ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Allahın Əyyub peyğəmbəri sınağa cəkməsi



Yüklə 2,19 Mb.
səhifə12/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

Allahın Əyyub peyğəmbəri sınağa cəkməsi

(Əyyub peyqumbərin nuru camalına Salavat!)

Əyyub peyqumbər o qədər Allahın istəkli peyqumbəri idi, o qədər istiyirdi. (Allah ləhnət eləsin Şümürə!) On bir də­nə övladı varıydı. On bir dənə oğlu varıydı.

Dedi:


– Siz biət eləmirsiz, siz Allah tanımırsız, Allahın dediginən getmirsiz.

Dedi:


– Sən gedirsən?

Dedi:


– Bəli! Mən gedirəm!

Dedi:


– Sən gedərsən dana! Dövlət, on bir oğul, peyqumbərlik səndə. Mən nə qayırram, işdiyirəm, hec qarnım da doymur. (Bi dənə də inəyi bütöy yeyirdilər, ləhnət eləmişlər.)

Dedi:


– O dövlət olmasa da, mən yenə də Allahın dediginən gedərəm!

Allahdan səda gəldi! Allah Təbarak Talah Əyyubun oğlanlarını bir-bir qətl elədi ömrün. Qaldı öyladsız. Allah ona bir dərt verdi, bir dərd verdi, onu day şəhərdə qoymadılar. Özü də götürdü ailəsini şəhərdən cıxdı. Bir qalayca yapdı, getdi orda qaldı. Yarıya dərman qoymiyasan, yemiyə, nə olar?! Bu o qədər incəldi, incəldi, bədənini qurd basdı. Qurd əmərdi, onu düşərdi yerə, qurdu götürərdi qoyardı bədəninin üstünə, diyərdi ye, ay heyvan, Allah Təbarak Talah, məni sənə ruzu yaradıb, düşmə yerə, ye məni.

Ailəsi burdan düşərdi gedərdi, kəntlərdən, əvlərdən belə cörək yığardı, gətirərdi, verərdi, bu, yiyərdi.

Bir gün gənə bu ailə getdi gəzdi hər yanı, cörək tap­madı.

– Allah! Mən nətəhər gedim peyqumbərin yanına?!

Allah ləhnət eləmiş şeytan buna rast gəldi.

– Haradan gəlirsən?

Dedi:


– Peyqumbərə cörəgə getmişdim, tapmadım. Allah Talah qismət eləmədi, eli boş gedirəm.

Dedi:


– Cörəg mən verim sənə.

Dedi:


– Versən yaxşı olar.

Dedi:


– Sacının birini kəs ver mənə, verim.

Dedi:


– Yox! Sacımı yox! Nə olar be belə ver də, peyqumbərə aparım.

Dedi:


– Yox, sacını ver.

Sacının birin arvad verdi.

Gətdi ona be belə cörəg verdi.

(Allah ləhnət eləsin! Min təsbeh şeytana ləhnət!) Allah ləhnət eləmiş o yandan fırlandı, arvatdan qabaq getdi Əyyub peyqumbərin yanına, dedi:

– Arvadı buraxibsan, pis yola düşüb. Şahidəm mən. Sacların da kəsdirib.

Peyqumbər tanıyır, dedi:

– Allah sənə ləhnət eləsin!

Dedi:


– Bu da onun sacı.

Dedi:


– Görərsən, kişi də onnan gələr.

Bu cıxdı getdi, şeytan, Allah ləhnət eləmiş!

Arvad gəldi. Peyqumbərin gözü gəzdi, belə baxdı, gör­dü arvadın sacları yoxdu. Baxdı, dedi:

– Biy, şeytan, ləhnət olsun ona! Düz deyirmiş.

Dedi:

– Sacın sənin hanı bə?



Dedi:

– Ya peyqumbər! Cörəg tapbadım, cıxmışdım kətdən, bi dəə kişi rast gəldi, sacımı kəsdim, cörəg aldım.

Dedi:

– Allah ona ləhnət eləsin! O kişi deyil, Allah ləhnət eləmiş şeytandı! Sənin sacını kəsib, o cörəgi verdi. Allah ona ləhnət eləsin! Qabaxdan da mənə xəbər gətirdi.



Allah Təbarak Taladan səda gəldi!

Ey mənim həbibim! Get natəmiz şey ye, onnan bədənin yaxşı olar.

Peyqumbər salavatullah hər Allahın dediginnən agah idi.

Dedi:


– Getginən mənə namaz qılmiyandan, məni tanı­mıyan­dan cörəy al gətir.

Getdi arvad girdi kəndə, gördü bir arvad təndirə cörək yapır. Getdi onnan bi az danışdı elədi, gördü həə, bu namaz qılmır. Ondan bi az cörəg aldı gəldi.

Dedi:

– Gətdin?



Dedi:

– Gətdim.

Dedi:

– O nədi bilirsən?



Dedi :

– Cörək.


Dedi:

– Cörək dəyil.

Dedi:

– Onu ver əlimə.



Peyqumbər salavatullah əlində o cörəgi belə sıxdı, cörəgdən belə töküldü çirk, qan, irgənc bi şey.

Dedi:


– Namaz qılmıyan buları yiyir! Məni tanımiyan buları yiyir!

Ondan bi damcı yedi, peyqumbər sağaldı.

Gəldi, Allah Təbərak Talah onun on bir öyladını da ver­di, canını da sağaltdı. (Allah sənə ləhnət eləsin, şeytan! Bə niyə dinindən dönmədi?!)

Dinimiz neçə sütun üstədi?!

Dinimiz dörd sütun üstədi. Həqiqət, ədalət, mürüvvət, kəramət! Dörd sütun budu, dinimiz bu dörd sütun üstündə dayanıb!

Hər şeyə qadir olan yalnız Allahdı

Bi gün Musa peyqumbər getdi. Allahnan danışanda dedi:

– Ya Allah! Səndən xahiş eliyirəm, bi gün Allahlığı məə ver.

Dedi:


– Musa, apara bilməzsən.

Dedi:


– Aparram.

Dedi:


– Yox, apara bilməzsən.

