222
– Cibimdə. Kölə, görüm nətərdi. Köhliyib calanda, nə-
fəs alətdərin nizamlıyan dişi düşdü. Dişi damağdı axı. Dür-
dür eliyəndə dişi çıxır, salır içəri.
Diyibdi:
– Dimay qocalmısan, dişin tökülüb, zurnanı damağında
saxlıya bilmlrsən. Ona görə toba eliyirsən? Day sənə ölüm
yoxdu, ged ölüncən çal. O Aşığ Abdulla ölüncə çaldı .
Şir balası
Deməli mən atamla həmsöhbət olmaram. Bu hadisələri
öyrənməyim necə baş verib. Mən işdən evə gəlirəm bir az
atamla otururam, sonra atamla sərbəst olmadığıma görə keçir-
dim o biri otağa. Anam ayrı otururdu. Atamın yanına ağsaqqal-
lar gəldiyinə görə anam qızlarla ayrı oturur. Anamın yanında
daha sərbəst hiss edirdim özümü. Bəzən atam tək qalanda, da-
rıxanda deyirdi ki, Hikmət hara getdi bəs gəl yanıma, bura –
deyirdi. Sən 4-cü sinif qurtarmış arvaddan nə öyrənirsən. Gəl
otur məniynən. Mən danışanda alimlər, professorlar, yazıçılar
dayanıb mənə qulaq asır. 4-cü sinif oxumuş arvaddan sən nə
öyrənirsən mən bilmirəm. Belə oturanda da atam mənə çox
maraqlı söhbətlər edir. Bəzən onu məclislərə aparırdılar maşın-
nan. Yaşlaşmışdı maşını sürə bilmirdi, mən sürürdüm maşını.
Apardığım məclislərin birində söhbət siyasiləşdi bir az.
Dedilər:
– Bir müxalifətçi dedi ki, Heydər Əliyevdən sonra İl-
ham Əliyev prezidentliyi idarə edə bilmiyəcək Respublikada.
Heydər Əliyevin yolunu siyasətini davam edə bilməyəcək.
Atam onlara özünə məxsus şəkildə cavab verib deyir ki,
meşədə tülkü bir gün gedirmiş. Görür ki, meşənin dərinliyin-
223
dən bir nərilti səsi gəlir. Meşə lərzeyə gəlir. Tülkü qorxa-qorxa
yaxınlaşır görür ki, bir aslandır dünyaya övlad gətirir. Deyir:
– Aslan qardaş, neynirsən? Bu boyda meşəni lərzeyə
gətirmisən səs-küydən deyir.
– Tülkü, görmürsən dünyaya övlad gətirirəm, – deyir.
Tülkü:
– Mən də altısını-yeddisini birdən doğururam, amma
heç cıqqırımı da çıxarmıram.
Deyir:
– Tülkü, sən doğanda tülkü doğursan, mən doğanda as-
lan doğuram.
Sənəti var
Pul məsələsində belə oldu ki, məclisdə oturmuşuq. Məc-
lisdə oturub Astaranın keçmiş icra başçısı İbrahim Quliyev,
bir də bir həmyerlimiz var idi – Lənkəranın polis polkovniki
idi o vaxtlar. Belə sual verirdi, atama “dayı” diyə müraciət
edirdi. Atam tibbi qurtarmışdı Lənkəranda. Onlarnan çox
təmasda olmuşdu.
Deyir:
– Dayı, bəziləri deyir ki, bu pul yaxşı şeydi, bəziləri də
deyir pul pisdir, bəziləri deyir, adamı çaşdırır pul, bəziləri de-
yir, şeytan işidir pul. Sən necə fikirləşirsən?
Deyir:
– Bala, pulda heç bir qəbahət yoxdur, qəbahət insanda
ola bilər. Pul gələndə ehtiyac gətirdiyi kimi mədəniyyət də
gətirir. Pul insanı mədəniləşdirir, təsərrüfatı inkişaf elətdirir,
pul gələndə ev-eşik düzəldirsən, pul gələndə qonağ qarşılayır-
224
san, qonağ yola salırsan, tələbə oxudursan, ümumiyyətlə, bü-
tün işlərlə pul olarsa, məşğul ola bilirsən.
Bu mənada deyir ki, pul iki şəxsin əlinə düşə bilər ya yax-
şı adamın, ya da pis adamın. Yaxşı adamın əlinə düşəndə yaxşı
işlərnən, xeyriyyəçiliynən məşğul olar, pis adamın əlinə düşən-
də pul pis işlər üçün yarıyır. Deməli, yaxşı adamın əlinə düşən-
də qonşusu gəlir onun qapısına deyir ki, qonşu bəs qızımı ərə
verirəm cehizimnən bir 500 yüz manat çatmır ki, onu köçür-
düm. Deyir baş üstə, çağırır həyat yoldaşını, arvad gəl 500 yüz
və yaxud 1000 manat ver bu qonşunun problemi var imkanı
olar qaytarar, imkanı olmaz halal xoşu olar. Ancağ bir şərtlə to-
ya mənidə çağırarsan, məndə sizin şaddığınızda iştirak edərəm.
Səhər bu kişi gedir evinə qohum-əqrəbasına danışır ki,
əşi, mənim pulım çatmırdı, mənim qonşum belə şəxsiyyət imiş,
belə xeyriyyəçi imiş. Mənə pul köməy eylədi. Bu qohum-əq-
rəba bundan xəbərdar olandan sonra sabahları buna dəvətnamə
yazırlar ki, bunu şadlığa dəvət edirlər. Bu qonşu məclisə gi-
rəndə xalq ayağa qalxır. Buna ağsaqqallığı pul gətirir.
Pis adamın əlinə düşəndə pis adam girir bazara bazarda
bir nürani ağsaqqal kişiyə bir şillə vurur. Deyir, a kişi, məni
niyə vurdun? Deyir mənim dakumentim, sənədim var səni vura
bilərəm. Bu kişi bunu verir məhkəməyə. Məhkəmə çağırır sən
niyə ağsaqqala vurmusan. Deyir mənim sənədim, dakumentim
var, bunu vura bilərəm. Deyir gətir görüm sənədini, gətirir pa-
ketdə verir təqdim edir məhkəməyə məhkəmə paketin açır içini
və yüzdükləri görəndə deyir, hə ağsaqqal bunun sənədi var
imiş, bəs bu sənə də vura bilər, mənə də vura bilər. Bu pis ada-
mın əlinə düşür pul, bu pulun hesabına gedir prakrolnan, məh-
kəməynən otur-dur eliyir. Yanında dostları var belə yuxarı və-
zifədə işliyən. Bu evə gələndə bunun qadını da pis adamdı. Qa-
225
dın buna deyir ki, a kişi bilirsən nə olub, deyir yox, deyir bizim
o çil fərə vareee deyir hə, hə deyir, nə olub çil fərəyə? Keç-
mişdi qonşunun həyətinə, qonşu götürdü bir daş atdı, amma az
qalmışdı çil fərənin qanadına dəysin. Toyuğ çıppıldıya-çıppıl-
dıya həyətə uçdu qayıtdı gəldi. Deyir, ə, qələt eliyir mənim
toyuğuma daş atır, mən onu basdıraram içəri məhkəməynən,
prakrolnan dostam, bəs o məni tanımır. Görürsən ki, bir toyuğa
kiş eliyib hələ daş ona dəymiyib, onun qanadının yanınnan ke-
çib deyir, onu mən basdıraram içəri. Deməli, bu pula görə, pis
adam olduğuna görə belə iqayısdığ bəsliyir. Pulda heç bir qə-
bahət yoxdur, insanlardadır problemlər.
Gəlin, ya meyit
Bi dəfə dayım qızının oğluna gəlin gətirməyə getmiş-
dük. Boradigiyə. Qıza maşın yox idi. Dayımqızı qayıtdı didi:
Arazı ayırdılır a nari, nar
Qumuynən qovürdülər a nari, nar.
Bu oxşamadi. Camaat daldan bu nə bir təpiy. Səni yerə
soxim. Nə yemisən tuşili aş, gəlin aparırsen, ya meyid aparersən.
Əhsən, bərəkəllah
Mirislam Rəfiyev var bizdə, onun qəbri Bibiheybət qəbir-
stanlığındadı, Bakıda. Onun burda 3 qızı olub, oğlu olmiyib. Nə-
sillərinnən qalır. İndi Mirislam da var, Rəfi də var. Əmioğludu-
lar. Deməy, gedib İrana toya. Ərdəbildə bu başdıyıb toyda oxu-
mağa. Oxuyub, oxuyub, oranın valisi deyib, əhsən bərəkallah.
Üç gün orda toy oxuyub. Buna heç bir mükafat-zad vermiyiblər.
Gedib bir dənə xurma götürüb dükannan, deyib əhsən, bərəkəl-
Dostları ilə paylaş: |