24
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yanı onun görünən, maddi, hissi tərəflərindən qavrayır. Saylar da
həmin ilkin qavrama çevrəsinə daxil olan ünsürlərdəndir. Əşyaların
sayılması insan təfəkkürünün inkişafında çox böyük rol oynamış,
onu irəli aparmışdır.
Mifologiyada saylar dünyanın yalnız kəmiyyət baxımından qav-
ranma vasitəsi deyildir. Mifoloji çağ insanı dünyanı rəqəmlər vasitəsi
ilə yalnız dərk etməmiş, həm də təsvir edərək «modelləşdirmişdir».
Başqa sözlə, rəqəmlərin mifoloji dünya modelinin qurulmasında son
dərəcə böyük və müstəsna rolu olmuşdur.
Kəmiyyət (say) insanın dünya anlamında faydalandığı vacib
abstrakt anlayışlardan biridir. Rəqəmlərin sakrallaşdırılması yaranış-
ların mifoloji dərkolunmasında xüsusi əhəmiyyət kəsb etmiş, əmək
alətlərinin, istehsal vasitələrinin, məişət əşyalarının, ailə və icma
münasibətlərinin, sənət və peşələrin, xalq bədii təfəkkürünün, poe-
ziyanın, epik ənənənin meydana gəlməsində böyük rol oynamışdır.
Say – mifoloji sistemlərdə ən geniş yayılmış işarələr toplusudur və
keyfiyyət-kəmiyyət, zaman-məkan-miqdar daşıyıcısı kimi çıxış edir.
İnsan özü də işarə-təsvir üsullarından biri kimi xüsusi say kodunun
ən mühüm elementinə çevrilir. Başqa sözlə, mifoloji modellərdə
bəşər övladının dünyaya gəlməsi başqa dünya elementləri ilə müqa-
yisədə müxtəlif rəqəmlərlə qeyd edilir. Məsələn, «Avesta»da bütün
canlıların altıncısı insandır, deməli, atəşpərəstlik inancında insanın
sakral say işarəsi «6»-dır. Çin mifologiyasında isə insan «3»–lə do-
ğulur və dünya modeli bütövləşir.
Öncə gözlə gördüklərini, sonra isə düşündüklərini cütləşdirməsi-
ni bəşər övladının ilk ən böyük elmi kəşfi hesab etmək olar. Günəş
- gündüz bir idi, o, ay - gecə ilə qoşalaşdırıldı və ikini (birin əksini)
meydana gətirdi. Yaz girəndən payızın ortalarınadək olan dövr biri –
tanrının insanlara göndərdiyi xoş çağları anladırdı, qış isə onun tərsi,
ikiləşməsi, cütləşməsi idi. Xeyir-şər əkizliyinin bünövrəsi məhz iki
rəqəminin kəşfi ilə qoyulmuşdur. Və hər şeyin doğuşu varlıqların
25
əkizləşməsinin, ikiləşməsinin, əksliklərin qarşılaşdırılmasının nəti-
cəsində baş vermişdir. Yer - kişi (Heb, Zevs) göy - qadınla (Nut,
Hera), hava-kişi (Şu) su-qadınla (Tefnut) evlənməklə başqa varlıqla-
rı dünyaya gətirmişdir. Sayların təbii sıralanması dilin dərin qatların-
da indi təsəvvür etdiyimiz şəkildə deyildi, tamamilə başqa ardıcıllıq
və anlamda idi. Saylar keyfiyyətcə müxtəlifcinsli düşünülür, onla-
rın fövqəltəbii gücə malikliyi müəyyən vasitələrlə təsdiqə çalışılır,
bəzilərinə tam üstünlük verilirdi. Bu mənada dünya xalqlarının hər
birini fərqləndirib əsas, vacib saydığı saylar mövcuddur. Rəqəmlə-
rin sakral funksiyasını müəyyənləşdirmək üçün ulu əcdadın dünya
haqqındakı ibtidai təsəvvürlərinə diqqət yetirmək kifayətdir. Çünki
dünyanın mifoloji mənzərəsinin əsas cəhətləri çoxsaylı variantlar
şəklində əksər xalqlarda özünü biruzə verir. Dünyayaratmada elə pa-
rametrlərdən bəhs açılır ki, bütün hallarda say etibarı ilə sabitliyini
qoruyub saxlayır. Mifik dünya modelinin müxtəlif strukturlarını öy-
rənəndə görürük ki, ilk əvvəl o iki hissəyə bölünür –
gerçək dünya
və
xarüqüladə dünya.
Dünya şaquli xətt üzrə ən azı üç hissəyə, üfüqi xətt iləsə mərkəzi
dayaq nöqtəsi qatılmaqla dörd istiqamətə ayrılır:
şərq, qərb, şimal,
cənub.
Dünyanın əsas ölçülərinin cəmi yeddidir: 4 (yer üzü-
nün dörd istiqaməti) + 1 (mərkəz) + 1 (yuxarı) + 1 (aşağı).
«Yeddi» sayının geniş yayılmasının səbəbini məhz dünyanın struk-
turunun parametrləri ilə əlaqələndirirlər. Bəs yerdə qalan saylar necə
olsun? Qeyd etmək lazımdır ki, mifik dünya modelində onların hər
birinin öz yeri və məna tutumu var: iki – yaşadığımız dünya və o biri
dünyadır (yerüstü, yeraltı dünyalar). Üç – göy (kosmos) + yerüstü
dünya (gerçək dünya) və yeraltı dünyadır (ölülər aləmi). Dörd – yer
üzünün tərəfləridir. Çinlilər dünyanı çox hallarda iki rəqəmlə – «beş»
və «altı» ilə müəyyənləşdirirdilər. «Beş» deyəndə, mərkəzi dayaq
nöqtəsi və yer üzünün dörd tərəfi; «altı» - yer üzünün dörd tərəfi
Folklor, mifologiya, etnoqrafiya
26
+ aşağı + yuxarı. «Altı»nın sistemində istiqamət bildirən anlamlar
olduğu kimi qəbul edilsə də, tənzimləyici funksiyasını «mərkəz»
əvəzinə «yuxarı» və «aşağı» hissələr öz üzərinə götürür. Beş və altı
rəqəmlərinin sakrallığını əyaniləşdirən sxemlərə nəzər salaq:
İnsan təbiətdə baş verən hadisələrin arxasında magik qüvvənin
dayandığını zənn etməklə yanaşı, bir sıra rəqəmlərin də fövqəltə-
biiliyinə inanmış və onları iki qismə ayırmışdır: uğurlu və uğursuz
rəqəmlər. Mifoloji təsəvvürlərdə hər ikisi qeyri-adi işlərin törədici-
sidir. Dünya mifik sistemlərində, xüsusilə xristianlıqda üç dəfə altı
rəqəminin təkrarı (666) iblisin gəlişini, üç dəfə səkkizin yanaşı iş-
lənməsi (888) İsus Xristosun yenidən doğuşunu bildirir. Eləcə də
iyirmilik say sisteminə daxil olan 13 nəhs rəqəm hesab edilir. Ay
təqvimində bir neçə rəqəm - 10, 13, 16, 25 bədbəxtlik, 29 isə uğur-
suzluq gətirən gündür, qalan hallarda 13 rəqəminin nəhsliyi deyil,
iki müqəddəsliyi – 1-i (tanrı) və 3-ü (dünyalar) özündə əks etdirən
şöhrət rəmzi olmasından bəhs açılır.
Göy cisimləri ilə bağlı mifoloji təsəvvürlərdə (astral mifologiya-
da) sakral rəqəmlər planetlər və rənglər göy cisimləri ilə əlaqələn-
“5” SAYININ SAKRALLIĞI “7” SAYININ SAKRALLIĞI
1 - Dünyanın
mərkəzi
2 - Şimal
3 - Şərq
4 - Cənub
5 - Qərb
6 - Yuxarı
7 - Aşağı
2 - Şimal
3 - Şərq
4 - Cənub
5 - Qərb
1 - Dünyanın
mərkəzi
DƏDƏ QORQUD ARAŞDIRMALARI