D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

30
DƏDƏ QORQUD ARAŞDIRMALARI
(şimal qütbdəki bəyaz, cənubdakı ayazlı gecələri nəzərə almasaq), 
gündüz isə işıqsız mövcud olmur. 
Əski epik-mifoloji təsəvvürlər çağında Azərbaycanda da ayrı-ay-
rı saylara müxtəlif xüsusiyyətlər aid edilirdi. Bir qrupu xoşbəxtlik 
gətirən, həm də olduqca xeyirxah işlərə yardım göstərən qüvvə kimi 
təqdim olunur, digər qrupu isə, əksinə, guya şərin xidmətində du-
rurdu,  bədbəxtliyin  mənbəyi,  qəddarlığın,  fəlakətin,  pis  əməllərin 
törədicisi sayılırdı. Beləcə saylar təkcə təbiətə xas əlamətləri deyil, 
həm də insanlara aid keyfiyyətlərin daşıyıcısına çevrilir və nəticədə 
canlandırılırdı. Göyə baxan ulu əcdad ilk olaraq qaranlıqda parılda-
yan ulduzları görmüş və başa düşmüşdür - onlar o qədər çoxdur ki, 
sayını, ölçüsünü müəyyənləşdirmək çətindir. Və nəhəng göy üzünü 
hansısa şərti fiqurlara (bürclərə) bölməklə daha anlaşıqlı və iri rəqəm 
əldə etməyə çalışmışdır. 
Düşüncədə böyük çoxluğun olduqca kiçiklikdə yerləşdirilməsi, 
eləcə də əksinə – hansısa çox kiçik hissəciyin nəhəngdən də nəhəngə 
çevrilməsi ideyası qam-şamanların və atəşpərəstlik kahinlərinin irəli 
sürdükləri sistemlərdə özünə yer almışdır. Qədim qamlar və muğ-
lar  məhz  rəqəmlərin  yardımı  ilə,  onların  mahiyyətindəki  saymaq 
xüsusiyyətinə görə dünyanı dərk etmədə böyük sıçrayışlar etmişlər.  
Onlar bütün maddi və mənəvi varlıqların kəmiyyətini əks etdirməyi 
bacarmaqla Yaradıcının özünə yaxınlaşdıqlarını düşünmüşlər. Azər-
baycan xalqının etnogenində iştirak edən qədim tayfalardan biri əha-
linin sayını bilməyə cəhd göstərməklə mifik dünya modelinin yazı 
yaddaşına düşməsinə səbəb olmuşdur. 
Sakral sayların yozumunun tarixi elmin bünövrə daşları qoyu-
lan çağlardan başlanır. Bizim e.ə. I yüzillikdə yaşamış pifaqorçu Ni-
komax  belə  qənaətə  gilirdi  ki,  təbiətin  tam  halda,  yaxud  ayrı-ayrı 
hissələr şəklində ardıcıllıqla yaratdığı nə varsa, hamısı Yaradıcının 
bütün varlıqlarla bağlı düşüncəsinə müqabil saylar əsasında müəy-
yənləşib  qaydaya  salınmışdır,  başqa  sözlə, Allah-yaradıcı  dünyanı 


