60
DƏDƏ QORQUD ARAŞDIRMALARI
rəsmi hissələrdə dini mövzulardan yazması, mədhnamələrdə hökm-
darları tərifləməsi, özü və ailəsi barədə məlumat verməsi qayəsinə,
məramına görə bir-birindən tamamilə fərqli mövzular olsa da, hər
birində məqam düşən kimi fikirlərini sakral rəqəmlərlə ifadə et-
mişdir, eləcə də ayrı-ayrı məsnəvilərindəki epik təsvirlərdə onlar-
dan poetik vasitə kimi gen-bol faydalanmışdır. Nizami Azərbaycan
xalqının mifologiyasına, inanclarına bələdliyini nümayiş etdirməklə
yanaşı miflərin qədimliyinə, zənginliyinə və əhatəliliyinə heyrətini
gizlətməmişdir. O, deyirdi ki, «Yeddi xəzinənin [yeddi göyün] qa-
pısını [sən] açdın. Dörd gövhərə qədəm basdın...» Bəzən bir bey-
tində bir neçə sakral rəqəmi bir-biri ilə əlaqələndirməklə bütöv mif
strukturunu yazı yaddaşına köçürürdü. Məsələn: «O, yeddi məclisin,
doqquz beşliyin Yusifi, Həm zamanın valisi, həm də vəliəhdidir».
Xristian və islam dünyasında Yusif haqqında çoxsaylı mifoloji əhva-
latlar yaranmışdır və Azərbaycanda onun möcüzələri barədə bu gün
də xalq arasında əfsanələr dolaşmaqdadır. Yusif haqqında mifdə yed-
di, doqquz və beş rəqəmləri elə sakrallaşmışdır ki, Şərqin və Qərbin
bütün mütəfəkkirləri öz yaradıcılıqlarında ona üz tutmaq məcburiy-
yətində qalmışlar.
Məşhur «Məndə sığar iki cahan, mən bu cahana sığmazam»
[16, 115] misrasını sakrallığın, mifopoetikliyin ən yüksək nümunə-
si hesab etmək olar. Təkcə Nəsimi (1369-1417) yaradıcılığı imkan
verir ki, Azərbaycan mifologiyasının mükəmməl strukturlara malik-
liyindən söz açaq. Diqqət edin: misrada işlənən ilk birdə (allahın
zərrəsi olan insanda) iki (gerçək dünya və mənəvi dünya) yerləşir,
lakin onun özü üçüncü birdə cisminə yer tapmır. Görəsən, nə səbə-
bə? Çünki birinci bir tək deyil, onda iki dünya yerləşməklə üçləş-
mişdir. Mifik görüşlərdə bir-üç bağlılığı qarşıdurmanın, ziddiyyətin
zirvəsi sayılır. Əslində mifik anlamda üçdən başqa digər rəqəmlər
(dünyanın elementləri) birin (bütövün, vahidin) içərisində əridilir.
Eləcə də inanclarımıza görə, iki vahidi, yəni iki yaradıcını – iki dini
idiologiyanı bir nöqtədə birləşdirmək mümkünsüzdür. Deməli, şair
61
Folklor, Mifologiya, Etnoqrafiya
insanı allahlaşdırmağa təşəbbüs göstərir. Bu, türkün çox dərin qat-
lardakı Atalar kultundan gəlirdi və islama zidd mövqedə duran baxış
idi. Digər tərəfdən, Nəsimi müsəlman görüşləri ilə tam razılaşırdı.
Bəlkə bu səbəbdən çox ehtiyatlı tərpənirdi: kamil insanı tanrının özü
ilə deyil, bir-iki mühüm xüsusiyyəti ilə (düşünmək və yaratmaq qa-
biliyyəti ilə) eyniləşdirirdi.
Nəsimiyə qarşı din xadimlərinin etirazının mayasında o dururdu
ki, şair Allahla üst-üstə düşən cəhətlərini verməklə İnsanın öz daxi-
lində real və mifik dünyalardan ibarət daha möhtəşəm bir aləm yarat-
dığını vurğulayırdı. Məhz bu mənada Nəsimi kamil, yetkin insanı da
vahid sayır və onda ikini, daha doğrusu, iki biri yerləşdirmək istəyir.
İki vahidi (iki yaradıcı anlamında) isə bir-birinə qovuşdurmağa heç
bir qüvvənin qüdrəti çatmırdı. Təsadüfi deyil ki, Şərq münəccimləri
və astroloqlar on biri (11) ən ziddiyyətli, uğursuz rəqəm sayırlar.
Çünki on birdə də - Nəsiminin irəli sürdüyü kimi, iki bir yanaşı iş-
lənir. Beləliklə, müəyyən çağlarda ulu əcdadın mifik təfəkkürü elə
mərhələyə çatmışdır ki, o, adi danışığında, söyləmələrində rəqəm-
lərlə çatdırmaq istədiyi bütün hadisələri mifik dünya modelinin mey-
dana gəlməsi prosesinə uyğunlaşdırmışdır. Diqqət edin, əhvalatlar
vahidlə başlayır: «Biri varımış, biri yoxumuş, allahdan başqa heç
kəs yox imiş» [1, 149]. Sonra bir naməlum ölkə ilə ikiləşir, o ölkə-
nin padşahı (yaxud şahzadəsi, taciri, ovçusu, əkinçisi və s.) meydana
gətirilməklə isə üçləşir: «Göyün altında, yerin üstündə bir şah oğlu
var idi» [2, 73] və primitiv də olsa, mifik dünya modeli (allah-yer-in-
san) qurulur. Əksər nağıllarda başlanğıcda qoyulan 3 rəqəmi süjet
boyu bütün hadisələri müşayiət edir: Padşahın bağındakı «alma ağa-
cı birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü
gündə bar verərmiş» [12, 51]. Nəhayıt, üç oğul meydana atılır. Mey-
vələrin qorunmasına üç dəfə təşəbbüs edilir. Şahın oğlanları quyuya
düşmək istəyirlər. Lakin böyük və ortancıl qardaşlar acizlik göstərir-
lər. Kiçik qardaş isə quyuya enib üç dev və üç qızla rastlaşır. Hər de-
vin ayağını üç dəfə xəncərlə dəlir. Üç gün, üç gecə onlarla vuruşur,
62
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qələbə çalır və s. Rəqəmlərin mifoloji əsasları ilkin dünyagörüşünün
məhsuludursa, hesab və hesablama strukturları nisbətən sistem halda
bir qədər sonrakı çağlarda - arxaik mədəniyyətlərin formalaşması
başa çatanda meydana atılmış, bundan sonra saylar həm də gerçək,
həqiqi mənada dərk olunmuşdur.
Ədəbiyyat
Azərbaycan dilində
1. Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön söz və şərhlərin müəllifi
A.Acalov. – B., Elm, 1988, 196 s.
2. Azərbaycan xalq əfsanələri. Toplayanı və tərtib edəni S.Paşayev. – B., Ya-
zıçı, 1985, 286 s.
3. Azərbaycan folkloru antologiyası, İki kitabda. İkinci kitab. Toplayanı və
tərtib edəni Ə.Axundov. – B., Elm, 1968, 260 s.
4. Çəmənzəminli Y.V. Xalq ədəbiyyatında bəşəri təmayüllər. Əsərləri. Üçüncü
cild. – B., Elm, 1977, s. 57-62.
5. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. Üçüncü cild. – B., Elm, 1977, 328
s.
6. Çəmənzəminli Y.V. Nağıllarımızı necə toplamalı. Əsərləri. Üçüncü cild. –
B., Elm, 1977, s. 48-50.
7. Əfsanələr. Qeydlər və şərhlər M.Seyidovundur. - B., Gənclik, 1986, 174 s.
8. Əliyev R. «Yeddi gözəl» əsərində qeydlər. N.Gəncəvinin «Yeddi gözəl»
kitabı. – B., Elm, 1983, s. 294-356.
9. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – B., Azərnəşr,
1991, 296 s.
10. Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri - B., Elm, 1988,
265 s.
11. Kitabi-Dədə Qorqud. Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni.
Ş.Cəmşidovun «Kitabi-Dədə Qorqud: tarixi, coğrafi, tekstoloji tədqiqat» kitabın-
da. – B., Elm, 1999, 678 s.
12.Nağıllar. Tərtib edəni N.Seyidov. Azərbaycan ədəbiyyatı inciləri. On iki
kitabda. Birinci kitab. – B., Yazıçı, 1985, 506 s.
13. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. –B.,
1981, 248 s.
14. Nizami Gəncəvi Yeddi gözəl. Filoloji tərcümə, izahlar və qeydlər prof.
Dostları ilə paylaş: |