Dedi:


– Ver də.

Dedi:


– Verdim get!

Musa gəldi, bi dənə gomuş yaratdı. Gomuş başladı, Mu­sanı qatdı qabağına, heç zad yoxdu. Dedi:

– Ya Allah! Allah! Allah! Gəl Allahlığını verim sənə! Xudavəndə bu mənim işim dəyil!

Allah dedi:

– Dedim mən sənə!

Tez Allah – tala qamış yaratdı, gomuş başını soxdu ora.

Musa dedi:

– Viy! Allah, sən yaxşı! Sənə qurban olum!



Musa peyğəmbərin Allahı görmək istəməsi

Bi gün Musa peyqumbər dedi:

– Ya Allah, səni görmək istiyirəm. Elə sadaynan danı­şıram. Görmək istiyirəm. Belə ürəgim istiyir səni görəm!

Dedi:


– Sən məni görə bilməzsən!

Dedi:


– Görrəm. Özüü görkəz.

Dedi:


– Yaxşı, gələrsən dağın başına, ora, görkəzərəm özümü.

Elə Musa gedür catanda ora, görür bi şüa gəldi, Mu­sa­nın gözü tutuldu, dünyanı hec görə bilmədi. Bi də ayıldı, dedi:

– Ay Allah, görükəydin də! Mən gəlmişdim səni görməyə.

Dedi:


– Mən görükdüm! Bə niyə baxmadın?!

Allahı görməy olmaz! Allahı heç kəs görə bilməz!


Həzrəti Əli

Heç kəs Kəbədə doğulmuyub, bi dənə Əli Əleyhissalam Kəbədə doğulub. Anası Fatimə Binti Əsəd getdi müşriklərə de­di bıra doğum evi döör. Deer onda gördüy ki, divar yarıldı, kadın girdi içəri. 3 gün kadın içəridə qaldı. Hamı gəldi tökü­lüşdü ki, bı necə oldi? Onnan sora həmən yerdən yenə divar ya­rıldı, kadın uşağ qucağında çıxdı. Çıxanda xəbər verdilər bı­nın atasına, gözəl oğlun olub sənin, övladın olub, ancağ gözzərdən binəbidü. Peyqəmbər dedi:

– Onu gətirün mənim yanıma.

Gətirdilər, aldı qucağına. Alan kimi qucağına uşağ aşdı gözzərini baxdı peyqəmbərə. Dedilər:

– Bı necə şeydü?

Dedi:


– Nur nura baxar.

Peyqəmbər barmağın saldı onun ağzına. O qədər süd tökuldü barmağınnan, deməy bir imam Hüseynə, bir də Əliyə peyqəmbər süd verib. Ona görə deyir Əli mənnəndi, mən Əli­dən. Vaxt gəldi Əli Əleyhissalam, Allah lənət elısin Maviy­yi­yə, cahi cəlalnan, qoşunnan Xəndəy davasına gedəndə, xə­bər gəldi dedilər ki, qoşun gəlir. Xəndəgin demək 4 tərəfin qaz­dı­lar. 3 metrə xəndəgin əni, 3 metrə dərinnigi. Gəldi qoşun hər iki tərəfdən. Birinci Əmirül Əbdəvid ərəbdə onun tayı-bəra­bəri yoxdu, qüvvəligdə, çıxdı. İkinci Əbul Həmid oğlannarı Harisnən o biri tərəfdən meydana çıxdı. Peyqəmbər üzünü tutdu qoşuna. Dedi:

– Ərəbdə bunun tayı bərabəri yoxdu. Kim bunnan sa­vaşa gedər.

Əli Əleyhissalam deyir mən. Getdi düşməni bi həmlədə məhv elədi.

Ücüncü dəfə də gedəndə peyqəmbər Quranı götürdü dua elədi. Dedi:

– Camaat, bunun ərəbdə tayı bərabəri yoxdu. Ondan Əliyə dua eliyün.

Getdi Əli Əleyhissalam durdu bunun qabağında.

Dedi ki, mən səni deməmişəm, ey Abu Talıb oğlu, mə­nim sənin atonnan rəfaqətim var. Yəni dosduğum var, ticarət eləmişüg uzun müddət. Deer sən deebsən ki, üş dənə şeyi elə, bi dənə qəbul eliyirəm. Dedi:

– Birinci sən qoşunuyu çək geri, səən peyqəmbərnən nə işün var? Səynən işi yoxdu ki?

Deer:


– Yox.

Dedi:


– Onda çıx get.

Deer:


-Yox, onda mənə qorxağ deyəllər.

Deer:


-Yaxşı, iman gətir.

Deer:


-Yox, onu da eliyə bilmərəm.

Deer:


– Sən atdısan, mən piyada. Əvvəl sən atdan düş, ata yazıq olmasın, Allahın heyvanıdı.

At ağladı. İmam biləcək axı.

Dedi:

– İndi sənin qanun qaraldaram.



Dedi:

– Sən, ya Əli.

Deer:

– Biz tərəfdə qaydadur, firsəndi düşmana verərük.



Ərəb Əlinin başına qılıncla vurdu. İki barmağ dərin­ni­gin­də yox, enində başına qılınc endirdi.

Allah-təala təbarəki və təəala Cəbrayılı göndərdi ki, get yerin altından dərman gəti. Getdi gətdi. Sürtü başına. Əlinin yarası sağaldı. Növbət Əliyə çatdı. Elə bir qılınc çaldı ki, bına bırdan bını böldi taaa iki para oldu. Dedi ki, nooldi?

Dedi:

– Alnım sajdı, ürəyim sajdı, dilüm sajdı.



Dedi:

– Alnun möhür görmüyüb, ürəyündə Allah xofu yoxdu, dilüvə də lailahəilləllah gəlmiyib. Lənətə vasil oldu.



Tacir və sail

Bir sail gəlir bazara, Masallının bazarına. Deer, Əli Əley­hissalam yolunda mənə bi qismət verün. Bu tacir bını itə­liyər, deyər Əli yolunda sənə hec nə vermərəm. Ordan durdu, üstünün tozunu-mozunu çırpdı, gəldi kəndə. Genə həmin ta­cirin qapısına gəldi, dedi:

– Əli Əleyhissalam yolunda mənə bi qismət verin.

Tacirin arvadı çıxdı nəyi varsa, qır-qızılın çıxartdı, dedi:

– Gala, Əli yolunda verrəm sənə.

Bı getdi bazara, bına heç bi tacir qiymət verə bilmədi. Tacir evə gəldi arvada dedi, hanı qır-qızılın?

Dedi:

– Verdim Əli yolunda.



Dedi:

– Əli yolunda veribsən?

Dedı:

– Hə.


Dedi:

– Bıləngüü ver mənə.

Bının biləngin bırdan kəsdi.

Dedi:


– Get, Əli sənin biləngüü versin.

Qayıtdı getdi bazara gördü ki, bazar ot tutub yanır. Gəldi evə gördü ki, ev də yanır. Gəlin də getdi bir karvansaranın böy­ründə yıxıldı qaldı. Axşamçağı, karvansara sahiblərinin xasiy­yə­ti idi, kecmişdə həməşə karvansaranın 4 tərəfini dolanırdılar ki, görək azannan-tezannan olar birdən. Bəli, gəldi gördü bi zənən xaylağıdır. Getdi arvadını çağırdı, apardilar təmizzədilər, evin o bitkasında başdadı o ibadət eləməgə. Həmən sail həmən bir­li­yant­dan getdi oldu çox varlı bi dövlət sahibi, böyük bir tacir.

Bir gün düşdü yolu həmən yerdən. Gedəndə bu karvan­sa­ranın yaniynan gördü ki, bu karvansaranın içində bi işığ yatır, qalxır. Qılıncın götdi, dedi, yani oğrüdü bu. Gördü yooo, bi övrət tayfasıdur, yuxarı qalxanda işığ bunnan qalxır, enəndə də enir. Hay gözzədi, gördü, yox, dedi, bu mümkün dööl bını alacam. Səhər gəldi bilara dedi:


  • Qızınızla evlənmək istiyürəm.

Dedi:

– Xeyir, bizib qızımızın ancaq ixtiyarı özündədi.

Bu gəlin deer:

– Onda 3 gün mənə möhlət verin.

Gecə gəldi aləmi ərvahda, yuxuda gördü, göy aləminnən taxt gəldi. Peyqəmbər, Əli, Həsən, Fatimə əyləşdilər. Pey­qəm­bər dedi:

– Ya Fatimə, əmün oğlu Əlinin yolunda onun biləngin ver.

Onun biləngin qoydu yerinə. Qız sağaldı. Ayıldl gördu əli yerindədir, getdi səjdiyə. Ta səhər açılannan sora gördu ki, bi­ləngi yerindədi. Səhər açıldı, bını bı tacir gəldi aldı, apardı. İndi nə tacir bilmir ki, bı qız kimdi, nə də qız. Vaxt gəldi tov­lan­dı. Həmən o cavan tacir vardı ki, bının biləngin kəsmişdi (qadının öz əri), mal-dövləti yandıqdan sora heç kəs bına pıl ver­mədi, düşdü sailliyə, oldu sail. Başladı dilənməyə. Bu dilənə-dilənə gəldi çıxdı bıra. Bılar da oturub səhər-səhər nahar edirdilər. Onda gördülər bi səs gəlir ki, Əli yolunda mənə bi qismət. Genə bı gəlin gümüşün parasın çıxartdı verdi ona. Oğlan da əlini saldı cibinə. Bir ovuc qızılı verdi Əli yo­lun­da. Götirdi, qızılı verəndə bu sail əyildi, kadın yerə düşən kimi bını tanıdı. Dedi:

– Ey filani, sənin yaxşı imarətin, dükan-bazarun vardı. Vəziyyətün də əla idi. Sorakı da hələ baxır. Nə oldu sənə belə hala düşdün?

Dedi:

– Vallah məni bədbəxlik tutdu ki, bu Əli yolunda arva­dım ən bahalı üzüyünü, öz gümuşun, zadın vermişdi sailə. Mən onun biləngin vırdım kəsdim, dedim, indi get Əli sənin bilən­guyü versin.



Dedi:

– Bax Əli Əleyhissalam mənim biləngümü verdi.

Bu baxdı gördü haaaa, bu həmən kadındır. Onnan sora kadın dedi:

– Mən səən inanmadığın Əli Əleyhissalam yolunda səə heç bi şey vermərəm.


Allah yolunda sədəqə ver

Biri peyqəmbərə deyir ki, istiyirəm dövlətim cox olsun. Deer, dövlətin çox olsun, sədəqə çox ver. Bir insan ki cox sə­də­qə verər Allahın yolunda, o bəla gəlsə, insana, Allah onu dəf edər.

Deer, bi cavan oğlanın toyu olacağmış, dedilər, ya Rə­su­lum, o cavanın toyu olacağ, dedi, onu toy güni ilan vıracağ bəy otağında.

İndi bı camaat peyqəmbərin yalan danışmağın görme­eb­lər axı, özzəri təəccübnən gözzeblər ki, görəy bı toy güni no­la­cağ. Həyqətənmi bi cavan öləcəy? Nə isə, 3 gün keçər, bi şey, olüm işi olmaz. Peyğəmbərə sual eliyillər ki, ya Rəsu­lum, sən dedün o cavan öləcəy axı. Dedı, gedün icazə alun onun sahibinnən, daxil olun onun otağına, onun mitəkkəsinin al­ti­­na baxun. Deer, elə belə de eliyillər, görüllər bi dənə ilan qorulub durub balışın altinda. Deyər, nə gördüz? Deyər, bi dənə ilan. Çün o oğlan bəy çıxanda, evdən çıxanda sədəqə çı­xarmışdı. O sədəqədi ki, qoymuyub orda ölüm olsun.


Söyləyicilər:

Hacı Mir Qiyas Təhməzov, doğum tarixi 1944, təhsili orta , Masallı şəhəri

Hacı Niftulla Abbasov, doğum tarixi 1940, təhsili orta, Alışanlı kəndi

Gülsüm Muradova, doğum tarixi 1937, təhsili natamam orta, Xallıcalı kəndi

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi

Molla Kərbəlayi Nüsrət Qızılağaclı, Qızılağac kəndi, dünən və bu gün, B., 2003

Ağaverdi Novruzov, doğum tarixi 1940, təhsili orta, Ərkivan kəndi

Südabə İsayeva, doğum tarixi 1952, təhsili natamam orta, Ərkivan kəndi

Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili natamam orta, Ərkivan kəndi

İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi

Rəfayıl Vahabov doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi

İmran Tağıyev, doğum tarixi 1927, təhsili orta, Ərəb kəndi

Bilqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırmandalı kəndi

Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixtisas, Xırmandalı kəndi

Məhəmməd Abıyev, doğum tarixi 1927, təhsili orta, Köhnə Alvadı kəndi

Mir Yaqub Abdullayev, doğum tarixi 1961, təhsili orta, Bam­başı kəndi


Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Nuridə Muxtarzadə

Qurban Əliyev

Çiçək Əfəndiyeva

Vüsalə Kərimova



3. DİNİ NƏSİHƏTLƏR

Görürsüz hevvanı nə formada xəlq eylədi. Dörd qıçı var. Heyvana o qədər agıl, şüur vermiyib, amma o hər agzın atıb, yerdən yeməy yeyəndə, başın qaldırır Allah dərgahına, hər ved­rədən su içəndə, başını qaldırır Allah dərgahına şükür eli­yir. Biz də Allah-Talaya ibadətdə Allaha səcdə eliyürük. İşi­mizi-gücümüzü görürük, onda səcdə yadımza düşmür. Təkcə ibadət eliyəndə yadımıza düşür. Ona görə səcdə eliyün. Qaldı, Allah-Tala insanlarçın heyvanlarçın torpaqdan gör nə qədər bol-bol nemət, meyvə, bitki bəxş edib. Kökləri yerdədi, baş­darı yuxarıda, lakin onlara fikir verün. Hamısı çıxandan sonra Allaha səcdə eliyir. Ağac da bar gətirəndə Allaha səcdə edir. Sən isə ibadətdə mənə səcdə edir, amma bütün yarat­dı­ğım gül­lər-çiçəklər hər zaman sənin qarşunda baş əyirlər. Al­lah-Taala deyir, yaratdığım bəndə, qədrini bil. Mən bu dün­yanı sizin üçün xəlq eyləmişəm, gen dünya eyləmişəm. Sən ça­panda, mən bilirəm, sən necə çapırsan. Necə gəzirsən, necə dolanırsan bu dünyada. Amma axirətini gözünün qabağına gə­tir. Yəni cavanlığınnan qocalığıva saxla. Varundan, dövlətin­dən kasıblığıva saxla. Əlivü nə açma, çox tökülməsin, nə də yumma. Sənə o ruzivi qismət eyləmişəm, sənə sınamaq üçün var-dövlət verirəm. Görüm kasıba əl tutacaqsan?

Görüm hələ bir kasıbı, yetimi qaldıracaqsan, yoxsa sən var-dövləti yığ altıva ki, hac gəlib boynuma. Haca gedirəm. Xeyir, hacc heç kəsin boynuna gəlmir. Allahın evidir, hər za­man gedə bilərsən. Halal pulla gedə bilərsən. Sən hər nə qədər qazansan, pul yığsan, qazandığıvın üstünə gör nə qədər xums, zəkat gəlir. Bəli, kim onu ildə verir. Heç kəs vermir. Dövlətti heç vermir. Kasıb gənə də verir. Qızılı salmayanda xums gə­lir. Heç olmasa o puldan çıxarıb verin bir kasıba. Deyin ki, filan salmadığım qızılın xumsudur. Qalır, qalır hacca gedəndə yada salırlar ki, xumsu, zəkatı gətir ver. Biz paylayacıyux. Bu xumsu, zəkatı niyə mən öz əlimlə verib, savab qazanmayıb. Ni­yə özgə əliylə verib, özgə savab qazansın. Sən onun özünü öz əlinlə ver, o savabı qazan. Haca gedir filankəs. 100-200 ma­­nat mənim xumsumdur. Yığdıdığın xumsu neçə ildir, 200 ma­nat edir. Sən ildə onun 20 manatın versön kasıba, sənin xum­­sun gedər üstünnən. Onu yığasan, yığasan neçə illər, haca ge­dəndə deyəsən, haca gedir. Gətirəsən verəsən mollaya, axuna.
* * *

Dinimizdə-imanımızda bunlar hamısı əfsanə sözlərdir. Bunlar hamısı xürafə sözlərdir. Dini əldən aparmaq üçün. Nə üçün cənub bölgəsində olur ki. Cənub bölgəsində, burada din güclüdür. Hər kəs cadügarın yanına gedərsə, hər kəs caduya inana, o, kafirdir. Dünyada da, axirətdə də. Bunu Peyğəmbər Həzrətullah deyibdir. Cadu yoxdur, cin var. Cin apardı sözü yoxdur. O, bir məxluqatdır. Ruh cövhərdir, ruh təmizdir, ruh ucadır, ruhun bir yerdə olmağlığı yoxdur. Hər yerdə ki, Allah var, ruh da ordadır. Allahın misalındadır ruh. Deyir, misal bu­dur ki, bir dəstə buket gül veriblər, əlində gül var. O gülü sənə verənə təşəkkür edirsən. Özüvə fəxr edirsən, mənə gül verdilər. Onu bir güldana qoyursan, beş gün, on gündən sonra o güllər töküldü. Deyirsən, qızım, gəlnim, anam, balam de­yirsən bu gülləri burdan yığışdır. Deyirsən, bu stolun üstünə bir əl çək, zibili ordan təmizlə. Day gül demirsən, vaxt vardı buket gül idi. Bala, əlivi yavaş vur da ora, tikanı var. Tikanı əlivə batar.

Sənə gülü verən sənə deyərdi ki, gələ, xanım, sənə gül ve­ri­rəm. Əlivə tikan batır amma indi deyirsən tikanı var. Öz­də apa­rıb ayağ altına tökmə, zibil yeşiyinə tök. Nə üçün? Ayağ al­tına tökərsən, özgəsinə əziyyət yetirər. Gülün yarpağı da or­da­dır. Niyə tökürsən ora, yaraşığı vardı, indi yoxdu, ona görə. Onu bir yerdə saxlıyan nə idi. Onun tərkibindəki su idi. Suda quruyandan sonra deyir, insanı da təravətli edən, insanı da qiy­mətli edən, insanı da bir birinə məhəbbətini edən onun ruhu­dur. İnsanın da ruhu olmasa cazibəliyi olmaz. Odur ruh bədən­dən çıxandan sonra ay amandı, tez olun, qüsulunu verin. Əl vur­ma, mən qorxuram e, bu öldü. Dünən mənnən bir yerdə idi. İndi ni­yə deyirsən qorxuram. Çünki onun ruhu ayrılıb, biz gör­mürük. Görmədiyimiz nədir, onun ruhudur. Necə ki gül­dən ay­rıl­dı, deyir ruh misalı həmən gülün tərkibində olan su qismindədir.
* * *

Cin – onu Allah oddan yaradıb. Şeytan elə özü cin tay­fasındandır. Amma cin olmağına baxmayaraq hər sürətə dü­şər. Hətta itin, donquzun sürətinə də düşər. Cin tayfası ilan qismində də görünə bilər. Ancağ İmam və Peyğəmbər sürə­tinə düşməz. Amma məlakə də məxluqdur axı. Məlakə də qiy­mətli bir əlamətdir. Məlakə də hər sürətə düşər. Məgər it­nən, donuzun sürətinə düşməz. Meyid yuyulan yerdə lopa yan­dırardılar. Onları mən oradan götüzdürdüm. Bular hamısı xürafə sözlərdir.


* * *

Deməy istiyirəm, görəsən yas mərasimində ağlamağın nə mətləb verir. Mətləb məhəbbəti əbədiləşdirməkdir. Ona zinət verməkdir. İkincisi, bi zinət yoxdur, göz yaşı tökmək zikir elə­mək İmam Hüseyn macərasın niyə aradan götürülmədi. Götü­rül­məyəcək day hey nə qədər dünya var. Gərək göz yaşı tökə­sən İmam Hüseyni daha doğrusu desək əmanətin kəsb edəcək.

* * *

Badisəlam qəbirsanlığı var Kərbəlada, ora pis əməllər gedəcəy ora. Axırıncı İmam gələcək inşAllah olara baxacaq. Mələklər gedir Allah dərgahına, Allah soruşur ki, niyə gəldiz? Niftullanın canı çıxdı, qoydular qəbirə, biz də gəldik. Deyir, qiyamətə qədər Niftullanın yanında qalın. Tək qoymuyun, da­rı­xar. Deyir, mənim yaratdığım bəndəni tək qoymuyun. Ge­din, qiyamətə qədər onun yanında qalın. Məsələn, Allah-Taala on bir ayı bizə verib. Yeyin, halal xoşunuz olsun, on bir ay elədiyiniz günahları mən bağışlayıram. Amma bir ay mənə oruc tutun. Payızın yarpağları kimi sizin yarpağınızı tökəcəm. Görürsən Ramazan ayında orucu tutmadın.



Mənə səcdə elə. Adəm kimi peyğəmbər, yüz iyirmi dörd min peyğəmbər mənə səcdə elədi. Bəs sən kimə arxayınsan. Mə­nə səcdə eləmirsən. Ey mənim yaratdığım bəndə. Oğul istə­misən vermişəm, qız istəmisən vermişəm, mal vermişəm, dövlət vermişəm, sənə ağıl vermişəm, işiğ vermişəm, göz vermişəm, qulağ vermişəm, nə istəmisən, sənə vermişəm, onun qarşısında mənə səcdə elə. Namaz qıl, orucuvu tut. İndi mən namaz qılmı­ram, oruc tutmuram, öz də deyirəm, Allah, səni yaxşı tanıyıram.
* * *

Peyğəmbərə deyirəm, səni yaxşı tanıyıram. Deyir, ay üzün qara olsun, nə dərinnən məni tanıyırsan. Deyirəm, namaz qıl-qılmırsan, oruc tut, tutmursan, xüms ver, vermirsən, zəkat ver, vermirsən, bəs nətər yaxşı bəndəsən. Mən səni işiqlı dün­yaya gətirmişəm. Sənə yüz il, əlli il ömür vermişəm, sənə ya­raşıq vermişəm. Musa peyğəmbər, Yusif peyğəmbər durdu ay­na­nın qabağında dedi, ya Rəbb, görəsən mənim kimi gözəl pey­ğəm­bər yaradacaqsan? Musa dedi, elmə bax, məndə, gözəlliyə bax məndə. Yusif də dedi bu sözü. Allah dedi, ya Yusif, gözəlliyivə arxayın olma. And olsun izzət-cəlalıma, vaxt olar səni on yeddi-on səkkiz qara pula satdıraram. Qardaşları gətirdi onu on yed­di-on səkkiz köpük qara pul aldı. Aldı gətirdi Misirə. O boy­dana Misir, o gözəl Allah Yusifi hardan-haraya gətirdi. Bütün camaat onun qapısına töküldü. Qardaşını da onun qapısına gətirdi. Üç dəfə qardaşları gəldi Yusifin qar­şı­sına. Yusif zindanda olanda Allaha səcdə eliyibdir, yatanda səc­də eliyirdi.


* * *

Ağa Mirzə, Allah rəhmət eləsin o mollanı. Onunla çox mollalığ eləmişəm. Onun atasıynan mənim salam əleykim vardı. İndi deməyim budur ki, axşamnan yatıram ailəmin ya­nında, görürəm ki, gedirəm mən Bakıya, Moskvaya. Özüm yat­mışam e, mən. O ruh mənim bədənimdən çıxdı. Peyğəm­bər buyurub mənim yatan hümmətimi birdən qaldırmayın. Bi­ri ki gəldi, soruşur ki, filankəs hanı? Deyir, yatıb. Deyir, dərhal onu çağırmıyın. Lapdan başlıyar ürək dayanar. Yavaş-yavaş çağı­rın. Niftulla, Niftulla səni çağırırlar. Bir var Nif­tul­la, Niftulla hay, ruh gəlmədi, ürək dayandı. Ona görə gərək asta-asta çağırasan. Yatıbsa, ruh bədənnən çıxıb. Hey hər yeri gəzir.


* * *

Bəzi adam deyir ki, cənazə niyə ağır gedir. Deyirlər ona görə ağır gedir ki, bunun qardaşı Rusiyyətdədi, gəlmiyib, oğlu gəlmiyib. Yalan sözdü. Onun ruhu əməli yoxdur. O ruh gedir görür inkir-minkir bunu gözlüyür. O durur gəlir, deyir, ay evi tikilən, əməlin yoxdur. Məni incidəcəklər. Ruh buna deyir, get­mə, ona görə cənazə ağır gedir. Əgər əməlin yaxşı olsa, qar­daş-bacı sənə qurban olum, görürsən Ərrəhman deməyə aman vermir. Əməli yaxşıdı. Əgər mənim əməlim olmasa, ru­hum getmir. Deyir, burda qalsam, xeyirdi mənə. Məni bu yerə gətirən qəbirdə də hər yerdə, Adil axşamla bura gələn mənim ruhumdur. Mən özüm yatmışam, çörülmüşəm torpağda. Ru­hum gəlir, yoxluyur gedir. Əgər mənim ruhum gəlir görür evim­­də mənə yasin oxutdururlar, ya bir ehsan verirlər, ruhum şad gedəcək. Yox, gəldi gördü mənim Əhli-beytim televizora baxır, heç məni yada salmır, bədvaris kimi gedir. Bir var de­yə­sən bivaris, bir də var deyəsən bədvaris. Bivaris övladı ol­mayanlardır. Bədvaris övladı olub, onu yada salmayan­lar­dır.


* * *

Ey Füzuli məndəxi aləmdə bir ad eylərəm, bəs o nədi? Dedi, o, Kərbəla şəhidlərinindi. Dünya durduqca o duracaq. Seyyidlik Haşimə verilib. Haşimdən sonrası hamı seyiddir. Al­lah-tala ruhi məhbusi yaradandan sonra bu qələmə baxdı, qələm haçalandı. Dedi, yaz. Yazdı La İlahə İllAllah, öz də beş kim­sənin adını Allah-Taala öz adından götürüb. Dedi, yaz Mu­həm­məd RəsulAllah, peyğəmbərimizin adı Muhəmməd, adı Allahın Mahmud adından götürülüb. Buların ikisinində mənası var. Bu Mahmud Məhəmməd yerim, göyüm mənimki deməkdi dedi.


* * *

On səkkiz min aləmlər yaradıb Allah-tala. Onun altı mini cəmadətdi, altı mini nəbadətdi, altı mini heyvanət. O hey­vanətdə biz də varıq. Bütün bu cəmadət, nəbadət, ca­maatda meyillik də var bir-birinə. Meyilliyin təkamülü keçir şəhvətə. Şəhvət heyvanətə aiddir, biz də heyvan sayılırıq. Şəh­vət heyvanat deməkdir. Heyvanatın özü də iki cürədi: bir var şüurlu, biri var şüursuz. Məhəbbətin özü də iki cürdü. Bir var şüurlu məhəbbət, bir də var tədrici məhəbbət. Şüurlu məhəbbət sipiçkaya bənziyir, yandırdın alışdı, söndü. Tədrici məhəbbət isə yavaş-yavaş olur. Uzun çəkir. Tədrici məhəbbət də sönür. Bunun təkamülü eşqdi. Eşq nədi, eşq Allahadır. Mə­həb­bət bitə bilər, eşq bitə bilməz. İlahi eşq, o, insanın maya­sındadır. Necə ki maqnit dəmiri çəkirsə, o eşq də səni Tanrıya tərəf çəkir. Biz ondan qopmuş hissəciklərik. O eşq bitərsə, kafir olursan. O sönmür.


* * *

Peyğəmbər Əleyhisalam buyurub ki, kafirin qəlbində Qu­ran qərarlaşmaz. Ancağ o sözlər ki eşidilir, kimnənsə onu gərək götürəsən, istifadə edəsən.


* * *

İmam Həzrət Əlidən hədis var: Sədəqə ver ki, gələn bə­la­nın qarşısın alsın. İnam böyük şeydi, gərək inamın ola ki, inanasan.


* * *

Çox diqqətdi insan idi Mir Tağı Ağa. Qonşuya, qonuma, cəmiyətə qarşı tamam başqa adam olub. Onun bırda hüzürü düşəndə, inanun o qədər millət tökülmüşdü. Mənim heç ağ­lı­ma sığmazdı ki, elə adamlar orda ağleerdı ki, şəxsən oların öz valıdeynləri öləndə oları ağlıyan görməmişdim.

Ağanın yanına nəinki ətraf kətdərdən, respublikadan gələnnər olurdu. Bı Asif Kəngərlinin anası rəhmətə getmişdi, bi­zim bi Vasif Məmmədəliyev, sora bir cox alimlərimiz iş­ti­rak eliyirdilər. Orda ağaya bi-iki sual vermişdilər. Sualnan bağ­­lı məsələ çıxdı ortiya. Demə, bu da Bibliyada yazılıb əs­lin­də o hadisə. Mən də bilmirdim, sən demə, bı kitab kül­li­yatda satışda-zadda yoxdu. Bı Ermitajda-zadda saxlanan ki­tablardı. Bı ədədnən olan kitablardı. Ağam dedi ki, o kitabdan mən­də var. Vasif məllim dedi, əşi, ay ağa, ay ağsaqqal, o ki­tab­dan sizdə ola bilməz axı. Qoy təfərrüatıynan o qardaşım danışsın.

Deer peyğəmbər salavatullah deyir ki, Quranda yazılır ki, dağları yerə bir dirəy, dayanacağ olaraq düzəltdim mən. Ağalar da elə bil ki, bı yer uzündə cəmiyətin bi dirəyidilər. Ağa­ların elə möcüzəsi elə ağalığlarıdı. Hökman döör ki, ağa­lar hansısa bi sehirbazdığ eliyə, deyələr hə, bı ağadı. Ağanın kəraməti onun dediyi sözündədi, onun o nəfəsinin gücündədi.

Hə, böyük qardaşımın dediyi kimi söhbət Bibliyadan get­mişdi, qayıdıram o söhbətə. Orda demişdilər ki, ay ağa, bı kitab sizdə ola bilməz. Bibliya belədi ki, o tomnan verilir, özü də abunəçilərə.

Mən bir az kənara çıxacam mövzudan. Mən də Rusiya­da olanda bir sosyoloq qadın var idi, onnan bir dini müba­his­əli söbətimiz alındı. O bizim peyğəmbərimiz, qadınlarımız, mil­lətimiz haqqinda artığ-əskik danışdı. Mən ona cavab ver­dim ki, siz qadınsuz, amma etikanı gözdəmirsüz. İkincisi də, əgər siz doğurdan da dindarsuzsa, mən belə görrəm ki, sizin heç din aləminnən xəbərivüz yoxdu. Çünki din elə bi xətti ki, bütün insanları ümumbəşər dəyərlərə çağırır. Siz isə tərsinə, insanları ayirmağa başdıyırsuz bırda. Cəmiyyət formalaşanda əvvəldən bir sual qoyulur ki, bu niyə belə oldi. Hər şey sual­dan başlayır. Niyə insan yarandı? Niyə Allah-tala belə elədi və s. Niyə bı insannarın seçilmişin deyəy seyyid­lə­ri, ağaları ya­ratdı? Nə idi səbəb? Yəni hər hansı bir cəmiyətdə lider ol­ma­sa, o cəmiyəti irəli aparan, təkamülə aparan qüvvə yoxdu. Ya­nı lider olmalıdı. Mən belə başa düsürəm ki, ağalar da bı nöqteyi, nəzərdən Allah-talanın yer üzünə göndərdiyi hərə­kət­verici, aparıcı lider qüvvələrdi. O qüvvələr cəmiyyəti sağlam düşünciyə, sağlam fikrə və cəmiyyətdə Allahın dediyi qayda, qanunlara əməl eləməyə aparan insanlardı.

Qayıdıram bayağkı söbətə, mən bı qadını, rusu, laqiçnı dayandırdım. Dedim mən sizə sualar verəcəm, siz mənə hə və yox cavabları verün. Kankret. Sora mən bına belə suallar ver­dim. Mən başdadım Quranın tədrisinnən. Dedim, Adəm (ə.) sizdə 1-ci peyğəmbərdi?

Dedi:


– Bəli.

Dedim, bizdə də.

Sizdə, Həvvadı?

– Bizdə də Həvvadı.

Sizdə Avraamdı?


  • Bizdə İbrahimdi.

Sizdə İosifdi?

– Bizdə Yusifdi.

Əlqərəz, diyə-diyə gəldim, dedim, bəs yaxşı, əyər səndə deyənnəri bizdə də deyirsə, sənə elə gəlmirmi ki, sən öz kita­bıvı təhqir eliyirsən? Bı, qalxdı ayağa, oturdu. Onda mənin 29 yaşım var idi. Dedi, mənimlə hələ bu yaşda cavan bir uşağ, bu mövzuda belə məntiqqnən mubahisə etməmişdi. Soradan mə­nə dedi ki, mən sosioloq professoram. Həmən o qadın mənə Bibliyanı göndərdi. Bax, Bibliyanın bizə gəlmə tarixi belə olub. Getdim bir gün Bibliyanı götürməyə, aparanda Asif Kən­­gərli dedi, ağa, ver mənə, mən baxım. Mən dedim ki, ola bilməz ki, sizdəki ariginaldı. Məndə var, detski Bibliyadı. De­dim, buyurun. Aldı, baxdı. Qalxdı ayağa, dedi, ağa, mən siz­dən üzr istiyirəm dəfələrnən. Dedi, ağa, səhf elədim. Xalam oğlan­narı məə təkid elədi, amma doğurdan da arginal Bib­liyadı.

Ümumiyyətlə mənim fikrimcə yer üzərində ariginal xris­tian, yəhudi kitabı yoxdur. Bı dəqiqdi. Cünki Buxtir Na­sirin dövründə bütün kitab və kitabələr ləğv olunub.

Atam bizə başqa dinin kitablarının oxunmasına heç vaxt qadağa qoymamışdı. Sadəcə bi şeyi deyirdi. Yadıvuzda sax­lıyun, deyirdi, Allah birdir. Bizdə deyirük üsuliddin və fi­rudiddin var. Üsuliddin 5 şərtdi, firudiddin 10 şərtdi. Bı 5-10 şərt biri onun ideyasıdı, biri də əməllər formasıdı. Biri dindi, bi­­ri şəriyətdi. Bu, ümumiyyətlə, İslamdı. İslam sözünün mə­na­sı Allaha təslim olmaqdı.

Atam deyərdi elmi elə öyrənün və nəticə çıxardun ki, küf­rə getmiyəsüz. Elmi varranmaqçün oxuma, elmi insan olmaqçın oxu.


* * *

Ona görə də Mir Tağı Ağanın təbliğatdarınnan, məslə­hət­dərinnən biri də bu idi ki, övladdarım, həmişə dinin bizdən tələb elədiyi normaları gözdüyün. Yəni heç vaxt yerli-yersiz, artığ-əksik danışmeyun. İnsannar arasında özüvüzü heç vaxt üstün göstərmiyün.Yanı bu etikadan kənar olan şeylərdi, dinimiz də bunu bizə qadağan eliyir. Çünki peyğəmbərdən bizə hər şey nümunə gəlir ki, o zaman biz kimi belə dördkünc mizdə oturmuyub, həmişə dairəvi mizdə oturub. Bu özü bizə bi örnəgdi ki, o dəyirmi mizin arxasında oturmağın özü bəra­bər hüququ göstərir. Ona görə peyğəmbər (sav) bizim üçün bir etalon və bəşər üçün böyük bir nümunədir. Ən pisi indi odur ki, insanlar dinin pərdələri altında cürbəcür vasiyələrə ge­dillər. Yəni peyğəmbər (sav) özü də narahat idi bu kimi mə­sələlərdən ki, mənim ümmətim 73 firqiyə bölünər. Bının 72-si batil olar. Biri düz olar. Yəni biz indi ayırd eliyəy görəy 73-dən hansı bizüy, hansı biz döyülüy. Hamı deyir ki, biz dü­züy. Quran deer helə döör. Quran deer nəyi istiyirsənsə bil­mək düzdü, Qurana istinad elə. Ona görə də böyük mütə­fək­kir alim Təbrizdə anadan olmuş (1903-cü ildə ana­dan olmuş) Se­yid Məhəmməd Hüseyn Əvvamə Təbai yazır ki, özünün təf­silən mizanında, deer ki, mən bütün bı işdərin gedişatında məəttəl qalıram ki, Allah-tala bı nizam-intizamı gön­dər­məy­nən insannar nətər olur ki, bu pis yollara gedillər. Məsələ bu­dur ki, onlar Quranın təfsilin Qurana istinadən eləmillər. Hər kəs öz biliy dairəsinə istinadən eliyir. Ona görə də tarıxçı ta­rıx tərəfə, riyaziyyatçı riyazıyyat tərəfə çəkir.

Atamıznan həmişə elmi mübahisələrimiz olurdu. O de­yirdi ki, fikrivi həmişə əsaslandır. Ağa ali təhsilli idi. Texni­ki savadı var idi. Energetika sahəsini qutarmışdı. Amma dini təh­­sili də var idi. Bizim Alvadı kəndində Ağababa var idi, olar oxumuşdu, ağa da olardan təhsil almışdı. Atam bıra gə­lən­nən sora, yanı örgənənnən sora da qadağan idi o vaxtı, atam gizzin oxuyurdu. Mən də atamın cibinnən götürürdüm o yazıları oxuyurdum. Həvəsim var idi. Sora ha yavaş-yavaş oxu­dum, örgəndim mən də. Atam bir gün dedi, mənim cibimə əl girir kimsə. Bını kim eliyir belə? Dedim ata mən girirəm. De­dim, ata, mən bını götürürəm belə, oxuyuram başqa şey elə­mirəm. Dedi, oğul, da niyə gizzin eliyirsən? Mənə de sənə də deyim. Sora soruşdu mənnən, gördü bı oxuduğların mən də bilirəm. Bınçın marağlı oldu.
* * *

Deməy, babamın iki oğlu olub: Mir Alı, Mir Rəsul. Mir Alı 1942-ci ildə müharibəyə gedib. İtgin düşüb. Hələ indi də onnan bir məlumat yoxdu. Çox araşdırmalar apardım. Yalnız it­gin düşənnər siyahısında və 1942-ci ildə Yardımlı ra­yonu­nun vayenkomatınnan müharibəyə çağrıldığı göstərilir. Onnan başqa heç bir məlumat yoxdu.

Atam 1937 təvəllüddü. Yeganə oğul o qalıb. Rəhmətdik babam deyərdi ki, mənim oğlum bir olub, istərdim ki, 7-8-10 nəvəm olsun, oları oğlum kimi qəbul eliyim. Bizdə də Allaha çox şükür ki, 8 qardaşığ.

Atam rəhmətdik deyərdi ki, seyid o deyil ki, hamının qar­şısında başı yuxarı gəzə və deyə ki, mən seyidəm, hamı mənim qulluğumda durmalıdı. Allah-tala bizi ona görə yara­dıb ki, bütün Allah bəndələrinin qulluğunda durağ. Haqqı na­haxdan ayıra bilək. Heç vaxt özüvü yüksək tutma, qoy Allah səni yüksək tutsun.


* * *

Mir Rəsul Ağanın bi dənə sözü vardı, deyirdi, bala, Al­lah nə istəsən bu gün verər sənə, yetər ki sənin inamın yüksək olsun. Deyərdi inamı yüksək olan insanların nəfsi zəif olur, tamahı zəif olur. Ağanın bir xasiyyəti vardı, Azərbaycannan kə­narda nə istehsal olsaydı onu yeməzdi. Nə yağı, nə kanfeti, hec bir şeyi. Uzağ bi yerə gedəndə də ərzağın özünnən götü­rərdi. Deyirdi, bala, elə bilirəm nəfsimə haram qatsam, elə bil mədəmdə bir qoruyucu var, o həmın tikəni geri qaytarar. Ona görə də istəmərəm özümə də əziyyət verim, başqalarına da.

Bi də görərdün mən ya da başqa övladarınnan biri han­sısa özünün tay-tuşlarınnan gəlirdüy bizə ya nərd, ya da nə­bi­lim, damino-filan oynamağa, ağanın acığı tutardı. Deyərdi on­nan­sa gedin bir vərəq Quran oxuyun, ya bir dini kitabnan ma­rağlanın. Zeynivi dəyərli şeylərnən yüklə.

Elm oxumağ tərəfdarı idi. Deyərdi, bala, ancağ oxuyun. Mənə sizin heç bir işiniz lazım deyil. Siz oxuyun.


Söyləyicilər:

Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi

Hacı Mir Qiyas Təhməzov, doğum tarixi 1944, təhsili orta, Masallı şəhəri

Hacı Niftulla Abbasov, doğum tarixi 1940, təhsili orta, Alışanlı kəndi

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi

Hacı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali, Qızılağac kəndi

Musarza Mirzəyev, doğum tarixi 1958, təhsili ali, Mahmudavar kəndi

Mir Əli Tağıyev, doğum tarixi 1956, təhsili orta, Masallı şəhəri

Mir Möhsün Tağıyev doğum tarixi 1961, təhsili ali, Masallı şəhəri

Mir Rafiq Bədirov, doğum tarixi 1965, təhsili ali, Şıxlar kəndi


Toplayanlar:

Füzuli Bayat (Gozəlov)

Nuridə Muxtarzadə

İlahə Heybətova




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə