39
cindən, şeytandan, axar sudan, köklü ağacdan, dibli qayadan, yeddi
yolun ayrıcından - hər kəsin çilləsinə düşmüşsənsə, çilləni kəsdim»
[4, 87].
Əski mifoloji görüşlərlə bağlı «Məlikməmməd»də üç rəqəminin,
demək olar ki, bütün funksiyalarından bacarıqla istifadə edilmişdir.
Nağılın ekspozisiyasında iki detal müqəddəs üç rəqəmi ilə əlaqələn-
dirilir: almanın üç günə yetişməsi və padşahın üç oğlu. Maraqlıdır
ki, süjetin sonrakı inkişafında əksər epizodlar üçpilləli şəkildə da-
vam edir, başqa sözlə cüzi dəyişikliklə üç dəfə təkrarlanır: birinci
olaraq almanı qorumaq üçün böyük oğul ox-kamanını götürüb, dava
libasını geyinib bağa gedir. Oğlan bir saat gözləyir, iki saat gözləyir,
sübh, alma yetişən vaxt yuxu onu tutur. Bir zaman ayılıb görür ki,
alma ağacda yoxdu, dərilibdi. İkinci, ortancıl oğlu yola düşür. Bu
da bir saat gözləyir, iki saat gözləyir, alma yetişənə yaxın onu da
yuxu tutur. Üçüncü saatı başa çatdırmaması uğursuzluğuna səbəb
olur. Ayılıb görür ki, alma dərilib. Maraqlıdır ki, hər iki qardaş iki
saat gözləyir, üçüncüyə səbirləri çatmadığı üçün uğur qazana bilmir-
lər. Məlikməmmədin üçüncü dəfə yola düşməsi və barmağını kəsib
yuxunu gözündən qovmaqla – üçüncü saatı başa vurması almanın
qoruması ilə nəticələnir.
Dörd. Mifologiyada durğun bütövlüyü rəmzləşdirən üçdən fərq-
li olaraq dörd hərəkətli tamlığın obrazıdır. Doğrudur, belə bir nöq-
teyi-nəzər də mövcuddur ki, üçlük hələ bitkinləşməmiş, natamam
bütövlükdür və dördlə yekunlaşıb başa çatır. Bu, dünyanın yaran-
masında iştirak edən dörd ünsürlə əlaqədardır. Başlanğıcda gələn üç
ünsürlə – su, od, torpaqla hər şey yaransa da, cansız, hərəkətsiz idi.
Yalnız dördüncü ünsürün – havanın (ruhun) qatılması ilə dünyada
həyatın əsası qoyulur, canlılıq yaranır, zaman irəli gedir, «fələyin
çərxi» hərəkətə gəlir. Deməli, dörd kainatdakı bütün varlıqların, göy
cisimlərinin çıxış nöqtələrini təşkil edir, planetlər, ulduzlar öz oxları
ətrafında fırlanmağa başlayır. Günəş dünyanın bir tərəfindən çıxıb
Folklor, mifologiya, etnoqrafiya
40
DƏDƏ QORQUD ARAŞDIRMALARI
o biri tərəfində batır. Dördlə fəaliyyətin istiqamətləri və zaman böl-
güləri (il dörd fəslə bölünür) və s. müəyyənləşir. Buna görə də mif
sistemlərində dördün də işlək dairəsi çox genişdir:
1.
İşıqlı dünyanın dörd tərəfi – şimal, cənub, şərq, qərb.
2.
Dörd əsas istiqamət – aşağı, yuxarı, sağ, sol.
3.
İlin dörd fəsli – yaz, yay, payız, qış.
4.
Əsrin dörd hissəyə – rüblərə bölünməsi.
5. Kvadratın dörd bucağı və xaçın dörd ucu. Bütün bunlar məhz
dünyanı yaradan dörd ünsürün mifopoetik məna çalarlarıdır.
Milli folklorumuzun epik ənənəsində ilk olaraq sakral «dörd»
rəqəmi ilə yer üzünün dörd tərəfi, küll-ərzin ən uzaq nöqtələri və
s. göstərilir. «Dörd yol ayrıncına rast gəldi», «dörd tərəfə üz tutdu»
kimi ifadələrində olduğu kimi.
Beş. Xalq arasında tez-tez işlənən «Beş günlük dünya», «Beş
günlük ömür», «Beş illik dövran», «Acalından beş gün əvvəl dün-
yadan köçdü», «Heç beş gün ömrü qalmayıb» və s. cümlələrdə za-
manın, vaxtın qısalığına, azlığına işarə olunur. «Beş gün» deyəndə
ulularımız daha çox ömrün azlığına, xoş günlərin ötəriliyinə təəssüf-
ləndiklərini bildirmişlər.
Əsatiri-mifik anlamda «beş» var-dövlət, sərvət, bolluq mənasın-
da işlənir. Yəni dünyada artıq mövcud olanların üstünə (dörd ünsürlə
yarananların) bir pay da artırılması kimi başa düşülür. Onun uğuru
və ziyanı əlavənin hansı elementin üstünə düşməsi ilə əlaqələndiri-
lir. Suyun üzərinə gələndə balıqlar, torpağa qarışanda bitkilər əmələ
gəlir, bolluq, bərəkət artır. Od və hava ilə bağlananda quraqlıq olur.
Bu üzdən də qazancların ömrü çox qısalır.
Tarixilik baxımdan «beş» rəqəmi barmaq hesabının ən böyük
rəqəmi kimi çoxluğu ifadə edirdi və mürəkkəb rəqəmlərin alınma-
sında əhəmiyyətli sayılırdı. Belə ki, bəzi yuvarlaq və mürəkkəb say-
lar beş rəqəmi ilə yaranırdı: iki beş deyəndə 10-u, üç beş 15-i. dörd
beş 20-ni şərtləndirirdi. Zehni inkişafın sonrakı mərhələlərində beş