ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


MƏNKABƏLƏR Mir Həsən Ağa



Yüklə 2,19 Mb.
səhifə13/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

4. MƏNKABƏLƏR

Mir Həsən Ağa

Bizdə Seyid Sadiq Ağa və Mir Həsən Ağa var idi. Mən Mir Həsən Ağanı 14-15 yaşlarında olanda görmüşəm. Siması nurlu insan olub. Seyiddərə nəzir verirlər, amma ki, o, nəziri hamıya paylayır. Ağa heç vaxt maşından, minikdən istifadə etmiyib. Mən özüm böyüklərdən eşitmişəm bir nəfər maşında gedəndə görür ki, ağa piyada gedir. Diyir ki, gəl otur, deyir, yox. Ağa səndən incimir. Gəlir görür ki, Ağa ondan qabağ bazarın yanındadı.


Mir Həsən Ağa yol daşlarını təmizləyir

Allah rəhmət eləsin, bir gün Şeyx Rəhmət Axundnan Mir Həsən Ağa (Şeyx Rəhmət Axund Çaxırlıdan olub. Mir Həsən Ağa Qizilağacli olub) piyada yol gedirmişlər, yayın isti gü­nün­də. Axund deyir, mən gedirdim, bir də gördüm Mir Hə­sən Ağa harda belə-belə daşlar var, (o, əli ilə daşın ölçüsünü göstərir) yo­lun ortasından daşları götürür, yolun qırağlarına düzür. Dedim:

– Ağa, gedək.

Dedi:


– Yox. Gecə ayaqyalın adam gələr dəyirmana, gedəndə ayağına bu daş ilişər. Ona görə də daşları götürüb qoyuram kənara.

Axund deyir, mən savadlı adam, mən alim gördüm, an­caq beləsini görmədim. Ağa belə deyəndə mən də qoşuldum ona, bu daşlardan götürüb kənara qoymağa. Getdim, bir dənə böyük daş vardı, qaldırmağa gücüm çatmadı.

Deyir:

– Çuxamı çıxartdım qoydum kənara, daşa güc elədim, nəhayət, götürdüm, daşı apardım qoydum kənara.



Mir Həsən ağa da o tərəfdə daş yığırdı. Dedi:

– Axund, Axund.

Dedim:

– Bəli.


Dedi:

And olsun oxuduğuva, o daşda mənim də əlim var.

Dedim:

– Əşi, mən götürdüm bu daşı, sənin necə əlin ola bilər?



Dedi:

– Yox, mənim fikrim vardı, bu daşı götürəndən sonra onu götürəcəydim. Ona görə də sən onu qaldıra bildin.

Yəni bizdə belə müqəddəs insanlar olub.

Mir Həsən Ağa qadına paltarını verir

Allah rəhmət eləsin. Aclığ dövründə həmin Mir Həsən Ağa burdan keçəndə görüb bir dənə qadın paltarının bir tərə­fi­ni tutub, cırılıb bir tərəfi açığ qalıb. Ağanın da çuxası var, al­tın­da da tuman-köynəyi var. Ağa gedir girir bir gizlin yerə, deyir:

– Qızım, qızım bura gəl.

Çəkir əyninnən tumanın çıxardır. Şalvarı çəkir boş bədəninə, deyir:

– Qızım, gələ bunu geyin əyninə.

Tuman-köynəyi verir həmən qadına, özü tuman-köynəy­siz qalır. Yəni belə-belə müqqəddəs insanlar olub.


Quyu

Bizdə kəramətli Ağalar çoxdu. Mir Həsən Ağa hələ onun kəramətinin əlaməti nədi. Yəni camaat onu Xırman­da­lı­da deyib arabaynan gəliblər ki, aparsınlar. Ağa deyib, siz ge­din, mən gələrəm. Arabaynan gələnlər gəlir görür ki, Ağa bur­dadı. Məmmədxanlı camaatı deyib, ay Ağa, bizim suya eh­ti­ya­cımız var. Kənd əhli yalvarır ki, ağa, cəddinə qurban olaq, suyumuz qəhətə çıxıb. Deyir, ağa dua oxuyub, sonra üzünü camaata tutub deyir ki, məni qovun, harda yorulub yıxılsam, orda quyu qazarsız, su olar. Ağanı qovurlar, qovurlar, yıxılır. Orda quyu qazırlar, su çıxır.


Oğru

Mir Həsən Ağanın kəramətləri nədi. Yenə bir gün onun həyətinə oğru girir, soğan oğruluğuna. Deyirlər ki, ay Ağa, oğ­ru girib soğanlığa. Deyib, ola bilməz. Gəlib baxır görür ki, so­ğanı dəriblər. Həyətin də hər tərəfi kolluğdu. Deyib oğru üçün: ay bala, ay bala, sən nə əziyyət çəkmisən. Halal xoşun olsun.


Sərçələr

Mir Həsən Ağa öz evində ata-baba ocağında məhərrəm­likdə, qədr gecələrində həmişə ehsan verərmiş. Mötəbər adam­lar, ağanı sevənlər ağaya divarlarında quşlar yuva salan köhnə evini söküb, yerində təzəsini tikməyi məsləhət görərmiş.

Mir Həsən Ağanın sora istiyiblər ki, evini söküb təzə­li­yələr. Onun da evində hələ çalğı çalınmıyıb. Deyirlər ki, gəl, ay Ağa, köhnə evdi də, qədimnən qalmadı, gəl bunu sökək, təzəliyək. Deyir:

– Yaxşı təzələdiz, bəs bu sərçələrin yuvaları hara gedə­cək?

Qoymuyub ona təzə ev tikməyə.

