ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Yunis peygəmbərin insanları dinə dəvət eləməsi



Yüklə 2,19 Mb.
səhifə10/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Yunis peygəmbərin insanları dinə dəvət eləməsi

Yunis Peyğəmbər qohumunu dəvət elədi, Allaha inanın, Allah var, bütdən Allah olmaz! İnanmadı. Yunis peyğəmbər Allahdan bəla istədi, Allah dedi, verrəm bəla. Yunis bilir axı, Allah dedisə, verəcək bəlanı. Bular inamır. Yunis özü o ca­maatın içinnən çıxdı, qalmadı orda, bilirdi axı, Allah bəla gön­­dərəcək. Bilir axı, peyğəmbərdi, çıxdı gəldi dənizin qıra­ğı­na, gördü gəmiyə adamlar minir gedir. Bu da mindi gəmiyə. Bəladan qaçır da, Allahın bəlası camaatı qıracaq, mən də ölə­­rəm. Bu çıxır məna. Ama düz eləmiyib, adamdı dana, nə ol­sun peyğəmbərdi. Gəmiyə minənnən sora gəmini sürdülər də­nizin içinə. Dənizin ortasına gedəndə, ən yekə heyvan də­niz­də balinadı dana. Gəmini qalxızdı. Camaat doludu axı gə­mi­də. Gəldilər gəminin yiyəsinin yanına dedilər, bu nə olan şeydi?

– Vallah mən neçə illərdi bu yolu gedirəm, mənə belə şey rast gəlmiyib. Birinci dəfədi, belə şey heç olmuyub indiyə qədər. Birinci dəfədi aşır nəsə. Yəqin ki, anasınnan qaçan var, belə çıxır məna. Mənnən olsa bi nəfər atayın onun ağzına, yə­ni bilinmir əjdahadı, balığdı nədi. Həə, bir nəfər ata­yın onun ağzına, qoy çıxsın getsin. Yoxsa əl çəkməz. Ha­mı­mızı qıra­caq. Həzrəti Yusif də bu qısa müddətdə söhbətiy­nən buların hörmətini qazanıb. Peyğəmbərdi axı. Bular da bilmir pey­ğəm­bərdi. Gəldilər püşk atdılar, püşk gəldi düşdü Yunisə. Dedilər, yox, səni atmarıq, genə atdılar, genə gəldi düş­dü Yunisə. De­dilər, səni yox, səni atmarıq! Üçüncü kərəm at­dı­lar, genə gəl­di düşdü Yunisə, Yunis başa düşdü ki, anasın­nan qaçan mə­nəm. Peyğəmbərdi axı. Anasınnan qaçan mənəm.

Dedi:


– Məni atın.

– Atdılar, düşdü getdi. Qırx gün balığın qarnında qaldı dənizdə. O müddətdə camaat gördü bəla gəlir, bəla nədi, göy­də qara bulud. Qara bulud gəlir yavaş-yavaş əyilir bizə tərəf. Camaat qorxuya düşür. Deyir, düzdü gəlir bəla. Onda bir abid vardı, getdilər o abidin yanına, dedilər, bəs, biz nə qayırağ? Abid də bilir buların əhvalatın.

Dedi:

– Vallah, mən bir şey bilmirəm, ancağ bi dənə şey bi­lirəm. Deyim onu eliyin, ağlıma gəlir. Dedilər, de.



İndi istiyillər bular bəlanı qaytaralar. Yunisin deməyilə ra­zılaşırlar, indi Yunisi gəzirlər, tapmırlar. Tapmadılar Yunisi desinlər ki, iman gətiririk, qaytar bəlanı.Tapmadılar, getdilər abi­din yanına. Abid də dedi ki, şəhərdən cıxın cölə! Hec şə­hər­­də bi dənə adam qalmasin! Ancax, uşaqlar bir ayrilsin, böyük­lər bir. Məsələn, quzuu anasından ayırın bi qalsın, uşagı ana­sın­dan ayırın bi qalsın. Uşağ da, anasından sarı aglyər də­nə. Bə­la da, gəlir əyilir yavaş-yavaş. Ot alovdu gəlir. Burda bir va­himə düşdü, aglaşma düşdü, bu şəhrdən köcdülər. Ag­lamayan olmadi. Başina döyməyən olmadı. Allahın bulara rəh­­mi gəldi. Buların aglamagına. O bəla gəldi bulara lap ya­xinlaşanda da­yandi, bir az durdu, durdu, yavaş-yavaş qayıt­dı. Bəla cıxdı get­di balığ gəldi dənızin qiranisğına, ağzın acdı, Yunis salamat cıx­dı, qırağa. Gəldi qohumlarının yanına. Qohumlar yığışdı bu­nun başına, Harda idin biz iman gətirdik. Danışdılar, ta bu cür oldu, bu cür oldu. Bu cür elədik. İman gə­­tirdilər Yunisə. Nə­qə­də, az müddət, genə həmən, genə bax­madılar. Ə, bəladı gəl­mə­di, daha olmaz. Yenə başladılar əy­ri­yə, üyrüyə inammamaga.

Allahın Məryama övlad əta eləməsi

Həzrəti İsa Əleyhsəlam peyğəmbər, Allah ona Peyğəm­bərlik vermişdi, möcüzə vermişdi, ölünü diriltməyi vermişdi. Ölüylə danışmağı, kor gözü yoxdu, ona göz verməyi ona mö­cüzə vermişdi. Həzrəti İsa kimin gözü yox idi, əlin cəkirdi göz verirdi ona. Kim ölürdü, Allahın əmriylə dirildirdi. Allah di­rildirdir e, İsa istiyəndə Allah dirildirdi. Həzrəti Musaya ne­cə əsanı vermişdi, onun kimi buna da möcüzə vermişdi. De­dilər, bizə bir övlat ver, məscidə xidmətci qoyarıx. Allah bu­ların duasın eşitdi, gətdi Məryamı verdi bulara ovlad. Məryəm bi az böyüdü, apardılar qoydular məscidə, axı deyiblər, nəzir eliyib­lər. Verdilər məscidə. O dedi, mən cağırım, bu dedi, mən cağı­rım, püşk atdılar, gəldi düşdü Yəhyaya. Yəhya sax­la­dı. Daha Məryam yekəlib, yekə qız olub, məsciddə qalir. Bi kə­­rəm gəl­di, gördü Məryam namaz qılır, amma onun böy­rün­də, o tərəfdə bir şey fırlanır. Həzrəti Məryəmi elə qoruyur, hec kəs görmür. Elə qoruyur kişilərdən. Məryam namazı qu­tar­dı.

Dedi:

– Məryam, bala, bunu sənə kim gətirib?



Dedi:

– Vallah, sən məndən qabaq görübsən.

Məryam oldu bir yekə qız. Bi dəfə əvdə idi, gördü bir cavan oğlan girdi icəri. Cəkildi geri, dedi:

– Səni ant verirəm Allahın adına, mənə toxunma!

Cavan oğlan dedi:

– Qorxma, Məryam! Mən adam deyiləm, mən mələyəm. Məni Allah göndərib, sənə bir ogul əta edəcək. Məryam dedi:

– Mənim ərim var, mənim oğlum ola?!

Onun tutdu əlindən, qolundan pilədi, mələk pilədi, Allah eliyir dənə! Gəldi, bunun hamilənin qarnı böyüyəcək dənə, qarnı böyüyəcək. Qohum, qəbilə ona dedi, bu bici hardan qa­zandın? Məryəm nə qədər and icdisə qazanmamışam, ərə get­məmişəm, mən bi kişi görməmişəm. O qədər dedilər, dedilər, bu bici hardan qazanıbsan. Həə, nə qədər deyir, inanmirlar. Mər­yam şəhərdən cıxdı getdi, xurma ağacının dibində oturdu. Axı hamının zəhləsi gedir, yaxın qoymur camaat. Xurma ağa­cı acanda başin əyirdi, gəlirdi qabağına, yeyirdi. Hacan acı­xırdı, xurma ağacı eyilirdi, gelirdi qabağına, yeyirdi. Uşağı oldu, uşağı aldı qucağına. İndi genə acıxıb, xurma ağacı əyil­mədi. Allahdan nida gəldi! Ya Məryam! Məhəbbətin bölündü, getdi oğluna da. Həm mənə məhəbbət, həm oğluna məhəbbət!

Orda qalmayacax ki. Uşağı aldı qucağına, gəldi evlə­ri­nə. Gəldi, evlərinə, “bic balanı aldı qucağına, gəldi” daraş­dı­lar canına. Allah ona dedi:

– Deynən, mən orucam, danışa bilmərəm. Əlinlə işarə elə ki, uşaxdan xəbər alın.

O da Allah diyən kimi elədi, dedi, mən orucam, danışa bil­mərəm, uşaxdan xəbər alın. Dedilər, görürsən dünən uşax doğub, bu gün deyir uşaxdan xəbər al. Uşax danışa bilər?! De­dilər, bəlkə soruşaq, bəlkə diyəcək. Səni nətər qazandı? Həzrəti İsa acıx səsnən dedi:

– Mən bic bala deyiləm, mən Ruhullaham, məni Allah ya­radıb, mən bic deyiləm. Həə, dunən uşax doğula, bu gün da­nışa, bular təəccüb elədilər. Ta dinmədilər, daha danış­ma­dı­lar.

Sora Məryəm ərə getdi. Yusif adında bir adama ərə get­di. Ama Həzrəti İsanı böyütdü.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə