21
2. Ata, oğul, yaxud qardaş əsir düşür. Onu xilas edən şəxs böyü-
yüb hadisəni bilənədək olan zaman ötürülür.
3. Ailənin bir qanadının nümayəndəsi (qız, gəlin) qaçırılır. Onun
yerləşdiyi məkan tapılanadək olan vaxt buraxılır.
4. Qəhrəman tilsimə salınır. Başqası tərəfindən tilsim qırılanadək
olan çağ ötürülür və s.
Ötürülmələrin mətndəki «yeri» çox hallarda bir, iki cümlə ilə
yekunlaşdırılır, bəzən də etnoqrafik və məişət zəminində elə ha-
disələrlə «doldurulur» ki, böyük zaman keçidində «itirilənlər» hiss
olunmasın. Maraqlıdır ki, baş verən dəyişikliklər unudulma, tanıma
hallarının təsviri ilə təsdiqlənir. Yaddaşın bərpası üçün sınaqlar ke-
çirilir, hər şey öz ahənginə qaytarılır. Sınaqların təsir gücünə malik
olmasından ötrü el arasında yaşayan ən yaxşı adətlərdən – qəhrə-
manlıqla nişanlanmanın şərtlərindən, müqəddəs musiqi alətlərində
(qopuzda) çalmaq bacarığını, xüsusi silah növlərindən istifadə qabi-
liyyətini nümayiş etdirməkdən və s. geniş istifadə olunur.
Bəzən bir epos daxilində bir neçə «ötürülmüş hadisə» verilir.
Tarixi-qəhrəmanlıq dastanları üçün xarakterik zaman təsvirlərin-
dən biri də odur ki, qəhrəman özü üçün yiyələnməsi çətin, uzun-
müddətli olan bir peşə seçir, yaxud yerinə yetirilməsi çox vaxt tələb
edən tapşırığı öhdəsinə götürür, eləcə də qarşıya çıxan maneəni bü-
tün elliklə dəf edə bilmədikdə səfərdə olan əsas qəhrəman gələnədək
dəfələrlə məğlubiyyətin acısını çəkir, bununla eynicinsli və əhatəli
hərəkətlərin davamlılığına meydan açılır. «O, burada üç il yaşadı,
birinci ili ev işlərinə baxdı, ikinci ili qopuz çalmağı öyrəndi, üçün-
cü ili oxuyub məclis aparmağı ilə seçildi» kimi təsvirlərdə zaman
ozan sənətini öyrənməyin əsas atributudur. Yaxud «yetdiyi yerə yel
yetməyən» Bəgdüz Əmən Qazılıq qocanı əsirlikdən xilas etməyi
qarşısına məqsəd qoyur, lakin yeddi dəfə qalanı almaq istəsə də, ba-
carmır. Həmin hadisə dastanda davamlı, yaxud təkrarlanan zaman
şəklində təsvir edilir:
Folklor, mifologiya, etnoqrafiya
22
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Yedi urğunım Yeni Bayırın qurdına
bənzərdi yigitlərim,
Yeddi kişi ilə qurulurdı mənim yayım!..
Yeddi qatla vardım, ol qələyi alımadım,
geri döndüm» [10, 95].
Sürəkli, yaxud təkrarlanan zaman «Basat Dəpəgözi öldürdigi
boy»da daha maraqlı və çoxmərhələlidir.
Bütün banların əsasında belə bir nəticə çıxarmaq olar ki, epik
ənənədə zaman toposları əsasən aşağıdakı formalarda təsvir edilir:
1. Bir günlük epik zaman toposu.
Hadisə günçıxanda başlayıb batanda tamamlanır. Bəzən də şər
qarışandan da yeri sökülənədək olan hadisə epik zaman toposunun
içərisində əridilir. N.İ.Kravsov yazır ki, eposlarda «səhərin açılması
onunla şərtlənir ki, kəndlilər və əsgərlər işə başlayırlar» [26, 253-
254]. Hərbçilərin məişətində havanın işıqlaşmasının böyük əhəmiy-
yət kəsb etdiyi şübhəsizdir. «Oğuz kağan» dastanında bir-iki hal is-
tisna edilməklə yürüşlər səhərlər baş verir.
2. Üç gün-üç gecəlik epik zaman toposu.
Arxaik eposlarda və nağıllarda qəhrəman şərin təmsilçiləri ilə,
məsələn,
devlərlə üç gün, üç gecə vuruşurlar.
3. Qırx gün-qırx gecəlik epik zaman toposu.
Epik ənənədə ən çox hadisələrin son akordu qırx gün, qırx gecə
toy etməklə tamamlanır.
3. Bir illik epik zaman toposu.
Çox vaxt «doqquz ay, doqquz gün, doqquz saat» şəklində ifadə
olunur, insanın dünyaya gəlməsi – doğulması zamanı sayılır.
4. Yeddi illik epik zaman toposu.
Uzaq səfərlər və qəhrəmanın sehirli varlıqları təkbaşına axtar-
maq zamanı sayılır.
5. On altı illik epik zaman toposu.
23
Əsir alınma və sehrə düşmə zamanı kimi xarakterizə olunur.
6. Qırx illik epik zaman toposu.
Bu bölgü daha böyük göstərilə bilər. Mifik mədəni qəhrəmanın
kənar dünyalara yollanması zamanıdır. Məsələn, «Munisnamə»də
Balakiy dünya qatlarında 500 ildən artıq qalır və bu çağı quş şə-
killi Xızırın qüdrəti ilə geri qayıdıb kor olmuş anasının gözlərinə
nur gətirir. Bu mifik söyləmədə qəhrəmanın geri dönməsi zamanın
özünün tərsinə sıxışdırılması ilə şərtlənir. Çünki 500 illik məsafə qət
olunmasına baxmayaraq Balakiy yurduna qayıdan da görür ki, anası
hələ həyatdadır.
7. Uzaq məsafənin bir göz qırpımına (bir illik yolun bir saa-
ta) qət olunması və s.
Eposlarda yolun qısaldılmasını şərtləndirən vasitələrdən də isti-
fadə olunur. Birinci halda, fövqəltəbii qüvvələrin yardımı ilə uzaq
məsafə gözün açıb yumulması anında yerinə yetirilir. İkinci halda,
sürətli miniyin – xüsusi at, araba, Zümrüd quşunun, uçan xalçanın
köməyi ilə mənzil başına vaxtından tez çatdırılır.
Mifoloji dünya modelinin
kəmiyyət strukturu
Ümumiyyətlə, təkcə Azərbaycan-türk mifologiyasının yox, elə-
cə də hər bir mifologiyanın öyrənilməsində sayların tədqiqi mühüm
əhəmiyyət kəsb edir. Hər bir ənənəvi mədəniyyət üçün xarakterik
olan rəqəmlər vardır. Onların hansı rəqəmlər olması bir təsadüf ol-
mayıb, həmin mədəniyyətin bazasını təşkil edən mifoloji dünya mo-
deli ilə bağlıdır.
Mifologiyada rəqəmlərin xüsusi mövqeyi vardır. Bunlar dünyanı
qavrayışın mühüm vasitəsi kimi çıxış edir. Ümumiyyətlə, mifoloji
təfəkkürün özünəməxsus keyfiyyəti onda ifadə olunur ki, mif dün-
Folklor, mifologiya, etnoqrafiya