Maşın yerindən tərpənmir

30-cu illərdə mömin adamların başı çox müsibət çəkib. Ürəklərində Allah xofu olmayanlar, rühanilərimizi, seyid­lə­ri­mi­zi izləyib, çoxunu sürgünə göndərib vətəndən didərgin salıblar. Bir gün NKVD işçiləri Mir Həsən ağanı dini təbliğ etdiyi üçün günühlandırıb, maşınla harasa aparmaq istəyirlər. Maşın yerindən tərpənmir. Ağanı düşürürlər. Maşın işə düşür, ağanı mindirirlər maşın işə düşmür. Qərəz, bu möcüzə bir ne­çə dəfə təkrar olunduqdan sonra gələnlər:

– Biz səni görməmişik, – deyə kor-peşiman geri qayıdırlar.

Mir Həsən Ağanın mərhəməti

Nəql edirlər ki, Mir Həsən Ağa yolu çox vaxt pay-pi­yada gedərmiş. Rastına çıxan daşları götürüb, yolun kəna­rına qoyar­mış. Ağa yol adamı kimi, yol quşunun da bu daşlardan zərər görməsini istəməzmiş. Ağa adamları günah işlərdən çə­kindirər, onlara öz davranışı ilə ibrət dərsi verir, qəlblərində ədəb-ərkan çırağı yandırardı. Bir dəfə ağanı üstü açıq ara­ba­sın­da aparan şəxs öz atını bərk qamçılayır, ürəyi soyumur, hələ bir söyür də.

Ağa deyir:

– Bala, arabanı saxla!

Və düşür. Deyir:

– Sür get! Mən piyada gedərəm!

Arabaçı peşimançılıqla dillənir ki, ay ağa, olmaya xət­rinə dəydim? Ağa deyir ki, rəhmətliyin oğlu, bu at sənə nə pislik edib? Həm döyürsən, həm də söyürsən. Evinə suyu, out, ruzini atla gətirmirsənmi? Deyilənlərə görə həmin adam bu hadisədən sonra özü ilə qırmanc gəzdirməyi belə tərk edib. Masallı Qala bazarını gəzərkən və ya qonşu rayonlara gedən­də verilən nəzir-niyazları Mir Həsən Ağa həmin anda kim­səsizlərə və imkansızlara paylayarmış.

Pul saxla

Bir dəfə onunla uzaqdan gələn bir adam Ağanın səxa­və­tin­dən və alicənablığından heyrətə gəlib deyir ki, Cəddinə qur­ban olum, ay ağa, elə et ki, heç olmasa günorta yeməyə pul saxla!


Gəmiricilərin dəfi

Atamın başına gələndən danışım. Atam şəhərdə işləyən­də diyir ki, İrandan Azərbaycana humanitar yardım gətirmiş­di­lər: xurma, kişmiş. Bizə göstəriş verilmişdi ki, buları uşaq evlərinə paylamaq lazımdır. O vaxt güclü nəzarət altında idi, represiya dövrü idi. Hətta bir gilə kişmiş mən cibimdən götürə bilməzdim, yolda yoxlayırdılar. Atam diyir ki, bir gün ambara baxdım gördüm ki, siçan, mışovul xurmanı yeyir.

Getdim dedim indiki milis yox, NKVD olub. NKVD-yə didim, NKVD dedi, sən qorumalısan. Mən necə qoruya bi­lər­dim? Qaldım belənçiy, gəldim beşdiy taxtalar varıydı, oların içinə yığdığ, gənə də heç nə olmadı. Dedilər, siçanın mışo­vu­lun qabağın almasan, səni tutacuğ. Diyir ki, qorxurdum ki, mə­ni tutub aparacağlar. Dayanmışdım. Gördüm Mir Həsən Ağa gəlir, tez özümü yığışdırdım. Ağa yaxınlaşanda salam verdim. Ağa məndən soruşdu:

– Nəyə narahatsan?

Mən demək istəmədim. Ağa dedi:

– A bala, mən bilirəm. Mən istəyirəm ki, sənin öz di­lin­dən eşidim. Gördüm Ağa bilir hər şeyi. Mən danışdım Ağaya. Ağa dedi ki, narahat olma. Əlində əsa vardı. Atam diyir ki, hə­­mən əsanı binanın ətrafına gəzə-gəzə əfsun oxuyurdu. Əf­sun oxuya-oxuya yeri cızırdı. Binanın dörd tərəfinə oxudu. Qa­­pıya çatanda didi ki, get, rahat yat. Sən qorxub eləmə, mən özüm gedib danışaram. Atam didi, ağa diyəndən sora qarol­çu­ya təhvil verdim. Səhər gələndə hər dəfə qarolçu məni qar­şı­la­yırdı. Gördüm bu, yoxdu. Bu vaxtı bu yatmazdı. Mən gələndə həmişə ayığ olurdu. Gəldim soruşdum, dedim, nolub?

Dedi:

– Axşam siz gedəndən sora göy gurulladı.



Dedim:

– Gedim baxım, yoxladım binanı, sora gəlim girim içəri. Helə göy gurullamamışdı. İldırım çaxdı. Yer işıqlanmağıynan gördüm bir sürü pişik böyüklükdə ala-bula pişiyə oxşar şey­lərdi, cumur qapılara. Bir dəstəsi gedirdi. Məni vahimə bürü­dü səhərə kimi çıxmamışam ambardan. Getdik gördük ki, am­ba­rın qabağında siçanlardı ölüb. Bundan başa düşdük ki, bu ağanın möcüzəsidi. Atam NKBD-ni çağırıb. Olar görüb ki, yaxşı bir şey var. Sora o yeri məçid elədilər.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə