36
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hadisələr, varlıqlar ulu əcdadın ən çox rastlaşdığı əksliklərdir, mifo-
loji-astral anlamda isə əkizlərdir. Dünyanın özünün cütləşdirilməsi
(gerçək və kənar aləm) əkizliyin ən böyük mifik obrazlarını meyda-
na gətirmişdir.
Xalqımızın əkinçiliklə bağlı əsgi inanclarında cütləşdirilmənin
uğuru xüsusilə vurğulanır: «Bir küləş iki sünbül gətirərsə möcüzə-
dir» [3, 243]. – deyirlər. Fallarda da cüt uğura səbəb olan vasitədir:
«Düyü ilə fala baxırlar. Bir qədər düyü götürüb sayırlar. Düyü cüt
sayı ilə qurtarsa, xeyirdir, tək sayı ilə qurtarsa şərdir» [3, 244]. Ulu
babalarımızın ovçuluqda və qoyunçuluqda uzun müddət istifadə et-
dikləri cütləmə adəti də «iki»nin sakrallaşması haqqındakı təsəvvür-
lərin qalıqlarıdır. Ə.Axundovun bildirdiyinə görə, çoban bir mahnı
ilə sürü-sürü qoyunları cütləyib yoxlayır. İtib yoxa çıxan olursa, dər-
hal bilir. Ala kərə qoyunu görür, tayını gözləyir, ala kərənin tayını
görəndə qara kürə qoyunun tayını gözləyir. Çoban hansı qoyun cütü-
nü görmək istəyirsə, tütəkdə onlara aid havanı səsləndirir. Öz «mah-
nısını» eşidən kimi qoyun cütü gəlib arxaca keçir. Adını çəkmədiyi
qoyunlar dayanıb çobanı gözləyir. Bu minvalla qoyunların hamısını
cüt-cüt yoxlayıb qurtarır [3, 247].
Duallaşan – (ikiləşən və qoşalaşan) varlıqların dünyanı birlikdə
yaradıb idarə etməsi haqqındakı təsəvvürlər qədim atəşpərəstlərin
inanclarının əsasında dururdu. Lakin təbiətdəki ikiliyi - əkizliyi və
əksliyi ulularımız daha əski çağlarda duymuş və yazqabağı məra-
simlərinin içərisinə hopduraraq bu günədək yaşatmışlar.
Üç - ilk say sistemini formalaşdırmaqla yanaşı təkcə mütləq bü-
tövlük (dünyanın maddi tərəfi üçlə hazır olur), üstünlük (Yaradıcı
üçlüyü), ağıl-yetkinlik (insanda ağıl, güc və görünüş) deyildi, həm
də mifopoetik strukturların ilkin tam variantının başa çatması (ha-
disə, epizod, fikir və ifadələrin üçlüyü) və sosial konstruksiya (haki-
miyyət üç qardaşdan birinə çatır) idi. Bu səbəbdən də «üç» folklor
epik ənənəsində daha geniş yayılmışdır. Üçpilləlilik (üç qardaş, üç
37
bacı, üç yol ayrıncı, üç şərt, üç hədiyyə, üç döyüş, üç meyvə, üç se-
hirli əşya, üç vasitə, üç əməl və s., eləcə də süjet elementlərinin üç
dəfə təkrarı, üçbaşlı məxluqlar, üç tapşırıq, üç öhdəlik, üç səfər, üç
kömək, zamanın üç anı və s.) – demək olar ki, bütün mifoloji struk-
turların əsasında durur.
Keçən əsrin əvvəllərində folklorşünaslar üç rəqəminin epik
ənənəyə güclü təsirini görmüş və səbəbini aydınlaşdırmağa səy
göstərmişlər. V.V.İvanov və V.N.Toporovun fikrinə görə, «folklorda
«üç» rəqəminə müraciət kainatın üç qatlı strukturu (şaquli istiqamət-
də üç yerə bölünməsi) ilə əlaqədardır» [31, 91]. Dünyanın yaranması
haqqında mifik təsəvvürlərdə üçlüyün meydana gəlməsi irəliyə doğ-
ru atılan böyük addımlardan biri idi.
Əcdadlarımızın rituallarında, adət və ənənələrində də üçlükdən
geniş istifadə olunmuşdur. «Atalar üçdən deyib». Maraqlıdır ki, bu
müdrik kəlamda qoyulduğu kimi, qoyunçuluqla bağlı ayinlərdə 3
sayında tamamlanırdı. Çünki, mifik dünya modelinin ilk sadə struk-
turu da üç rəqəmində başa çatdırılırdı: üç dünya – yerüstü işıqlı göy,
yerüzü ikili (işıqlı-qaranlıq) aləm və yeraltı qaranlıq aləm və ikili
tanrı üçlüyü - dirilib ölən torpaq, çıxıb batan günəş və əmələ gəlib
quruyan su. Ulularımızın qədim məşğuliyyətinin sadalanan inanc-
lara köklənməsi göz qabağındadır: «Qoyunçuluğa aid mahnılar,
əsasən qoyunları yoxlamaqdan başlayıb, sayaçı sözlərinə qədər gəlib
çıxmışdır. Çoban birinci mahnı ilə qoyunları mühafizə edir, ikinci
mahnı ilə qoyunları çütləyir, itib-itməməsini bilir. Üçüncü mahnı ilə
qoyunları bir-bir cins və xasiyyəti üzrə sadalayır ki, bu da qırxıma,
doğuma aid mərasim nəğmələridir» [3, 247]. Mal-qaranın yaşının
müəyyənləşdirilməsi də bu qaydaya əsaslanırdı. Bir və iki yaş xü-
susi adla qeyd olunur, sonrakı yaş illərinin hamısı isə 3 rəqəmi ilə
ümumiləşdirilirdi: inək bir yaşda buzov, qısır əmən, dana, iki yaşda
erkəyi cöngə, kələ (burulmamış), dişisi düyə, üç yaşdan yuxarı isə
erkəyi öküz (burulmuş); dişisi inək adlanırdı. Beləliklə, ilkin dövr-
lərdə kosmosun üçqatlı strukturuna, eləcə də üç aləmin mövcudlu-
Folklor, mifologiya, etnoqrafiya
38
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ğuna əsaslanan müqəddəs «üç» rəqəmi zaman keçdikcə folklor epik
ənənəsinin poetik strukturunda, xüsusilə süjetqurmanın formalaşma-
sında əsas vasitələrdən birinə çevrilmişdir.
Yazıçı-alim Y.V.Çəmənzəminli «Duvaqqapma» adətindən da-
nışanda «üç» rəqəminin Azərbaycan türkləri tərəfindən mənimsə-
nilməsini əsaslandırır və yazır ki, «ərənlər üçü demiş» deyə xalqın
ruhuna yerləşdirilmişdir» [4, 86]. Azərbaycanlılar gəlin köçürəndə
gəlinin üzünə lampa, yaxud şam işığı, güzgü tutur, başına şirni, no-
ğul, pul səpirlər. Qədimlərdə lampa əvəzinə şam, şirni məcməyisi
yerinə duvaq işlədirdilər. Bu adətədə üç amilin iştirak etdiyinə nəzər
salan Y.V.Çəmənzəminli belə bir şərh verir ki, «Şam Zərdüştün nu-
runa, ocaq və bina salmağa işarədir. Xalılar və taxt gəlinin ev olub
yaşamasının, şirni irəlidə dadlı və xoşbəxt vaxt keçirməsinin, duvaq
bərəkətin rümuzu olmasının nişanıdır. Duvağın barlı ağaca atılması
gəlinin övlad sahibi olması arzusunu ifadə edir». Deməli, el inancla-
rında qadının ər evində xoşbəxt olması üç əlamətlə şərtlənirdi. Azər-
baycanda ölüyə qüsl verilən yerdə də üç axşam şam yandırılırdı. O
səbəbə ki, ölünün ruhu üç gün, üç gecə himayəsiz qalırdı. Dördüncü
gün mehr (işıq pərisi) dağları işıqlandıranda ədalət məhkəməsi quru-
lur və ruhlar himayəyə alınırdı. Üç ilk gecə divlər çalışırdılar ki, ruh-
ları pis işlər görməyə sövq etsinlər. Divlər qaranlığın məxluqu olub,
işıqdan qaçdıqları üçün, ölü sahibi ya meyitin yanında və yaxud qüsl
verilən yerdə şam yandırır ki, ədalət məhkəməsinə qədər ruhu şər
qüvvələrin təcavüzündən mühafizə eləsin.
«Çillə» ilə bağlı mərasimlərdə də üç rəqəmindən istifadə olunur:
xalq arasında «çillə» ağırlıq mənasını verən söz kimi başa düşülür
və üç hissəyə bölünür: qışın ilk hissəsinə «böyük çillə», sonra gələn
iyirmi günə «kiçik çillə» deyirlər. «Ölü çillə» isə yazın girdiyi ərəfə-
dir. Y.V.Çəmənzəminli göstərirdi ki, «Çillə kəsmək ayinində, adətən,
əl və ayağın baş barmaqlarını ipliklə üç dəfə bağlayırlar, ucların-
dan su axıdırlar, sonra aşağıdakı sözləri deyirlər: «Həzrət Süleyman
eşqinə, cin qızı Mərcan hökmünə, bəni-adəmdən, bəni-heyvandan,
Dostları ilə paylaş: |