18
DƏDƏ QORQUD ARAŞDIRMALARI
•
Qışla yaz antiteza şəklində qoyulur; uğursuz hadisələr qışla,
qələbələr, yaranışlar yazla bağlanır.
İkinci misalda Beyrəyin vətəninə gəlib çatdığı, ata-anasına qo-
vuşduğu zaman və məkan «yıxılmış dağın təzədən ucalması», «qu-
rumuş suların coşub çağlaması» ilə əlaqələndirilir.
•
Zaman toposları epik ənənədə qəhrəmanın yaş mərhələləri əsa-
sında verilir;
•
Vaxt sürətli göstərilir; «Ay keçdi, il keçdi, on beş yaşında bir
oğlan oldı» cümləsində böyük bir dövr sıxışdırılmış şəkildədir.
•
Zamanın tərsinə dönməsinə, geri qayıtmasına – qocanın ca-
vanlaşması, ölənlərin dirilməsi halına da rast gəlirik.
Bu hallar bir məkan daxilində zaman uzunluğunun funksional və
poetik əlamətləridir.
Epik qəhrəmanın səyahətləri və səfərləri bir məkanın dairəsindən
çıxıb ölkələrlə, çaylarla, dənizlərlə, göllərlə, dağlarla, meşələrlə mü-
şayiət olunur. Bu halda zamanla məkan əlamətlərinin əlaqələnmə-
si, bağlılığı yaranır və «xronotop» (vaxt-yer) şəklində təsvir edilir.
«Xronotoplar» eposun bədii sistemində xüsusi poetik funksiya da-
şımaqla yanaşı, hadisələrin zaman uzunluğu və məkan yerləşməsini
abstarklıqdan konkretliyə doğru aparan əsas vasitələrdən biri kimi
çıxış edir. M.M.Baxtin «zaman-məkan anlayışının obrazlı şəkildə
və vasitələrlə ifadə edilməsi» şəklində ümumiləşdirərək göstərir ki,
«Çox sulardan keçdilər, çox dağları aşdılar» - deyəndə vaxt məkan-
la qovuşuq haldadır və təsvirin «xronotop»luğunu şərtləndirir [22,
132-134].
Epik ənənədə, faktiki olaraq, həm zaman, həm də məkan qəh-
rəmanın şərlə təkbaşına mübarizəsinin davamlılığına yardım edən
vasitə rolunda çıxış edir. Ona görə ki, hər ikisi epik hərəkətin xa-
rakterini necə var, elə, daha doğrusu, əsər yaradanın nəzərdə tutdu-
ğu şəkildə göstərməklə daha fəal vəzifə daşıyıcısına çevrilir. Sanki
qəhrəmanlıq mübarizəsi başlayandan qurtaranadək obrazla məkan
19
rollarını dəyişdirir. «Dağ yerindən oynayır», «nərildəyir», «buludlar
kişnəyir». «Kitabi-Dədə Qorqud»da hətta qəhrəmanlar öz günahla-
rının səbəbini məkana aid amillərdə axtarırlar:
«Qazan bəg burada yurdlən xəbərləşmiş, görəlim, xanım, nə xə-
bərləşmiş; Qazan aydır:
Qum qumlamayım quma yurdum!
Qulanla sığın-keyikə qonşı yurdum!
Səni yağı nerədən darımış, gözəl yurdum!
Ağ ban evin dikiləndə yurdı qalmış… [11, 301]
Bu o səbəbdəndir ki, qədim zamanlarda yurd və döyüş yerləri
uğuru, qələbəni təmin edən əsas vasitə kimi müqəddəsləşdirilir, yo-
lunda canından keçən igidlərdən çox həmin məkanlar xatırlanırdı.
Görkəmli rus alimi M.M.Baxtin türk-monqol dastanı «Canqar»-
dan bəhs açanda başqa termin təklif edərək yazır ki, «zamanla mə-
kanın təsvirinin davamlılığında eyni funksiya daşıdığını nəzərə alıb,
çox şərti olaraq, onların bağlılığını «xronoakt» (yəni «hərəkət zama-
nı») anlayışı ilə ifadə etmək məqsədəuyğundur» [23, 296]. Məsələyə
bu cür yanaşanda zaman sadəcə davamlılıq, ölçü həddi kimi götürül-
mür, hərəkətin, hadisənin özünün qeyri-adiliyinin nəzərə çatdırılma-
sı, xüsusi yolla artırılması və bu an dinləyiciləri yormamaq məqsə-
dilə təsir gücünün genişləndirilməsi formasında qəbul edilir.
Fərqli epik səpgiyə malik dastanlarda epik «xronoakt» yeganə
ifadə formasıdır ki, bir janr daxilində haqqında ümumiləşdirilmiş şə-
kildə danışmaq mümkündür. «Xronoakt»ların müxtəlifliyi tarixi-po-
etik əlamət kimi daha böyük maraq doğurur.
Göründüyü kimi, tarixi qəhrəmanlıq dastanlarında zaman topos-
ları onunla xarakterizə olunur ki, arxaik epik ənənədən fərqli ola-
raq bir çox məsələlərdə cəmiyyətin inkişaf pillələrinə uyğun «yeni-
liklər» əks etdirilir. Bu yeniliklərdə bir-biri ilə əlaqələnən iki vacib
Folklor, mifologiya, etnoqrafiya
20
DƏDƏ QORQUD ARAŞDIRMALARI
cəhət ortaya çıxır: birinci, zamanın «bütövlüyü» və onun ölçüləri
haqqında təsəvvürlər əsaslı şəkildə dəyişir. İkinci, təsvirdə zaman
axınının ötürülməsi üsulları başqalaşır. Epik ənənədə tam zamanın
təsviri tərkib hissələrinə, mərhələlərə ayrılaraq həyata keçirilir və
çoxsaylı zaman hədlərini iki bölmədə sistemləşdirmək məqsədə uy-
ğun sayılır:
A. Sadə və qısa zaman həddi.
Hadisənin baş vermə müddəti, davamlılığı uzun çəkmir. Qəhrə-
man üç, yaxud beş gün möhlət alır. Bu qrupda ən böyük hədd bir ilin
tamamıdır. Ondan sonra gələn zaman bölgüləri bu qrupa aid deyil.
Az vaxt həddi ilə tapşırığı yerinə yetirmək öhdəliyini götürən qəhrə-
man həmin müddətdən kənara çıxmamalıdır. Qısa zaman həddi çox
hallarda epik ənənədə əsas şərt kimi meydana çıxır, pozulması şərin
qələbəsini təmin edir, hər şeyi məhvə doğru aparır.
B. Mürəkkəb və uzunmüddətli hədd.
İnsan ömrünün əsas mərhələləri ilə (doğulub-evlənməsi, böyü-
yüb taxt-taca sahib olması, uşaqlığını, yaxud gəncliyini, cavanlığını,
qocalığını başa çatdırması) ölçülərək illər ərzində davam edir. Epos-
larda bu vaxt bölgüsü bəzən, 25-30 il uzanır. D.S.Lixaçov düzgün
olaraq bu nəticəyə gəlir ki, böyük zaman müddətləri – blinalarda bir,
iki, otuz üç il şəklində o yerdə meydana çıxır ki, orada «hadisələr
qırılır» [28, 53]. Qəhrəmanın hərəkətinin kəsilməsi səbəbi çox hal-
larda onun meydandan «kənarlaşdırılmasın»dan irəli gəlir. Məsələn,
Bamsı Beyrək, epik əhvalatın tamamlanmaq ərəfəsində əsir alınıb
Bayburd sultanının qalasında 16 il saxlanılır. Və hadisələrdə bir növ
16 illik dövr sıxışdırılır, ya da tamamilə ötürülür. Daha doğrusu, qəh-
rəmanın fəaliyyətinin «dondurulduğu» böyük zaman məsafəsində
hadisələr dolu deyil, ötürmələrlə təsvir edilir.
Zaman bu qayda ilə «ötürülməsi» bir neçə səbəbdən baş verir:
1. Qəhrəman möcüzəli şəkildə doğulur. Onun yetkinlik yaşa çata-
nadək olan dövrü ötürülür. O, ayla, illə deyil, günlə, saatla böyüyür.
Dostları ilə paylaş: |