D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   2   3   4   5   6   7   8   9   10   ...   93

21
2. Ata, oğul, yaxud qardaş əsir düşür. Onu xilas edən şəxs böyü-
yüb hadisəni bilənədək olan zaman ötürülür.
3. Ailənin bir qanadının nümayəndəsi (qız, gəlin) qaçırılır. Onun 
yerləşdiyi məkan tapılanadək olan vaxt buraxılır.
4. Qəhrəman tilsimə salınır. Başqası tərəfindən tilsim qırılanadək 
olan çağ ötürülür və s.
Ötürülmələrin  mətndəki  «yeri»  çox  hallarda  bir,  iki  cümlə  ilə 
yekunlaşdırılır,  bəzən  də  etnoqrafik  və  məişət  zəminində  elə  ha-
disələrlə «doldurulur» ki, böyük zaman keçidində «itirilənlər» hiss 
olunmasın. Maraqlıdır ki, baş verən dəyişikliklər unudulma, tanıma 
hallarının təsviri ilə təsdiqlənir. Yaddaşın bərpası üçün sınaqlar ke-
çirilir, hər şey öz ahənginə qaytarılır. Sınaqların təsir gücünə malik 
olmasından ötrü el arasında yaşayan ən yaxşı adətlərdən – qəhrə-
manlıqla nişanlanmanın şərtlərindən, müqəddəs musiqi alətlərində 
(qopuzda) çalmaq bacarığını, xüsusi silah növlərindən istifadə qabi-
liyyətini nümayiş etdirməkdən və s. geniş istifadə olunur.
Bəzən bir epos daxilində bir neçə «ötürülmüş hadisə» verilir.
Tarixi-qəhrəmanlıq dastanları üçün xarakterik zaman təsvirlərin-
dən  biri  də  odur  ki,  qəhrəman  özü  üçün  yiyələnməsi  çətin,  uzun-
müddətli olan bir peşə seçir, yaxud yerinə yetirilməsi çox vaxt tələb 
edən tapşırığı öhdəsinə götürür, eləcə də qarşıya çıxan maneəni bü-
tün elliklə dəf edə bilmədikdə səfərdə olan əsas qəhrəman gələnədək 
dəfələrlə məğlubiyyətin acısını çəkir, bununla eynicinsli və əhatəli 
hərəkətlərin davamlılığına meydan açılır. «O, burada üç il yaşadı, 
birinci ili ev işlərinə baxdı, ikinci ili qopuz çalmağı öyrəndi, üçün-
cü ili oxuyub məclis aparmağı ilə seçildi» kimi təsvirlərdə zaman 
ozan sənətini öyrənməyin əsas atributudur. Yaxud «yetdiyi yerə yel 
yetməyən»  Bəgdüz  Əmən  Qazılıq  qocanı  əsirlikdən  xilas  etməyi 
qarşısına məqsəd qoyur, lakin yeddi dəfə qalanı almaq istəsə də, ba-
carmır. Həmin hadisə dastanda davamlı, yaxud təkrarlanan zaman 
şəklində təsvir edilir:
Folklor, mifologiya, etnoqrafiya


22
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Yedi urğunım Yeni Bayırın qurdına 
 
 
 
 
bənzərdi yigitlərim,
Yeddi kişi ilə qurulurdı mənim yayım!..
Yeddi qatla vardım, ol qələyi alımadım, 
 
 
 
 
geri döndüm» [10, 95].
Sürəkli,  yaxud  təkrarlanan  zaman  «Basat  Dəpəgözi  öldürdigi 
boy»da daha maraqlı və çoxmərhələlidir.
Bütün  banların  əsasında  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  epik 
ənənədə zaman toposları əsasən aşağıdakı formalarda təsvir edilir:
1. Bir günlük epik zaman toposu. 
Hadisə günçıxanda başlayıb batanda tamamlanır. Bəzən də şər 
qarışandan da yeri sökülənədək olan hadisə epik zaman toposunun 
içərisində əridilir. N.İ.Kravsov yazır ki, eposlarda «səhərin açılması 
onunla şərtlənir ki, kəndlilər və əsgərlər işə başlayırlar» [26, 253-
254]. Hərbçilərin məişətində havanın işıqlaşmasının böyük əhəmiy-
yət kəsb etdiyi şübhəsizdir. «Oğuz kağan» dastanında bir-iki hal is-
tisna edilməklə yürüşlər səhərlər baş verir.
2. Üç gün-üç gecəlik epik zaman toposu. 
Arxaik eposlarda və nağıllarda qəhrəman şərin təmsilçiləri ilə, 
məsələn, devlərlə üç gün, üç gecə vuruşurlar.
3. Qırx gün-qırx gecəlik epik zaman toposu. 
Epik ənənədə ən çox hadisələrin son akordu qırx gün, qırx gecə 
toy etməklə tamamlanır.
3. Bir illik epik zaman toposu. 
Çox vaxt «doqquz ay, doqquz gün, doqquz saat» şəklində ifadə 
olunur, insanın dünyaya gəlməsi – doğulması zamanı sayılır.
4. Yeddi illik epik zaman toposu. 
Uzaq  səfərlər  və  qəhrəmanın  sehirli  varlıqları  təkbaşına  axtar-
maq zamanı sayılır.
5. On altı illik epik zaman toposu. 


23
Əsir alınma və sehrə düşmə zamanı kimi xarakterizə olunur.
6. Qırx illik epik zaman toposu. 
Bu bölgü daha böyük göstərilə bilər. Mifik mədəni qəhrəmanın 
kənar  dünyalara  yollanması  zamanıdır.  Məsələn,  «Munisnamə»də 
Balakiy  dünya  qatlarında  500  ildən  artıq  qalır  və  bu  çağı  quş  şə-
killi  Xızırın  qüdrəti  ilə  geri  qayıdıb  kor  olmuş  anasının  gözlərinə 
nur gətirir. Bu mifik söyləmədə qəhrəmanın geri dönməsi zamanın 
özünün tərsinə sıxışdırılması ilə şərtlənir. Çünki 500 illik məsafə qət 
olunmasına baxmayaraq Balakiy yurduna qayıdan da görür ki, anası 
hələ həyatdadır. 
7. Uzaq məsafənin bir göz qırpımına (bir illik yolun bir saa-
ta) qət olunması və s. 
Eposlarda yolun qısaldılmasını şərtləndirən vasitələrdən də isti-
fadə olunur. Birinci halda, fövqəltəbii qüvvələrin yardımı ilə uzaq 
məsafə gözün açıb yumulması anında yerinə yetirilir. İkinci halda, 
sürətli miniyin – xüsusi at, araba, Zümrüd quşunun, uçan xalçanın 
köməyi ilə mənzil başına vaxtından tez çatdırılır.
Mifoloji dünya modelinin
kəmiyyət strukturu
Ümumiyyətlə, təkcə Azərbaycan-türk mifologiyasının yox, elə-
cə də hər bir mifologiyanın öyrənilməsində sayların tədqiqi mühüm 
əhəmiyyət kəsb edir. Hər bir ənənəvi mədəniyyət üçün xarakterik 
olan rəqəmlər vardır. Onların hansı rəqəmlər olması bir təsadüf ol-
mayıb, həmin mədəniyyətin bazasını təşkil edən mifoloji dünya mo-
deli ilə bağlıdır.
Mifologiyada rəqəmlərin xüsusi mövqeyi vardır. Bunlar dünyanı 
qavrayışın mühüm vasitəsi kimi çıxış edir. Ümumiyyətlə, mifoloji 
təfəkkürün özünəməxsus keyfiyyəti onda ifadə olunur ki, mif dün-
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə