qazancın ələ gəlmiyacağına işarədir.
Hörümçək (toratan) – yuxuda hörümçək (toratan) bir dəcəl və azar verən adama tuş gəlmək deməkdi. Hörümçəyi öldürən hiyləgər bir düşməndən qurtarır. Hörümçək toru evdə yoxsulluq nişanəsidi. Onu evdən süpürüb atan yoxsulluqdan qurtarır.
Xərmən – yuxuda xərmən görmək – zəhmətlə mal artırmaq deməkdi. Xərmənin yandığını, sel apardığını, ya hər surətdə olur-olsun aradan getdiyini görənin varı əlindən çıxar və fəlakətə uğrar.
Xəmir – yuxuda xəmir yoğurmaq xeyirdi. Mayalı xəmir işlərin uğurlu olduğuna və qazanclı peşəyə işarədir.
Xəncər – yuxuda xəncər kin və düşmənçilik nişanəsidir. Bir xəncər tapdığını, aldığını, belinə bağladığını görən düşmənə qələbə çalar. Xəncərin itməsi, ya sınması düşmənə basıldığına işarədi.
Xəstəlik (naxoşluq) – yuxuda xəstəlik xeyrə yozulur. Ta­nın­mış bir adamın xəstəliyini görən – düşmənə basılır, vuruşda yaralanır. Yuxuda baş ağrısı günah işlər, qulaq ağrısı zərər-ziyan, göz ağrısı – qəm və kədər, ürək ağrısı – harama yetmək, bel ağrısı – fəqirlik və iftira kimi yozulur.
Xurma – yuxuda xurma almaq, xurma dərmək, xurma ye­mək – qazanc və sevinc, xurma ağacı əkmək – şərəf və şöhrət, xurma ağacını kəsmək, ya onun üstündən düşmək xeyrə yo­zulmur.

Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə