15
mu dərin qatlarda qalır. Halbuki zamana aid iki baxışdan biri digəri-
nin əksini təşkil edir, arxaik eposun başlanğıcı mifik ilkin yaranışlar
dövrünün mənzərəsini yaratdığı halda tarixi qəhrəmanlıq dastanları
elə hadisələrə üz tutur ki, dinləyicilərə baş verməsi bəlli olsun. Ta-
rix faktının tam mənzərəsini yaratmaq məqsədi daşımır, sadəcə üzdə
olan bir-iki əlaməti (hadisənin baş verdiyi yeri, tayfa adlarını, tarixi
şəxsiyyətləri və s), ya da son nəticəni mətnə daxil etməklə xalqın ta-
rixi-qəhrəmanlıq salnaməsini yaradırdılar. Məsələn, nağıl və dastan-
larda hadisələr allahdan başqa heç kəs olmayan zamanla əlaqələnib
naməlum padşahla, naməlum ölkə, şəhər – məkanla, sehirli, qeyri-a-
di varlıqların iştirakı ilə inkişaf etdirilir və möcüzənin köməyi ilə
çalınan qələbə ilə yekunlaşır. Digər tərəfdən, əgər eposda hadisənin
çıxışı hamının tanıdığı Dəmirqapı Dərbənddə, Göyçədə, Trabzonda,
Tiflisdə, Bağdadda, Qarsda, Əlincə qalasında və b. yerlərdə məlum
zamanda (Məhəmməd peyğənbərin yaşadığı dövrdə, Osman qazi-
nin hakimiyyəti çağında və s.) başlanırsa, sonrakı döyüşlərin də ger-
çəkliyinə şübhə ilə baxılmır. Və «Dədə Qorqud» ona görə spesifik
xüsusiyyətli dastandır ki, onda zaman və məkan anlayışının hər iki
çıxış-başlanğıc formasından istifadə olunur. Lakin elə boylar var ki,
A) Zaman mifik anlamdadır:
«Duxa qoca oğlı Dəli Domrul boyu», «Basat Dəpəgözi öldürdigi
boy», «Dirsə xan oğlı Buğac boyı», «Salur Qazan tutsaq olub oğlı
Uruz çıqardığı boy».
B) Emprik-tarixi zamanla başlanan boylar daha çoxdur:
«Salur Qazanın evinin yağmalandığı boy», «Qambörənin oğlı
Bamsı Beyrək boyu», «Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı
boy», «Qanlı qoca oğlı Qanturalı boyu», «Qazılıq qoca oğlı Yey-
nək boyı», «Bəkil oğlı Əmranın boyu», «Uşun qoca oğlu Səgrək
boyu», «İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boy». Ancaq
hadisələrin çıxışı emprik xarakterdə olsa da, süjet xəttinin inkişafı
prosesində çox hallarda başqa axara düşür. Diqqət çəkicidir ki, Dədə
Folklor, mifologiya, etnoqrafiya
16
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qorqud obrazının özü mifik mədəni qəhrəman səviyyəsindədir, onda
ilkinliklə bağlı əlamətlərin qalıqları bir neçə boyda hiss olunacaq
dərəcədədir. Eləcə də onun ad qoyma xüsusiyyəti, əksər boylarda
xatırlanır. Bütövlükdə götürəndə epos Dədə Qorqudun dünyaya real
gəlişi ilə başlanır, ilk baxışda elə təsir oyanır ki, mifik zaman arxada
qoyulmuş, tarixə bəlli hadisə ön plana çəkilmişdir. Əslində isə «Ki-
tabi-Dədə Qorqud» adı altında müxtəlif dünyagörüşlərinin (zaman
etibarı ilə bir-birindən bəzən min il məsafəsi qədər ayrılan) məhsulu
olan, yazıya alındığı dövrdə ad və məkan ümumiliyi əsas götürülüb
bir-biri ilə əlaqələndirilmişdir.