31
əvvəlcədən düşünüb hazırladığı sxem əsasında sayların təsiri ilə ger-
çəkləşdirmişdir,  elə  sayların  ki,  hələ  maddiləşməyib,  mücərrəddir, 
eyni zamanda məna və mahiyyətə malikdir. Hər şey – əşyalar, za-
man, hərəkətlər, göy üzü, ulduzlar və bütün növdən olan yeni yara-
nışlar saylara uyğunlaşdırılmışdır. Teoqoniyanın qanunları əsasında 
hər bir yaranışın yanında bir-birini tamamlayan rəqəmi göstərmək 
mümkündür: 
bir - heç bir parametri olmayan nöqtədir; 
iki – hər hansı iki nöqtəni birləşdirən kəsikdir
üç –düz səthi əks etdirən rəqəmdir, üçbucaqdır; 
dörd – bütün həcmi təcəssüm etdirən maddi varlıqdır, «tetraed-
r»dir (riyazi termindir, bütün üzvləri üçbucaqlardan ibarət olan dör-
düzlü cismə deyilir); 
beş, altı, yeddi, səkkiz – bir-birinə əks anlamlarda işlənir, o sə-
bəbə ki, onlarda bir sıra nöqtə gerçək dünyadan kənarda yerləşir
doqquz  –  əlçatmaz  böyüklükdür,  guya Yaradıcının  özüdür  ki, 
yaranmışların içərisindən çıxmışdır. 
«Dünyada nə mövcuddursa, hamısı rəqəmdir!» şüarını irəli sürən 
pifaqorçulara görə, sayların ümumi sırasında bəziləri mənası və işlək 
dairəsi ilə daha əsasdır, bütün varlıqların özülündə durur. Üçölçülü 
(yəni həndəsi cisim) bütün varlıqlar riyazi zirvəyə çatır – nəticədə  
«dörd»ü (daxilindəki üç ölçü + varlığın özü) meydana gətirir. Təbiət-
dən keçən işıq və keyfiyyətlər – «beş»in, canlılıq – «altı»nın, bilik və 
səadət – «yeddi»nin, məhəbbət və dostluq - «səkkiz»in, müdriklik və 
bacarıq - «doqquz»un yardımıyla əldə edilir. Mükəmməlləşmənin, 
tamlaşmanın son həddi isə «on» sayılırdı. Ona görə də pifaqorçular 
«on - bütün varlıqların ən gerçəyi və müqəddəsidir» - deyirdilər. A.
Makovelski İon Xiosskiyə (b.e.ə. V əsr) istinadən  yazırdı ki, «Hər 
şey – üçdən ibarətdir və üçdən böyük və yaxud kiçik mövcudat yox-
dur. Çünki hər bir varlığın yetişməsində, bütövləşməsində üçlüyün 
- ağıl, güc və səadətin rolu var» [29, 112]. 
Folklor, mifologiya, etnoqrafiya


32
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ümumiyyətlə,  rəqəmlərin  qeyri-adi  gücə  malikliyi,  magikliyi 
haqqında müxtəlif səpgili və dərəcəli bu cür baxışlar dünya xalqları-
nın əksəriyyətində özünə yer tapmışdır. Müəyyən mərhələdə rəqəm-
lərin  sakrallığına  fəlsəfi  don  geydirib  dünyadakı  pis-yaxşı  bütün 
əlamətlərlə qoşa işlədirdilər. Zoroastrizmdə və qam təsəvvürlərində 
hər rəqəmin öz xarakteri olduğu göstərilirdi: bir  - «Avesta»da «ruh 
və canlılıq» mənasında işlənir. Yazın gəlişi ilə əlaqələndirilir. Təbiə-
tin oyanması, qanın qaynaması, torpağın canlanması birlə əlaqələn-
dirilir. 
İki - ən böyük ədaləti
üç –bütövlüyü, 
dörd – ucalığı, yüksəkliyi, 
beş – ölümsüzlüyü, əbədiliyi
altı – hakimiyyəti, 
yeddi – evliliyi, 
səkkiz – saflığı, duruluğu, 
doqquz – odu, 
on – uğurlu əməli (yaradıcılıq fəaliyyətini), 
on bir – xeyirli düşüncələri
on iki – müqəddəsliyi, on üç – axirəti, dünyanın sonunu bildirir-
di. 
Bundan başqa, rəqəmlərin magik gücünü müxtəlif keyfiyyətlərlə 
əlaqələndirirlər: bir – iradə, iki – bilik, üç - nikah (kollektiv), dörd 
– fəaliyyət, beş – inanc, altı – şəhvət və nəfs, yeddi – qələbə, sək-
kiz – haqq və ədalət, doqquz – müdriklik, on – xoşbəxtliyin ötüb 
keçməsi, on bir – cəsarət, on iki – günah və qurban, on üç – dahi-
lik və istedad, on dörd – özünütərbiyyə,  on beş – hərəkətin gücü 
(magiya), on altı – fəlakət, on yeddi – doğruluq və ümid, on səkkiz 
– böhtan, on doqquz – sevinc və xoşbəxtlik, iyirmi - oyanış və dir-
çəliş, iyirmi bir – uğur, iyirmi iki – uğursuzluq və xəyaldır [27, 36]. 
 Sayların fəlsəfənin «predmeti» kimi yanaşanda hər biri ayrılıqda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə