ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə22/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Mircənnətin yuxusu

Bizim bi qonşu var onun on səkkiz il evladı olmeeb. Ar­xa qonşuda savaşmışdılar, ona demişdilər ki, sonsuzsan. O, ağlıya-ağlıya gəldi, anam da iş görürdü. Gəldi yapışdı baba­mın şəklinnən. Dedi:

– Ay ağa, səən eviün nökəriyəm, məni burdan naümüd qaytarma. Ya əlimi üz, ya ətəyivi.

Elə ağlıyır ki. Gəldi o köhnə evimizdəydük onda. Ora da neçə əsrin evidi haa. Dedi oon piləkannarının daşın, tor­pağın yeyərəm mən. Anam gördü bağrı çatdeer, dedi qıza it cəhənnəmə get. Onu arxadan yol var idi, ordan yola salduğ getdi. Bir gün mən də yuxuda gördüm ki, nənəm mənnən kimya göndərdi, iki nəfərə. Biri aldı tökdü gülün dibinə, bına verdim, aldı işdi. Dedi, oxay nə ləzzətdidi. Elə yuxuda da gəli­rəm nənəmin yanına, deyirəm nənə bəs belə də aldı işdi , nənəm də bulağ kimi yer idi, ordan su qaynıyırdı, əlin atdı ordan bi lüt uşağ götürdü, dedi, apar ver Ayidə gəlinə. Bu onun qismətidi.

Bi dəfə də yenə yatmışdım. Təkəm evdə, gördüm ki, gəl­dilər həmin ocağ evdə, biri çağırdı, ürbəntdi çarşablı adam­dı, qadındı, kişidi bilmirəm. Çağırdı Mir Cənnət!

Dedim:


– Bəli, dedi qızım, mən sənə söz deyirəm, apar çatdır yiyəsinə. Bəs sizin qonşuda Qulamhüseyn var. Biz də bil­mi­rük, elə hamı Qulam deyir, sən demə adı Qulamhüseyn imiş. Dedim bizim qonşuda belə adam yoxdu. Dedi var, yoldaşının adı Ayidədi. Bəs onun evladı olacağ. Artığ 2 ay 18 gündü. O, sə­nin ayağıva gələcək. Özü gələcək. Nəsə mən ayıldım. Bir gun Ayidə gəldi paltar gətirdi sərməyə. Dedi, al bunu sər, de­dim mən qəbul eləmirəm. Özün. Gəldi sərdi, yığdı, gedəndə nənəmə dedi ki, bəs, bibi, Cənnət mənə cavab qaytarıb. Nə­nəm dedi, səbəbsiz yerə olmaz. Çağırdı məni. Dedim ki, nənə, bəs belənçiy yuxu görmüşəm. And olsun Allaha nolbanol ayına, gününə qədər, düz idi. Ayidə məəttəl qaldı. Dedi, hə bəs doğurdan da belədi.

Ona hara deerdilər getmiirdi. Deyirdi mən ancağ bılara inanıram. Həmişə də gələrdi atam ona cibinnən xərjdig verər­di. Əmi, gəlmişəm xərjdiy ver. Mən sənin verdiylərünnən ancağ yeyirəm. Atam da ona demişdi ki, inşallah sənə Allah­tala övlad payı verəcəy narahat olma. Elə də oldu. Sadə­cə ola­rağ müddətü gözzə. Səbr elə, onun vaxtı var, qızım. O vaxt düz on səkkiz il çəhdi. Şükür ilahiyə hec kəsin həyatı bo­yu inan­madığı bir möcüzə oldu ki, onun evladı oldu. Bütün həkimlər də qarantiya vermişdi evladı olmiyacay, hər yerə də aparmışdılar. Həmin uşağın adı İlkindi, indi onun özünün dört dənə də uşağı var.

Ağam da insanı inandırmağı bacarırdı ki, istədigüə nail olacağsan. Onda o xüsusiyyət var idi.

İlannarın qeyb olması

Bi dəfə həyətə bir neçə dənə ilan gəlmişdi, daşdarın ara­sınnan çıxmışdı. Anam da məni orda gözətçi qoymuşdu ki, daşdarın arasınnan çıxıb uşağları vira bilər ilan. Hamısı baş­da­rın çıxardıb baxır üzümüzə. Mən də hardasa 5-6-cı sinifdə oxuyuram. Durmuşam qoruyuram. Anam təşvişnən dedi, gö­rən bı ilannar nətər olacağ? Ağam işdə, bı ilannarı neyniyək, elə bil üstümüzə atılmağ istiyir. Hansıki indi o ocağ olan yer var ha, bax orda. Hamımız bir-bir nöbeynən gəlib dururuğ. Anam çörəyin yedi mən durdum, sora belə-belə də. Bi də gör­düy atam gəlir. Bu evimiz yarı tikilmişdi. Atamın gəlməyinə elə sevinnəm ki, gəlib bıları öldürəcəy. Gördüm atam gəldi həyətə girdi, ilannar onnan da yox oldu. Dedim:

– Ay dadaş, bırda ilan var idi.

Dedi:


– Ay qızım, orda ilan qalmaz.

Gəldi ayağın qoydu o daşın üstünə, mən bayağdan o daşın arasına baxıram ki, o ilan məni vıracağ. İndi həmin ilan­nar yoxa çıxdı. Dedim:

– Yox, ay ata, bırda ilan var idi.

Dedi:


– Qızım, sənə dedm axı, orda ilan qalmaz.

Daşı götürdüm itələdim çay daşları idi, bı tərəfə o tərə­fə. Heş nə yoxdu. Nə ilanı gedən görmədim, nə də yuvasını. Qey­bə çəkildi.

Bizim həyətə it sürüynən gəlib girərdi. Çağırarduğ da­daş, gəl həyətə it dolub, bizim həyət də həmişə açığ olub. Hə­yətə düşməginnən itdər yox olardı.

Mir Tağı Ağanın beytül-malı

Mən sürücü işdiyirdim, həmişə evdən çıxanda səhər-səhərlər namaza durardı ağam, Quranın altınnan keçirdərdi mə­ni. Mənə atasının adını qoyub, ona görə mənə “ata” deyər­di. Bir gün bizim bı köhnə Alvadı kəndi var, ora tikinti mat­rialı gətirmişəm. Maşını boşaldmağ bir az vaxt çəkir də. Gəl­dim gördüm mağazada un satıllar. 80-ci illər idi o vaxt, biyaz un qıt idi. İki tay un aldım. Gəldim evə. Camaat da çox idi or­da. Bı da bırda oturmışdı. Evdə də heç kim yox idi, tək otur­mışdı. Quran oxuyurdu. Maşını saxladım, taksi idi, unnarı dü­şürtdüm. Hə nə isə oxudu qutardı, dedi:

– Dədə, nə almısan?

Dedim:


– Hec, un almişam.

Gəldi birinə köməy elədüy, qoyduğ içəri. İkincisinə dedi, yox dəymə qoy qalsın orda. Bildim ki, kiməsə verəcək, cünki bında belə şeylər olurdu. Bir də görsən gəlirdim mən, elə hə­yətdən deyirdi ki, əə, cıbündə nə var? Adam da oturub evdə gözdiyir də. Ona beytül-mal deyirdilər də. Verərdilər bı da üssün düzəldərdi, ya o qardaşımnan, ya mənnən pıl alardı dü­zəl­dərdi payliyardı. O adamlar hər ay gəlırdilər onun yanına.

Özü payliyardı adamlara. İndi məsəl beytül-mal veriblər bına bı qədərdi, cağırardı bizi ki, gəlün bı adamları yola salun. Bıların məsəl un, qənd almağa pılları yoxdu. Yəni imkansız adamlardı.

Nəsə saxladı orda məni, mən də maşını qoyub gəlmişəm orda. Bi dənə də balaca maşınımız var idi. Dedi:

– O unu götür qoy maşına. Bilirsən bınçın orda indi durub ağlıyan var. Dedi, rayonnan almısan?

Dedim:


– Yo Alvadıdan.

Dedi:


– Vay, vay, vay. Sizin üzüzzən elə ajdığ yağır.

Da səsimi də çıxarmadım. Qoyduğ maşına, sürdüy Al­va­dıya o mağazanın qabağına. Gördüy 2 dənə yaşdı qadındı sa­tı­cıy­nan mübahisə eliyillər ki, əşi, bı un siyahıynan gəlib. Sən ni­yə bizim unumuzu vermirsən. Əllərində də araba gəti­riblər unu aparmağa, un da yox. Demək ağaya hissiyat gəlib ki, biz kimin­sə malını yeyirük də. Dedi, düş aç bağacı. Qızım, gəlün bıra. Gotür qoy ora unu. Gotürüb qoydum unu arabıya. Hə gedün.

Dedi:

– Bə, əmi, bının pılı?



Dedi:

– Oon pılı catıb uje. Fırrandüğ çıxdüğ gəldüy.

Hə belə vəhlər çox olurdu.

Bi də görürsən yerinnən dururdu birdən, deyirdi gedi­rəm filankəs xəstədi, vəziyyəti pisdi. Məətəl qalırduğ özümüz də. Yəni bı hardan bildi bını.



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə