12
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xronotopun belə geniş, konkret şəkildə təsvirinə ancaq yazılı
ədəbiyyatda rast gəlmək mümkündür. Şifahi epik ənənədə isə nadir
hal kimi nəzərə çarpır. Doğrudur, birbaşa hansı zamandan bəhs açıl-
dığı qeyd edilmir. Lakin poetik ifadələrin arxasında gizlənən anlam-
lardan anlaşılır ki, yazın gəlişindən söhbət gedir. Çünki qışın soyuğu
torpağın üstündən əlini tamam götürməmişdi, «salxım-salxım dan
yelləri əsir», «boz torağaylar» ona görə ac ötürlər ki, hələ təbiətdə
tam oyanma baş verməyib, bitkilər cücərməyib, yeməyə bir şey tap-
mırlar. «Bədəvi atların yiyəsini görüb kişnəməsi»nə də səbəb odur
ki, artıq isti-soyuq yuvaları tərk etmək zamanı gəlib çatmışdır. Eləcə
də Novruz yaxınlaşdığı üçün «saqqalı uzun tat kişilər azan çəkir»lər,
Qalın Oğuzun «gəlini-qızı axır çərşənbədə bəzənib-düzənir», günün
«ağlı», yəni işıqlı, gündüzlü və «qaralı», yəni gecəli, qaranlıq çağları
bir-birindən seçilir. Nəhayət, yaz girəndə «köksü gözəl böyük dağla-
ra gün dəyir», igid bəylər, qəhrəmanlar meydanlara axışıb bir-biriləri
ilə güləşir, döyüş sirlərini mənimsəyirlər.
Diqqət çəkici faktdır ki, boyda bir ilin dairəsindən çıxıb müxtə-
lif dövrlərə düşən başqa hadisələrin də çıxışı baharla əlaqələndirilir.
Bayındır xanın maraqlı adətindən bəhs açılanda iki kiçik zaman mər-
hələsinə işarə olunur: onun əmri ilə «bir yazda, bir də payızda buğa
ilə buğranı savaşdırardılar». Lakin ozanlar mətndə on beş il ötürül-
müş vaxtı (uşaq nəzir-niyazla dünyaya gələndən sonra on beş yaşına
girənədək nə hadisə baş verdiyi buraxılır) boyun başladığı zaman və
məkana uyğun şəkildə davam etdirirlər. Adama elə gəlir ki, bu elə
Bayındır xanın toy qurdurub Qalın Oğuzun bütün bəylərini yanına
topladığı həmin bahardır: bir yerdə ağ, bir yerdə qırmızı, bir yerdə də
qara otaq qurulub... Çünki buraxılmış, «sıxışdırılmış zaman» ərzin-
də əslində ancaq bir şey dəyişmişdi. Dirsə xan tək deyildi, oğlu ilə
birlikdə məclisə qədəm qoyurdu. Qalan məsələlər əvvəlki kimi qa-
lırdı. Yenidən əhatəli təsvirə yer verilir və hadisələr əfsanəvi məcra-
dan çıxarılıb (yəni Buğacın nəzir-niyaz, alqışla möcüzəli doğuşunun
13
nəticəsi olaraq onun qeyri-adi varlıqlarla mücərrəd məkan və zaman
çərçivəsində mübarizəsinə həsr olunmur), xalq adət-ənənələrinin fo-
nunda ailə-məişət səviyyəsinə endirilir.
Böyük dövrün sıxışdırılmasından sonra hadisənin yenə yazla
başlaması zaman ardıcıllığı baxımından həm də boyun birtipliliyi-
ni təmin edən vasitədir. Struktur baxımından yazda əsası qoyulub
düyünlənən hadisə bir növ həmin nöqtədən – yaz vaxtından da da-
vam etdirilir. Burada on beş illik fərq bir də ona görə hiss edilmir
ki, zamanı öz arxasınca aparan əsas obraz meydana gətirilir və o,
qəhrəmanlıqla ad-san qazanır:
«Məgər, sultanım, genə yazın buğayı
saraydan çıxardılar. Üç kişi sağ yanında, üç kişi sol yanında dəmür
zəncirlə buğayı tutmışdılar. Gəlüb meydan ortasında qoyu verdilər.
Məgər, sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda
aşuq oynarlardı. Buğayı qoyu verdilər, oğlancıqlara «qaç» dedilər.
Ol üç oğlan qaçdı, Dirsə xanın oğlancuğı qaçmadı. Ağ meydanın
ortasında baxdı - turdı».
Boyda üçüncü mühüm hadisənin də çıxışı yazla əlaqələndirilir.
Bunlar təsadüfi xarakter daşıyırmı, yoxsa hansısa sistemə, inama
bağlanır?
Azərbaycan türklərinin məişətində bahar fəslinin mühüm əhə-
miyyət kəsb etməsi danılmazdır. Yazla hər şey təzələnir, xeyirliyə
doğru atılacaq addımlar üçün zəmin hazırlanır. Hətta küsənlər ba-
rışırlar. Eposda ata-oğul (şər-xeyir, qış-yaz) qarşılaşmasının, daha
doğrusu, toqquşmasının bünövrəsi ikincinin ad-san qazandığı gün-
dən qoyulur. Lakin birincinin tam şərləşməsi üçün növbəti yaza qə-
dər vaxt sərf olunur. Çünki şərxislətlilər qışın sazağını atanın ürəyinə
ötürməli idilər. Yayda başlanan fitnə-fəsad yayda, payızda bəhrə verə
bilməzdi. Bu halda Buğacın qayıdışı (ölümcül yaralanandan sonra
Xızırın yardımı ilə sağalması) mümkün deyildi. Beləcə il ərzində
Dirsə xanın nökərlərinin fitnəkar hərəkətlərinin təsvirindən sonra ov
səhnəsi gəlir.
Folklor, mifologiya, etnoqrafiya