45
Folklor, Mifologiya, Etnoqrafiya
Günəş öz nişanələrinin – oğlanlarla qızların ər-arvad kimi qovuşma-
sına, izdivacına icazə verirdi. Nişan və şənliklərində süfrə doqquz
cür xörəklə bəzənirdi. Gəlin üçün göndərilən qızıl bəzəklər doqquz
dəfə ipək örtüyə bükülürdü. Qayınanalar əyinlərinə doqquz qat tu-
man geyinirdilər. Meydanlarda doqquz çadır qurulurdu, həyət-ba-
cada doqquz tonqal qalanırdı və s. Ulu əcdad ana bətnində yetişən
körpənin dünya işığına çıxma müddətini müəyyənləşdirərək deyirdi
ki, «doqquz ay, doqquz həftə, doqquz saat, doqquz dəqiqə vaxt keç-
di». Bu əslində insanın ilahi məkanda – Göydə, Günəşin nurunun
gur yerində formalaşıb dünyaya gələnədək olan böyük dövrü nəzərə
çatdırmaqdır. Doqquz dörd dəfə təkrarlanmaqla (9999) «Avesta»da-
kı mifopoetik formulu bizim günümüzədək yaşadır. Diqqət yetirin:
gerçəklikdə uşağın ana bətnində yetişməsi vaxtı 9 aydır. Üstünə 9
həftə, 9 gün, 9 saat gələndə bu, üç ay da körpəni ana bətnində lən-
gitmək deməkdir. Deməli, fikirdə məsələ rəqəmlərin həqiqi anlamı
ilə deyil, «doqquz»ların təkrarı ilə şərtləşir. «Avesta»nın yəştlərində
böyüklüyü, çoxluğu, uzaqlığı, sonsuz gücü göstərmək üçün bir neçə
yerdə 9 dörd dəfə təkrarlanır. Və «Koroğlu» eposunda 7 və 8 rəqəm-
lərinin eyni qaydada təkrarlanması ilə dəlilərin sayı və Qıratın dəyəri
müəyyənləşdirilir: 7777, 8888. Bu sıralanmada ən böyük rəqəm isə
Günəşin şüaları – saç hörüyü ilə əlaqələndirilən 9999-dur.
Sakral doqquz – yeraltı, yerüstü və göyüzü dünya üçlüyünün
üç dəfə artırılması kimi də mənalandırılır. Beləliklə, əvvəllər belə
bir qənaət formalaşmışdı ki, misirlilərin dünya modeli 9 rəqəmi ilə
bütövləşdiyi üçün onlara məxsusdur. Faktlar tamam başqa şey deyir.
Ulu Türkün doqquzoğuzlarla bağlı təsəvvürlərini və sadalananları
nəzərə alsaq, bu rəqəmin soydaşlarımıza aidliyi daha inandırıcı gö-
rünər. Lakin arxetipik simvolları mütləq şəkildə hansısa etnosun adı-
na bağlamaq elmilikdən uzaqdır.
On iki – qədim inanclarda, xüsusilə türk təqvimində dünyanın
il tamamında müxtəlif heyvanlar üstündə dəyişməsində iştirak edən
46
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sakral varlıqların (heyvanların) birliyinin işarəsidir. Sonralar Şərq
xalqlarının əksəriyyəti tərəfindən qəbul edilib özününküləşdirilmiş,
çinlilər onun yeni sistemini yaratmış, xalqın davranışı, əxlaq norma-
ları ilə əlaqələndirmiş və hər heyvanla bağlı xüsusi rituallar forma-
laşdıraraq dövlət səviyyəsində geniş yayılmasına şərait yaratmışlar.
Təsəvvürlərdə «on iki»nin sakrallaşması kosmosdakı bürclərlə bağ-
lanır.
Əcdadlarımızın əqidəsində on iki tamlaşmanı, bütövləşməni
bildirirdi. İnsan dünyaya gələndən sonra on iki ili başa vururdusa,
yetkinləşdiyi zənn olunurdu. Yalnız on iki yaşın tamamında yeniyet-
mələr müstəqil həyata vəsiqə alırdılar. Oğuz türklərinin adətincə,
oğlanlar ömürlərinin ilk on iki ilini adlamaqla ova çıxmaq, yarışlarda
iştirak etmək, evlənmək, dövlət işlərində iştirak etmək hüququ qaza-
nırdılar və bu həddi aşmamış onlara ad qoyulmurdu. «Kitabi-Dədə
Qorqud» eposunda Dirsə xanın oğlu bığ yeri tərləməsinə baxmayaraq
hələ atasının adı ilə çağrılırdı (ona «Dirsəxanoğlu» deyirdilər). Elə
ki on iki yaşı başa vurub on üçə girir, cəsarətlə meydanda baxıcıların
əlindən qurtulan vəhşi buğanın qabağına çıxır, döyüşüb onu öldü-
rür. Ətrafda oynayan uşaqları, tamaşaya duran qız-gəlini təhlükədən
qurtardığına görə atası Dədə Qorqudu çağırıb oğluna ad qoymasını
xahiş edir. Beləcə buğaya qalib gəlməsi oğuz igidinə Buğac (buğanı
yenən) adını və bəylik qazandırır. Azərbaycan xalqı on iki rəqəminin
magik gücünü həmişə xeyirliliyə (uğurlara qapı açır) yozmuşdur.
Qırx. Çoxluq anlamındadır. «Qırx düyməli paltar», «qırx otaq»,
«qırx dəvəli yük» deyəndə ilk baxışda sakrallıq hiss olunmur. La-
kin düymələr açılıb axıra çatan kimi təzədən bağlananda bu rəqəmin
arxasında sirli aləm gizləndiyi aşkarlanır. Azərbaycan türklərinin
«Əsli və Kərəm» eposunun mifoloji qaynaqlarında qırx düymə-
li xalat gerçək aləmin bitməsi – ömür yolunun bağlanması, o biri
dünyanın qapısının isə açılması kimi mənalandırılır. Füzuli rayonu,
Şükürbəyli kənd sakini Qurbanov Faiq Kamal oğlu danışırmış: «Toy