52
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Söylənənləri əsaslandırmaq üçün qədim Misir geliopol varian-
tındakı «Doqquz böyük allah»la şərtlənən mifik dünya modelini
yada salaq:
Vahid (Atum-Ra) bir cütü - ikini (Şu və Tefnutu), onlar
da başqa
cütü - ikini (Heb və Nutu), bu cütlər birləşib dördü (Osiris, İsida,
Set və Neftid) yaradırlar - hamısının bütövləşməsidən doqquz alı-
nır. Mifdə dünya rəqəmlərin növbələşməsi, daha doğrusu, bir-biri ilə
bağlanaraq artması nəticəsində formalaşır.
Sakrallaşan rəqəmlərin sxemini qursaq (
Bax: sxem-1), görərik ki,
misirlilərin mifik təsəvvüründə dünya 1, 2, 4 və 9-un magik gücünün
hesabına meydana gəlir:
1 + (2 + 2) + 4 = 9.
Əski oğuz-türk mifologiyasında bu üsulla yaranan başqa say sis-
temində dünyanın daha dolğun, mükəmməl və tam modelinə rast
gəlirik: Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük
(toplusu altı edir) doğulur.
Birinci üçlük barədə mətndə deyilir ki,
göydən şüa düşür. Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işı-
ğın arasında gözəl bir qız oturmuşdur. Başı qızıl qütb ulduzlu bu qız-
dan onun üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli sonralar
Bozoxlar – pozuxlar adı ilə tanınır.
İkinci üçlüklə bağlı mifdə göstə-
rilir ki, Oğuz göl ortasında bir ağac görür. Ağacın oyuğunda gözəl
bir qız oturmuşdu. Gözləri göydən də göy, saçları dalğa kimi, dişləri
inci tək olan bu qızdan da Oğuzun üç oğlu dünyaya gəlir: Göy, Dağ,
Dəniz. Bu üç qardaşdan törəyən nəsillər isə Üçoxlar adını daşıyır.
Azərbaycan türklərinin soy kökündə həm Bozox, həm də Üçox tay-
faları iştirak edir.
Altılardan isə altı dördlük meydana gəlir:
BOZOXLAR (pozuxlar). Oğuzun kosmosdan gələn qadından do-
ğulan 3 oğlunun hərəsinin 4 oğlu dünyaya gəlir. 12 nəvədən törəyən
nəsillər oğuz türklərinin sağ qanadı hesab edilir. Ona görə Bozoxlar
adlanırlar ki, Oğuzun üç oğlu - Gün xan, Ay xan və Ulduz xan atala-
rının tapşırığı ilə dünyanı gəzib qeyri-adi varlıq axtararkən bir qızıl
yay tapırlar. Onu üçü öz arasında bölməli idi. Lakin atalarının və-
53
Folklor, mifologiya, etnoqrafiya
siyyətinə görə qızıl yayı pozulmamış saxlayırlar. Vərəsəliyə əsasən
bu yay üç qardaşın törəmələrinə çatırdı. Üç yerə bölünüb pozulması
yayı gərəksiz bir əşyaya çevirir, magik gücünü - ox atmaq funksiya-
sını əlindən alırdı. O səbəbə də 3 oğlun və 4 nəvənin ardıcılları sim-
volik şəkildə özlərini yayın üç parçası – pozuğu sayırdılar. Və qızıl
yay kimi bütövlüklərini – birlikdə olmalarını nümayiş etdirirdilər.
Bozoxlar öz aralarında dörd olmaqla üç qrupdan ibarət idilər:
Birinci dördlük Gün xanın övladlarıdır: Kayı, Bayat, Alkaravlı
(Alka-evli), Qara Avul (Qara-evli);
İkinci dördlük Ay xanın övladlarıdır: Yazır, Dogər, Dodurğa
(Durdurqa), Yaparlı (Cayurlu);
Üçüncü dördlük Ulduz xanın övladlarıdır: Avşar (Əfşar), Kızık,
Bəgdili, Karkın (Bayat, Əfşar, Bəgdili sonralar əsasən Azərbaycan
türklərinin içərisində ərimişdir);
ÜÇOXLAR - Oğuzun Yer qızından (onu su və ağacla əlaqələn-
dirirlər) doğulan oğlanları Göy xan, Dağ xan və Dəniz xanın dünya
səyahətində tapdıqları üç qızıl oxu bildirir. Oğuzların sol qanadı da
12-dir, eyni ilə 3-ün 4-ə nisbəti ilə artıb çoxalır:
Dördüncü dördlük Göy xanın övladlarıdır: Bayındur, Beçenə
(Peçeneq), Çavuldur, Çəpəni;
Beşinci dördlük Dağ xanın övladlarıdır: Salur, Eymur, Alayurt-
lu, Ürəgür;
Altıncı dördlük Dəniz xanın övladlarıdır: İqdır, Bəgdüz, Yıva,
Kınık. Bu boylardan Bayındur, Beçənə, Çavuldur, Salur, Alayurtlu,
Bəgdüz Azərbaycan türklərini formalaşdıran tayfalardandır.
Qədim oğuzların Bayındur, Salur və Əfşar soyu Azərbaycan ta-
rixinin müxtəlif dönəmlərində ictimai-siyasi hadisələrdə, Bayat isə
türklərin mədəni həyatında böyük rol oynamışdır. Beləcə kainatın
oğuz-türk mifik modelində dünyanın və oğuz cəmiyyətinin forma-
laşmasının başlanğıc mərhələsində 1, 2, 3, 4, 5, 6, 7, 9, 12, 24 və 33
sayları iştirak edir; hər biri dünyaqurmada daşıdığı müəyyən rola
görə digərindən seçilib sakrallaşır. Başqa primitiv mifoloji sistem-