ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə9/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

VIII. LƏTİFƏLƏR
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ
ÇER BİRİ İKİ GÖRƏR
Gecənin birində Mollanın arvadı sözarası ondan soruşur:

– Ay kişi, deyirlər, çerlər biri iki görur, sən buna nə deyirsən?

Molla deyir:

– Vallah, mən də belə bir söz eşitmişəm, amma doğrusu sınamamışam. İndi ki, bunu yadıma saldın, bizdən bir az yuxarıda bir çer adam olur, dur, gedək, bunu ondan soruşaq.

Molla ilə arvadı durub özlərilə də bir fanus٭ götürüb o adamın qapısına gəlirlər. Qapını döyürlər. Adam qapıya gəlib soruşur: – “Nə işiz var?”

Molla ilə arvadı bir-birinə baxıb mətləbi deməgə utanırlar. Axırda Molla üzünə üz bağlayıb deyir: “Doğrusu, biz eşitmişik çerlər biri iki görür, gəldik soruşaq ki, bu söz düzdi, ya yox?”

O adam deyir: “Əqlizə dua yazım, gecənin bu vəqti dörd-dörd adam, iki-iki fanus gəliblər görsünlər çer biri iki görər, ya yox?”
SƏNDƏN DƏ BEŞ KƏLMƏ SÖZ SORUŞMAQ OLMUR
Molla bir gün arvadından soruşur:

– Arvad, bizim bu qonşumuz dəmirçi Əhmədin adi nədi?

Arvad deyir:

– Ay kişi, məyə özün demirsən Əhməd?

Molla deyir:

– Bura bax, yahaldım٭* ha, deyirəm, onun işi nədi?

Arvad yenə deyir:

– Ay balam, məyə, özün demədun dəmirçi?

Molla deyir:

– Əcəb, genə də yahaldım ha, istirdim diyəm harda oturar?

Arvad deyir:

– Ay əqlsiz kişi, məyə özün demədün bizim qonşumuz?

Molla başını bulaya-bulaya deyir:

– Ay canım, səndən də beş kəlmə söz soruşmaq olmur.


DƏLİ-DİVANƏLİGİN ÇARƏSİ
Bir gün qonşulardan biri Mollanın yanına gəlib qızının əlindən şikayət edib deyir: Ay Molla, əlim ətəguvə, bu qız lap dəli-divanə olub, səhər-axşam damda-divarda gəzir, heç cürə dəlil-nəsihət də götürmür. Sən buna bir dua yaz, ya bir dərman ver, bəlkə bir az sayxışa.

Molla deyir: “O qız ki, sən deyirsən, onu nə dua ilə, nə də dərmanla sayxışdırmaq olmaz. Məndən soruşsan, sən ona bir ər tap, onda görəcaqsan ki, bütün dəliligi toxtayacaq”.


SƏN Kİ GÜNDƏ BURDASAN
Molla bir gün birisi ilə sözləşir, sonra da əlbəyaxa olurlar. Onları tutub aparırlar darğanın yanına. Sən demə, bir neçə gün ondan qabaq da Mollanı ayrı bir məsələ üçün həmin darğanın yanına aparmışdılar.

Darğa Mollanı görcək deyir: “Molla, səndən heç gözlənil­məzdi, bu neçə gündə bu ikinci dəfədi ki, sən buraya gəlirsən”.

Molla soruşur: “Bura gələndə məyə nə olar?”

Darğa deyir: “Necə ki nə olar? Məyə sən bilmirsən ki, düz adamın yolu bura düşməz?”

Molla deyir: “Mənim ömrümdə cəmi iki dəfə yolum bura düşüb, amma sən hər gün burdasan”.


ŞİKAR İTİ
Mollanın yaşadığı şəhərin bir cilis٭ hakimi var idi. Hakim bir gün Mollanı görüb dedi: “Eşitmişəm sən şikarı çox se­virsən. Səndən xahişim budu ki, mənə yaxşi bir tazı tapasan”.

Molla söz verir ki, onun xahişin yerinə yetirsin.

Bir neçə gün sonra o bir yekə çoban iti tapıb boynuna ip salıb hakimin yanına aparır. Hakim köpəgi görən kimi təəccüblə Molladan soruşur:

– Sən bu köpəgi nəyə bura gətirmisən?

Mölla deyir: – Məgər siz özüz deməmişdiniz?

Hakim deyir: – Mən səndən bir beli incə tazı istəmişdim, amma sən mənə bir sürü iti gətirmisən.

Molla deyir: – Xatiriz cəm olsun, bu it bir həftə sizin evizdə qalsa, beli tazı belindən çox incələcək.
ÖZ KÖLGƏNDƏN QORXMUSAN
Birisi Mollanın yanına gəlib deyir: – Dünən gecə bir dev yuxuma gəlib, çox qorxmuşam.

Molla soruşur: – O nə cür idi?

Adam cavab verir: – Yekə başı var idi, bir xalvar ləşi, kürək kimi dişi, dəvə kimi ayaqları, yelpik kimi qulaqları…

Molla onun sözünü qurtarmağa möhlət verməyib deyir:

– Bildim, bildim, dalisini demə. Sən yuxu görməmisən, ayıqlıqda öz kölgəni divarda görüb ondan qorxmusan.
ƏMMAMƏNİN İŞİ
Savadsızın biri əlində bir cızmaqara kağaz gətirib Molladan istəyir ki, onu oxusun. Molla nə qədr kağazı o yan-bu yan eləyir, bir şey başa düşə bilmir, çarəsiz kağazı gətirənə qaytarıb deyir:

_____________________

٭cilis- xəsis
– Mən bu kağazdan heç nə başa düşmədim.

Adam Mollanın başına-ayağına baxıb deyir:

– Sən ki bir dana kağazı oxuyanmırsan, bəs nəyə bu böyüklükdə əmmaməni başuva qoymusan?

Molla fövrən əmmaməni öz başından götürüb adamın başına qoyub deyir:

– Əgər əmmamə ilə kağaz oxumaq olar, buyur, oxu.
SƏBR EDƏNLƏRƏ BEHİŞT VƏDƏSİ VERİLMİŞDİ
Molla bir gün söhbət arasında arvadına deyir: – Arvad, bilirsən, biz bu dünyada bir ağ gün görmədik, amma bilirəm ki, o dünyada kef çəkəcəyik. Çünki ikimiz də dinməz-söyləməz behiştə gedəcəyik.

Arvad soruşur: – A kişi, de görüm, bunu kim sənə deyib?

Molla deyir: – Heç kəs mənə deməyib. Bunu özüm başa düşmüşəm. Biz ikimiz də ömür boyu biri-birimizin kifir sir-sifətinə baxıb səbir eləmişik. Odur ki, yerimiz behiştdü.
EŞŞƏK İLƏ İNƏGİN FƏRQİ
Mollanın bir eşşəgi, bir inəgi, bir də xırdaca töyləsi var idi. Töylə elə balaca idi ki, eşşək orda yatanda inək ayaq üstə qalardı. İnək yatanda eşşək yatmağa yer tapmazdı.

Molla eşşəgini çox istədigi üçün bir gün Allaha yalvarar ki, “Allah, bu inəgi öldür, bəlkə eşşək rahatlığa çıxa”.

İki gün sonra səhər töyləyə gələndə görür ki, eşşək ayaq­larını dirəyib ölüb.

Molla bu hadisədən çox mütəəssir olub üzünü göyə tutub deyər: “Ağzıma daş-torpaq, min ildi Allahlıq edirsən, hələ inək ilə eşşəgi bir-birindən ayırd edə bilmirsən?”.




İKİ XƏRCİ BİR ELƏMƏK
Molla evini təmir edirmiş. O dülgərə deyir ki, döşəmənin təxtələrini tavana, tavanın təxtələrini döşəməyə salsın. Dülgər bu işin səbəbini soruşur.

Molla deyir: – Mən yaxınlarda evlənəcəyəm. Deyirlər, adam evlənəndə altı üstünə, üstü altına gəlir. İstirəm bu təmirdə iki xərci bir eləyim.


DADI BİR OLUR
Molla bir gün eşşəginə iki səbət üzüm çatıb evinə gətirirmiş. Şəhərə gircək uşaqlar başina yığılıb deyirlər: “Molla, biz sənun üzümündən heç dadmamışıq”.

Molla uşaqları çox görüb hər birinə neçə gilə üzüm verir.

Uşaqlar deyirlər:

– Molla, iki-üç gilədən bir şey olmaz.

Molla deyir: – Uşaqlar, siz üzümi dadmaq istirdiz, onun bir giləsi ilə bir salxımının dadi bir olur.
ƏLƏ SALMAĞIN QAŞİ OLUR, YA GÖZİ?
Mollanın aşnalarından biri hər yerdə özünü tərifləyib deyər­miş ki, heç kəs məni ələ sala bilməz. Bir gün Molla özündən razi adami ələ salmaq üçün ona deyir:

– Sən burda otur, mən gedim evə baş vurum gəlim, onda gör səni necə ələ salacam.

Molla bu sözdən sonra gedir. Adam ha gözləyir ki, Mol­la indi gəlir, bir saata gəlir, amma Molladan xəbər olmur.

Axırda, o üzünü orada oturanlara tutub deyir:

– Gördüz? Molla gördü ki, məni ələ sala bilmiyəcək naçarlıqdan əkildi.

Oradakilərdan biri gülə-gülə deyir:

– Kişi, ələ salmağın qaşi olur, ya gözi? O, indi iki saatdi səni gözi yolda qoyub, özi gedib kefinin dalinca.

İSTİRAHƏT SAATI
Birisi Molladan soruşur ki, sən igirmi dörd saatda neçə saat dincəlirsən?

Molla deyir:

– Gecələr beş-alti saat özüm yatanda, gündüzlər də nahardan sonra bir-iki saat “o” yatanda.

Adam soruşur:

– O, kim olmuş ola?

Molla cavab verir:

– Bizim əyal.

Adam deyir:

– Qanmaz kişi, mən soruşdum sən özün neçə saat dincəlirsən? Mənim sənin əyalın ilə nə işim var?.

Molla cavab verir:

– Qanmaz özünsən, məyər sən bilmirsən ki, onun yuxuda olduğu iki saat da mənim dincəlmək saatım sayılır.
HƏQQ SÖZ YAMAN-YOVUZ İSTƏMƏZ
Mollanın bir qarı nənəsi var idi. O, bir gün dost-aşnalara nənəsini tərifləyir ki, Allah nənəmin ömrünü uzun eləsin, o, həmişə mənim başımın ucalığı, evimin xeyir-bərəkətidi.

Adamlardan birisi deyir: – İndi ki, sən nənəndən bu qədər razısan bəs nəyə ona bir əl-ayaq eləmirsən?

Molla bu sözdən narahat olub yaman-yovuz deməyə başlayır. Mollanın nənəsi oğlunu bu halda görəndə deyir: – Oğlum, həqq söz yaman-yovuz istəməz.
SƏXAVƏTLİ KİŞİ
Molla naxoş olmuşdu. Bir gün məhəllə mollasını çağırıb dedi:

– Bir vəsiyyətnamə yazsın ki, o evlənəndən sonra ərindən min dinar xüms və zəkat babətindən müstəhəqlərə, beş yüz dinar oruc-namaz olmağa, üç yüz dinar qapi qonşuya ehsan verməgə ayırsınlar. Yerdə qalanını da arvadı ilə uşaqları arasında bölsünlər.

Vəsiyyətnaməni yazan Mollanın bu qədər pulu olduğundan heyrətdə qalıb dedi:

– İndi ki pulların veriləcək yerini məlum elədin, yaxşi olar onları gizlətdigin yeri də diyəsən.

Molla dedi:

– Mömin, öz aramızda qalsın, pul-mul arada yoxdu. İstədim vəsiyyətnaməni oxuyanda desinlər, “rəhmətlik nə səxavətli kişi imiş”.


AXMAQ
Bir gecə Mollanın arvadı yuxuda qışqırmağa başlayır. Molla səsə oyanır. O, arvadını oyadıb soruşur:

– Nə xəbərdi? Niyə qışqırırsan?

Arvad deyir: – Yuxuda gördüm, bir uca yerdən düşdüm, bədənim bumbuz oldu. Qapı qonşu yığışıb cənazəmi qəbiristana apardılar. Görkan məni qəbrə qoyanda qorxudan qışqırmağa başladım. Elə onda sən məni oyatdın.

Molla bu sözləri eşidəndə iki əlli başına vurub deyir:

– Mən çox axmaq iş görmüşəm, düz yaxam əlindən qurtaran ləhzədə səni oyatmışam.
SƏN GETMƏSƏN, MƏN GEDƏCAĞAM
Molla bir gün şəhərin hakimindən bezikir. O, hakimin yanına gəlib ondan soruşur:

– Cənab hakim, sən bu, vilayətdən çıxıb gedəcağsan, ya yox?

Hakim bu sözdən çox təəccüblənib deyir:

– Molla bu nə sözdü? Sənə nə dəxli var ki, mən bu vilayətdən çıxıb gedəcağam, ya getməyəcağam?

Molla hakimin cavabında deyir:

– Çox mənə dəxli var, istirəm bilim gedəcaqsan, ya getməyəcaqsan?

Hakim əsəbani boğub deyir:

– Yox, getməyəcağam, hər nə əlindən gəlir elə.

Molla cavab verir:

– Əlimdən nə gələcək, sən bu vilayətdən getməsən, çarəsiz mən başımı alıb gedəcağam.


SƏN DƏ DÜZ DEYİRSƏN
Molla şəhərdə qazi olduğu zaman birisi onun yanına gə­lib bir özgəsindən şikayət edir. O sözlərində özünü həqqli, qar­şı tərəfi günahkar qələmə verir, sonra da Molladan nəzir istəyir:

Molla deyir:

– Sən düz deyirsən, haqq səninlədi.

Sabahisi gün o biri tərəf Mollanın yanına gəlir, o da özünü həqqli bilib günahi o biri tərəfin boynuna atır. Molla onun da sözlərin eşidəndən sonra deyir:

– Sən düz deyirsən, həqq səninlədi.

Mollanın arvadı pərdənin dalından onun hər iki tərəfə həqq verməsini eşidib soruşur:

– Kişi, bu nə cür qəzavətdi? Sən dünən həqqi o tərəfə verdin, bu gün də bu biri tərəfə verirsən.

Molla bu sözü arvadından eşitcək deyir:

– Arvad, sən də düz deyirsən.

ELAT LƏTİFƏLƏRİ
BURDAN HÜSEYN KÜRD GİLİFDƏN KEÇİB
Dərviş qəhvəxanada Hüseyni-Kürdün nağılını deyirdi. O, qalalar alan Hüseyni-Kürdün çıxılmaz, bağlı bir qalaya necə, nə yoldan girə bilməsini, qalanın içini qədəmbəqədəm gəzməsin­dən, hər tərəfinə baş çəkməsindən söz açdı. Nağıla qulaq asanlardan biri çox təəccüblə soruşdu:

– Baba dərviş, sən heç buyurmadın pəhləvan bu qalanın içinə necə girdi?

Dərviş bir an düşünüb, sonra özünü sındırmadan “Hü­sey­ni-Kürd burada gilifdən keçib” – deməklə, sözünə idamə verdi.
BU HƏR GÜNKÜ ŞİLƏDİ, BU GÜN

ÇARŞAB-CORAB ELƏYİB GƏLİB
Arvad yoxsulluqdan neçə gün dalbadal ərinin naharına şilə bişirir. Axır gün kişi bezikib deyir:

– Sabahdan ya mən bu evdə, ya sənin pişirdiyin şilə…

Sabahısı gün kişi nahara gələndə arvad bir boşqab yarpaq dolması onun qabağına qoyur. Kişi dolmanı bir az oyan-buyan edəndən sonra deyir:

– Elə hər günkü şilədi, bu gün də çarşab-corab geyinib gəlib.


BU DİL Kİ, SƏNDƏ VAR, YÜZ İL BU BAŞI SAXLAR
Bir gün Kürdoğlu küçələri gəzirdi. Bir qapının qabağından keçəndə eşitdi ki, kişi arvadına deyir:

– Arvad, sən mənim bu başımı görürsən, indiyədək onu heç kəs sındırmayıb, bundan belə də sındıra bilməz.

Arvad dedi:

– Ay kişi, bu camaatı ki, mən tanıyıram, qorxuram bir gün sənin sınmaz başını da sındırsınlar.

Kürdoğlu bu sözləri eşidəndə, öz qəlbində dedi:

– Ay köpək oğlu, köpək, mən sabah sənin başıvi sındırım, özün tamaşa elə.

Sabahısı gün Kürdoğlu oralardan keçəndə gördü həmin kişi bostan suvarır. Qabağa gəlib dedi:

– A kişi, məyə korsan, görmürsən mənim tikanlarım susuzluqdan yanır, sən suyu bağlamısan öz bostanuva?

O, bunu deyə-deyə yüyürüb beli kişinin əlindən aldı, suyu çevirdi tikanlığa. Kişi işi belə görəndə, savaşıb-dalaşmaq əvə­zinə başladı dil-ağız eləməyə:

– Ay başına döndüyüm, nə olar ki, əvvəl sən tikanlığuvi su­var, əgər vaxt olsa, sudan artıq gəlsə, mən də bostanımı suvara­ram.

Kürdoğlu altdan yuxarı kişiyə baxdı dedi:

– A kişi, doğru deyirdin, bu dil ki səndə var, yüz il o başı saxlar.


EŞŞƏYİM, ÖKÜZÜM, QOYUNUM SƏNSƏN!
İsfahanın zalım hökmdarı Zilli-Sultan Bəxtiyar xanlarından Hüseynqulu xanı İsfahana çağırır, çoxlu izzət-ehtiramla orada saxlayır. Bir gün hökmdar Hüseynqulu xan, şəhərin ayrıbaş bəyləri hökümət talarında oturmuşdular. Heç gözlənilmədən başı açıq, ayağı yalın, bir lur məclisə soxulub salam edir. Xan başını qovzuyub deyir:

– Sənə kim deyib şəhərə gələsən, sənin burda nə işin var?

Lur deyir:

– Xan gəldim səni ziyarət edəm.

Xan əsəbiləşib deyir:

– Axmaq, arvaduvi, uşağuvi, eşşəyuvi, öküzuvi, qoyunivi başına buraxıb, necə ağac piyada, başaçıq, ayaqlayın gəlmisən məni görməyə?

Lur deyir:

– Xan başuva dönüm, arvadım da sənsən, uşağım da sən­sən, eşşəyim də sənsən, öküzüm də sənsən, qoyunum da sənsən.


İNDİ BİR AZ DA SƏN YE, MƏN MOVULDAYIM!

Birisi şorbaya çörək doğrayıb, əvvəl tikəni ağzına apa­ran­da üzbəüzdə oturub gözünü onun əlinə tikən pişik movul­dadı. Adam çarəsiz əlindəki tikəni pişiyin qabağına qoydu. O, ikinci tikəni götürüb, hələ ağzına aparmamışdı ki, genə pişik movul­dadı. O, ikinci tikəni də pişiyin qabağına qoydu. Üçüncü, dör­düncü tikələr də qabaqkı tikələrin tayı oldu. Adam bunu görəndə kasanı pişiyin qabağına qoyub dedi:

– İndi bir az da sən ye, mən movuldayım!
MƏN NADİR QULUYAM, PUL İSTƏYİRƏM!
Nəql edirlər Nadirşah Hindistanı tutandan sonra Dehli əha­lisini yaman bezikdirir. Cana gəlmiş dehlililər bir gün çox oxu­naqlı yazı ilə bu sözləri yazıb Nadirin gəlib keçdiyi yol üstə asır­lar: “Sən əgər Allahsan, sənə biz də gərəkdir. Əgər şahsan, sənə rəiyyət gərəkdir. Bu qədər zülm, talan hindi xaraba qoyacaq”.

Nadirin gözü yazıya sataşcaq Mirzə Mehdi xandan soruşur:

– Oxu görüm, orada nə yazıblar?

Mirzə Mehdi xan yazılan sözləri oxuyur. Nadir bir az fikrə gedib sonra deyir:

– Bu sözlər mənim qulağıma girməz, nə bilim, mən Alla­ham, ya şaham, mən Nadirquluyam, pul istəyirəm.
BUNDAN SONRA ƏLUVİ ÖZ CİBİNDƏ QIZDIR!
Cibkəsən əlini saymazyana birinin cibinə uzadır. Adam duyuq düşüb, onun əlini öz cibində yaxalayıb deyir:

– Mənə bax görüm, sənin əlin mənim cibimdə neyniyir?

Cibkəsən deyir:

– Məni bağışla, əlim üşüdü, istədim onu qızışdıram.

Adam ona möhkəm bir sıxaki yendirib deyir:

– Bundan sonra əluvi öz cibində qızdır!


BUNUN TOXUMUN YER ÜZÜNDƏN KƏSSƏNƏ
Günlərin bir günü bir qoca dərviş kənd evlərinin birində qonaq qalır. Ev yiyəsi şama təndirdə balqabaq bişirmişdi. Balqabaq qocafəndi olduğundan dərviş ondan doyunca yeyir, yeyə-yeyə də ev yiyəsindən soruşur:

– Ay qardaş bişirdigin bu yeməyin adı nədi?

Ev yiyəsi deyir:

– Baba dərviş, bunun adı məhsənə!

Dərviş deyir:

– Bunun toxumundan dağı, daşı əksənə.

Dərvişə yer salırlar, yatır. Amma balqabaq başlır azar verməgə. Dərviş səhərəcən qıvrılır-açılır. Səhər olcaq o, ev yiyəsini səsləyib genə soruşur:

– Ay Hamaş, dedin gecə bişirdiyin yeməgin adı nədi?

Ev yiyəsi deyir:

– Məhsənə.

Dərviş qarın ağrısından ikiqat qaldığı halda deyir:

– Ay Hamaş, bunun toxumunu yer üzündən kəssənə!


AY DƏDƏ, BUĞ YAĞUVİ PİŞİK APARDI
Özünü olduğundan varlı-karlı göstərmək istəyən tək ağalar­dan biri hər gün məhəllə çayxanasına gedəndən qabaq Şah Abbasın bığlarını eşib, kağız arasında saxladığı quyruq dərisi ilə yağlayıb işıldadardı. Bir gün genə o, çayxanada qəlyan dama­ğında o yandan-bu yandan söhbət açandan sonra sözü yağ-dügünə gətirib çıxardır və deyir:

– İki gün qabaq Sərabdan bizə kərə yağı göndəriblər, sizi inandırıram mən indiyə qədər belə yağ görməmişəm. Dügünün üstünə ki qoyursan, adam əl vurmamış ətrindən məst olur. O, bunu deyə-deyə əlini bığlarına çəkib deyir:

– Mən deyirəm siz eşidəsiniz. Gərək bir gün gəlib yeyə­siniz, görəsiz!..

Onun sözü qurtarmamışdı ki, balaca qızı qaça-qaça çay­xanaya girib dedi:

– Ay dədə, buğ yağuvi pişik apardı…
VER SUYA İÇ, VER SUDAN KEÇ!
Yayda Kərbala ziyarətinə gedən bir şahsevən, hava isti olduğundan hər dəfə su içəndə, İraqda olan ziyarətgahları ziyarət etmək üçün sudan keçəndə pul verirdi. O, ziyarəti qurtarıb qayıdandan sonra görüşünə gələnlər ondan bu səfərdə nələr gördüyünü soruşanda o deyir:

– Nə görəcağam, ver suya iç, ver sudan keç!


SƏN KÜRƏKƏNSƏN, YA NƏKİRÜ-MÜNKÜR?
Utancağın biri toy gecəsi təzə gəlinə yanaşmaq üçün çox götür-qoydan sonra özünü əli qılıncına vurub soruşur:

– Sən bilirsən üsuli-din neçə danadı?

Tələ çırtmış qızlardan olan təzə gəlin onun cavabında atmaca ilə deyir:

– Denən görüm, sən kürəkənsən, ya Nəkirü-Münkür?


GƏLƏNDƏ BİR ŞEYİ GƏTİRMƏYƏN,

GEDƏNDƏ DƏ BİR ŞEYİ APARMAZ
Bir qıtmır, üzlü kəndli var idi. O, hər vaxt şəhərə gələndə əli-qolundan uzun şəhərdəki qohumunun evinə gələr, günlər­lə sallanıb qalardı. Bir dəfə o genə neçə gün qonaq qalandan sonra kəndə qayıtmaq istəyəndə ev yiyəsi arvadına deyir:

– Sən onun sovqatını verib yola salanda ona denən ki, kənddən bizə bəzi şeylər gətirsin, bəlkə bu yolnan onun şərini başımızdan sovaq.

Arvad selə-sovqatı verəndə ona deyir:

– Şəhərdə süpürgə, əriştə, bir də qurut tapılmır, zəhmət olmasa, bu dəfə şəhərə gələndə bir neçə dana süpürgə, bir az da əriştə ilə qurut gətir.

Kəndli deyir:

– Ay mənim başım üstə. O yollanıb gedir. Bir müddət sonra o genə bir gün boş eşşək ilə tapılır. Küçə qapısına çatanda, başlayır heyvan eşşəyi bərk döyəcləməyə. Sonra ucadan deyir:

– Süpürgə çatdım, gətirmədin, əriştə çatdım, gətirmədin, qurut çatdım, gətirmədin, indi nə üzünən istərsən evə girəsən?

Ev yiyəsi onun hay-küyünə qapıya çıxıb deyir:

– O heyvanı döyəcləmə, gələndə bir şey gətirməyən gedəndə də bir şey aparmaz.
BU AYAQDAN TÜLKÜNÜNKÜ QALIB ALLAHA
Birisini gördülər bir qat kəmənd, bir qəbzə tüfəng, bir dana it, bir dana nizə, bir çuval saman ilə gedir. Biri soruşdu:

– Bu şeyləri özünlə hara aparırsan?

O dedi:

– Tülkü şikarına gedirəm. Əvvəl çalışacağam onu kə­mənd ilə tutam, kəməndlə tutammasam, çalışacağam tüfəng ilə vuram. Tüfəng ilə vurammasam, iti dalınca salacağam. İt ilə də tutam­masam, tülkü qurtulub qaçıb yuvasına girsə, nizə ilə onu bezik­dirəcağam, yuvası çox dərin olsa, nizə bir iş görənməsə, yuva­sının ağzında saman yandıracağam!...



Soruşan adam onu sözünü bitirməyə qoymayıb dedi:

– Bu ayaqdan tülkününkü qalıb Allaha!


OLAR AŞIM SUYU, OLMAZ BAŞIM SUYU
Arvad yuyunmaq istəyirdi. Qazanı su ilə doldurub ocaq üstə qoydu. Ərinə tapşırdı bazardan aş göyü alıb gətirsin. Kişi evdən çıxandan sonra qonşunun qızı gəldi, söz-söhbət arasında soruşdu:

– Qazanda nə bişirirsən?

Arvad dedi:

– Kişi aş göyü gətirsə aş bişiracağam.

Qız dedi:

– Bəlkə kişin gec gəldi? Onda nə olar?

Arvad dedi:

– Olar başım suyu, olmaz aşım suyu!



TEHRANA GEDİB “ARİ” GƏTİRİB
Birisi vilayətdən Tehrana gedir. Bir müddət orada qalandan sonra vilayətə qayıdır. Görüşə gedənlər ondan hər nə soruşurlar, o, cavabında “ari” deyir. Bu söz görüşə gedənlərin ağzına düşür. Görüşə getməyənlər soruşurlar:

– Ay canım, bu sözü siz haradan öyrənmisiz?

Onlar deyirlər:

– Haradan öyrənacağıq, filani Tehrana gedib oradan sovqat gətirib.


DİLƏNÇİLİK ÇÖRƏYİ YEYƏN ÖKÜZ CÜTƏ GETMƏZ
Əkinçi şum qurtarandan sonra öküzü özbaşına buraxıb, bir tərəfdə dincəlməyə başladı. Öküz otlaya-otlaya kölgəliyə gəlib çıxdı. Kölgəlikdə bir nəfər dilənçi torbası yanında yatmış idi. Öküz yaxınlaşıb torbada hər nə ki var idi yedi. Çox keçmədən dilənçi ayıldı, gördü öküz torbasında olanları yeyib. O, öküzün yiyəsinin yanına gəlib dedi:

– Sənin öküzün mənim torbamda hər nə var idi yeyib, sən görək onun ya özünü, ya pulunu mənə verəsən. Öküz yiyəsi dedi:

– Bu arada əgər bir nəfər verəcaqlı olsa, o da sənsən.

Dilənçi dedi:

– Hələ mən niyə?

– Çünki sən mənim öküzümə dilənçilik çörəyi yedirtmisən, dilənçilik çörəyi yeyən öküz də cütə getməz!


BİZ İNƏKDƏN VAZ KEÇDİK,

SƏN DƏ YAZIQ İTİ AZ DANLA
İki oğru bir gecə birinin inəyini aparmağa gəlirlər. Evin iti bunu duyub başlır hürməyə. Kişi başa düşür ki, evdə oğru var. Durub çıxır qapıya ki, bəlkə oğrular onu görüb, inəyi aparmaq­dan əl götürsünlər. Amma pəyənin bacasından baxanda görür oğrulardan biri öküzün boyunduruğun açır, o birisi də şana götürüb əlinə gələni sinəsinə yığır. İşi belə görəndə o başlayır iti danlamağa: Olmaya mənlə şəriklisən, aparır mənim malımı aparır, sən niyə özüvi yırtırsan?

– Qardaş, aparırsız, aparın şana da üstələmə, halal xoşuz olsun!

Oğrular bu sözləri eşidib səslənirlər:

– A kişi, biz inəkdən vaz keçdik, sən də yazıq iti az danla!


GECƏ QIZDIRDI, GÜNDÜZ ÖLDİ!
Birinin dədəsi naxoşladı, naxoşluğu uzun çəkdi. Sonra da vurdu öldü. Yaxından-uzaqdan gələnlər hər biri oğlandan dədə­si­nin nədən naxoşladığını, nə üçün sağalmayıb dünyadan get­diyini soruşanda oğlan başlayırdı uzun-uzadı nağıl etməyə. Buna görə də sözün uzanması ilə nahardan qabaq gələnlər nahara, ax­şam tərəfi gələnlər də şama qalırdılar. Şəhərin yemək axtaran­ları, qarın doyduranları da bunu eşidib, bir dəstə nahardan qabaq, bir dəstə də orada axşamçağı döşəyirdilər. Günlər bu sayağı ötür, hər dəfə evdə iki dəfə süfrə açılırdı. Oğlan birdən ayıldı gördü kü, bu uzun-uzadı danışmalar əcəb baha başa gəlir. Bu gün sabah var-yoxdan çıxacaq. Buna xatir soruşanda ki, dədən necə ölüb? O, qısaca deyirdi: – Heç necə, gecə qızdırdı, gündüz öldi.
GAMIŞ KİMİ SUYA BATIR
Xan at bazarında bir yarış atı seçib almaq istəyirdi. Yox­layandan sonra, gözü ceyran kimi bir ata düşür. At tanıyan bir ağsaqqal ona yanaşıb deyir:

Sən o atı alma, o, səni el içində başı aşağı elər. Xan ağsaq­qalın sözün hesaba almır, atı alıb gətirir. At yarış günü bütün atları dalda qoyur, amma yarışın qurtaran yerində gözü suya düşcağın cumuxub suya yatır. Xan adam göndərib, ağsaqqalı çağırır, ondan atın suya batan olmasını haradan bildiyini soru­şur. Ağsaqqal deyir:



  • Bu atın anası tez ölüb, onu gamış südü ilə bəsləyiblər, buna görə də, o, su görcək gamış kimi suya yatır.


ZƏHMƏT OLMASA, APAR DƏVƏNİ

ÖZ QAPINDA XIXLA
Şahın xəzinəsini daşıyan dəvələrdən biri itir. Şəhərin qul­durlarından biri onu tapıb evinə aparır. Yükünü yendirib, əmin yerdə gizlədəndən sonra iz itirmək üçün dəvəni evdən çıxarıb, şəhərin uzaq məhəllələrinin birində yazıq bir adamın qapısında xıxlamaq istəyir. Ev yiyəsi dəvənin böyürtsünə qapıya çıxıb soruşur:

– Sən nə iş görürsən?

O cavab verir:

– İstirəm bu yolunu azmış dəvəni burda xıxlayam, bəlkə yiyəsi onu görüb aparsın.

Onun kələyini duyan ev yiyəsi deyir:

– Zəhmət olmasa, apar dəvəni öz qapında xıxla!


ÜÇ AY MƏN SƏNƏ GƏLƏLİ, ÜÇ AY SƏN MƏNİ ALALI, RƏCƏB, ŞƏBAN, RƏMƏZAN – BU OLAR DOQQUZ AY
Avam bir kişinin arvadı evləndiklərindən üç ay sonra bir uşaq doğur. Kişi arvaddan soruşur:

– Uşağın anadan olması 9 ay çəkir. Bu necə işdi ki, sən üç ayda doğdun?

Arvad deyir:

– Bizim uşaq da doqquz ayında doğulub. Üç ay mən sənə gələli, üç ay sən məni alalı, rəcəb, şəban, rəməzan – bu elər 9 ay.



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə