42
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hava) cəmi kimi başa düşmüşlər. Eləcə də həftənin günlərini «yed-
di»nin mənşəyində duran vasitə sanmışlar. Belə bir izahat da irəli
sürülmüşdür ki, «yeddi» - hüdud bildirən rəqəmdir, insanın çoxsaylı
əşyaları, varlıqları eyni anda qavraması həddini andırır. «Yeddi»nin
mənşəyi haqqındakı son qənaətlərdən biri də Nuhun tufanı barədəki
məşhur mifdə, gəminin quruya çatmasından sonra bişirilən xörək-
lə əlaqələndirilməsidir. Nuh dünyadakı bütün xeyirli bitkilərdən
istifadə edərək hazırladığı yeməyi «yeddiünsürlü» (yəni çoxünsür-
lü) adlandırmışdı. Bu baxışın izləri Azərbaycan xalqının məişət və
inanclarında indiyədək qorunub saxlanmışdır: «yeddilöyün» xörək,
yeddiqat tuman, yeddinövlü xonça, yeddirəngli günbəz, yeddi gözəl
və s.
Sakral «Yeddi» rəqəminin sakrallaşması ulu əcdadlarımızın ilkin
astral anlayışlarından irəli gəlmişdir. Qədim türk mifologiyasında
əcdada - ataya kult kimi yanaşırdılar. Ola bilsin ki, onlar ulu baba-
larını göy cisimləri ilə əlaqələndirirdilər. Çünki, Böyük Ayı bürcü
ilə bağlı yaranan əsatirlər əcdadlarımızın gündəlik həyatını, məişəti-
ni əks etdirirdi. Mahmud Kaşqarlının «Divani-lüğəti-türk» (XI əsr)
əsərində «Yetaqan» (Böyük ayı bürcü») sözü «Göyün yeddinci qatı»
demək idi. Sözün həmin mifik-astral obrazdan yarandığı göz qaba-
ğındadır. Azərbaycan folklorunda «yeddi» obrazların (yeddi qardaş,
yeddi igid, yeddi köməkçi, yeddi quldur, yeddi pəri və s.), əşyala-
rın (yeddi hədiyyə, yeddi qoğal, yeddi qızılgül), eləcə də zamanın
(yeddi gün, yeddi gecə, yeddi il), məkanın (yeddi iqlim padşahlığı),
göy cisimlərinin, yeraltı mağaraların sayını bildirir. Epik ənənədə
üçdən sonra süjetqurmada mühüm mifopoetik obraz kimi çıxış edən
ikinci rəqəm «yeddi»dir. Mürəkkəb strukturlu əsərlər düzüb-qo-
şarkən xalq, ilk növbədə, «yeddi» rəqəminin bədii imkanlarından
bəhrələnmişdir: yeddi elçi, yeddi cadugər, yeddi axmaq, yeddiatlı
araba, yeddibaşlı dev və s. obrazlar nağıl və epos süjetlərini daha
da rövnəqləndirirdi. Nizami «Yeddi gözəl» əsərində süjet içərisin-
də yeddi müstəqil hekayət yerləşdirib hər birini bir rəng, bir planet,
43
Folklor, Mifologiya, Etnoqrafiya
bir iqlim ölkəsi ilə əlaqələndirmişdir. B.A.Frolov yazırdı ki, «Sehirli
yeddi» rəqəmi qədim insanın Ay təqviminə, yeddi iqlim ölkələrinə,
ulduzlar sisteminə, böyük Ayı bürcünə mifik inamından yaranmışdır
[30, 192]. Ay təqvimində həftənin günləri - «yeddi» rəqəminin mifo-
loji sistemlərdəki funksiyasına uyğunlaşdırılmışdır. Hələ eramızdan
əvvəl Babilistanda yeddi künbəzin olması haqqındakı qeydlərə təsa-
düf olunur. Qədim və orta əsrlərdə (xüsusilə Nizami yaradıcılığında)
yeddi iqlimin astronomik elmi təsviri verilir. Təsadüfi deyil ki, müa-
sir Azərbaycan türklərinin dilində geniş işlənən «Yüz ölç, bir biç»
məsəli əski çağlarda «Yeddi dəfə ölç, bir dəfə biç» şəklində meydana
gəlmişdir. Eləcə də ilin axır çərşənbəsində bişirilən xörəklər «yed-
diləvin» adlanırdı. Həmin gün üçün mütləq şəkildə yeddi növ yeyin-
ti məhsulları alınırdı, çərşənbə gününün axşamı ailənin qabağında
yeddi şam yandırılırdı, yumurtalar yeddi rəngə boyanırdı.
Ümumiyyətlə, rənglər rəmzi mənalar daşıyarkən hansısa dünya-
baxışına, mifoloji təsəvvürlərə əsaslanır. Qamlara görə, səmanın göy
rəngi ilə əlaqələnən varlıqları ona görə fetişləşdirilir ki, Göy Tanrı-
nın ən mühüm əlamətini özündə əks etdirir və bu səbəbdən də göy
rəng bolluğun nişanı sayılır. Qanın qırmızılığını görən ulu əcdad
qırmızı rəngi müharibənin əsas əlaməti kimi götürmüşdü. Sarı rəng
quraqlıqla bağlanmış (hava isti, quraqlıq keçəndə yaşıl otlar quruyub
saralır, torpaqdan seçilmir) və qəhətlik, aclıq kimi mənalandırılmış-
dı. Onlar sakrallaşdırdıqları göy qurşağının yeddi rəngini üzə çıxar-
maqla – tanrının nişanələrini müəyyənləşdirdiklərini zənn etmişdilər.
Çünki Göy qurşağı Göy Tanrının belinə dolanırdı. Bəzi tayfalar hətta
ona ayrılıqda tanrı kimi stayiş edirdi. Təbiidir ki, bu inama əsasən,
göy qurşağında iştirak edən rənglərin hamısı magik gücə malik he-
sab edilməli idi. T.Xalisbəyli Nizaminin astroloji strukturlu «Yeddi
gözəl» əsərində özünə geniş yer alan yeddi rəngin düzümünün, ardı-
cıllığının qanunauyğunluğunu müəyyənləşdirməyə təşəbbüs etmiş-
dir: qara, sarı, yaşıl, qırmızı, füruzə, səndəli və ağ. «Rənglərin sıra-
lanması qara rənglə başlayıb ağ rənglə tamamlanır» qənaətinə gələn
44
DƏDƏ QORQUD ARAŞDIRMALARI
alim həmin düzüm ardıcıllığının «Yeddiləvin» adlı milli xörəkdə də
özünü göstərdiyini vurğulayır: «Qara rəngdə - xurma, innab, qoz,
iydə, fındıq, tut qurusu; ağ rəngdə - şirni. İndi də yaşamaqda olan
«Yeddiləvin»in sıralanması qara xurma ilə başlayıb ağ rəngli şirni
ilə başa çatır» [9, 112]. Beləliklə, rənglərin də xalq arasında müxtəlif
məqsədlərlə geniş işlənilməsinin kökü miflərə bağlanır və hər rəngin
müxtəlif inanc sistemlərində öz yozumu mövcuddur. İslam təsəvvür-
lərinə görə, Allah əvvəl gecəni, dünyanın qara üzünü – cəhənnəmi
yaratmışdır. Atəşpərəstlikdə isə başlanğıcda qaranlıq (Anqro-Man-
yu) dünyanın sahibkarı funksiyasında çıxış etmək istəmişdi. Hər iki
din sisteminin görüşlərində qara şərlə əlaqələnir, ona görə də ölüm,
fəlakət, gecənin soyuqluğu və bədbəxtliklər şəklində anlaşılır.
Doqquz. Əski inanclara görə, Gülüstani-İran bağına düşən mifik
mədəni qəhrəman göydən enən gözəl pəri qıza rast gəlir. O, doqquz
saç hörüyü ilə təsvir olunur və elə parlaq, cazibəli idi ki, üzü hörük-
lərin arxasından bərq vururdu. Mifoloji anlamda üzün çox hörüklə
örtülməsi Günəşin gözqamaşdırıcı şüalarına işarədir, günəş qədər
uzaqlığı, əlçatmazlığı bildirir. Bəs nə üçün hörüklərin sayı doqquz-
dur? Çünki Günəş həmişə doqquz dağın arxasından çıxır, doqquz
göyün üstündə gəzirdi. Bəzi nağıllarda «doqquz dağ aşdı», «doqquz
zirvəli dağa rast gəldi» ifadələri işlənir. Bu yüksəklik, uzaqlıq, əlçat-
mazlıq mənasını verir. Günəşə çatmaq mümkün olmadığı üçün bü-
tün əlçatmaz, ün yetməz məsafələri doqquzla (günəşin doqquz göy-
dən keçib yerə çatan şüaları ilə) ifadə edirdilər: «Doqquz günlük yol
qət etdi», «Doqquzotaqlı, doqquzmərtəbəli evə rast gəldi», «Doqquz
il keçdi», «Doqquz ölkə gəzdi» kimi cümlələr də günəş məsafəsi,
çoxluğa işarədir.
Müqəddəs doqquz rəqəmi qədim türk tayfalarının poetik düşün-
cəsində mühüm amil kimi özünü göstərir. Toy mərasimləri çox hal-
larda doqquz gün, doqquz gecə davam edirdi. Ona görə ki, doqquz
xoşbəxtlik, uğur, xeyirxahlıq rəmzi sayılırdı. Yalnız doqquzuncu gecə
Dostları ilə paylaş: |