Eposun «uzunluq toposları»
Eposun «uzunluq toposları»nı, yaxud xronotopları müəyyən-
ləşdirilərkən onun yarandığı dövrə aid əlamətlər – dünyagörüşü sis-
temləri, adət-ənənələr, tarixi şərait nəzərə alınmalıdır. Ümumiyyətlə,
tədqiqatçılar epik ənənədə, xüsusilə eposlarda işlənən zaman uzun-
luğunu – hadisələr başlayıb bitənədək olan dövrü «topos», yaxud
«xronoakt» (vaxt ardıcıllığı aktı) adlandırırlar.
Mifoloji-arxaik qəhrəmanlıq dastanlarında bədii təsvirin əhatə
dairəsinin spesifikliyini göstərən amillərdən biri – hadisə və hərəkət-
lərin mübaliğəli şəkildə həddindən artıq uzadılmasıdır. Təsvirdə
özünü biruzə verən bu hala elmi ədəbiyyatda «uzunluq toposu»,
yaxud «xronoakt» deyirlər. Azərbaycan eposlarında bir qayda olaraq
uzunluq toposları bir-birinə oxşardır, ənənəvi xarakterdədir.
Bütövlükdə götürdükdə, dünya xalqlarının epos yaradıcılığında
uzunluq toposlarının ümumi məzmunu belədir:
a) qəhrəmanın təkbaşına mübarizəsi; bir neçə mərhələdən (çox
hallarda üç) ibarət olur, zaman adi qaydada təsvir edilir, gecə gün-
düzə çevrilir, üç gün, üç gecə keçir, lakin bu adiliyin içərisində elə
bir sirli aləm gizlənir ki, onu tam dərk etmək üçün əsrləri adlayıb
17
ilkinliyə baş vurmaq lazım gəlir; b) mənzil başına çatmaq üçün
qət edilən yol; qəhrəman sehirli əşya və tapşırıq ardınca gedir, illər
bir-birini əvəzləyir, ancaq ona elə gəlir ki, sanki zaman preslənib,
mübarizə aparan bəzən «kosmik sürətlə» hərəkət edir, «uçur», bir
aylıq işini bir saata yerinə yetirir, lakin vaxt dəyişmələrini hiss etmə-
dən bir sirli məkandan digərinə çatır, təbii əlamətlərin belə başqalaş-
ması (gecənin gündüzlə, qışın yazla əvəzlənməsi) bir göz qırpımında
baş verdiyindən zaman uzunluğu duyulmur.
Zaman uzunluğu toposunun bu iki forması epik ənənədə əsərdən
əsərə müxtəlif poetik və fuksional xüsusiyyətlər kəsb edir. Məsələn:
– Elə mifoloji epos və nağıllar var ki, orada hadisələrin zaman ar-
dıcıllığı və uzunluğu ilin dörd fəsli ilə müəyyənləşir, biri ilə başlayıb
digərlərini adlamaqla sonuncuda tamamlanır;
– Başqa funksiyada hadisələr bir fəsil (payız, yaxud qış, yaz,
yay) çərçivəsindən kənara çıxmır;
– Bəzən zaman hər hansı bir məkanın təbii şəraitinə uyğun
əlamətlə müəyyənləşir; qızılgüllər açır, ağaclar yarpaqlayır (baha-
ra işarədir), şimşək çaxır, bağlar bar verir (payıza işarədir). «Dədə
Qorqud» da suların coşub daşması, dağların ucalığı məkanla zama-
nı şərtləndirən əsas əlamətlərdən biridir. Belə ki, Oğuz bəyləri uzaq
yerdən vətənə qayıdanda ilk olaraq təbiət varlıqlarına üz tuturlar:
...Qarşu yatan qara dağdan aşub gəldügində-keçdügində
Beyrək adlu bir yigidə bulaşmadınmı?
Taşqun-taşqun suları aşub gəldügində-keçdügində
Beyrək adlu bir yigidə bulaşdınmı?..» [10, 61]
Yaxud:
«Arğab-arğab qara tağın yıxılmışdı, ucaldı axır!..
Qanlu-qanlu suların sovulmuşdı, çağladı axır!..» [10, 66]
Folklor, mifologiya, etnoqrafiya
Dostları ilə paylaş: |