30
DƏDƏ QORQUD ARAŞDIRMALARI
(şimal qütbdəki bəyaz, cənubdakı ayazlı gecələri nəzərə almasaq),
gündüz isə işıqsız mövcud olmur.
Əski epik-mifoloji təsəvvürlər çağında Azərbaycanda da ayrı-ay-
rı saylara müxtəlif xüsusiyyətlər aid edilirdi. Bir qrupu xoşbəxtlik
gətirən, həm də olduqca xeyirxah işlərə yardım göstərən qüvvə kimi
təqdim olunur, digər qrupu isə, əksinə, guya şərin xidmətində du-
rurdu, bədbəxtliyin mənbəyi, qəddarlığın, fəlakətin, pis əməllərin
törədicisi sayılırdı. Beləcə saylar təkcə təbiətə xas əlamətləri deyil,
həm də insanlara aid keyfiyyətlərin daşıyıcısına çevrilir və nəticədə
canlandırılırdı. Göyə baxan ulu əcdad ilk olaraq qaranlıqda parılda-
yan ulduzları görmüş və başa düşmüşdür - onlar o qədər çoxdur ki,
sayını, ölçüsünü müəyyənləşdirmək çətindir. Və nəhəng göy üzünü
hansısa şərti fiqurlara (bürclərə) bölməklə daha anlaşıqlı və iri rəqəm
əldə etməyə çalışmışdır.
Düşüncədə böyük çoxluğun olduqca kiçiklikdə yerləşdirilməsi,
eləcə də əksinə – hansısa çox kiçik hissəciyin nəhəngdən də nəhəngə
çevrilməsi ideyası qam-şamanların və atəşpərəstlik kahinlərinin irəli
sürdükləri sistemlərdə özünə yer almışdır. Qədim qamlar və muğ-
lar məhz rəqəmlərin yardımı ilə, onların mahiyyətindəki saymaq
xüsusiyyətinə görə dünyanı dərk etmədə böyük sıçrayışlar etmişlər.
Onlar bütün maddi və mənəvi varlıqların kəmiyyətini əks etdirməyi
bacarmaqla Yaradıcının özünə yaxınlaşdıqlarını düşünmüşlər. Azər-
baycan xalqının etnogenində iştirak edən qədim tayfalardan biri əha-
linin sayını bilməyə cəhd göstərməklə mifik dünya modelinin yazı
yaddaşına düşməsinə səbəb olmuşdur.
Sakral sayların yozumunun tarixi elmin bünövrə daşları qoyu-
lan çağlardan başlanır. Bizim e.ə. I yüzillikdə yaşamış pifaqorçu Ni-
komax belə qənaətə gilirdi ki, təbiətin tam halda, yaxud ayrı-ayrı
hissələr şəklində ardıcıllıqla yaratdığı nə varsa, hamısı Yaradıcının
bütün varlıqlarla bağlı düşüncəsinə müqabil saylar əsasında müəy-
yənləşib qaydaya salınmışdır, başqa sözlə, Allah-yaradıcı dünyanı
31
əvvəlcədən düşünüb hazırladığı sxem əsasında sayların təsiri ilə ger-
çəkləşdirmişdir, elə sayların ki, hələ maddiləşməyib, mücərrəddir,
eyni zamanda məna və mahiyyətə malikdir. Hər şey – əşyalar, za-
man, hərəkətlər, göy üzü, ulduzlar və bütün növdən olan yeni yara-
nışlar saylara uyğunlaşdırılmışdır. Teoqoniyanın qanunları əsasında
hər bir yaranışın yanında bir-birini tamamlayan rəqəmi göstərmək
mümkündür:
bir - heç bir parametri olmayan nöqtədir;
iki – hər hansı iki
nöqtəni birləşdirən kəsikdir;
üç –düz səthi əks etdirən rəqəmdir, üçbucaqdır;
dörd – bütün həcmi təcəssüm etdirən maddi varlıqdır, «tetraed-
r»dir (riyazi termindir, bütün üzvləri üçbucaqlardan ibarət olan dör-
düzlü cismə deyilir);
beş, altı, yeddi, səkkiz – bir-birinə əks anlamlarda işlənir, o sə-
bəbə ki, onlarda bir sıra nöqtə gerçək
dünyadan kənarda yerləşir;
doqquz – əlçatmaz böyüklükdür, guya Yaradıcının özüdür ki,
yaranmışların içərisindən çıxmışdır.
«Dünyada nə mövcuddursa, hamısı rəqəmdir!» şüarını irəli sürən
pifaqorçulara görə, sayların ümumi sırasında bəziləri mənası və işlək
dairəsi ilə daha əsasdır, bütün varlıqların özülündə durur. Üçölçülü
(yəni həndəsi cisim) bütün varlıqlar riyazi zirvəyə çatır – nəticədə
«dörd»ü (daxilindəki üç ölçü + varlığın özü) meydana gətirir. Təbiət-
dən keçən işıq və keyfiyyətlər – «beş»in, canlılıq – «altı»nın, bilik və
səadət – «yeddi»nin, məhəbbət və dostluq - «səkkiz»in, müdriklik və
bacarıq - «doqquz»un yardımıyla əldə edilir. Mükəmməlləşmənin,
tamlaşmanın son həddi isə «on» sayılırdı. Ona görə də pifaqorçular
«on - bütün varlıqların ən gerçəyi və müqəddəsidir» - deyirdilər. A.
Makovelski İon Xiosskiyə (b.e.ə. V əsr) istinadən yazırdı ki, «Hər
şey – üçdən ibarətdir və üçdən böyük və yaxud kiçik mövcudat yox-
dur. Çünki hər bir varlığın yetişməsində, bütövləşməsində üçlüyün
- ağıl, güc və səadətin rolu var» [29, 112].
Folklor, mifologiya, etnoqrafiya
32
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ümumiyyətlə, rəqəmlərin qeyri-adi gücə malikliyi, magikliyi
haqqında müxtəlif səpgili və dərəcəli bu cür baxışlar dünya xalqları-
nın əksəriyyətində özünə yer tapmışdır. Müəyyən mərhələdə rəqəm-
lərin sakrallığına fəlsəfi don geydirib dünyadakı pis-yaxşı bütün
əlamətlərlə qoşa işlədirdilər. Zoroastrizmdə və qam təsəvvürlərində
hər rəqəmin öz xarakteri olduğu göstərilirdi: bir - «Avesta»da «ruh
və canlılıq» mənasında işlənir. Yazın gəlişi ilə əlaqələndirilir. Təbiə-
tin oyanması, qanın qaynaması, torpağın canlanması birlə əlaqələn-
dirilir.
İki -
ən böyük ədaləti,
üç –bütövlüyü,
dörd – ucalığı, yüksəkliyi,
beş – ölümsüzlüyü,
əbədiliyi,
altı – hakimiyyəti,
yeddi – evliliyi,
səkkiz – saflığı, duruluğu,
doqquz – odu,
on – uğurlu əməli (yaradıcılıq fəaliyyətini),
on bir –
xeyirli düşüncələri,
on iki – müqəddəsliyi, on üç – axirəti, dünyanın sonunu bildirir-
di.
Bundan başqa, rəqəmlərin magik gücünü müxtəlif keyfiyyətlərlə
əlaqələndirirlər:
bir – iradə,
iki – bilik,
üç - nikah (kollektiv),
dörd
– fəaliyyət,
beş – inanc,
altı – şəhvət və nəfs,
yeddi – qələbə,
sək-
kiz – haqq və ədalət,
doqquz – müdriklik,
on – xoşbəxtliyin ötüb
keçməsi,
on bir – cəsarət,
on iki – günah və qurban,
on üç – dahi-
lik və istedad,
on dörd – özünütərbiyyə,
on beş – hərəkətin gücü
(magiya),
on altı – fəlakət,
on yeddi – doğruluq və ümid,
on səkkiz
– böhtan,
on doqquz – sevinc və xoşbəxtlik,
iyirmi - oyanış və dir-
çəliş,
iyirmi bir – uğur, iyirmi iki – uğursuzluq və xəyaldır [27, 36].
Sayların fəlsəfənin «predmeti» kimi yanaşanda hər biri ayrılıqda